Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə92/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   88   89   90   91   92   93   94   95   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

376 

 

Şahın əlindədir çalan hər zaman. 



İskəndər əmriylə aldı sazını, 

Gövhər xəznəsinin açdı ağzını: 

"Bu gecə dünyamız yenidir, şəndir, 

Hər şənlik İskəndər dövlətindəndir. 

Xoş olur gül, çiçək çağı ruzigar, 

Hər tərəf gülümsər gülərkən bahar. 

Qalxdıqca al günəş od kimi yanır, 

Işıqlı dünyadan nur dalğalanır. 

Toxuyur, əsərkən səhər küləyi, 

Yer rumi, göy isə Şüştər ipəyi. 

Al qızıl güllərlə şənlənincə bağ 

Yanar hər qönçədən bağda yüz çıraq. 

Şah qoymuş dünyaya zəfərlə təməl, 

Güzgü pas altında görünməz gözəl. 

Keyxosrov əldə cam tutduğu zaman 

Taxtınız qalmasın boş belə camdan! 

İskəndər Cəmşiddən olmuşsa yüksək, 

Gül üzüm günəşə üstündür gerçək. 

Şah qızıl çəkməli Firidunsa, mən 

"Gavə bayrağıyam", onu fəth edən. 

Taclı Keyqubadsa uca İskəndər, 

Mənim tacım isə müşküdür, ənbər! 

Firuzə taclısan, Keykavus isən, 

Məndən taxt tələb et fil sümüyündən. 

Şah Süleyman kimi div salsa bəndə. 

Çox Məcnun çöllərə salmışam mən də. 

İskəndər ki, bütün dünyanı tutdu, 

Könlümsə o dünya tutanı tutdu. 

Şahın dünya tutan uca kəməndi 

Ay, Günəş boynuna salırsa bəndi, 

Zülfümdən bir kəmənd eşərəm ona, 

Qorxmadan ataram şahın boynuna, 

Padşahın aytutan bir kəməndi var, 

Mənim də kəməndim şahları tutar. 

Kəskin ox atırsa uca hökmüdar, 

Məndə də ox atan min naz, qəmzə var. 




_______________  

Milli Kitabxana

  ________________ 

377 

 

Qılıncla gülgün qan tökürsə salar, 



Mənim gül üzümdən al qan damcılar, 

Qılınc oynatmağa şah versə qərar, 

Mənim də qılıncdan kəskin dilim var. 

Şah toppuz qaldırsa qulaq ucuna, 

Iki zülfüm də bir toppuzdur mana. 

Atından tək bir tuğ asmış hökmüran, 

Mən on tuğ asmışam ağ buxağımdan, 

Şahda bir qutu var, içi ləldir, 

Mənim də qutumda var ləl ilə dürr. 

İskəndər yaqutu mədəndir ancaq, 

Al, canlı yaqutdur məndəki dodaq. 

Əflakə münəccim olmuş İskəndər, 

Mənim keşiyimi ulduzlar çəkər. 

O başı üstündə ucaltmış sancaq, 

Qapımda yüksəlmiş yüz elə bayraq. 

Aləmə şah isə o sərvərliklə, 

Gözəllər şahıyam canpərvərliklə. 

Üzümdən örtümü atdığım zaman 

Yalnız bir telimə dəyməz bu cahan. 

Ay üzdə yer versəm müşkin tellərə, 

Ayı bir telimlə çəkərəm yerə. 

Bu əqiq dodaqdan şəkər tökərkən, 

Rəhiq mey çəkərəm incə püstədən. 

Rəhiqim suyu da rəqsə gətirər, 

Əqiqim yuxuya bir nəşə verər. 

Göydən tuğ istəsən, buxağımdan al! 

Şəkərdən duz umsan, dodağımdan al! 

Dodağım şəkərdir, gülüşü şəkər, 

Bu gülgün yaqutun öpüşü şəkər. 

Öpüşün qapısı bununla belə, 

Bağlanmış Səmərqənd çubuqlariylə

253


Tutaq ki, kimiya daşı zər edir, 

Nəfəsim torpağı müşk, ənbər edir. 

Süheyl edən kimi gönlərə əsər, 

Nəfəsim nəsimə o ətri verər. 

Bir gözlə edərəm könülləri qan. 




_______________  

Milli Kitabxana

  ________________ 

378 

 

O biri gözümlə alaram yüz can. 



Bu yandan ovlaram gəlsəm üz-üzə, 

O yandan ataram daşqın dənizə. 

Qəmzəmlə aldadıb salaram dərdə, 

Tayım yox, mahirəm belə işlərdə. 

Üzümü rahiblər görsə, nur deyə

Dindar hirbüd kimi düşər səcdəyə. 

Zahidin ürəyi qara daş isə, 

Sazımın səsiylə gətirrəm rəqsə 

Bu gümüş əndamla gümüş saçaraq 

Xəzinə qıflını açmaram ancaq. 

Baxçamın qapısı deyil aşikar, 

Ancaq bağban bilir hardadır açar. 

Tər-tazə yetişmiş xurmalarım var, 

Tək quru tikanı görər başqalar. 

Elə bir gülabam, kədər verərəm, 

Məndən duz umana ciyər verərəm. 

Gecə türk üzümü görmüşmü, nədir? 

Xalımtək mənə bir hindli bəndədir. 

Yeni ay bir hilal kimi doğaraq, 

Vüsalım fikriylə boşaltmış otaq. 

Tellərim, başlasa rəqsə, yox çara

Kəkliyin ayağı düşəcək tora. 

Üzüm zülf altından olsa aşikar, 

Çəməndə güllərin ağzı sulanar. 

Birçəyim qıvrılsa bu çəmən boyu, 

Kəməndə salaram o parlaq suyu. 

Lətif bədənimi etsəm aşikar, 

Ağ badam içinin budları sınar. 

Ağ gümüş biləyim görünən zaman 

Yasəmən tər tökər utandığından. 

Dodağım şəkərə dadımlıq verər, 

Qulaqda halqalı bir quldur gövhər! 

Ağzım ki, çəkişdi Müştəri ilə, 

Üzüyü qazanan keçirdi ələ. 

Mənimlə bir cınaq çəksə gül, çiçək, 

"Apardım" sözünü unutsun gərək

254




_______________  

Milli Kitabxana

  ________________ 

379 

 

Gözümdən Babilə bir əfsun çatdı, 



Ondan, bax, nə qədər cadu yaratdı! 

Çinə bircə telim getdi ərməğan, 

Müşk oldu ahunun göbəyində qan. 

Zülfü qulağımda edərsəm çənbər

Üst-üstə tökülür bayğın könüllər. 

Bu sərxoş gözlərin naz, qəmzəsilə 

Yüz əldən getmişi gətirrəm ələ. 

Çox qaçqın könüllər ovladım hər an. 

Onlara quyudur, bax, bu zənəxdan. 

Aşiqə bir tellə verərəm tuğ tac. 

Ətrimlə Xülləxdən alaram xərac. 

Möhrümü vuraram Çin xaqanına, 

Beş növbət salaram Rumu talana. 

Bu müşkin xalımla çinli bağrıyam, 

Falca Rum qəlbinin şən çırağıyam

255


Yuxulu çağımda verərəm məzə, 

Qanını tökərəm edərkən qəmzə. 

Dodağım rəng verir hər gülgün lələ, 

Üzümün xəyalı oynar günəşlə. 

Müğ mənə "sənəmdir" deyə yalmanır, 

Cənnətin bir sənəmxanəsi sanır. 

Mənim nar döşlərim görünən zaman 

Narların ürəyi soyudu bağdan. 

Döşlərim dikəlmiş təzə narınctək, 

Hansı bir bəxtiyar onu dərəcək? 

Uğurlu ağacam, iki narım var, 

Bir güləm, pərdədə gözəl barım var. 

Tufanla qopsa da dünya təməldən, 

Bəxtiyar şah olsun, bir mey, bir də mən! 

Bir dastan işlətmək istərəm ona

Almaq öz sazımtək öz qucağıma. 

Bir öpüş vurum gah məst gözlərinə, 

Gah qara zülfümü verim əlinə. 

Bu şərtlə canımda eyləsin məkan, 

Başımı çəkməyim ayaqlarından. 

O günəş eşqindən sərxoş olaraq, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə