İnformasiya sistemləri menecmenti
79
mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş texniki vasi-
tələrin “inkişafının tarixi” (artımın payı, məhsuldarlığın və
tutumun inkişafı);
texniki vasitələrin genişləndirilməsi imkanları;
proqram vasitələrinin istehsalçıları və tədarükçüləri
haqqında məlumatlar (bu vasitələrin istifadəçilər tərəfindən
qiymətləndirilməsi və etibarlılığı);
proqram vasitələri sahəsindəki tədarükçülər haqqında
əlaqələrin davamlılığına və ya icarə münasibətlərinə aid
məlumatlar;
texniki xidmətə görə məlumatlar.
Bu mərhələdə əsas diqqət o proqramlara verilməlidir ki,
onlar EHM-in qeyri-mərkəzləşdirilməsi üçün quraşdırılsınlar.
Bundan başqa, şəbəkə proqramlarına diqqət vermək lazımdır,
çünki onlar mərkəzi EHM ilə kommunikasiya saxlayır.
İnformasiya emalı büdcəsinə münasibətdə aşağıdakı
aspektlər tədqiq edilir:
o
işçilərə, texniki xidmətə xərclərin, texniki və proqram
vasitələr üçün ayrıca tədqiqatın təşkilinə çəkilən xərclərin
ümumi inkişafının, həm də digər xərclərin təhlili;
o
ümumi xərclərlə müqayisədə informasiya emalı
xərclərinin dinamikası;
o
gələcəkdə informasiyanın emalına çəkilən xərclərin
planlaşdırılması;
o
informasiyanın emalına aid xərclərin hesablanmasının
sistemləri;
o
fəaliyyətin hər bir sferası üzrə informasiyanın emalı
xərcləri;
o
nail olunan məhsuldarlıqla informasiyanın emalına
çəkilən xərclərin əlaqələndirilməsi.
İnformasiyalaşdırma sferasında təşkilat və idarə. Bu
istiqamətdə əsas məqsəd informasiya sistemləri sferasında
fəaliyyətdə olan təşkilatın səmərəliliyini və idarəetmənin
İnformasiya sistemləri menecmenti
80
keyfiyyətini yoxlamaqdır. Bu zaman aşağıdakı aspektlər
tədqiq edilməlidirlər:
informasiya emalı təşkilatının səmərəliliyi;
istifadəçilərlə əməkdaşlıq (servis xidmətlərinin növü
və həcmi, istifadəçilər üçün servis və onların öyrədilməsi);
informasiya vasitələri (İV) sahəsinin təşkilati
parçalanması (istifadəçilərin təminatı və informasiya
sistemlərinin inkişafı və istismarı);
verilənlərin planlaşdırılması;
informasiya sistemlərinin tətbiqinin inkişafı (İS-nin
inkişafı üçün prioritetlərin verilməsi, proqramlaşdırma, test-
ləşdirmə və texniki qulluq, dizayn, təhlil üçün metod və
alətlər);
informasiya emalı sferasındakı işçilərin öyrədilməsi
üzrə tədbirlər;
sənədlərin keyfiyyəti və həcmi;
informasiyanın emalı sahəsində nəzarətin və qısa,
orta və uzunmüddətli planlaşdırmanın həcmi və növü;
sonuncu istifadəçiyə görə proqram vasitələri
resurslarının bölüşdürülməsinin növü;
qəzalardan müdafiənin keyfiyyəti və həcmi.
Müəssisədə informasiya sistemlərinin təhlilinə görə
sənədləşməyə aşağıdakılar aiddir:
mövcud olan informasiya sistemlərinin və onların
resurslarının ümumi xülasəsi; detallaşmanın eyni dərəcəsi ilə
bütün sistemlərin ayrı verilməsi; inteqrasiya və aqreqasiya
edilmiş təsəvvür və onların müqayisəsinin nəticələri;
informasiya sistemlərinin resurslarının istifadə edilmə-
sinin ümumi xülasəsi; onların fəaliyyətinin ağırlıq mərkəzləri,
həm də əlaqəli və sərbəst güclər;
informasiya sistemlərinin güclü və zəif cəhətlərinin
təsviri və onların yaxşılaşdırılmasına görə təkliflər: əldə olan
informasiya sistemləri və onların resursları, İS-nin inkişafı və
İnformasiya sistemləri menecmenti
81
qulluq; İS-nin istismarı və istifadəçilərə xidmət, İS-nin
planlaşdırılması və təşkili;
informasiya sistemləri sahəsində gələcək strategiyalar
üçün niyyət və ideyaların kataloqu.
5.3.3.
Strategiyaların işlənməsi. İS və İE sahəsində ayrı-
ayrı layihələrin müəyyən edilməsi
İnformasiyanın emalı sahəsindəki strateji hədəflər ayrı-
ayrı addımlar şəklində qarşıya qoyulmuş ümumi hədəflərə
nail olunmasına yol göstərən konkret strategiyaların inkişafı
üçün ilkin zəmin yaradır. Bu zaman konkret tədbirlərin
planlaşdırılması prosesinə başlanılır.
Proqramın arxitekturası sahəsindəki strategiya.
İnformasiya sistemlərinin strateji planlaşdırılması çərçivəsi
daxilində proqramın arxitekturası deyəndə, konseptual ümumi
çərçivələr başa düşülür. Hər iki aspekt-verilənlər və proqram-
lar vahid dinamik bütöv məqsədi birləşdirir. Proqramın
arxitekturası sahəsindəki strategiya informasiya sistemlərinin
çərçivələri daxilində ən vacibidir, ona görə də o, informasiya
sistemlərinin növbəti strategiyasını müəyyən edir.
Proqramların planlaşdırılmasını bütövlükdə bütün təş-
kilat üçün verilənlərin konseptual modelinin əsasında həyata
keçirmək tövsiyə edilir, çünki müəyyən zaman ərzində
verilənlərin təşkilatda tətbiq edilən strukturları sabit qalır.
Verilənlərin vahid bazisinin bütün müəssisə üçün
işlənməsi. Praktikada olduqca az-az rast gəlinən situa-
siyalarda (məsələn, yeni müəssisənin əsası qoyulanda) kon-
septual model və verilənlərin strukturu yenidən yaradılma-
lıdır. Bir çox hallarda isə informasiya sistemləri sahəsində
artıq qəbul edilmiş strategiyalar verilənlərin mövcud olan
strukturlarının əlavəsini və yaxud konsolidasiyasını tələb edir.
Bu, hər şeydən əvvəl, səmərəsiz bölüşdürülmüş verilənlər və
Dostları ilə paylaş: |