Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

İnformasiya sistemləri menecmenti
 
51 
fiziki prosesini tənzimləyən qərarları avtomatik olaraq qəbul 
edir. Məsələn, neft emalı zavodları  və quraşdırmanın avto-
matlaşdırılmış xətləri belə sistemlərdən istifadə edirlər. Onlar 
fiziki proseslərə nəzarət edirlər, verilənlərin emal və zamanın 
real miqyasında prosesin idarə edilməsini həyata keçirirlər. 
İstehsal informasiya sistemlərinin bir funksiyası kağız 
sənədlərin dövriyyəsinin və idarənin (ofisin) işinin ənənəvi əl 
metodlarının yenidən qurulmasıdır. Karğüzarlığın avtomatlaş-
dırılması sistemi–KAS (Office automation systems-OAS) 
informasiyanı elektron sənədlər  şəklində toplayır, emal edir, 
saxlayır və ötürür. Bu avtomatlaşdırılmış sistemlər mətni emal 
edir, ofisin işinin effektivliyinin yüksəldilməsi üçün verilən-
ləri və başqa informasiya texnologiyalarını ötürür. Məsələn, 
elektron poçtun, korrespondensiyanın emalı üçün mətn 
prosessorlarının istifadə edilməsi mümkündür. Elektron 
məlumatların mübadiləsi, stolüstü nəşr sistemləri  şirkətin 
informasiya bülletenlərinin hazırlanması üçün istifadə edilir. 
Elektron görüşlərin keçirilməsi üçün televiziya konfrans-
larının keçirilməsi imkanları da mövcuddur. 
Səmərəli qərarların qəbul edilməsinin dəstəklənməsi 
üçün menecerlərin informasiya ilə  təmin edilməsi istiqa-
mətində nəzərdə tutulmuş informasiya sistemlərinə idarəetmə 
informasiya sistemləri (management information systems-
MİS) deyilir. 
İdarəetmə informasiya sistemlərinin üç əsas tipi bizim 
üçün daha əhəmiyyətlidir: hesabatların generasiyası sistem-
ləri, qərarların qəbul edilməsinin dəstəklənməsi sistemləri, 
strateji qərarların qəbul edilməsinin dəstəklənməsi sistemləri. 
Hesabatların generasiyası sistemləri - HGS (information 
reporting systems-İRS) idarəetmə informasiya sistemlərinin 
daha geniş yayılmış formasıdır. Onlar qərarların qəbul edil-
məsində  gündəlik tələbatların təmin edilməsi üçün zəruri olan 
informasiya ilə son istifadəçiləri təmin edirlər. Onlar hesabat-


İnformasiya sistemləri menecmenti
 
52 
ların müxtəlif növlərini istehsal və tərtib edirlər, hansının ki, 
informasiya məzmunu menecerlərin özləri tərəfindən əvvəlcə-
dən elə müəyyən edilir ki, onlarda yalnız menecerlər üçün 
lazım olan informasiya olur. Hesabatların generasiyası sistem-
ləri istehsal informasiya sistemlərinin hazırladığı  məlumat-
ların bazalarından firmanın daxilindəki proseslər haqqında 
lazım olan informasiyanı  və xarici mənbələrdən  əhatə 
haqqında informasiyanı seçirlər. 
Hesabatların generasiyası sistemlərinin işinin nəticələri 
menecerə  tələbinə görə, müntəzəm olaraq və ya hansısa 
hadisə ilə bağlı verilə bilər. 

 
Qərarların qəbul edilməsinin dəstəklənməsi 
sistemləri  (decision support systems-DDS)- tranzaksiyaların 
emalı sistemlərinin və hesabatların generasiyası sistemlərinin 
təbii inkişafıdır. Qərarların qəbul edilməsinin dəstəklənməsi 
sistemləri interaktiv kompüter informasiya sistemləridir. 
Onlar idarə  qərarlarının qəbul edilməsində menecerlərə yar-
dım üçün verilənlərin ixtisaslaşdırılmış bazalarından və 
qərarların modellərindən istifadə edirlər. Beləliklə, onlar ilk 
məlumatların toplanması üçün nəzərdə tutulmuş tranzaksi-
yaların sistemlərindən fərqlənirlər. Onlar həm də spesifik 
informasiya ilə menecerlərin təmin edilməsində  cəmləşən 
hesabatların generasiyası sistemlərindən fərqlənirlər.  
Bununla yanaşı, qərarların qəbul edilməsinin dəstək-
lənməsi sistemləri yalnız tələbə görə interaktiv rejimdə infor-
masiya ilə idarəedən olaraq son istifadəçiləri təmin edirlər. 
QQDS-ri informasiyanın rəngarəng verilməsinin formalarının 
zənginliyi, zəruri məlumatların axtarışının çevik alətlərini, 
analitik modelləşdirmənin imkanlarını menecerlərə verir. 
Menecerlər interaktiv rejimdə daha az strukturlaşdırılmış 
qərarların qəbul edilməsi üçün zəruri olan informasiya ilə  iş 
görürlər. Məsələn, qərarların qəbul edilməsinin dəstəklənməsi 


İnformasiya sistemləri menecmenti
 
53 
sistemlərinin proqram təminatının başqa növləri və elektron 
cədvəllər menecerə bir sıra suallar verməyə imkan verir.  
Beləliklə, QQDS-nin köməyilə alınmış informasiya 
hesabatların generasiyası sistemlərindən alınmış hesabatların 
əvvəlcədən dürüst ifadə edilmiş formalarından fərqlənir. 
QQDS-nin ifadə edilməsində menecerlər mümkün alterna-
tivləri tədqiq edir və alternativ təsəvvürlərin dəsti üzərində 
əsaslandırılmış  sınaq informasiyanı alırlar. Deməli, menecer-
lərə  əvvəlcədən öz informasiya tələbatlarını müəyyən etmək 
zərurəti yoxdur. Əvəzinə QQDS interaktiv rejimdə onların 
ehtiyacı olan informasiyanı tapmaqda  kömək edir. 

 
Strateji qərarların qəbul edilməsinin dəstəklən-
məsi sistemləri-SQQDS, (executive information systems - 
DSS) – ali rəhbərliyin strateji informasiya tələbatlarına uy-
ğunlaşdırılmış idarəetmə informasiya sistemləridir. Ali rəh-
bərlik  əl və kompüter sistemləri vasitəsilə  məktubları daxil 
etməklə bir çox mərkəzlərdən informasiyanı alır. Strateji 
informasiyanın başqa mənbələrini görüşlər, telefon zəngləri 
və ictimai fəaliyyət təşkil edir. Beləliklə, informasiyanın 
böyük hissəsi qeyri-kompüter mənbələrindən əldə olunur. 
Strateji qərarların qəbul edilməsinin dəstəklənməsinin 
kompüter sistemlərinin məqsədi ondan ibarətdir ki, firmanın 
strateji məqsədlərinin həyata keçirilməsində kritik olan 
nisbətən  əsas amillərin informasiyasına sərbəst və birbaşa 
girişlə ali rəhbərliyi təmin etməkdir. Deməli, SQQDS istis-
marda və başa düşülməsində sadə olmalıdır. Onlar məlumat-
ların qrafiklə verilməsindən fəal istifadə edərək daxili və 
xarici verilənlər bazasının  əksəriyyətinə girişi təmin edir. 
İnformasiya sistemlərinin inkişafının ön cəbhəsində süni 
intellekt sahəsindəki nailiyyətlər durur (artifical intelligence-
Aİ, süni intellekt-Sİ). Süni intellekt informatikanın sahəsidir. 
Onun  əsas məqsədi sistemlərin işlənib hazırlanmasıdır. Bu 
sistemlər həm fikirləşməyi, həm görməyi, həm də danışmağı 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə