Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə39/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   35   36   37   38   39   40   41   42   ...   56

 
 
147
mənim müəllim olduğumu biləndə çox sevindi. Çünki 
həmin ağır zamanlarda müəllimlər hərəsi bir tərəfə 
qaçmış, qəsəbədə  dərs verən bir adam qalmamışdı. 
Tanrı məni sanki nemət göndərmişdi. Üstəlik, həkimin 
uşaqları təhsil baxımından geri qaldığından, mən onun 
üçün göydəndüşmə idim. Doktor yubanmadan mənim 
ayağım üçün dərman hazırlamağa başladı. Asissenti 
olmadığından o, əməliyyatı  təkbaşına etməli oldu. 
Doktor ayaq barmaqlarımın arasını  kəsib, məlhəm 
qoyaraq yaranı bağladı. Bir qədər keçəndən sonra 
mənim rəhbərliyim altında məktəb fəaliyyətə başladı...  
Təsis etdiyim bu qarışıq məktəbdə yerli uşaqların 
tərbiyə  və  təlimi ilə  məşğul olurdum. Doktorun dörd 
oğlu, üstəgəl digər iki oğlan və bir qıza dərs deyirdim.  
Nəhayət, tarixin bir vərəqi də çevrildi və ermənilər 
həmin kəndə hücum edəndə mən doktorla birgə öz ata-
baba yurduma – İrana qaçdım. Makuya tabe olan 
Ərəblər kəndinə gəlib çıxdım".
1
   
 
 
Qafqaz müsəlmanlarının beynəlxalq 
təşkilatlara müraciətləri 
 
Daşnaklar müsəlmanlara qarşı davamlı soyqırım 
aktları, istismarçı dövlətlərin cinayətkarları himayə 
etmələri Qafqaz müsəlmanlarını Qacarlar dövlətinə 
müraciət etməyə vadar etdi. Mənşur Gürgani bu barədə 
yazır: "1298-ci ilin ordubehişt ayının 10-da xeyli mü-
səlmanın diri-diri torpağa basdırılması ilə  nəticələnən 
erməni qətliamından sonra Naxçıvan  əhalisi Qacarlar 
dövlətinin  oradakı konsulluğu qarşısında toplaşıb, 
                                                 
1
 Cabbar Baxçabanın öz əli ilə yazdığı tərcümeyi-haldan, səh. 34  


 
 
148
dövləti  şüarlarla öz qüvvələrindən istifadə etməyə 
çağırdılar. Bu nümayişlər  bir neçə gün davam etdi. 
Ermənilərlə müsəlmanlar arasında sülh bağlanan-
dan sonra ingilislər  İrəvanı, Naxçıvanı, Ordubadı, 
Şəruru və daha bir neçə məntəqəni Ermənistana birləş-
dirməyi qərara almışdılar. Lakin həmin məntəqələrin 
müsəlman  əhalisi qəti  şəkildə bunun əleyhinə  çıxdı. 
Ancaq sonda  ingilislərin köməyi ilə ermənilər həmin 
yerləri də işğal etdilər. 
Naxçıvan əhalisi tərəfindən yerli hökumətlərə, yerli 
qoşun komandirlərinə, o cümlədən bölgənin məsul 
şəxslərinə 12 teleqram ünvanladı. Tanınmış və nüfuzlu 
şəxslər isə Qacarlar dövlətinə, şaha, xarici ölkələrin sə-
firlərinə, Amerika prezidentinə, Beynəlxalq Sülh Təş-
kilatına və s. teleqramlar göndərərək, qonşu müsəlman 
dövlətinə birləşmək istədiklərini bəyan etdilər. Onlar 
bu teleqramlarda müsəlman olduqlarını, 92 il öncə 
zorla Rusiyaya birləşdiklərini yazırdılar. Bu zaman 
qoşun komandiri Kəlbəli xandan, hökumət başçısı 
Sultanovdan, qərargah rəisi Hacı Hüseynəli Qurbanov-
dan  və Milli Şuranın  nüfuzlu üzvlərindən ibarət Nax-
çıvanda Müvəqqəti Hökumətin təşkil olunmasını xahiş 
etdilər.  Təşgil olunmuş hökumət dərhal bir qətnamə 
qəbul etdi. Qətnamədə Naxçıvanda təşkil olunmuş 
Müvəqqəti Hökumətin Qacarlar dövlətinə tabe olduğu 
bildirilir və yerli əhali həmin dövlətin təbəəsi kimi 
təqdim olunurdu. Adı  çəkilən  hökumət tezliklə  Şeyx 
Əbdülcabbar Bektaşdan, Mehdiqulu xan Diyarbəkri-
dən, Hacı Seyid Bağır Heydərzadədən və Hüseynağa 
Novruzzadədən ibarət heyət yaradıb, Təbrizə ezam 
etdi. Heyət üzvlərinin səlahiyyətləri onlara verilmiş 
etibarnamə ilə müəyyən olunmuşdu.  Nümayəndə he-
yəti çox təmtəraqlı üslubda yazılmış  məktubu vəliəhdə 


 
 
149
çatdırmalı idi. Həmin məktubda deyilirdi ki, biz türklər 
92 il öncə zorla Arazın o sahilindəki qan qardaşları-
mızdan ayrı salınmışıq. Xahiş edirik ki, bizim  çoxdan-
kı arzumuza – birləşmək istəyimizə diqqətlə yanaşası-
nız.  
Nümayəndə heyəti ordubehişt ayının  əvvəllərində 
Təbrizə  gəlib çıxdı. Onlar buradakı ingilis nümayən-
dəliyinə belə bir tələbnamə ilə müraciət etdilər: "Əgər 
ingilislər ermənilər üçün dövlət yaratmaq istəyirlərsə
bunu ermənilər yaşayan  ərazilərdə yaratsınlar. Hətta 
bir nəfər belə erməni yaşamayan müsəlman torpaq-
larında erməni dövləti qurula bilməz.  
İngilis dövləti naxçıvanlıların bu tələbini Sülh 
Konfransının  gündəliyinə    saldı. Təbrizdə isə  qısa 
danışıqlardan sonra Qacarlar dövləti Naxçıvana gön-
dərmək üçün bir nümayəndə heyəti hazırladı.  Əli 
Heyət həmin heyətin başçısı  təyin olundu. Üstəlik, 
Müsəddiq Divan adlı bir şəxs də  Naxçıvanda Qacarlar 
dövlətinin rəsmi nümayəndəsi idi. Lakin ingilislər bu 
torpaqların İrana qaytarılmasının əleyhinə idilər. Onlar 
İranın bu məsələdə  təkid edəcəyi halda, mübahisəli 
Bəlucistan məsələsini qaldıracaqlarını  bildirdilər. 
Təbrizdə ermənilərin nümayəndəsi olan Nersin adlı 
şəxs də prosesləri pozmağa çalışırdı.  
Nəhayət, Sülh Konfransında Naxçıvanın  İrana bir-
ləşməsinə imkan verilmədi".
1
 
Vəliəhdin dəftərxana müdiri Mokərrəmülmülk 
Naxçıvan camaatının vəliəhdə göndərdiyi teleqrafı Da-
xili  İşlər Nazirliyinin adından yaydı. Bu informasi-
yadan sonra Xoy əhli ayağa qalxaraq  Naxçıvana kö-
mək etmək və  təcavüzkar erməniləri cəzalandırmaq 
                                                 
1
 Mənşur Gürgani. Rusiya və İngiltərənin İranda rəqabəti, səh. 80 


 
 
150
üçün hazırlığa başladı. Lakin onların qarşısı alındı. 
Dövlət nümayəndələri tezliklə Naxçıvana kömək et-
mək barədə rəsmi qərar qəbul edəcəklərini vəd etdilər.  
Naxçıvan camaatı adından Təbrizdən Tehrana 
göndərilən teleqrafın mətnini qısa ixtisarla dərc edirik: 
"316 nömrəli teleqraf. Təbrizdən Tehrana. Göndərilmə 
tarixi 23, çatma tarixi 24 qaus. Təcili və dövlət 
əhəmiyyətli.  
Daxili  İşlər Nazirliyinin yüksək məqam sahibinin 
mübarək hüzuruna (Allah onun ömrünü uzun etsin!) 
Naxçıvan  əhalisindən. Erməni  əsgərləri məskunlaşdır-
ma adı ilə öz mühacirlərini  İrəvandan bizim tərəflərə 
və yaxın məntəqələrə  gətirirlər. Onlar müsəlmanlar 
yaşayan məntəqələrə çatan kimi  qətl-qarət törədir və 
azərbaycanlıları  tərk-silah edirlər. Müsəlmanların 
əleyhinə olan bu əməllər onları özlərini müdafiə etmə-
yə  və müqavimət göstərməyə  məcbur edir. Biz Naxçı-
van müsəlmanlarının həzrəti-valadan xahişi budur ki
bizim məmləkətin siyasi müqəddəratını tezliklə  həll 
etsin və bizlərə öz təbəəliyimizə qayıtmaq vaxtını  mə-
lum eləsin. Əgər üç gün müddətində bizlərin siyasi mü-
qəddəratı müəyyən olunmasa və böyük dövlətlərdən 
[?] nümayəndə heyəti gəlib çatmasa, bu yerlərin müsə-
lmanları tamamilə məhv olacaq və sonda bu məsələnin 
təhlükəli və pis nəticəsi  İran məmləkətinə  də sirayət 
edəcək.  İnanırıq ki, bu yerin məzlum müsəlmanlarının 
halından böyük dövlətlər ittifaqını  [Antanta nəzərdə 
tutulur] məlumatlandıracaq və nəticəsini bizlərə bildi-
rəcəksiniz.  Əgər həqiqətən rəyasət aləmində bu yerin 
müsəlmanları edama məhkumdurlarsa, onda heç bir 
sözümüz yoxdur. Yox, əgər  bizlərin həyat və yaşamaq 
haqqımız varsa, onda açıq-aydın ərz edirik ki, Amerika 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə