Azərbaycan Milli Kitabxanası
164
faktlar əksər hallarda tipoloji modifikasiya limitini aşaraq
tiploji «yenidənqurma» şəklini alırlar.
3.3.4. Ekstralinqvistik faktorlardan qaynaqlanan tipoloji
anomaliya hallarının təhlili məsələsinə qayıdaraq onu qeyd
edək ki, sözügedən halların yekcins mahiyyət kəsb
etməməsi onların aşağıdakı şəkildə təsnifatlandırılmasını
labüd edir: 1) yadstrukturlu dil sisteminin təsiri ilə baş
verən və həmin təsirə məruz qalan dilin daxili imkanlarının
yenidən dəyərləndirilməsi ilə gerçəkləşən dəyişikliklər; 2)
yadstrukturlu elementlərin (hazır şəkildə) mənimsənilməsi
ilə reallaşan qrammatik interferensiya.
Şəkilçi alınmalarını əhatə edən II qrup sapma element-
lərinin interferensiyasının yalnız morfem «qabarıqlığı»
şəraitində gerçəkləşə bilməsindən dolayı, bu qəbildən
ünsürlərin, əsasən, flektiv dillərdəki iltisaqi (alınma)
morfemləri əhatə etdiyini söyləmək olar. Lakin şəkilçilərin
daxili formasının bərpa edilməsi qeyri-mümkün olan
alınma söz tərkibində (məs: Arakçeev sonuncunun (leksik alınmanın) komponenti qismində
mənimsənilməsi halları bu sıraya aid edilə bilməz. Məhz,
morfem «qabarıqlığı» faktorunun alınma şəkilçinin
üzvlənən komponent kimi dərkinə imkan yarada
bilməsindən dolayı, həmin xarakteristikaya (digər insirafi
dillərlə müqayisədə nisbətən daha çox) uyğun gələn
analitik-flektiv dillərin sözügedən qrup interferensiya
faktları üçün daha əlverişli şərait təqdim etdiyini söyləmək
olar.
Lakin burada onu da vurğulamaq lazımdır ki, morfem
alınmalarını ehtiva edən qrup sapma elementləri çoxsaylı
ративистику. М., 2001, стр.110.) мцлащизяляринин перифразына йол вермяли
олажаьыг: пижин вя креол диллярин типолоъи аспектдя дяйярляндирмясинин
нятижяляринин «нормал» дилляря шамил едилмяси реал дил материалынын типолоъи
тякамцл юзялликляринин йанлыш мяжрада гавранылмасына йол ача биляр.
Azərbaycan Milli Kitabxanası
165
olmayıb dilin iltisaqi indeksasiyasına güclü təsir etmə
imkanına malik deyil. Daha dəqiq olsaq, hadisələrin əks
məcrada cərəyan etdiyini etiraf etməliyik: iltisaqi morfem
alınmaları ilə bağlı interferensiya prosesi hər hansı bir
konkret flektiv dilin aqlütinativlik əmsalının imkan verdiyi
çərçivədə tənzimlənir. Başqa sözlə burada da, dilin daxili
inkişaf qanunauyğunluqlarının «sanksiyalaşdırıcı»;
«sifarişverici» qüvvə rolunda çıxış etdiyini təsbit etmək
olar.
Bu qəbildən tipoloji sapma faktlarından fərqli olaraq,
daha rəngarəng təzahür xüsusiyyətlərinə malik birinci qrup
(yəni yadstrukturlu sistemin təsiri ilə baş verən və həmin
təsirə məruz qalan dilin daxili imkanlarının yenidən
dəyərləndirilməsi ilə gerçəkləşən dəyişiklikləri ehtiva edən)
anomaliya hallarına gəlincə, onların özlərini də iki yerə
bölmək mümkündür. Belə ki, bu dəyişikliklər sırasında
xarici dil təkanından sonra, növbəti mərhələdə baş verən
prosesləri onun (xarici dilin) bilavasitə təsiri ilə reallaşan
anomaliya hallarından fərqləndirmək lazımdır. Başqa sözlə,
birinci yarımqrupun əhatə etdiyi sapma elementlərinin
meydana gəlməsində xarici dil amili implisit şəkildə
təzahür tapdığı halda (məs: bolqar dilinin
analitikləşməsində qonşu dillərlə əlaqə faktoru
1
önəmli rol
oynasa da, məhz, həmin prosesin – analitikləşmənin
məntiqi davamı olaraq ortaya çıxan iltisaqi indeksasiya
artımını bilavasitə sözügedən amillə əlaqələndirmək
çətindir).
Digər yarımqrupa daxil olan anomaliya hallarının
1
Болгар дилинин аналитикляшмясиндя вя бу аналитикляшмя просеси нятижясиндя
синтетик- флектив гурулуша малик гощум славйан дилляриндян фяргли олараг
артикл ялдя етмяси мясяляси бир чох тядгигатларда гейд едилир. (мясялян,бах:
Серебренников Б.А. Роль человеческого фактора в языке. Язык и
мышление. http://www.classes.ru/grammar/119.Serebrennikov
Azərbaycan Milli Kitabxanası
166
yaranma səbəbləri sırasında dil əlaqələri faktorunun
əhəmiyyətli rol icra etməsi faktı (məs: erməni dilindəki
iltisaqiləşmə tendensiyasında olduğu kimi
1
) aşkar sezilir.
Meydana çıxmasında ekstralinqvistik amillərin önəmli
rol oynadığı ayrı-ayrı tipoloji sapma faktlarının fərdi
özəllikləri ilə bağlı məsələlərə konkret anomaliya hadisələri
çərçivəsində toxunulacağından, bu məqamda sözügedən
mövzu ilə əlaqədar təhlilləri (ümumi təsnifatlandırmanı)
yekunlaşdıraraq, bir daha vurğulamaq istərdik ki, əksər
situasiyalarda xarici dil faktoru dil sisteminin daxili
qanunauyğunluqları ilə şərtlənən proseslərin katolizatoru
funksiyasını icra edir.
Ekstralinqvistik faktorların iştirakı ilə təsbit edilən
tipoloji sapma hallarının böyük qisminin dil sisteminin
məlum təkamül sxemindəki ardıcıllığa müvafiq təbiət
sərgiləməsini də (yəni, iltisaqi dillərdə insirafi elementlə-
rin, analitik flektivlik zəminində «təkrar aqlütinasiya»
ünsürlərini təcəssüm etdirməsini), məhz, bununla – daxili
və xarici inkişaf qanunauyğunluqlarının qarşılıqlı
şərtləndirilməsi ilə izah etmək olar. Lakin əks istiqamətli
proseslərin müşahidə edilməsi bəzi hallarda xarici faktor-
ların intensivliyi sayəsində dil sistemində kodlaşdırılmış
təkamül sxemindən fərqli məcrada cərəyan edən
dəyişikliklərin istisna edilmədiyini ortaya qoyur. Belə ki,
E.Tenşiev salar dilində çin dilinin təsiri ilə şəxs şəkil-
çilərinin reduksiya uğradığını bildirmişdir.
2
Türk dilləri
1
Мцасир ермяни дилиндя илтисагиляшмя просесинин мцшащидя едилмяси вя бу
просесин билаваситя гоншу диллярин, о жцмлядян, аглцтинатив гурулушлу
Азярбайжан дилинин тясири иля эерчякляшмяси факты бир сыра арашдырмаларда
вурьуланмышдыр.(мяс,бах: Гукасян В, Асланов В. Исследования по
истории азербайджанского языка дописьменного периода. Б., 1986).
2
Тенишев Э.Р. Строй саларского языка. М., 1976, стр.89,(щямчинин, бах:
Тенишев Э.Р., Тодаева Б.Х. Язык жёлтых уйгуров. М., 1966)
Dostları ilə paylaş: |