Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə82/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   78   79   80   81   82   83   84   85   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

336 

 

Köksündən İskəndər eşqini yolmuş. 



Hər iki tərəfdə səf çəkdi əskər, 

Lacivərd göy kimi ucalmış yerlər. 

Rusların təblindən doğru həyəcan, 

Xəstə bir hindlitək qopardı fəğan. 

Göyləri sarsıdan təbil və boru 

Yerlərin qarnına salırdı buru. 

Zorba türk borusu etdikcə şiddət 

Türklərin qoluna gəlirdi qüvvət. 

Coşduqca yer yaran at kişnəməsi 

Balığa çatırdı yerin naləsi. 

Həftğuş əmudların təpiklərindən 

Fələyin öküzü qopardı şivən. 

Dəldikcə qılınc hər gümüş peykəri 

Gümüşdən çıxarır qan danələri. 

Dəmirdən keçdikcə üçpərli oxlar

249


 

Sanki çəmənlikdən ötürdü quşlar. 

Nizədən qamışlıq olmuş yer üzü, 

Dağ çökür çuxura yedikcə gürzü. 

Tüklərin ucuyla nizə ucalır, 

Düşmən öz qanıyla dəstəmaz alır. 

Qurd gönündən olan müdhiş təbildən 

Qızışır döyüşlər, coşur döyüşkən. 

Daşlarda nizə qan çeşməsi açar, 

Bir orman göyərdir yay ilə oxlar. 

Oxların meyvəsi al güldən nişan

Güllərin qan damar hər tikanından. 

Qalxanı əridən polad nəhənglər 

Başını uzatmış, sərkəşlik edər. 

Dağlara deşiklər açırdı buxar, 

Yerlərin canında bir titrəyiş var. 

Rus döyüşməsindən dəhşət çökürdü; 

Aslanlar altında atlar ürkürdü. 

Əflatun, Fəlatus xalqıtək nadan 

O yerdə əskikdi bir aciz rusdan. 

Rumlular fələyə ucaltdı bayraq, 

Qılıncdan suya bir atəş olaraq, 




_______________  

Milli Kitabxana

  ________________ 

337 

 

Havanın boğazı sanki tıxandı, 



Dünyanın nəfəsi artıq dayandı. 

Nə yerdə yer tapır yeriyən ayaq

Nə uçan havada tapırdı bucaq. 

Ruslardan bir nəfər açdı meydanı, 

Bir tülkü papaqlı Bərtas aslanı 

Küləyə minmişdi yeriyən dağtək. 

Dağ külək belində durarmış demək! 

Döyüşmək istədi, suladı meydan, 

Özünü öyərək, oxudu dastan: 

"Xam dəri geyinən hər bir Bərtası, 

Mənim varlığımla qızar arxası. 

Pələnglər yırtaram dağlar qaşında, 

Nəhənglər yeyərəm sular başında. 

Aslantək alışdım sağrı yırtmağa. 

Tülkütək baxmaram yağlı quyruğa

250


Pəncədə kəskinəm, qüvvətdə mətin, 

Maral böyrü yırtmaq deyildir çətin. 

Içdiyim, tökdüyüm daima al qan, 

Geyimim xam dəri olmuş hər zaman. 

Nizəm daldan dəysə çıxar göbəkdən, 

Sınamaq istəsən, bu meydan, bu sən! 

Bir ordu kükrəsə Çin ilə Rumdan 

Atəşin alovu ucalar mumdan. 

Mənə qandan başqa töhfə gətirən, 

Yox olsun elə bir yolçu, döyüşkən. 

Kim mənə qaş çatsa qürur edərək

Zivər yox, al kəfən geyinsin gərək!" 

Onun qarşısına şah ordusundan 

Çıxdı bir nizəli igid pəhləvan. 

Meydanda kin ilə açdılar pəncə, 

Çarpışma uzandı hey döyüşdükcə. 

Acıqlı Bərtasın son qılıncından 

Torpağa sərildi rumlu pəhləvan. 

Ikinci rumlu da ölüm, kin gördü, 

Bərtasın bəxtini çox mətin gördü. 

Hindi adlı igid şahzadə vardı. 

Hindli qılıncıyla çox baş vurardı. 



_______________  

Milli Kitabxana

  ________________ 

338 

 

Qızmış aslan kimi qopardı fəryad, 



Cumdu qurd üstünə əlində polad. 

Qol kimi sınandı, oldu çox həmlə 

Kimsənin taleyi gülmədi hələ. 

Acığa dolunca şahzadə Hindi

Qılıncı düşmənin çiynindən endi. 

Başını biçdi o kəsici almas, 

Atın dırnağında çırpındı Bərtas. 

Ruslardan başqa bir qılınc oynadan 

Boynunu ucaltdı əlində qalxan. 

Öyünə-öyünə girdi meydana, 

Susamışdı sanki düşmən qanına. 

Hindi qılıncını endirdi ona, 

Ehtiyac qalmadı rus qalxanına. 

Çıxdı bir başqa rus qılınc vurmağa, 

Göz-gözə gəlincə düşdü torpağa. 

Çox igid öldürdü, oldu gün yarı, 

Tazitək qovurdu o, ceyranları. 

Rusların nəfəsi tıxandı ondan, 

Olmadı daha bir qarşıya çıxan. 

Vücudu al qana batmışdı daha, 

Yüyəni çevirdi tez ordugaha. 

Görüncə İskəndər göstərdi hörmət, 

Verdi ən dəyərli, yararlı xələt. 

Hər iki tərəfdən enərək ordu 

Keçidli yollarda keşikçi durdu. 

 

Dan yeri sökərkən saqi qalxdı şən, 



Şərabdan torpağa yaqut səpərkən

Od saçan dəniztək hər iki əskər 

Pusquda yenə də kaman çəkdilər. 

O qanlı meydana çaparaq təkrar 

Aslan yıxmaq üçün ova çıxdılar. 

Gurlayan şeypurlar çaldıqca çalır, 

Başlardan ağıl, huş, üzdən rəng alır. 

Qurd gönlü təbillər etdikcə fəryad, 




_______________  

Milli Kitabxana

  ________________ 

339 

 

Ürək yox, yumşalır ən qatı polad. 



Səs-küydən titrədi yerin damarı, 

Göy atdı nalını, günəş mismarı, 

Dikbaş bir eylaqlı susadı qana, 

Atını od kimi sürdü meydana. 

Vücudu gizlənmiş polad içində, 

Ürəyi dünyadan bərk idi kində. 

Döyüşmək istədi qızmış filbədən, 

Gələn qurtulmadı dəmir gürzündən. 

Qorxdu dəhşətindən hər bir namidar

O aslan pəncədən baş qaçırdılar. 

Bir saat sonra bir acıqlı aslan 

Meydana at çapdı öz ordusundan. 

Buxara atında qızmış fil kimi, 

Atıldı irəli daşqın Nil kimi. 

Igid eylaqlıya bağırdı gələn: 

"Işıqlı, al günəş çıxdı pərdədən, 

Əlində saqitək cam olan mənəm! 

Eylaqlı qanından şərab içənəm." 

Atı məhmizlədi bitincə sözü, 

Yuxarı qaldırdı o, polad gürzü. 

Qızmış fil vurduğu kəskin mizraqdan 

Fil vücudun başı gəldi ayaqdan. 

Eylaqlı toppuzdan oldu sərsəri, 

Onun qan tufanı məst etdi yeri. 

Onlardan bir atlı çıxdı meydana. 

Dağ kimi yanaşdı o dağ yarana. 

Aldığı zərbədən oldu yerlə bir, 

Əlində çox igid can verdi bir-bir. 

Belə baş qoparmaq nəticəsində 

Bir qürur göründü hər şivəsində. 

Bir çox polad geyim, almaz qılınclar 

Qarşıya çıxınca oldular şikar. 

Səhərdən ikindi çağına qədər 

Olmadı qarşıya çıxan bir nəfər. 

Burdu qulağından qəzanın qədər, 

Yenidən qanlarla qaynadı ciyər. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə