Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə93/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   89   90   91   92   93   94   95   96   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

380 

 

Məhşərdə yuxudan ayılım ancaq. 



O hansı çeşmədir ömrü uzadan? 

O hansı kölgədir gənclik oyadan? 

Vəslimdir şən, uzun bir həyat verən, 

Mən gənclik verərəm qəmzə edərkən. 

İskəndər dirilik suyuçun gedir, 

Mən varkən zülmətə o neçin gedir? 

Axtarmaq istəsən zülmət yolunu, 

Qara zülfüm sənə göstərir onu. 

Yaqut rəngli sudan istəsən içmək, 

Dirilik suyunu ələ keçirmək. 

Parlaq bir yaqutdur bu gül dodaqlar

Həyat suyu kimi yüz çeşməsi var. 

Şahım, ram ol mənə, çox sərkəş olma! 

Bu həyat suyuna, gəl, atəş olma! 

Pəriyəm, ipəklər içində gizlin, 

Qapını bağlama sevirsə qəlbin! 

Üzünə açıqdır qapım hər zaman! 

Məni sındırsan da, sınmasın peyman! 

Ürəkdən daş asmaq bitməzmi daha? 

Gözələ xor baxmaq yetməzmi daha?! 

Olma daş ürəkli, sevirəm səni! 

Kölən bil, gözəl bil, qulun bil məni! 

Mən fələk olmaqla sənin yarınam, 

Çindənəm, sənin mən, bil, qəmxarınam. 

Deyiləm kölgədə yetişən bir gül. 

Günəşi kölgədə saxlamaq müşkül! 

Mən kimi meyvəni qapatma evə, 

Dad verməz kölgədə yetişən meyvə. 

Mənəm ən ətirli, sevimli reyhan, 

Reyhan olmalıdır evdə hər zaman. 

Burax bu kəkliyi ovlasın tərlan! 

Gəl, çəkin ov güdən bu qartallardan! 

Ağacın xurması yetişmiş ikən 

Başqası yeyəcək onu, dərməsən. 

Mən kimi kim sənin dərdini çəkər? 

Dərdini çəkərək səpərəm şəkər. 




_______________  

Milli Kitabxana

  ________________ 

381 

 

Ürəklər qan oldu qan içməyimdən



Boynumda nə qədər qan qalmış, bilsən? 

Çox şəkər dodağa oxudum meydan, 

Dodağım şirindir şəkərburadan. 

Həm səsim, həm özüm əzəldən gözəl, 

O gözəl, bu gözəl, gözəldən gözəl. 

Saqisi mən olsam, mey olmaz haram, 

Canım işrət saçar bir mütrüb olsam. 

Çalğımla hər kəsi sərxoş edərəm

Sonra hər sərxoşu öldürər qəmzəm. 

Uzaqdan edərəm şux dilbərliklər, 

Qucaqda edərəm canpərvərliklər. 

Qarşımdan gözlərə sevinc salanam. 

Qucağa çəkdikcə könül çalanam. 

Mən olam, saz ola, bir də köhnə mey, 

Aşiqin taqəti qalırmı? Hey, hey!.. 

Sən kimi şəhriyar olsa mənə yar, 

Bu könül şənlikdən başqa nə arar? 

Dövrandan kim almış mənim kimi kam? 

"Dünyada tapılmaz" olmuş mənə nam!.." 

Elə ki, sazına vurdu son mizrab, 

Təsnifi bitirdi dodağı ənnab. 

Şahın məhəbbəti o sözdən coşdu

Sanki tərlan fərə üstünə qoşdu. 

O bahar turacı naz ilə, şən-şən. 

Turunctək soyuldu qızıl beşikdən. 

Könül getdi əldən, sərapərdə boş, 

Sevimli məşuqə sevdadan sərxoş, 

Xəlvət bir gecədə elə bir mələk, 

Mümkünmüdür ona könül verməmək?! 

Gənc, gözəl maralı yıxdı nər aslan, 

Qarət məclisində başladı talan. 

Sığındı o laçın sona ovuna, 

Günəşsə getdi ay qonaqlığına. 

Şəkərtək əmirdi hey dodağını, 

Sorurdu şəkərli ney dodağını. 



_______________  

Milli Kitabxana

  ________________ 

382 

 

Bağrına basdı o gül köküslünü



Xəzinə ağzından açdı möhrünü. 

Bakirə şərabı laləzar gördü, 

Qapalı bağçada alma, nar gördü. 

Əqiq möhr üstünü basmamışdı pas, 

Saf üzük qaşını deşməmiş almas

256


Bir qönçə güldür, yox üstündə tikan, 

Görməmiş bağbandan başqa bir insan. 

O qızğın atəşin artıqlığından 

Damardan fışqırmaq istəyirdi qan. 

Şəkərli dil ilə söhbət açdılar, 

Yağ, bala dönərək qucaqlaşdılar. 

Sarıldı iki sərv, iki gülpeykər, 

Qatdılar badama, yağa qənd, şəkər, 

Əyildi "əlif-lam" kimi cift ayaq. 

Iki hərf kimi bir cinsdən olaraq. 

Elə ki, almaz o gövhəri dəldi, 

Həm almaz yatdı, həm gövhər dincəldi. 

Həyat çeşməsində məsud İskəndər 

Şənliklə keçirdi bəxtiyar günlər. 

Işrətlə keçirdi bir neçə gecə

Çıxmadı o yerdən, daldı sevincə. 

 

 



İSKƏNDƏRİN DİRİLİK SUYU 

AXTARMASI 

 

Saqi, gəl, qədəhi doldur mey ilə, 



Al ələ nəğməylə, çalğı, ney ilə! 

Bir mey ki, içənlər fikrincə, demək, 

Xəstəyə şəfadır, dərdliyə kömək. 

 

Ucalırkən səhər xoruzun səsi, 



Qarovul zənginin susdu naləsi. 

Təbilçi təblinin səsi ucaldı, 

Quşların nəğməsi ətrafı aldı. 



_______________  

Milli Kitabxana

  ________________ 

383 

 

Ibadət edənlər qalxdı yuxudan, 



Pərəstiş etməyə düzüldü hər yan. 

O səhər yuxudan qalxdı tacidar, 

Ibadət etməyə verərək qərar

Ona şəfqət edən haqqı etdi yad. 

Etdi bu hikmətlə dünyanı abad. 

Nəhayət verincə ibadətinə, 

Şərab məclisini bəzədi yenə. 

Mey ilə, çalğıyla gah olurdu şad, 

Vəfalı dostları gah edirdi yad. 

Gülabdan saf olan gül rəngli şərab 

Hər başdan dərd alır, hər beyindən tab. 

Onunla bir məclis qurdu şəndən şən, 

Uzaqdı düşməndən, qanlı döyüşdən 

Elə ki açıldı, uzandı söhbət, 

Danışdı hərə bir gözəl rəvayət. 

Biri söhbət açdı Xorasan, Qurdan, 

Ordakı qızıldan, qüvvətdən, zordan, 

Birisi danışdı Rey, Isfahandan, 

Firidun dövləti çıxan məkandan. 

Çindən, Xarəzmdən söz açdı biri: 

"Var gözəl ipəyi, müşkü, ənbəri". 

Birisi söylədi: "Gözəldir Qeysur, 

Bu yerdən çıxar hər səndəl və kafur". 

"Hindistan gözəldir, - dedi, - bir nəfər, 

Odunu ud olur, palçığı ənbər". 

Məclisdə var idi bir nəfər qoca 

Danışmaq növbəti ona çatınca 

Maraqla başladı qoca sözünü, 

Baş əyib, torpağa qoydu üzünü: 

"Dünyada zülmata çatmaz bir diyar, 

O gözəl torpaqda suyu var. 

Ömrünü artırmaz xəzinə, cəlal, 

Torpaqda çox yatır xəzinə, xam mal. 

Yaşamaq istəsən dünya uzunu, 

Get, keçir əlinə həyat suyunu!" 

Bu sözdən utandı məclis, qaldı mat, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə