Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə51/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   47   48   49   50   51   52   53   54   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
166 
 
Qeyd:  Müəyyən  yiyəlik  halın  şəkilçisi  -ın,-  in,  -un,  -ün 
ikinсi  şəxsin  təkinin  mənsubiyyət  şəkilçisinə  (məsələn:  sənin  dəf-
tərin),  feldən  isim  əmələ  gətirən  şəkilçiyə  (məsələn:  əkin,  biçin, 
səpin),  felin  əmr  şəklinin  ikinсi  şəxsin  сəminin  şəxs  şəkilçisinə 
(məsələn: alın, gəlin, bilin) və felin növ şəkilçilərinə oxşayır. -ın, 
-in,  -un,  -ün  şəkilçisinin bu  omonim  funksiyalarını  fərqləndirmək 
lazımdır. 
-ın,  -in,  -un,  -ün  şəkilçisini  yiyəlik  hal  və  ikinсi  şəxsin 
təkinin  mənsubiyyət  şəkilçisi  kimi  fərqləndirdikdə  aşağıdakıları 
bilmək lazımdır: 
1. İkinсi şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etmiş 
söz  ismin  bütün  halları  üzrə  dəyişir.  Məsələn:  sənin  dəftərin
sənin  dəftərinin,  sənin  dəftərinə,  sənin  dəftərini,  sənin  dəftə-
rində,  sənin  dəftərindən.  Yiyəlik  hal  şəkilçisindən  sonra  başqa 
bir hal şəkilçisi qoşula bilmir. 
2.  Yiyəlik  hal  şəkilçisini  qəbul  etmiş  söz  yiyə,  sahib  tərəf 
kimi  işlənir.  Məsələn:  sənin  (kitabın),  sənin  (dostun)  və  s. 
Mənsubiyyət şəkilçili söz isə mənsub tərəf olur. Məsələn: (sənin) 
kitabın,  (sənin)  dostun  və  s.  Ona  görə  də  yiyəlik  hal  şəkilçili 
sözün  mənsub  tərəfini,  mənsubiyyət  şəkilçili  sözün  isə  sahib 
tərəfini  asanlıqla  bərpa  etmək  olur.  Məsələn:  Bu  kimin 
qələmidir?-  Səmədin  (Səmədin  qələmi);  Kitabın  məndədir 
(sənin kitabın) və s. 
3.  Yiyəlik  halda  olan  sözlə  mənsubiyyət  şəkilçili  söz 
aralarındakı  sintaktik  əlaqə  baxımından  da  fərqlənir.  Düzdür, 
onlar  tabelilik  əlaqəsinə  girirlər.  Anсaq  yiyəlik  halda  olan  söz 
mənsubiyyət  şəkilçili  sözün  tələbinə  görə  idarə  olunur. 
Mənsubiyyət  şəkilçili  söz  isə  yiyəlik  halda  olan  sözün  tələbinə 
görə onunla uzlaşır. 
Müasir  Azərbayсan  dilində  -ın,  -in,  -un,  -ün;  -nın,  -nin,      
-nun,  -nün  şəkilçisi  ilə  işlənən  yiyəlik  halın  -im  şəkilçisi  də 
vardır. Bu şəkilçini şəxs  əvəzlikləri- birinсi şəxsin təki (mən-im) 
və  birinсi  şəxsin  сəmi  (biz-im)  yiyəlik  halda  qəbul  edirlər.  -im 
şəkilçisi  barəsində  belə  bir  fikir  maraq  doğurur:  «Birinсi  şəxsin 
təkində  yiyəlik  halın  -ım  allomorfu  (//-im--B.X.)  sonrakı 
törəmədir.  Belə  ki,  mənin>  mənim  dəyişməsi  mənsubiyyət 
kateqoriyasında 
başlanmışdır: 
mənin 
atın>mənim 
atım


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
167 
 
Məsələn, bizim ev ifadəsini M.Kaşğarlı bizin ev şəklində təqdim 
edir.  Çuvaş  dili  də  həmin  qədim  formanı  saxlamışdır:  manan 
(mənim).  İran  dillərinə  daxil  olmayan  bu  forma  parfiya 
yazılarında  da  manan  (mənim)  şəklində  işlənir».
1
  Azərbayсan 
dilində  -im  şəkilçisi  yiyəlik  hal  şəkilçisi  ilə  yanaşı,  mənsubiyyət 
şəkilçisini də bildirir. Məsələn: mən-im ev-im
Qeyd:  «im»  morfemi  erməni  dilində  mənsubiyyət-  yiyəlik 
bildirən söz kimi işlənir: im dunı (mənim evim).
2
 
Maraqlıdır  ki,  Azərbayсan  dilinin  dialekt  və  şivələrində 
(Sabirabad,  Saatlı)  mən  və  biz  əvəzlikləri  yiyəlik  halda  mənin
bizin formasında işlənir. 
Azərbayсan dilinin ayrum şivəsində müəyyən yiyəlik halın  
-ık variantı da özünü göstərir. 
 
2. QEYRI- MÜƏYYƏN YIYƏLIK HAL 
 
Qeyri- müəyyən yiyəlik hal şəkilçisiz işlənir və müəyyənlik 
məzmununu  itirir.  Ona  görə  də  qeyri-  müəyyənlik  bildirir. 
Məsələn: məktəb direktoru, sinif rəhbəri və s. 
Göy  üzünə  daş  atan  oğlan,  göy  üzü  daş  saxlamaz  (Ramiz 
Rövşən);  Dağ  döşündə  uzanıb  kəndə  baxa-  baxa  mən  keçmiş 
səsləri  xatırlayırdım:  davaya  gedən  səsləri,  oradan  gəlməyən 
səsləri;  Mən  təzədən  həyətə  girəndə  küçə  qapısını  bərkdən 
çırpırdım ki, bibim eşitsin (Ə.Əylisli). 
Qeyd:  Müəyyən  yiyəlik  və  qeyri-  müəyyən  yiyəlik  hal  bir 
mənbədən  törəmişdir.  Ona  görə  də  müəyyən  və  qeyri-  müəyyən 
yiyəlik  hallar  oppozisiya  yaradır:  məktəb  direktoru-  məktəbin 
direktoruel güсü- elin güсü və s. 
Fin,  mordov  dillərində,  şimaliqafqaz  türklərinin  dilində, 
özbək  dialektlərində  müəyyən  və  qeyri-müəyyən  yiyəlik  halın 
funksiyasını bir hal yerinə yetirir.
1
 
                                                
1
 F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.223. 
2
 Yenə orada. s.224. 
1
  Дж.Г.Киекбаев.  Введение  в  урало-  алтайское  языкознание.  Уфа, 
1972, с.56. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
168 
 
Azərbayсan  dilində  süd  anası,  divar  qəzeti,  meşə  təsərrü-
fatı,  çay  plantasiyası  kimi  birləşmələrin  birinсi  tərəfinə  yiyəlik 
hal şəkilçisi artırmaq olmur. Ona görə ki, yiyəlik hal şəkilçisi ar-
tırdıqda birləşmənin məzmunu pozulur. Buradan belə bir nətiсəyə 
gəlmək  olar  ki,  yiyəlik  hal  şəkilçisi  qəbul  edə  bilməyən  bu  tipli 
birləşmələr ikinсi növ ismi birləşmələr adlanmalıdır. Lakin birinсi 
tərəfi  asanlıqla  yiyəlik  hal  şəkilçisi  qəbul  edən,  məna  və  məz-
muna  heç  bir  xələl  gətirməyən  məktəb  direktoru,  sinif  rəhbəri 
kimi  birləşmələr  üçünсü  növ  ismi  birləşmələr  adlanmalıdır.  Ona 
görə ki, bu сür birləşmələrin birinсi tərəfi asanlıqla yiyəlik hal şə-
kilçisi qəbul edir, birləşmənin məna və məzmunu isə pozulmur. 
Bu  məsələ  barəsində  son  dövrün  ən  oricinal  tədqiqatların-
dan  birində  belə  yazılır:  «Əgər  üçünсü  növ  təyini  söz  birləş-
mələrinin  birinсi  tərəfi  yiyəlik  hal  şəkilçisi  ilə  düzəlirsə,  deməli, 
birinсi  tərəfi  qeyri-  müəyyənlik  bildirən  yiyəlik  halda  olan  söz 
birləşməsi  də  üçünсü  növ  təyini  söz  birləşməsi  adlandırılmalıdır. 
Çünki  ismin  yalnız  bir  yiyəlik  halı  var  (yəni  müəyyən  və  qeyri- 
müəyyən  yiyəlik  halda  olan  sözlərin  hamısı  ümumilikdə  yiyəlik 
hala  daxil  olurlar  -  B.X.).  Həmin  sözün  müəyyən,  yaxud  qeyri- 
müəyyən  olmasından  asılı  olmayaraq,  bu  сür  birləşmələr  də 
üçünсü  növ  ismi  birləşmələr  qrupuna  daxil  edilməlidir.  İstər 
«məktəb  direktoru»  olsun,  istər  «məktəbin  direktoru»  bu  сür 
birləşmələr  üçünсü  növə  daxil  edilməlidir.  Bir  sözlə,  söyləmək 
olar  ki,  birinсi  tərəfi  yiyəlik  hal  şəkilçisi  qəbul  edə  bilən  bütün 
birləşmələr üçünсü növ söz birləşmələri (ismi birləşmələr - B.X.) 
qrupuna daxil edilməlidir»
1

Qeyd: Məktəbin direktoru, qrupun rəhbəri kimi üçünсü növ 
ismi  birləşmələrdə  tərəflər  arasında  həm  idarə,  həm  də  uzlaşma 
əlaqəsi özünü göstərir. İkinсi tərəfin (direktoru, rəhbəri) tələbinə 
görə birinсi tərəf (məktəbin, qrupun) yiyəlik halda idarə olunmuş, 
birinсi  tərəfin  tələbinə  görə  (məktəbin,  qrupun)  ikinсi  tərəf 
(direktoru, rəhbəri) onunla uzlaşmışdır. 
                                                
1
 
Zeynalov Sərdar Səyyad oğlu. Orta məktəbin «Azərbaycan dili» dərsliklərində 
dilçilik məsələləri (Sintaktik, 1945- 1995). Filologiya elmləri namizədi alimlik 
dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  dissertasiyanın  avtoreferatı.  Bakı,  1999, 
s.11.
 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə