Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə87/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   83   84   85   86   87   88   89   90   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

356 

 

Uca fil dağ kimi palçığa batdı. 



Bu qorxunc oyundan qorxdu İskəndər, 

Qorxdu ki, bu işdən məhv olsun əskər. 

Dedi fərzanəyə gözündə hiddət: 

"Məndən üz çevirdi bu bəxt, bu dövlət! 

Bəxtim üz döndərmiş, bax bu gedişə, 

Bilsəydim girməzdim qorxulu işə. 

Ucalar göylərin uğursuz əli, 

Nazdan məhrum edər bir çox gözəli. 

Şah gətir-götürü sürər az zaman, 

Hər ildə bir kərə qızışar aslan. 

Dinclik yox, çapmaqdan yoruldu atım, 

Beləcə keçəcək bütün həyatım... 

Vəziri tədbirlə verdi çox ürək

Dedi: "Ey şəhriyar, səbr etmək gərək! 

Zəfərlə olarsan yenə bəxtiyar, 

Sənin həm tədbirin, həm qılıncın var. 

Çarəmiz bağlansa qara daşlara, 

O daşdan qılıncla taparıq çara. 

Elə ki, taleyin qucaqlar səni, 

Salarsan bəndə yüz belə fitnəni. 

Sənin bir tükünün, şanlı hökmüran, 

Dəyəri artıqdır bütün ordudan. 

Belədir ulduzlar göstərən əsrar: 

Elə ki, düşmənlə şah hərbə başlar

Bəxtinin gücüylə bu güclü insan 

Şiddətlə torpağa verəcəkdir yan. 

Doğrudur, bu qaya gövdəli yağı 

Vücudca qabadır, bərkdir ayağı, 

Gövdəsi tunc kimi olsa da qatı, 

Sarsıtmaq olur bu canlı poladı. 

Ona kar etməyən qılıncı unut! 

Dəmirlə dağılmaz göydəki bulud. 

Hünərlə başını gətir kəməndə, 

Sal kəmənd altında zəncirlə bəndə. 

Ona ox və qılınc etməyirsə kar, 

Çünki bərk arxası, qalın gönü var. 




_______________  

Milli Kitabxana

  ________________ 

357 

 

O divi zəncirlə edərsən əsir, 



Yoxsa bu qılınc, ox etməz bir təsir." 

Bu böyük müъdədən uca padişah 

Şükr etdi, tanrıya apardı pənah. 

Tanrıdan görüncə səadət, kömək, 

Atıldı atına, oldu bir şimşək. 

Onu Çin xaqanı vermişdi Çində, 

Doğmuş böyük Çinin göy tövləsində. 

Bir kəmənd istədi, atının başı 

Çevrildi o qaraürəyə qarşı. 

Saldırdı o qorxunc divə İskəndər, 

Necə ki, dağlara bir bulud çökər. 

O nəhəng yerindən qımıldanmadı, 

Qolunu bağladı İskəndər adı. 

Düşməni bağlayan kəməndi birdən, 

Çərxi-çənbəritək atdı filbədən. 

Boynundan salınca bəndə yağını, 

Yer öpdü padşahın mərd ayağını, 

Boynundan kəməndə keçincə düşmən, 

Div tutan İskəndər vermədi aman. 

Kəməndlə aşağı çəkdi boynunu, 

Ordugaha doğru sürüdü onu. 

O div ceyran kimi yerdə süründü, 

Tazı qarşısında ceyrana döndü. 

Elə ki, qüvvətli o vəhşi maral 

Düşməkdən, qalxmaqdan əzildi, dərhal 

Padşahın ordusu qopardı nərə, 

Yüksəldi səsləri uca göylərə. 

Təbillər gurladı, o coşğun səsə

Uyaraq, yer-göy də başladı rəqsə: 

Elə ki, İskəndər bəxtin gücüylə 

Divqılıq insanı gətirdi ələ, 

Oturtdu düşmənlər oturan yerə, 

Qoşdu zindanında yatan divlərə, 

O igid padşahın bu qüvvətindən 

Ürkərək, qorxuya düşmüşdü düşmən. 

Rus şahı Qıntal bir yumşaq mum oldu, 




_______________  

Milli Kitabxana

  ________________ 

358 

 

Rum şahı İskəndər nəşəyə doldu. 



Yenidən başlandı məclis çalğısı, 

Açıldı dünyaya şənlik qapısı. 

Dinlərkən çalğını o məclis boyu. 

Qədəhdə qaldırdı gül rəngli suyu. 

Andıqca talein səadətindən 

O gülgün şərabı içirdi şən-şən. 

Gecə göy qıfılı xəznəyə vurdu, 

Müşkü kafur çəkən tərəzi qurdu. 

O müşkin badəni içir hökmüran

Mütrüb o pərdədən çalardı hər an. 

Içirdi ərinmiş ləli qədəhlə, 

Dinlərdi o yeni ləli fərəhlə. 

Içdikcə ürəkdən silindi kədər, 

Istəyən kimsəyə saçardı gövhər. 

Məclisdə hər yandan qissə dinlərkən 

Bir çox şey soruşdu hər bir qissədən. 

Yenidən söz açdı ulu hökmüran 

Atı yel qanadlı qılınc vurandan: 

"Bilmirəm, onu bu div gövdəli şir 

Öldürdü, yoxsa ki, götürdü əsir.- 

Qalırsa, bəndini tez qırmaq gərək, 

Nizənin gücüylə qurtarmaq gərək! 

Getmişsə, getmişi olmaz unutmaq, 

Onu bir qədəhlə gəl xatırlayaq!" 

Içkidən beynində qan alovlandı, 

O zindan xalqına ürəyi yandı. 

Əmr etdi o dilsiz əsiri yenə 

Alsınlar padşahın şən məclisinə. 

Padşahın əmriylə o bağlı nəhəng 

Məclisdə dikəldi uca bir dağtək. 

İskəndər gücüylə vücudu əzgin 

Məclisdə göründü solğun və qəmgin. 

O dilsiz ağrıdan yaman inlədi, 

Əz dilsiz tövrüylə şəfa dilədi. 

O vəhşi divgövdə inləyincə zar 

Dilsizə acıdı uca tacidar. 




_______________  

Milli Kitabxana

  ________________ 

359 

 

Yerindən əmr etdi o divlər yenən 



Zənciri açdılar divin əlindən. 

Buraxdı başına onu hökmüran, 

Bu azad etməkdən görmədi ziyan. 

Əz böyüklüyüylə onu oturtdu

Yedirtdi, içirtdi, hörmətli tutdu. 

Bir neçə qədəhlə onu yar etdi, 

Meylə öz qəlbini aşikar etdi. 

Kəlləsi qızınca sərxoş çağında, 

Kölgətək süründü taxt ayağında. 

Kimsəyə isinməz vəhşi qəlbilə 

Ona dost olanı tanıdı belə. 

Tələsik dişarı çıxdı məclisdən, 

Güclünün olmadı tozunu görən. 

İskəndər heyrətlə düşdü təşvişə, 

Hər kəsdən bir fikir sordu bu işə. 

Şərabdan olunca bunun könlü xoş, 

Nə üçün məclisdən çıxdı bu sərxoş?! 

Dövlət böyükləri qaldılar heyran, 

Hər biri bir fikir eylədi bəyan. 

Birisi dedi: "Bu vəhşidir hələ, 

Zənciri açınca üz qoydu çölə." 

O biri dedi: "Mey edincə əsər, 

Buradan çıxınca evinə gedər." 

İskəndər məclisdə gizlin, ya açıq 

Söylənən sözlərə dinmədi artıq. 

Düşündü, fələyə əyərək boyun, 

Gecə pərdəsindən doğar nə oyun? 

O qədər keçmədi, o fil gövdəli 

Girdi əllərində bir gəlin beli. 

Şahın qarşısında qoydu şəfqətlə. 

Diz çökdü, torpağı öpdü hörmətlə. 

Gətirdi belə bir gözəl şikarı. 

Yenə də məclisdən çıxdı dişarı. 

Bu işdən heyrətə düşdü hökmüran, 

Gördü yar belinə sarılmış ilan. 

Padşahdan utandı o nazlı mələk, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə