Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə86/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   82   83   84   85   86   87   88   89   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

352 

 

Savaşdan başqa şey tanımaz bunlar. 



Görməmiş onlardan ölən, bir nəfər, 

Arabir görünür yalnız dirilər. 

Bunların sərvəti qoyundur ancaq, 

Hər zaman qoyunla keçinir bu xalq. 

Yunladır bunların ticarətləri, 

Yoxdur bundan başqa bir sərvətləri. 

Kimsədə tapılmaz xəzinə, sərvət, 

Bunların var-yoxu samurdur, əlbət. 

Ən incə, dəyərli, qara samurlar 

Ancaq bu ölkədən, bu yerdən çıxar. 

Hər qadın, erkəyin alnında geniş 

Kərgədan kimi bir buynuz göyərmiş. 

Bunların buynuzu olmasa, inan, 

Surətcə seçilməz bu çirkin rusdan. 

Baş, sima, təbiət, biçimsiz peykər, 

Baxdıqca ən çirkin xoruza bənzər. 

Kim yatmaq istərsə - gənc olsun, qoca. 

Qonar şahin kimi uca ağaca. 

Buynuzu bənd edər qalın budağa, 

Div kimi tərpənməz, başlar yatmağa. 

Yaxından budağa baxdığın zaman 

Asılmış əъdaha görərsən ordan. 

Yorğun da olsalar yatmazlar əsla, 

Çünki yatmaq ziyan verər ağıla. 

O yerə arabir gəlirkən ruslar 

Ağacdan asılmış o divə baxar. 

Bu yığnaq özünü o divdən gizlər, 

Ona yanaşmağın yolunu izlər. 

Onu bir kəndirlə salarlar bəndə, 

Boynunu çəkərlər dəmir kəməndə. 

Möhkəm bağlayınca zənciri, bağı, 

Onu əlli nəfər çəkər aşağı. 

Əsir olduğundan tutunca xəbər

Dönər ildırıma, nərildər, kükrər. 

Dartınıb qırarsa zənciri, bağı, 

Əlindən qurtulmaz onun bir yağı. 




_______________  

Milli Kitabxana

  ________________ 

353 

 

Bir ziyan verməsə möhkəm bağına, 



Gətirərlər onu rus torpağına. 

Açılmaz o qalın zəncir boynundan, 

Gəzdirib çox qazanc alırlar ondan. 

Onu gəzdirərlər kəndlərdə ev-ev, 

Onlara çox sərvət qazanır bu dev. 

Ruslarla bir dava düşdüyü zaman 

Bu canlı fil ilə qızışar meydan. 

Zəncirə çəkilər güclü əъdaha, 

Boynundan zənciri açmazlar daha. 

Belə od meydana çıxsa, qorxudan 

Üzlərdə rəng qalmaz, bədənlərdə can. 

İskəndər o bəla haqqında daldı, 

Bu dastan beyninə bir atəş saldı. 

Dedi: "Bu iş məni qorxudan deyil, 

Ox çubuqları bir ormandan deyil. 

Bu uca taleyim mənə olsa yar,. 

O divin başı da nizəmdə oynar." 

Şəfəq gün doğandan çıxarınca baş 

Qaranlıq Məğribdə gizləndi yavaş. 

Şərq şahı orduya verdi yaraşıq, 

Ancaq div haqqında fikri qarışıq. 

Sağ qolda dayandı rumlu, bərbəri, 

Tutmuş Yəcuc kimi sədd-İskəndəri. 

Dar gözlü çinlilər solu almışdı, 

Onların gücündən yer daralmışdı. 

Ordunun qəlbində igid İskəndər, 

Atı da altında bir dağa bənzər. 

O yanda rus ilə Bərtas və Alan 

Harın atlar kimi coşurdu hər an. 

Təbillər zənglərlə olmuş həmahəng, 

Borular gurlayır məhşər surutək. 

Dağ yaran nağara etdikcə fəryad, 

Simurğ Qaf dağında salırdı qanad. 

Coşduqca şeypurun, neyin naləsi 

Tanrıya ucaldı sığıntı səsi. 

Çarpışan ordular deyirdi: - Görək 




_______________  

Milli Kitabxana

  ________________ 

354 

 

Kimə öz taleyi olacaq kömək? 



Yenə də divüzlü, o qızmış aslan 

Fil kimi kükrədi, oxudu meydan. 

Bir neçə igidi öldürdü yenə, 

Bir kimsə çıxmadı onun önünə. 

Yenə o zirehli, igid döyüşkən 

Şah qərargahının bir tərəfindən 

Qılınc oynadaraq hərbə yanaşdı, 

Günəşin çeşməsi ondan qamaşdı. 

İskəndər tanıdı o mərd igidi: 

"Keçən gün vuruşan aslandır" dedi. 

Igidin haqqında düşdü təşvişə, 

O, əъdaha ilə çıxmış döyüşə. 

Dedi: "Çox heyf olsun, belə qəhrəman 

Bir divin əlində düşsün ayaqdan." 

O igid adlı, o kəskin cilovlu

O odlara girmiş qəlbi alovlu 

Göy yerin başına dolandığıtək 

Divin ətrafında dolandı fələk. 

Birinci tədbirdə o mətin qaya 

Kəskin ox yağdırdı qəlbiqaraya. 

Gördü div oxlardan duymayır qorxu, 

Oxatan oxundan acığa doldu. 

Bir almaz biçimli polad kərpici 

Çarpdı o nəhəngə, çatdıqca gücü. 

Kərpici dəvəyə çarpsaydı, inan, 

Çalatı çıxardı o biri yandan. 

Canını sıxdı div öz kürəyilə, 

Kərpici əzdi o bərk cəmdəyilə. 

Bir polad kərpic də atdı yenidən. 

Onu da rədd etdi o qalın bədən. 

Üçüncü kərpic də qırıldı belə, 

Alınmaz çayların önü kərpiclə. 

Bildi ki, dəmirdən yoğrulmuş insan 

Qorxmayır kərpicdən, qorxmayır oxdan. 

Alovlu nəhəngi çəkdi qınından, 

Əъdaha üstünə cumdu pəhləvan. 




_______________  

Milli Kitabxana

  ________________ 

355 

 

Çiynindən vurunca sarsıtdı onu, 



Zənn etdi zalımın yetişdi sonu 

Çıxdı tez altından yenə Əhrimən. 

Davaya sarıldı iki döyüşkən. 

Açıldı, kəsdi div bəxtin yolunu, 

Haçabaş dəmirlə bərk tutdu onu, 

Yəhərdən qaldırdı o qızmış aslan, 

Dəbilqə torpağa düşdü başından. 

Niqabın altından doğdu bir bahar, 

Lalə yarpağından incə, gülruxsar. 

O gözəl başını kəsmək istərkən, 

Görüb gül üzünü utandı düşmən. 

Gördü ətəyinə düşmüş hörüklər, 

Saçını boynuna sardı o dilbər. 

Hind oğrusu kimi çaldı xəzinə, 

Rumdan çalıb verdi rusun əlinə. 

O div əl tapınca pəri dilbərə, 

Rusun divlərindən qopdu bir nərə. 

Çünki rast gəlmişdi gözəl ceyrana. 

Yenə də başladı ceyran ovuna. 

Sıxıldı kədərli işdən İskəndər, 

Ilantək qıvrıldı qəlbində kədər. 

Şah dedi: "O qara fili filiban 

Coşdursun, kin ilə qızışsın meydan!" 

Filban nərə vurdu o qara filə

Sürdü div üstünə, döndərdi Nilə. 

O filayaqlıya vurdu çox zərbə, 

O odlu qarurə girişdi hərbə, 

Nə dağa qarurə edirdi əsər, 

Nə nizə dənizə verirdi xətər. 

Görüncə o sərxoş fili əъdaha, 

Əlini uzatdı filə bir daha, 

Bilirdi: döyüşdə sınanmış fillər 

Ancaq xortumundan tutsan yenilər. 

Xortumu elə bərk tutdu div insan

Filə bu şən dünya kəsildi zindan. 

Xortumu kökündən qoparıb atdı, 

 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə