Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə83/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   79   80   81   82   83   84   85   86   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

340 

 

Ruslardan at çapdı bir gövdəsi fil, 



Üzü qıpqırmızı, gözləri bir Nil. 

Rumlardan pəhləvan istəyib durdu, 

Çox mərdlik göstərdi, mərd başlar vurdu. 

Qanını axıtdı kimə yan aldı, 

Bir neçə bədəndən şirin can aldı. 

Sınaqlı igidin bu bas-kəsindən 

Olmadı rumlardan meydana gələn. 

Ruma əl tapınca rus aldı meydan, 

Filləri süst gördü öz çomağından. 

Oynatdı qılıncı, coşdurdu kini, 

Öldürdü bir neçə rumlu, çinlini, 

Nizəylə boynunu bir az uzatdı, 

Qürurla meydanda nizə oynatdı. 

Rum qərargahının yaxın böyründən 

Atını çapdı bir adlı döyüşkən. 

At deyil, bir şahin oynatdı qəşəng, 

Yox, qılınc deyildi, asmışdı nəhəng. 

Əynində ipəkdən bir çuqalı var, 

Başını bir polad dəbilqə oxşar. 

Sərxoş ifrit kimi soxuldu hərbə, 

Əlində dörd başlı bir kəskin zərbə. 

Nizəni qaldırdı rusa baxaraq, 

Dedi: "Istəmirsən torpaqda yatmaq

Bil, mazandaranlı Zərivənd mənəm! 

Döyüşdə divlərlə mən əylənənəm. 

Ondakı heybətdən rus bir şey qandı, 

Səfrası qarışdı, başı fırlandı. 

Meydanı daraldı - anladı o kəs, 

Bu başqa hərifdir, ona bənzəməz. 

Atı oynatmadı, çəkildi geri, 

Bildi ki, mərdlikdə yox bərabəri- 

Cilovu çevirdi tez ordugaha, 

Yel kimi sovuşdu, durmadı daha. 

Aslana çevirdi arxa, arxadan 

Zərbəni endirdi ona pəhləvan. 

Qaçanın belini zərbəsi yardı, 




_______________  

Milli Kitabxana

  ________________ 

341 

 

Köksündən dördbaşlı nizə çıxardı. 



Uçan at yel kimi keçdi meydanı, 

Ruslara yetirdi o əzgin canı. 

Tanış, yad qaçaraq tutdular xəbər, 

Səlibə dönmüş bir ölü gördülər. 

Bildilər döyüşkən, qızmış əъdaha 

Igidlər belinə xaç vurdu daha. 

Çəkildi arxada, öndə yüyənlər, 

Çıxmadı Bərtasdan, rusdan bir nəfər. 

Qoşunun nəhayət səbri tükəndi

Bir rus pəhləvanı dağtək tərpəndi. 

Qıntala qohumdu, adı da Kupal, 

Fil canlı pəhləvan yanaşdı, dərhal 

Girdi bir-birinə iki çarpışan, 

Qılınclar oynadı hər iki yandan. 

Zərivənd nəhayət bir qılınc çaldı, 

Kupal pəhləvanın canını aldı. 

Belə bir hünərlə dikbaş ruslardan 

Yetmiş nəfərini qırdı pəhləvan. 

Acıqlı aslandan qıvrıldı Qıntal, 

Ordunu döyüşdə görüncə topal, 

Pəhləvan atlandı zireh geyərək 

Budağı qılıncdan olan sərvtək. 

Atıldı əъdaha yəhər qaşına, 

Yüyəni buraxdı meydan başına. 

Zərivənd görüncə bu əъdahanı 

Kükrəyən buludtək oynadı qanı. 

Iki iti qılınc çıxdı qınından, 

Göy kimi istidən qızışdı meydan. 

Pərgar pərləritək mərkəzi ölçən, 

Biri gec, birisi sürətlə keçən, 

Çatıb bir-birinə, girdilər hərbə, 

Yaralar açaraq, vurdular zərbə. 

Qazana bilmədi heç biri zəfər, 

Çarpışma uzandı gecəyə qədər. 

Nəhayət, bir qılınc endirdi Qıntal, 

O gəlin bəzəkli igidi dərhal 




_______________  

Milli Kitabxana

  ________________ 

342 

 

Torpağa düşürdü qızıl yəhərdən, 



Aslan pəncəsində öldü filbədən. 

Öldürən girincə düşmən qanına, 

Sevincək döndü öz ordugahına. 

Bu işdən sıxıldı böyük tacidar, 

Torpağa sərildi gilanlı salar. 

Əmr etdi igidi etsinlər rahət, 

Adına münasib edilsin xidmət. 

 

O sultan şövkətli şəfəq sökərkən, 



Dağa dalğa vurdu Çin dənizindən. 

"Qan" deyə, susadı hər iki əskər, 

Bisitun dağıtək bayraq çəkdilər. 

Dənizdən kükrədi bir bulud peykər

Hər meşə içindən çıxdı bir əъdər, 

Nəhənglər nərəsi ucaldı dağa, 

Hər yandan axırdı qan dalğa-dalğa. 

Filgövdə bir rumlu toppuz əlində, 

Qılıncı əlində, oxluq belində, 

Döyüşə çağırdı versin imtahan, 

Çıxdı sarı kaftan geymiş pəhləvan. 

Toppuzu başından vurunca birdən 

Rusda nə baş qaldı, nə qol, nə bədən. 

Başqası kükrədi, onu da yardı, 

Qarşıya çıxandan beyin qopardı. 

Qılıncda, qədəhdə, şöhrətli, şanlı, 

Fərincə adında, özü alanlı, 

Toppuzu çiynində atı oynatdı, 

Insanın başından huşunu atdı. 

Bu qapdı toppuzu dolaraq kinə, 

O da tez gürzünü atdı çiyninə. 

Toppuzlar oynadı göydə yan-yana, 

Şiddətlə sarıldı düşman düşmana. 

Alanlı döyüşə girdiyi zaman, 

Bildi ki, acizdir talesiz düşman. 

Toppuzu başından elə endirdi

Baş, beyin dağıldı, qarnına girdi. 



_______________  

Milli Kitabxana

  ________________ 

343 

 

Düşmənin başını salınca yerə, 



Qürurla boynunu çəkdi göylərə. 

Acıqlı bir aslan Ermənistandan - 

Vurub öldürməkdə cəsur pəhləvan. 

Adı Şərvə, özü döyüşdə kamil, 

Nə aslan tay idi ona, nə də fil. 

Hər əldə bir qılınc - nəhəngdən nişan, 

Çox nəhəng başını qoparmış aslan. 

Alanlı üstünə at səyirdərək 

Parlayan qılıncdan oynatdı şimşək. 

Fərincə görüncə adlı igidi, 

Qalxanı qanadtək çiyninə tikdi. 

Şərvə bir qılıncla saldı nəfəsdən, 

Çırpındı, can quşu uçdu qəfəsdən. 

Eysudan bir məğrur susadı qana, 

Atını od kimi çapdı meydana. 

Mərdliklə çalışdı, göstərdi hünər

Şərvəyə aslanlıq nə fayda verər? 

Düşmənin heybəti qorxutdu onu, 

Bir ağır zərbəyə verdi boynunu. 

Cərəm adlı bir dağ Ləzgi dağından, 

Əlindən zinhara gəlmiş bu cahan. 

Igidin poladdan külahı vardı, 

Üzündən, gözündən döyüş yağardı. 

Əynində dəmirdən bir geyimi var, 

Saf gümüştək yanar, civətək parlar. 

Şərvəyə yanaşdı o qızmış aslan, 

Gözünü açmağa vermədi aman. 

Bir qılınc endirdi aslan Şərvəyə, 

Igidin tozunu sovurdu göyə, 

Düşməni torpaqda görüncə belə, 

Beynini dağıtdı at təpiyiylə. 

Boynunu çəkən çox adlı pəhləvan 

Oturdu buza o soyuqqanlıdan. 

Dəvalı görüncə elə bir gərdən, 

Gərdən yox, meydanda gərdənlər yeyən. 

Ilantək qıvrıldı, istədi yaraq 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə