Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə95/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   91   92   93   94   95   96   97   98   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

388 

 

O yoldan beləcə çıxar dişarı. 



O yolda bələdçi olmadan belə, 

Dişarı çıxarlar bu tədbir ilə." 

Qocanın sözünə o gənc uyaraq, 

Kələfin başını tapdı bu sayaq. 

Göylərin o müşkin ipəyi səhər 

Olunca ud rəngli dibayə bənzər. 

İskəndər məclislə yenə oturdu, 

Getməyə hər biri bir tədbir qurdu. 

O məclis nə qədər göstərdi tədbir, 

Bu əsrar haqqında söylədi fikir, 

Xoşuna gəlmədi ulu padşahın, 

Tədbirlər kimsəyə deyildi aydın. 

Öz zəif fikriylə o gənc yanaşdı, 

Bələdçi haqqında şaha söz açdı. 

Atası söyləyən sözləri bir-bir 

Padşaha anlatdı ki, budur tədbir! 

Xoş gəldi bu sözlər, yatdı könlünə, 

Beynində yer etdi o dönə-dönə. 

Dedi: "Ey mərd oğul, belə fikri sən 

Nə sayaq oldu ki, qurdun özündən? 

Bu bilgi özündən gəlməmiş ələ, 

Sən kimdən öyrəndin, gəl, doğru söylə. 

Bar, sərvət verərəm doğru söyləsən, 

Zillətə düşərsən düz deməməkdən". 

Gənc dedi: "Padşahım, mənə ver aman, 

Boşalsın kəcavə bu yüklü atdan

O gün ki, əmr etdi ulu hökmüdar, 

Çıxmasın yola bir xəstə, ixtiyar, 

Bir qoca atam var, bu qoca insan 

Çox qulaqburması görmüş dövrandan. 

Ürəyim çox yandı qoca atama, 

Əmrə itaəti unutdum tamam. 

Özümlə gizlincə gətirdim onu, 

Pis gətirdimsə, pis olmadı sonu. 

Dünən yol haqqında olan sözləri 

Atama açmaqdan durmadım geri. 




_______________  

Milli Kitabxana

  ________________ 

389 

 

Onun təlimini dinlədim bir an, 



Söylənən tədbiri öyrəndim ondan." 

Çox incə bir nüktə söylədi, deyə, 

Şah onun sözündən ucaldı göyə: 

"Bilənlər padşahı olsa da yenə, 

Bu gənclər möhtacdır qoca fikrinə. 

Gənc budaqlarıyla oynarsa qabaq, 

Başını ucaldar bir köhnə budaq. 

Bilikdə birinci olsa cavanlar, 

Qocalar fikrinə ehtiyacı var". 

Dünya padşahı söhbətdə ikən 

Qapıdan div gövdə o vəhşi birdən 

Içəri girincə yanaşdı məğrur, 

Padşaha göstərdi bir şələ samur. 

Hər biri parlaq bir qunduzdan artıq, 

Bir-birindən alır bəzək, yaraşıq. 

Malına xiridar çıxdı hökmüran, 

Yenə birdən-birə yox oldu ordan. 

Qaranlıq içində yox oldu vəhşi, 

Padşahı heyrətə saldı bu işi. 

Işıqlıq göstərdi, fikri eşitdi

Zülmətə getməyə padşah əmr etdi. 

Əmr etdi: "Yelayaq bir boğaz madyan 

Alsınlar, o heyvan doğduğu zaman, 

Kişinin sözünə tamam uyaraq, 

Alınsın, kəsilsin o körpə daylaq". 

Padişahın fərmanı həyata keçdi, 

O işıq çeşməyə doğru yol seçdi. 

 

 



İSKƏNDƏRİN ZÜLMƏTƏ GETMƏSİ 

 

Saqi, bu zülmata bənzər torpağı 

Araşdır, ver mənə həyat bulağı! 

O parlaq su ilə mənə sal-nəzər, 

Bu həyatdan daha canlı həyat ver! 

 



_______________  

Milli Kitabxana

  ________________ 

390 

 

Bu bahar fəslində yeni və köhnə 



Tarixdən başlaram gözəl təranə. 

Rəvayət eyləmiş sınaqlı dehqan: 

Yazın ilk gecəsi ulu hökmüran 

Zülmata getməyə əzm etdi artıq, 

Fikri təskin edər hər bir qaranlıq. 

Günəşi qıfıla vurunca göylər, 

Qaranlıq içində doğar min gövhər. 

Bu həyat suyunda kim etsə məskən, 

Gərəkdir bir pərdə çəksin önündən. 

Çimənlər bu duru, saf çeşmələrdə 

Gərəkdir üzünə çəksin bir pərdə. 

İskəndər zülmata edərkən səfər, 

Söylədi: "Artıqdır bu mühüm şeylər!" 

Cilovu buraxdı "zülmat" deyərək, 

Əъdər quyruğunda gizləndi Aytək

259


Söylədi o zaman böyük İskəndər, 

Ona rəhbər olsun Xızır peyğəmbər. 

Atı Xızra verdi böyük tacidar, 

Bilirdi onda bir aslan qəlbi var. 

Verdi ki, bu yolda səyirtsin onu, 

Onunla tapsın bu həyat suyunu, 

Çuxurlar parladan bir gövhər verdi

Çeşmələr arayan bir rəhbər verdi. 

Dedi ki: "Bu yolun hər tərəfinə 

Həqiqi bir rəhbər özünsən yenə! 

Cilovu hər yana istərsən burax, 

Aç ağıl gözünü, ayıq ol ancaq! 

O çeşmə nə yerdə olsa aşikar, 

Aldatmaz səni bu gövhər, parıldar. 

Uğurla iç haman uğurlu sudan, 

Mənə də göstər ki, yeyəsən ehsan*. 

Göy gərdişli Xızır haman fərmanla 

Ahəngi pozmadan üz qoydu yola. 

Ordudan ayrıldı, irəli getdi

Hər yana himmətlə bir nəzər etdi. 

Su üçün dolandı bütün bucağı, 




_______________  

Milli Kitabxana

  ________________ 

391 

 

Çatmadı suya o susuz dodağı. 



Əlində parladı parlayan gövhər, 

Tapıldı nəhayət aranan gövhər. 

Gümüş rəngli çeşmə axırdı şən-şən 

Süzülən gümüştək daş göbəyindən. 

Bu çeşmə tərifdən uzaqdı, uzaq. 

Bir nur çeşməsiydi bu qaynar bulaq. 

Bir ulduz nə sayaq olursa səhər, 

O parlaq çeşmə də olur o təhər. 

Hələ bədr olmadan nura dolsa ay, 

Eləydi bir az da böyük olsa ay. 

Qaynayır, durmayır öz mənzilində, 

Sanki bir civədir iflic əlində. 

O qədər parlaqdır bu lətif cövhər, 

Dünyada yox ona bənzəyən gövhər. 

Yox başqa gövhərdə bu nur, bu günəş, 

Ona həm su demək olur, həm atəş. 

Xızr həyat suyunu tapınca artıq. 

Hər iki gözünə doldu bir işıq. 

Aşağı enərək dərhal soyundu, 

Doyunca həm çimdi, həm də yuyundu. 

Doyunca içdi o həyat suyundan, 

Əbədi həyata çatdı arayan. 

Atına içirdi, çimdirdi onu, 

Tökdü ağ qədəhə həyat suyunu. 

Atının yanında oturdu bir an, 

Göz götürməz oldu o aydın sudan. 

Istədi gəlincə yoldan İskəndər, 

Desin: "Həyat suyu budur, qıl nəzər!" 

Bir daha çeşməyə göz gəzdirərkən. 

Dirilik çeşməsi yox oldu gözdən. 

Dərhal bu iş oldu Xızr üçün məlum. 

İskəndər o sudan qalacaq məhrum. 

Qorxmadı, utandı o İskəndərdən, 

Xızr da su kimi itdi gözlərdən. 

Söylənən sözləri rumlu ravilər 

Başqa bir şəkildə rəvayət edər: 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə