Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə94/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   90   91   92   93   94   95   96   97   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

384 

 

Qaranlıq bir yerdə olurmu həyat? 



Şah dedi: "Yoxsa var başqa bir hikmət? 

Həyat çeşməsində olan bu zülmət. 

Yazılmış hərflər qarasıdır bu, 

Mənəvi həyata can verir suyu. 

Kim görmüş yoxsa bu həyat suyunu, 

Zülmətdə ölümdən qurtarsın onu!" 

O qoca dedi: "Ey uca tacidar! 

Bu sudan uzaqdır dediyin əsrar. 

Var Şimal qütbündə qaranlıq bucaq, 

Ağ, gümüş çeşməsi hər sudan parlaq. 

Bu qaranlıq yerə deyirlər zülmat, 

O zülmət içində var abi-həyat". 

O suyu kim içsə olur qəlbi şən, 

Qurtulur ölümdən və xəstəlikdən. 

Sözümdə azacıq olsa şübhəniz, 

Soruşun sınaqlı qocalardan siz!" 

İskəndər bu sözə heyrət etdikcə

Aramaq marağı artdı getdikcə. 

Sordu ki: "Bu zülmat harda?" Göstərən 

Göstərdi padşaha: "Bax, bu sağ əldən 

Qaranlıq ölkəyə qısa yol gedir. 

Gəldiyin bu yolun onda biridir." 

Eşidincə bunu şah dedi: "Ancaq 

Zülmətdə mümkündür işığı tapmaq." 

Zülmata çevirdi şah öz yolunu, 

Gedərkən nəzərə aldı ordunu. 

Sürətlə bir neçə mənzil at sürdü. 

Əsgərin bir çoxu xəstədir, gördü. 

Ardınca axırdı bir dünya ordu. 

Xaslar da yanında alay vururdu. 

Ordu bazarını görən bir insan 

Seçməzdi məhşərin bazarlarından. 

O yerdə quş südü arayan belə

Ordu bazarında gətirdi ələ. 

Hər quraq bir yerə çatdı İskəndər. 

Yağışdan yaşıla büründü çöllər. 




_______________  

Milli Kitabxana

  ________________ 

385 

 

Xızır iz salmışdı sanki bu yola, 



Yainki gedirdi şahla qol-qola. 

Ordu çoxluğundan şah getdi fikrə, 

Belə yol getməkdə sığındı səbrə. 

O çöldə vardı bir böyük mağara, 

Padşahın ordusu çatınca ora. 

Ordunun yanında nə qədər yük var, 

Mağara yanında yerə qoydular. 

O geniş çöllərdə saldılar məskən, 

Şənlikdən viranə çöllər oldu şən. 

Çölbəyi o yerə ad verdi: Bünğar, 

Get-gedə o şəhər adlandı Bulğar. 

Bu gün o ölkədə rəyasət sürən 

Yerləşib qalandır şah səfərindən. 

İskəndər görüncə o saysız ordu 

Yol və iz bilməyir, bir tədbir qurdu. 

Ordudan ayrıldı bir neçə əyyar, 

Istidən, soyuqdan, çıxmış oxçular, 

Ürəkli, sümüyü bərk, dəliqanlı, 

Səbirli, qüvvətli, gənc, polad canlı. 

Əmr etdi qocaya və xəstələrə: 

Əskərlə çıxmasın ağır səfərə! 

Qocalar, xəstələr bu qorxunc yerdə, 

Dolaşıq yollarda düşməsin dərdə. 

O yola - qocasız etdilər səfər, 

Qocalar oturdu, yol aldı gənclər. 

Bir nəfər o yerin ayıqlarından 

Hüzura istədi ulu hökmüran. 

Yox idi ordunun sayı, miqdarı, 

Hər mənzil başında qoydu onları. 

Şor, şirin hər azıq çarpsa nəzərə, 

Yüklətdi qüvvətli, gənc dəvələrə. 

Qoşunla at çapdı qaranlıq suya, 

Bir naib tikdi o qalan orduya. 

Onlara nəsihət elədi bir az: 

"Bu yerdə qəflətlə göz yummaq olmaz!* 

Atını Şimala doğru çaparaq, 




_______________  

Milli Kitabxana

  ________________ 

386 

 

Günəş gərdişindən şah düşdü uzaq. 



Fələyin qütbündən doğunca işıq, 

Azacıq keçmədən sönürdü artıq. 

Üfüqə baş qoydu xətti-üstüva, 

Qütb isə kənardan keçdi ortaya. 

Bir yerə çatdılar parlaq günəşdən 

Yalnız bir xəyaldı gözlə görünən. 

Sürdülər kölgəlik deyilən yerə, 

Saçdılar bayrağı kölgəliklərə. 

Havadan işığı yer qapmış artıq, 

Hər yerə hakimdi dərin qaranlıq. 

Bu yandan ətrafı qaranlıq tutmuş. 

O yandan yol-izi bir dəniz udmuş. 

Ağlıyla bu yolu tutaraq rəhbər

Xətti-üstüvayə qarşı getdilər. 

Get-gedə pərgardan olduqca uzaq, 

Günəşdən, işıqdan düşdülər iraq. 

Gedərkən bir yerə çatdılar o gün, 

Gözlərdən aydınlıq itdi büsbütün. 

Hər yandan yolları bürüdü zülmət, 

Bu dünya qaralsa verərmi ləzzət? 

İskəndər şaşırdı, aradı tədbir: 

"Bu yolda doğru iz göstərən kimdir?" 

Bilənlər söylədi ki: "Bu qaranlıq 

Pərdədir, iç-üzü görünməz artıq. 

Mümkündür irəli getmək yol ilə, 

Dönərkən çətindir gətirmək ələ". 

Çox çarə aradı hər tədbir verən, 

Olmadı buna bir tədbir göstərən. 

Gecəydi o yerdə, qaranlıq diyar, 

Müşkü ud yerinə etdi ixtiyar

257



Kinindən olmuş göy dəli, zəncirli



Zəncinin yerinə keçdi kəşmirli

258


Getdikcə yol oldu tükdən də incə, 

Zülmətdən qurulmuş qaranlıq gecə. 

Hər kişi qayıtdı öz mənzilinə, 

Bu işə bir tədbir düşündü yenə. 



_______________  

Milli Kitabxana

  ________________ 

387 

 

Bir igid gənc vardı, ağılca ulu, 



Saf, işıq ürəyi şəfqətlə dolu. 

Atası qocaydı, doxsan yaşı var, 

Bədən ağrısından sızlayıb ağlar. 

O gün-ki, padişah vermişdi əmr: 

"Çıxmasın bu yola xəstə ilə pir!" 

Gənc oğlu vurğundu xəstə ataya, 

Necə ki, bir xəstə göynər almaya, 

Qocanı özüylə aldı bərabər, 

Necə ki, başqalar yaqutu gizlər

Azıq sandığında gizlətdi onu, 

Onunla dolaşdı zülmət yolunu. 

Taleyin qoşundan küsdüyü gecə 

O gənci aldı bir dərin düşüncə. 

Gecəykən sandığı açdı o cavan, 

Etdi atasına o sirri bəyan: 

"Padişah səfərdən oldu peşiman, 

Çətinlik çəkməkdən qırılmış peyman. 

Qəlbinə bir qorxu salmış qaranlıq, 

Bir tədbir düşünə bilməyir artıq. 

Bələdçi olmadan gedir irəli, 

Bilməyir nə sayaq dönəcək geri". 

Oğluna baxaraq dedi ixtiyar: 

"Bu qara pərdədə gizli bir sirr var. 

Padişah getməyə başlarkən ora, 

Zülmətdən dönməyə vardır bir çara: 

Padşaha gərəkdir ilk dəfə doğan, 

Vücudu sapsağlam boğaz bir madyan. 

Anadan olunca o körpə daylaq 

Başını bir yerdə kəssinlər, ancaq 

Örtməyib qoysunlar yerdə cəmdəyi, 

Anası görüncə, yansın ürəyi, 

Içində qopsun bir həyəcan, hiddət, 

Durmasın padişah, etsin hərəkət. 

O yoldan geriyə döndüyü zaman 

Ordunun önündə gedəcək madyan 

Çaparaq sevimli daylağa sarı, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə