Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə84/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   80   81   82   83   84   85   86   87   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

344 

 

 



Düşməni yıxmağa hazır olaraq. 

Başına dəbilqə qoyaraq o şir, 

Özü Çin poladı, üzü xas dəmir, 

Zəhərli qılıncı boynuna saldı, 

Saç kimi hörülmüş kəməndi aldı 

Atını sardı bir dəmir örtüyə, 

Dağ kimi atıldı tez üzəngiyə. 

Düşmənin üstünə çapdı gülərək, 

Məktəbdən evinə dönən çocuqtək. 

Cərəm görən kimi o pəhləvanı, 

Qorxdu bu döyüşdən, titrədi canı. 

Çətindi o yerdən geri qayıtmaq, 

Çarəsiz ölümə boyun qoyaraq

Dəvalı səmtinə çapdı sürətlə, 

Aslanla döyüşdə başladı hiylə. 

Dəvalı düşmənin qıvrılmasından 

Özünə örkəntək sarıldı yaman. 

Ortada çox sözlər keçdi, müxtəsər, 

Xeyirçün bir söz də söyləmədilər. 

Dəvalı coşunca kinin selindən 

Qılıncı endirdi düşmən belindən. 

Şığıdı, zəhmətsiz ortadan keçdi, 

O ağır qayanı ikiyə biçdi. 

Bir sərxoş fil kimi qardaşı vardı, 

Qanını almaqçın meydana vardı. 

Aldı Dəvalıdan sağalmaz yara

Çəkildi qardaşı yatan çadıra. 

Güldü bəxt o polad arxalı dağa, 

Çox ordu qıranı sərdi torpağa. 

Codrə adlı bir rus oxudu meydan, 

Südəmər ceyrandı ona hər aslan, 

Qocaman gövdəli, güclü, döyüşkən, 

Meydanda təklikdə bir ordu yenən. 

Boynundan asmış çox igid qanını, 

Çox boyun çəkənin almış canını, 

Qurşaqda düyünü çox möhkəm vurdu, 

At sürüb Dəvalı önündə durdu. 



_______________  

Milli Kitabxana

  ________________ 

345 

 

Qılınclar oynadı kin ilə dolu



Bağlandı ayağın qaçacaq yolu. 

Sınanmış igidlər çox döyüşdülər, 

Burulan qılınclar etmədi əsər. 

Rus kəskin qılıncı qaldırdı sağa, 

Burdu birdən-birə o polad dağa. 

Yardı dəbilqəni, keçdi gözünə, 

Vücudu qərq oldu qan dənizinə. 

Aldığı yaradan çox süst göründü, 

Cilovu qaparaq geriyə döndü. 

Başını bağladı, boşaldı yəhər, 

O baş sınmasından sındı İskəndər. 

Həkimə əmr etdi çatsın haraya, 

Sağaldan bir dərman qoysun yaraya. 

Çox şəfqət göstərsin köməyə gedən, 

Dəvalı sağalsın o xəstəlikdən. 

Gecə öz başına örtük çəkəndə 

Ay başından düşdü müşkin kəməndə. 

Hər iki tərəfdə durdu qaravul

Orduya milçək də tapmadı bir yol. 

Elə ki, ucaltdı günəş boynunu. 

Zülmətdən yudu bu çərxin donunu, 

Bir daha səsləndi qızmış aslanlar, 

Çölü ceyranlara etdilər məzar. 

Ətrafa səs saldı zəng, boru, cərəs, 

Qan coşur kərənay aldıqca nəfəs. 

Fəryada gəldikcə şeypur ilə kus, 

Açılır qırmızı güldən Səndərus. 

Yenidən meydana çıxdı o Codrə, 

Özündə görmədi süstlük bir zərrə. 

Qara aslan kimi atını təkrar 

Meydanda oynatdı Hindi namidar. 

Codrəyə üstünlük göstərdi hər an, 

Dəyərsiz yaralar vermədi ziyan, 

Nəhayət, qaşına bir düyün aldı, 

Codrənin başını yəhərə saldı. 

Kam aldı vurmaqla düşmən boynunu, 




_______________  

Milli Kitabxana

  ________________ 

346 

 

Atının nalına tapşırdı onu. 



Meydanda dolaşdı o igid aslan, 

Bir çox pəhləvandan boşaldı meydan. 

Vardı bir pəhləvan, adı da Tartus, 

Mərdliklə tanırdı onu hər bir rus. 

Sanki qıvrılırdı qırmızı ilan, 

Qarşıya kim çıxsa alar ondan can. 

Hindiyə kükrədi kəskin yel kimi, 

Dağlardan tökülən coşqun sel kimi. 

Düşmənlə o qanlı toqquşmalarda 

Mərdliklə heç biri qalmadı darda. 

Nəhayət, rus birdən keçdi həmləyə

Hindinin tozunu sovurdu göyə. 

Qanını canından çəkdi birbaşa, 

Axıtdı mey, camı çaldı bir daşa. 

Atdı dəbilqəni, bağırdı: "Mənəm 

Qorxunc bir əъdaha, aslan yenənəm! 

Kim mənə qaş çatsa qürur edərək, 

Geyim yox, kəfənə bürünsün gərək. 

Mənə Tartus adı vermişdir anam. 

Rusların Rüstəmi sayılır bu nam. 

Ordunu ayaqdan salmasam, inan, 

Dönmərəm geri bu qanlı meydandan." 

Hindinin ölümü şaha dəyərək, 

Qıvrıldı özünə gəlin zülfütək. 

Atını meydana çapmaqdı fikri, 

Yenə də əzmindən tez döndü geri. 

Mənalı nəzərlə süzdü sağ-solu. 

Kim açar ordudan intiqam qolu? 

Meydana at saldı igid bir nəfər

Çinli qılıncından çaxdı şimşəklər. 

Coşğun aslan kimi bir uca atlı, 

Hünərli, ürəkli, şərəfli, adlı, 

Dəmirə batmışdı başdan-ayağa, 

Tək ağzı görünür nəfəs almağa. 

Dolaşır meydanı baş ucaldaraq, 

Oynayan qılıncı şimşəktək parlaq. 




_______________  

Milli Kitabxana

  ________________ 

347 

 

Ondakı cəldliyi düşmən görəli 



Qaşının üstündə qurudu əli. 

Ruslardan meydana səyirtdi bir at, 

Qılınc oynatmağa açdı qol-qanad. 

O kəskin qılıncla elə bərk vurdu, 

Düşmənin kəlləsi ətəkdə durdu. 

Ondan ürəkli bir atlı pəhləvan 

Erkək aslan kimi oxudu meydan, 

Onun da başını yedi bir yara, 

Bir bəla kəsildi bir çox başlara. 

Qırx nəfər o qaya arxalı rusdan 

Asanca öldürdü döyüşçü aslan. 

Hər səmtə dönürdü atı ahəstə, 

Rusdan yüzü ölər, yüzü də xəstə. 

Hər yana edirdi həmlə bir kərə

Ruslardan bir ordu sərirdi yerə. 

Gördülər nizəsi susamış qana, 

Qorxudan çıxmadı kimsə meydana. 

Zəfərli bir həmlə edərək axdı, 

Yüyəni yelcilov ata buraxdı. 

Dağ kimi hər səmtə düşürdü gözü, 

Yüzü yara alır, ölürdü yüzü, 

İskəndər heyrətlə öydü igidi: 

"Bu qola, qılınca eşq olsun!" dedi. 

Hünərlə döyüşür, düşməyir dara, 

Alov yağdırırdı o tikanlara. 

Müşk, ənbər səpincə yerə qaranlıq 

O igid meydandan qayıtdı artıq. 

Günəşi örtüncə dağların qaşı, 

Yuxuya gedərkən gündüzün başı, 

Qara əъdahatək qaranlıq gecə 

Başını balıqdan aya çəkincə. 

Zülmətlər yolçunun yolunu tutdu, 

O qara əъdaha ayı da uddu. 

Atlı əl çəkmədi çalıb çapmaqdan, 

Rahatlıqçın döndü geri pəhləvan. 

Qaranlıq içində oldu tez nəhan




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə