Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə88/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   84   85   86   87   88   89   90   91   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

360 

 

Çəkdi ətəyini üzə duvaqtək. 



Görüncə o parlaq ayı padişah, 

Əmr etdi: yadlardan boşalsın dərgah. 

İskəndər çadırı xəlvət edərkən, 

Əliylə niqabı çəkdi üzündən. 

Gördü bir afətdir xəyaldan uzaq, 

Bir nur qaynağıdır günəşdən parlaq. 

Bir pəriəndamdır olduqca incə, 

Pəritək əlinə keçmiş bu gecə. 

Cəhənnəm görmüş bir əndamı gümüş, 

Malikdən qaçaraq cənnətə düşmüş. 

Sərvtək yaşıldır başı hər zaman. 

Qızılgül rəngini borc almış ondan. 

Atdıqca o qəmzə oxunu təkrar, 

Bir neçə ruhları edirdi şikar. 

Dodağı bazara salır fitnələr, 

Üstünə tökülmüş xalvarla şəkər. 

Açılmış səməndir onun qucağı, 

Güllərə örnəkdi dilbər yanağı. 

İskəndər elə bir ayı gördükdə, 

Önündə canlandı sanki bütkədə. 

O azad qamətli kəniz önündə 

Özünü gördü ən aciz bir bəndə. 

Kəniz ki, ağalar qul olur ona

Bax, necə ürəklər düşər toruna! 

Bildi Çin hasarlı bu gözəl şikar 

Xaqandan verilmiş ona yadigar. 

Meydanda mərdliklər görmüşdü ondan, 

Igidlər demişdi: Bu qızdır aslan! 

Acındı əlindən çıxan gəlinə, 

Sonra bu nə sayaq düşmüş əlinə? 

- Halını aç, - dedi, - ey şəkərpara! 

Dediyin dastanla könlümü ara!.. 

O gözəl, pərəstiş edən, sevimli, 

Padşaha baş əydi, açıldı dili. 

Duaya başladı: "Ucalsın baxtın, 

Bar olsun dünyada bu tacın, taxtın! 




_______________  

Milli Kitabxana

  ________________ 

361 

 

Dünyaları açan cahangir sənsən



Haqq səni yaratmış ədl ilə dindən. 

Şövkətin gündüzdən daha aşikar, 

Dövlətdən ürəyin daha xoşrəftar. 

Səndəndir qurtuluş ümid gününə, 

Günəşin işığı səndəndir yenə. 

Ordular dağıdan hökmüdarlar var, 

Biri qılınc vuran, biri tacidar. 

Günəşsən, tək doğmuş səni ruzigar. 

Həm kəskin qılıncın, həm də tacın var. 

Məclisdə dünyanın hökmüranısan, 

Döyüşdə zamanın pəhləvanısan! 

Mən kimi torpaqda varmı o qüdrət, 

Həyatın suyilə olsun həmsöhbət? 

Kimdə var cəsarət dinsin hüzurda

Zöhrə də həyadan əriyər burda. 

Uğursuz qəziyyəm şərhə yaramaz, 

Madam ki, deyirsən, söyləyim bir az: 

Mən haman kənizəm, ey şahım, inan, 

Bakirə qızlardan seçmişdir xaqan, 

Dərgaha verərkən dedi: - Ey sərvər, 

Bu sandıqda vardır gizlin incilər! 

O sözü çox ağır göründü sənə, 

Acıqlı nəzərlə baxdı şah mənə. 

Pərdənin ardında oturtdu səssiz

Anmadı bir dəfə, unutdu təmiz. 

Olduqca sıxıldım, padşahdan uzaq, 

Davaya cəlb etdi məni sıxılmaq. 

Padşahın bəxtiylə o ilk döyüşdə 

Hünərlər göstərdim tək bir dönüşdə. 

Ikinci gün yenə qopardım nərə, 

Bir bəla kəsildim düşmən əsgərə. 

Taleyim olmadı üçüncü gün yar, 

Döyüşdə düşmənə oldum giriftar. 

Nə düşmən? Kin ilə kükrəyən nəhəng! 

Surətdə tanrının qəhrindən örnək. 

O zalım əъdaha keçdi qanımdan, 




_______________  

Milli Kitabxana

  ________________ 

362 

 

Orduya götürdü o qorxunc insan. 



Insafsız ruslara tapşırdı məni, 

Söylədi: "Gizlədin bu xəzinəni." 

Yenə də durmadan meydana qaçdı, 

Filləri yıxmağa kəskin qol açdı. 

Elə ki, taleyin səni ucaltdı, 

O divi fil kimi torpağa atdı. 

Taleyin çəkincə səni zəfərə, 

O gücdən ucaldı başım göylərə. 

Gördüm ki, div çəkir qıvrımlı bəndin, 

Bəlanı özünə çəkir kəməndin. 

Sağ qılınca yenə o müdhiş əъdər

Qıvrıldım, qəlbimi sıxdı bir kədər. 

Lakin kəməndinə bu div düşərkən 

Gül kimi açıldım, qurtuldum qəmdən. 

Rusların dərdləndi şən könülləri, 

Xeyritək saraldı qızıl gülləri. 

O gecə vəhşilər başlarkən işə, 

Hər yoldan keçəni saldı təşvişə. 

Kəndirlə bağlandı əlim, ayağım, 

Qaranlıq yer oldu mənim otağım. 

Ahəngi, söhbəti xoşa gəlməyən

Mənə bir orduydu qarovul çəkən. 

Gecədən bir qədər keçdiyi zaman 

Qarışıq bir səs-küy qopdu bayırdan. 

Içəri bir bulud girdi qapqara, 

Göydən daş yağdırdı qarovullara. 

Rəqiblər o gecə çəkirkən keşik 

Qorxudan hər biri aradı deşik... 

Hey başdı, qoparıb çırpırdı daşa, 

Yainki vurardı başqa bir başa. 

Bədəndən o qədər qoparmışdı baş. 

Başlardan qurmuşdu uca bir dağ, daş. 

Yerimdən quş kimi qaldırdı haman, 

Açdı zəncirləri əl-ayağımdan. 

Taxtının yanında qoyuldum yerə. 

Başımı qaldırdı yerdən göylərə. 




_______________  

Milli Kitabxana

  ________________ 

363 

 

Zindanda dustaqdım bir xəzinətək, 



Bu gündən gərəkdir şən həyat sürmək. 

Bəzəklə gözəldir qadın ayağı, 

Qadına yaraşmaz zindan otağı. 

Bax, belə düşünür coşğun ürəyim, 

Yuxumda görünür bu şən diləyim." 

Pəri qız halını şaha söylərkən 

Padişah gül kimi açıldı birdən. 

Bir öpüş aldı o gül dodağından. 

Qul kimi söylədi ona hökmüran: 

"Ey tozsuz, şən çiçək, ey gözəl dilbər! 

Tanrı sevgisinə bürünmüş peykər! 

Eşqinə əzm etdim səni görəli, 

Ey məclis bəzəyi, meydan gözəli! 

Meydanda səni bir can alan gördüm, 

Ürəkli, güclü bir pəhləvan gördüm. 

Səsin də gözəldir sənin özüntək, 

Bu iki hünərdə tək yarandın, tək! 

Qalx, mənəm hərifin, çal, ey canlı saz. 

Könlümü sazınla şənləndir bir az!" 

Sazını zövq ilə çaldı o pəri, 

Mizrabla oynatdı incə telləri. 

Ən yeni bir mahnı başladı şən-şən. 

Oxudu pəhləvan nəğmələrindən: 

"Padşahım, sərvərim, tacım, şövkətim! 

Ey ağıl mədəni, ağıl dövlətim! 

Gənc başın olsun hər töhmətdən uzaq, 

Saf qəlbin görünsün çeşmədən parlaq. 

Taleyin gənc olsun, fikrin bəxtiyar, 

Dünyanı fəth edən güclü tacidar! 

Vücudun dincliyə əzm etsin sənin, 

Pak olsun çirkabdan, kirdən ətəyin! 

Hər yerə üz tutsan yaxşı-yamandan, 

Arxan ağlın olsun, kömək yaradan! 

Elə ol, ulduzun kamınca dönsün, 

Adına baş əysin dünya büsbütün!" 

Sonra öz sirrini açmağa durdu, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə