196
1
|
Qısa fasilə (bir sayına bərabər)
sətri
2
||
Orta fasilə (iki sayına bərabər)
sətri
3
|||
Uzun fasilə (üç sayına bərabər)
sətri
4
—
Məntiqi vurğu
sətiraltı
5
Tonun yüksəlməsi
sətirüstü
6
Tonun alçalması
sətirüstü
7
.....
Sözün uzadılması, yaxud cümlənin
hissəsinin oxu tempinin aşağı
salınması
sətiraltı
8
Tempin artırılması (oxunun
sürətləndirilməsi)
sətiraltı
9
Yanaşı gələn sözlərin birnəfəsə
deyilməklə oxunması
sətirüstü
10
Misrada fikir tamamlanmayıb
növbəti misraya köçürüləndə
qoyulur.
sətri
İFADƏLİ OXUDA
İSTİFADƏ EDİLƏN
ŞƏRTİ İŞARƏLƏR
LAYİHƏ
197
A
Antreprenyor – sahibkar
B
Baziçə – oyuncaq
Bədəl – əvəz, əvəzçi
C
Cariyə – keçmişdə özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən,
alınıb-satıla bilən, hüquqsuz qız və ya qadın
Cədəl – çəkişmə, didişmə, vuruşma, qovğa
D
Dehqan – kəndli, əkinçi, rəncbər
Dəstgah – 1. Cah-calal, dəbdəbə. 2. Bir işin təşkili üçün lazım olan şeylərin,
vasitələrn məcmusu. 3. Azərbaycan xalq musiqisində irihəcmli muğam, musiqi
kompleksi.
Dildadeyi-irfan – elm, maarif əhli
Donos – birisi haqqında hökumət idarələrinə və ya onun nümayəndələrinə gizli
olaraq verilən məlumat, xəbər
E
Ehsas – duyma, hissetmə; duyğu, hiss
Ekstremist – siyasətdə ifrat tədbirlər tərəfdarı
Ə
Əflatuni – açıq-bənövşəyi
Əxtər – ulduz, bəxt, tale
Əlbisə – paltar, geyim
Əlində – açıqda, gizlənməyən
Ərbab – sahibkar, ağa
Əşxas – şəxslər
L Ü Ğ Ə T
LAYİHƏ
198
F
Fenomen – müstəsna, qeyri-adi şəxsiyyət, hadisə
Fəzilət –ləyaqət, dəyər, alicənablıq, hünər
Firəng – fransız
H
Hacat – alət
Haydut – quldur, soyğunçu
Həmil – hamilə, boylu
Həzərat – “həzrət” sözünün cəmi, cənablar, ağalar
Huşyar – ağıllı, düşüncəli, şüurlu, dərrakəli
X
Xaqan – qədim türk və monqol hökmdarlarına verilən ad, titul
Xanəgah – şeyx və ya mürşidin dərvişlərinin yaşadıqları və ibadət etdikləri yer
Xəlilüllah – ərəbcə: Allahın dostu, istəklisi
İ
İxtilaf – fikir ayrılığı, mübahisə
İxtiyar – yaşlı, qoca
İltimas – xahiş
İnabə – peşman olmaq
İnayət – rəhm, mərhəmət
İrfan – bilik, idrak, mərifət, elm və düşüncədən hasil olan yetkinlik, ariflik
İslıq – fit, fışqırıq
İspalkom – sovet dövründə şəhər (rayon) icraiyyə komitəsinin sədri
İza – əziyyətvermə, incitmə
İzzəti-nəfs – heysiyyət, mənlik, şərəf
K
Karyola – italyanca: çarpayı
Kəndi –özü
Kəsil – yorğun, əzgin
Komsomol – sovet dövründə gənclərin siyasi təşkilatı
Kövkəb – ulduz, bəxt, tale
Q
Qaç – neçə
Qədirnaşünas – qədirbilməz
Qəzil – keçi tükü
Qübbə – yunanca: daxma, koma
LAYİHƏ
199
L
Ləfz – dil, söz
M
Madər – ana
Madmazel – Fransada və bəzi başqa ölkələrdə, adətən, kübar qızların, subay
qadınların adlarına qoşulan söz; xanım
Mədhuş – qorxmuş, dəhşətə gəlmiş
Mənhus – uğursuz, bədbəxt, nəhs
Mənzum məktub – nəzmə çəkilmiş, nəzmlə (şeirlə) yazılmış
Mühat – dövrəyə alınmış
Mühüb – heybətli, qorxunc
Müstəbid – istibdadçı, zalım hökmdar, hakimi-mütləq; zalım, zülmkar,
qaniçən
Mütəhəmmil – səbir edən, dözən, qatlaşan
Mütərcim – tərcüməçi, tərcümə edən
Mütəəssir – bir hal və hissin təsiri ilə dəyişilmiş, qüssələnmiş, dərdlənmiş,
əhvalı pozulmuş, təsirlənmiş
Müztərib – sıxıntı, iztirab içində olan, narahat
N
Nafilə – nahaq, faydasız
Naloq – vergi
Nəbi – xəbər verən, peyğəmbər
Nuşirəvan Adil – ədaləti ilə ad çıxarmış hökmdar
O
Oymaq – kənd, el
P
Partiya komitəsi – sovet dövründə Kommunist Partiyasının şəhər, rayon
komitəsi
Pəjmürdə – qəmgin, kədərli
R
Razyezd – kiçik dəmiryol məntəqəsi
Rəncbər – taxıl əkib-becərməklə məşğul olan kəndli; əkinçi, taxılçı
Rida – plaşın bir növü
Riqqət – ürək yumşaqlığı, ürək incəliyi, şəfqət
LAYİHƏ
Dostları ilə paylaş: |