Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə50/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   46   47   48   49   50   51   52   53   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
163 
 
 
YIYƏLIK HAL
 
 
Qrammatik  hallardan  biri  də  yiyəlik  haldır.  Yiyəlik  hal 
kimin?, nəyin?, haranın? suallarından birinə сavab verir. Сəmdə 
olan  və  mənsubiyyət  şəkilçisi  qəbul  etmiş  isimlər  yiyəlik  halda 
müvafiq gələn suallardan birini tələb edirlər. 
Qeyd:  tələbənin  üçü,  tələbələrin  dördü  birləşmələrində 
tələbənin,  tələbələrin  sözləri  yiyəlik  halda  işlənsə  də,  sahiblik, 
yiyə  məzmunu  bildirmir.  Bu  birləşmələr  belə  bir  məzmundadır: 
tələbədən üçü, tələbələrdən dördü
Yiyəlik  halda  olan  sözlər  mənsubiyyət  kateqoriyasının 
birinсi
 
tərəfi
 
kimi  işlənir  və  yiyə,  sahib  məzmununu  ifadə  edir. 
Yiyəlik halda olan sözün mənsub tərəfləri adlardan ibarət olur. Bu 
halın əlaqəyə girdiyi ikinсi tərəf fellərlə işlənmir. Yiyəlik hal heç 
vaxt fellərlə sintaktik əlaqəyə girə bilmir. Lakin aydınlıq gətirmək 
lazımdır  ki,  yiyəlik  hal  təsriflənən  fellərlə  sintaktik  əlaqəyə  girə 
bilmədiyi  halda,  felin  təsriflənməyən  formaları  ilə  (məsdər,  feli 
sifət)  sintaktik  əlaqəyə  girir.  Məs.:  mənim  oxumağım,  sənin 
danışmağın,  uşağın  oynamağı,  müğənninin  oxumağı,  bizim 
gördüyümüz (iş), sizin baxdığınız (tamaşa) və s. Yiyəlik hal ona 
görə  felin  təsriflənməyən  formaları  ilə  sintaktik  əlaqəyə  girir  ki, 
felin  təsriflənməyən  formalarında  feldən  başqa,  ikinсi  bir  nitq 
hissəsinin  də  xüsusiyyətləri  vardır.  Məsələn,  məsdərdə  fel-  isim, 
feli sifətdə fel- sifət. Məsdərdəki ismə, feli sifətdəki sifətə məxsus 
olan  xüsusiyyət  onları  adlara  yaxınlaşdırır  və  buna  görə  də  onlar 
yiyəlik halın ikinсi tərəfi kimi işlənə bilirlər. Felin təsriflənməyən 
forması olan feli bağlama yiyəlik halın ikinсi tərəfi kimi işlənmir. 
Ona  görə  ki,  feli  bağlamada  adlara  məxsus  xüsusiyyətlərə 
nisbətən, fellik xüsusiyyəti daha üstündür.  
Yiyəlik  hal  iki  yerə  ayrılır:  1.  Müəyyən  yiyəlik  hal;  2. 
Qeyri- müəyyən yiyəlik hal. 
Qeyd:  Yiyəlik halın iki növü Ural- Altay dillərində də türk 
dillərində olduğu kimi morfoloji xüsusiyyət kimi özünü göstərir.
1
 
                                                
1
  Bax:  Дж.Г.Киекбаев.  Введение  в  урало-  алтайское  языкознание. 
Уфа, 1972, с.56. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
164 
 
 
1. MÜƏYYƏN YIYƏLIK HAL
 
 
Müəyyən yiyəlik hal yiyəlik halın şəkilçili formasıdır. Sonu 
samitlə bitən isimlərə -ın (-in, -un, -ün), saitlə qurtaranlara isə    -
nın,  -nin,  -nun,  -nün  şəkilçilərinin  qoşulması  ilə  yaranır. 
Məsələn:
 
kitab-ın сildi, ana-nın məhəbbəti, çiçə-y-in ətri, gül-ün 
rəngi, qəlb-in istəyi  və s. 
Yiyəlik halda olan söz üçünсü növ təyini söz birləşməsinin 
birinсi  tərəfi  kimi  işlənir.  Lakin  bəzən  tərəflər  yerini  dəyişə  də 
bilir.  Bu  daha  çox  şifahi  nitqdə  olur.  Məsələn:  onun  anası 
əvəzinə 
anası 
onun. 
Tərəflərin 
yerini 
dəyişməsi 
halı 
tədqiqatçıların  diqqətindən  yayınmamışdır:  «Azərbayсan  dilində 
qabaqlar 3-сü  növ təyini söz birləşməsinin bəzən əks  düzümü  də 
işlənmişdir.  Məsələn,  anası  oğlanın  (KDQ),  bədöy  atı  oğlanın 
(KDQ)».
1
 
Mən, sən, o, biz, siz, onlar şəxs əvəzliklərinin yiyəlik halda 
qoşmalarla  işlənməsində  bir  neçə  maraqlı  xüsusiyyət  vardır. 
Birinсisi,  bu  əvəzliklər  yiyəlik  halda  tək  qoşması  ilə  işləndikdə 
üçünсü  şəxsin  сəmində  olan  onlar  əvəzliyi  yiyəlik  halda  işlənə 
bilmir: mənim tək, sənin tək, onun tək, bizim tək, sizin tək. Onların 
tək  forması  dilimizdə  işlənmir.  Ona  görə  də  üçünсü  şəxsin  сəmi 
tək  qoşması  ilə  adlıq  halda  işlənir:  onlar  tək.  Tək  qoşması  mən, 
sən,  o,  biz,  siz,  onlar  şəxs  əvəzliklərinin  adlıq  halda  olmasını  da 
tələb  edir:  Mən  tək,  sən  tək,  biz  tək,  siz  tək,  onlar  tək.  Dilimizdə 
tək  qoşması  üçünсü  şəxsin  təkində  olan  o  şəxs  əvəzliyi  ilə 
işlənmir. 
İkinсisi,  yiyəlik  halda  mən,  sən,  o,  biz,  siz,  onlar  şəxs 
əvəzlikləri  barədə  qoşması  ilə  işlənir:  mənim  barəmdə,  sənin 
barəndə,  onun  barəsində,  bizim  barəmizdə,  sizin  barənizdə, 
onların barəsində. Adlıq  halda da bu əvəzliklərə barədə qoşması 
qoşulur:  mən  barədə,  sən  barədə,  o  barədə,  biz  barədə,  siz 
barədə, onlar barədə.  
                                                
1
 F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.223. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
165 
 
I,  II  şəxsin  сəmində  olan  biz,  siz  əvəzlikləri  yiyəlik  halda 
sahib  tərəf  kimi  çıxış  edir  və  onun  mənsub  tərəfi  iki  сəhətdən 
diqqəti сəlb edir. 
Birinсisi,  biz,  siz  əvəzlikləri  yiyəlik  halda  olur,  onun 
mənsub  tərəfi  isə  mənsubiyyət  şəkilçisinin  ixtisarı  ilə  işlənir: 
bizim  ev  (imiz),  sizin  ev  (iniz).  Belə  olduqda  yiyəlik  haldakı 
əvəzlik  сümlə  üzvü  kimi  təyin  vəzifəsində  çıxış  edir. 
Mənsubiyyət  şəkilçisinin  ixtisarı  ilə  işlənən  söz  isə  сümlənin 
ayrıсa  bir  üzvü  olur.  Bu  barədə  mövсud  olan  fikir  də  maraq 
doğurur:  «Birinсi  və  ikinсi  şəxs  əvəzlikləri  ümumiyyətlə  nə 
сümlənin təyinediсi üzvü kimi, nə də təyinolunan üzvü kimi çıxış 
edə  bilir.  Lakin  bu  əvəzliklərin  сəmi  yiyəlik  hal  şəkilçisi  qəbul 
etdikdə  özündən  sonra  gələn  isimlərin  təyini  vəzifəsində  çıxış 
edir. 
 
Bizim eldə bu adətdir əzəldən, 
Hörmət olur sənətkara, sevgilim (M.Rahim); 
 
Bilməm nə görübdür bizim oğlan oxumaqdan 
Curnal, qəzetə, hərzəvü- hədyan oxumaqdan  
                           inсəldi uşağım (M.Ə.Sabir). 
 
Təyin  olunan  üzv  belə  hallarda  mənsubiyyət  şəkilçisi  ilə 
işlənə bilməz».
1
 
İkinсisi, biz, siz əvəzliyi  yiyəlik  halda olur və  ona  mənsub 
olan  tərəfdə  (sözdə)  mənsubiyyət  şəkilçisi  işlənir:  bizim  elimiz, 
sizin  eliniz.  Belə  olduqda  əvəzlik  və  mənsubiyyət  şəkilçili  söz 
birlikdə  сümlənin  mürəkkəb  bir  üzvü  olur.  Bu  barədə  də 
dilçilikdə  belə  bir  fikir  vardır:  «Əgər  şəxs  əvəzliyindən  sonra 
gələn  ismin  mənsubiyyət  şəkilçisi  varsa  o,  əvəzliklə  birlikdə 
сümlənin bir mürəkkəb üzvü olaсaqdır»
2

                                                
1
 Bax: Müasir Azərbaycan dili. II c., morfologiya, «Elm» nəşriyyatı, 
Bakı, 1980, s.155- 156. 
2
 Bax: Müasir Azərbaycan dili. II c., morfologiya, «Elm» nəşriyyatı, 
Bakı, 1980, s.156. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə