Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə81/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   77   78   79   80   81   82   83   84   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

332 

 

Bu əhdə, peymana baş, can qoyarıq. 



Hər işdə, hünərdə olarıq nəhəng, 

Qoymarıq qalsın bu gülşəndən bir rəng. 

Bir basqın edərik azğın düşmana 

Nizəmiz daşları boyar al qana. 

Nizədən qılınca əl atan zaman 

Başını keçirər kəməndə düşman." 

Rus ordu qəlbini bir ocaq gördü, 

Gücündən dağları yupyumşaq gördü. 

Döndü ordugaha diləyi zəfər, 

Qılıncdan pas sildi, qəlbindən kədər. 

O biri tərəfdən şah da oturdu, 

Başçı igidlərlə bir məclis qurdu. 

Padşahı igidlər almış ortaya, 

Bənzərdi dörd yanı ulduzlu aya. 

Qədər xan Xətadan, Qur xan Xütəndən, 

Dəbis Mədayindən, Vəlid Yəməndən, 

Dəvalı Abxazdan, Hindi də Reydən, 

Qubad Istəxrdən, Nəsəbi Keydən, 

Gilanlı Zərivənd Mazandarandan, 

Xavər ölkəsindən Niyal pəhləvan

Sipənd Xorasandan, Fum da Iraqdan, 

Bərişad Ərməndən, bu ittifaqdan, 

Rumdan, Əfrəncədən, Misirdən, Şamdan 

Hesaba gəlməyən bir çox pəhləvan. 

Padişah onları qurtardı qəmdən, 

Ümidlər verməklə etdi qəlbi şən. 

Dedi: "Düşmənimiz dava görməmiş, 

Aslanla döyüşə etməmiş vərdiş. 

Quldurluq, oğurluq, bir də yol vurmaq, 

Düşmənin mərdliyi, bax, budur ancaq! 

Qılıncı görməmiş hər iki əldə, 

Bıçağı, nizəni köküsdə, beldə. 

Bunlarda tapılmaz kəskin bir yaraq

Yaraqsız döyüşdə neylər bir qoçaq? 

Qarşıya çıxsa bu çılpaq nəfərlər 

Biçərik başından göbəyə qədər. 




_______________  

Milli Kitabxana

  ________________ 

333 

 

Meydanda başlasam qılınc oyunu 



Bağlaram Əlbürzün uca qolunu. 

Mənəm əl gəzdirən o uzaqlara, 

Can almaq istərkən can verdi Dara. 

Kəməndi hiyləylə atdı Keyd mana, 

Saldım o kəməndi öz ayağına. 

Furun qoşunuyla döyüşə girdim, 

Mərdliyimdən ona kafur yedirdim. 

Yayım ki, qaşına bir düyün aldı, 

Xaqanın yayında giriş boşaldı. 

Ruslarla döyüşdən indi qorxmaram, 

Onlar bir sel isə, mən də bir dağam. 

Xəzər dağından Çin suyuna qədər 

Türklərlə doludur bütün bu yerlər. 

Bilirəm Rumları sevməyir bir türk, 

Rumlara kinləri rusdan da böyük. 

Türklərin oxuyla yenə bu zaman 

Qabar əskik olmaz rus ayağından. 

Zəhər ki, vücuda salır zəlzələ, 

Sağalır yenə də başqa zəhərlə

248


 

Eşitdim: bir tülkü yırtıcı qurddan 



Köpək səsləriylə tapmışdır aman. 

Durmayıb iki qurd kin ilə coşdu, 

O qoca tülkünün dalınca qoşdu. 

Çox zorba itləri vardı bu yurdun, 

Qanına susardı tülkünün, qurdun. 

Qorxudan tülkücük qopardı fəğan, 

Itlərin bəndini açdı ağzından. 

It səsi bürüdü kəndin üstünü, 

Canavar sandılar qoca tülkünü. 

Itlərin səsindən hürkərkən qurdlar

Qurtuldu o tülkü, olmadı şikar. 

Sınaqlı düşmən də hər işdə belə 

Qurtulur düşməndən düşmən əlilə. 

Mənim ki, dəbdəbəm ucalır göyə, 

Varmı ehtiyacım başqa köməyə? 



_______________  

Milli Kitabxana

  ________________ 

334 

 

Hər bağlı qapını açardır açan, 



Çarə tapılmazsa, danış qılıncdan." 

Başçılar bağırdı baş endirərək: 

"Yolunda qanımız tökülsün gərək! 

Hər zaman hünərlə işə yaradıq, 

Indi biz olarıq ondan da artıq. 

Həm hünər göstərmək, həm də mal üçün 

Çalışmaq bir borcdur istiqbal üçün!" 

Orduya verdi çox padişah ürək, 

Ürəksiz bir nəfər olmasın gərək! 

Düşündü, daşındı axşama qədər, 

Cam ilə qılıncdan neyləsin səhər?! 

Üzünü gizlərkən gündüz gecədən, 

Keşikçi növbətdə, casus yatırkən, 

Hesaba gəlməyən növbətçi əskər 

Keçidli yollarda keşik çəkdilər. 

Keşiksiz qalmadı qaranlıq gecə, 

Keşikdə qaldılar şəfəq söküncə. 

 

 



İSKƏNDƏRİN RUSLARLA VURUŞMASI 

 

Ey saqi, durma, gəl, sevindir məni! 



Şengərflə yoğurmuş odlu civəni 

Ver mənə, bəzəyim uca eyvanı, 

Işlədim ərinmiş o saf boyanı. 

 

Ey sınaqlı dehqan, dünya görmüş pir, 



Ürəyə yatımlı sözləri gətir! 

Şah Çindən Rus üstə gələndən sonra 

Onu çərxin atı götürdü hara? 

Çərx ona nə oyun başladı təkrar? 

Nə hiylə işlətdi ona ruzigar? 

Tarixin sərrafı, o gövhər satan 

Sözləri gövhərlə asdı qulaqdan. 

İskəndər elə ki, coşğun rus gördü

Dünyanı qanadsız bir tovus gördü. 



_______________  

Milli Kitabxana

  ________________ 

335 

 

Böyrünü vermədi gecə yatağa, 



Durdu bəxt ararkən ulduz saymağa. 

Öz ipək fərşini yığınca yerlər, 

Teşt ilə, qılıncla oynadı səhər, 

O teştdə parlayan qılınc günəşin 

Başını kəsərək, gördü öz işin. 

Qara örtüsündən qaldırınca baş 

Şimşəkli qılınca büründü dağ, daş. 

Iki ordu deyil, iki dəniz qan, 

Qədərcə çox idi dəniz suyundan. 

Çapdılar o meydan boyu "qan" deyə, 

Qılınclar, bayraqlar ucaldı göyə. 

Iki meydan boyu polad ayaqlar, 

Sıx yerdə dağ kimi tutdular qərar. 

Sançıya əmr etdi böyük İskəndər. 

Qoşuna san verdi, düzüldü səflər. 

O polad geyimdən, almas qılıncdan 

Işıqlı günəşə ucaltdı duman. 

Hər qövmün başında özündən sərdar. 

Çəkdilər meydanda dağ kimi hasar. 

Dəvali və Iran pəhləvanları 

Sağ qolda yerləşdi, coşdu qanları. 

Qədər xan fəğfurlu igidlər ilə 

Cəbhənin solunu götürdü ələ. 

Cinahda ox atan xas qulamlardı, 

Dönüş yollarına qanad salardı. 

O polad geyimli fil ən ortada, 

Kükrəyən igidlər durmuş arxada. 

Filgövdə padişah minbir ümidlə 

Minmişdi dağ kimi qızmış ağ filə. 

Qarşıda bənizi qırmızı ruslar 

Məcusun atəşi kimi parıldar. 

Sağ qolu bəzəmiş Xəzran dəstəsi, 

Soldan da ucalır Bərtasın səsi. 

Alani arxadan, Isuvi qoldan, 

Əzm etmiş baş, boyun qoparsın hər an. 

Cəbhənin qəlbində rus kinə dolmuş, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə