Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə54/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
162 
T

T

T
4a
 
N

N

N

M

M

M

IV

mərhələ
 
T
4b  
istənilən T
 
 
istənilən N 
N
3
 
M

M
0
 
IV

mərhələ
 
istənilən T  
istənilən N 
M
1
 
 
Kiçik ağız suyu vəziləri üçün onların yerləşdikləri orqanların (ağız boş-
luğu, burun boşluğu və onun cibləri, udlaq, qırtlaq) bədxassəli şişlərinin TNM 
təsnifatından istifadə edilir. 
 
6.5. Klinika 
 
Ağız suyu vəziləri şişlərinin kliniki gedişi şişin xarakterindən, onun his-
toloji quruluşundan, lokalizasiyasından, prosesin yayılma dərəcəsindən asılıdır. 
Qulaqətrafı  ağız suyu vəziləri  şişlərinin 75%-i xoş xassəli, 25%-i isə 
bədxassəli olur. Şişin  əmələ  gəldiyi ağız suyu vəzisinin ölçüləri (həcmi) 
kiçildikcə onun bədxassəli olması riski artıq olur. Belə ki, çənəaltı  ağız suyu 
vəzilərinin  şişlərinin 50%-i, kiçik ağız suyu vəzilərinin  şişlərinin isə 80%-ə 
qədəri bədxassəli olur. 
Xoşxassəli  şişlər, adətən, 1,5-2 sm ölçüyə çatandan sonra müəyyən 
edilirlər. Bu şişlər üçün ağrısız və ləng böyümə xarakterikdir. Bəzən şiş on illər 
ərzində böyüyüb iri ölçülərə çatır. 
Pleоmorf adenoma (qarışıq şiş) ağız suyu vəzilərinin xoşxassəli şişləri-
nin 80-90%-ni təşkil edir və əksərən qulaqətrafı ağız suyu vəzilərində rast gə-
linir. Bu şişlər hərəkətli və ya məhdud hərəkətli, hamar və ya kələ-kötür səthli, 
bərk və ya bərk-elastik konsistensiyalı olurlar. Şiş üzərindəki dəri dəyişilmir və 
sərbəst olaraq büküşə yığılır. Şiş bəzən böyük ölçülərə çatdıqda belə üz siniri 
prosesə cəlb olunmur. Əksər hallarda xəstələr həkimə vaxtında müraciət etmir-
lər. Onları buna ağrı və digər hissiyyatlar, həmçinin şişin böyümə sürətinin art-
ması vadar edir [şəkil 6.1-6.3]. 
Plemorf adenomalar aşağıdakı xüsusiyyətlərə malikdirlər: 
−  multisentrik böyümə. Ədəbiyyat məlumatlarına görə bu böyümə tipi 
xəstələrn 40-50%-də rast gəlinir və kliniki olaraq özünü birincili – 
çoxlu şiş formasında göstərir 
−  plemorf adenomanın kapsulu şiş düyününü tam örtmür və kapsulun 
olmadığı nahiyələrdə  şiş toxuması bilavasitə  vəzin parenximasına 
daxil olur. 
−  maliqnizasiya (bədxassələşmə) xüsusiyyəti. Pleomorf adenomanın 
maliqnizasiya tezliyi 5-10% təşkil edir. Maliqnizasiyanın tipik əla-
məti üz sinirinin parezidir. 


Fəsil 6. AĞIZ SUYU VƏZİLƏRİNİN ŞİŞLƏRİ 
163 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Adenolimfoma və ya Uortin şişi (Warthins tumor)  ağız suyu vəzilə-
rinin xoşxassəli şişləri arasında plemorf adenomadan sonra ən çox təsadüf edib 
rastgəlmə tezliyi 4-5% təşkil edir. Adətən, 40 yaşından yuxarı kişilərdə rast 
gəlinir və 10%-ə qədər hallarda iki tərəfli olur. Ədəbiyyat məlumatlarında bu 
şişlərin inkişafında genetik amillərin, autoimmun mexanizmlərin, siqaretçək-
mənin, Epşiteyn-Barr virusunun rolu qeyd edilir. Adenolimfoma, adətən, qu-
laqətrafı ağız suyu vəzisində, qulaq sırğalığının altında, bir qayda olaraq vəzin 
parenximasinin dərinliyində  əmələ  gəlir. Baxış  və palpasiya zamanı  əllənən 
yumşaq konsistensiyalı şişin fonunda sifətin şişkinliyi, pastozluq və ya piylən-
mə müşahidə olunur. Ağız suyu vəzilərinin digər xoşxassəli  şişlərinin rast-
gəlmə tezliyi ümumilikdə 3-4% təşkil edir və adətən 40 yaşından yuxarı qa-
dınlarda rast gəlinir. 
Ağız suyu vəzilərinin bədxassəli şişlərinin xarakterik əlamətlərinə şişin 
sürətlə böyüməsi, ağrı, üz sinirinin zədələnməsi  əlamətləri (parez və ya iflic) 
dilin hissiyatının azalması, dil əzələlərinin atrofiyası, boyun limfa  düyünlərinə  
Şəkil 6.1. Sol qulaqətrafı ağız 
suyu vəzisinin adenoması
Şəkil 6.2. Sol çənəaltı ağız 
suyu vəzisinin adenoması 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
164 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
metastazlar aid edilir [şəkil 6.4]. ABŞ-nın M.D.Anderson onkoloji mərkəzinin 
məlumatına görə qulaqətrafı ağız suyu vəzisinin bədxassəli şişi olan xəstələrin 
14%-də boyun limfa düyünlərinin metastatik zədələnməsi, 10%-də uzun 
paresteziyası, 5%-də ağrı, 5%-də mimik əzələlərin parezi müşahidə olunur. 
Mukoepidermoid karsinoma ağız suyu vəzilərinin bütün şişlərinin 10-
15%-ni təşkil edir, daha çox 40-60 yaşlı qadınlarda rast gəlinir. Əksər hallarda 
qulaqətrafı  ağız suyu vəzisində  əmələ  gəlir. Kliniki gedişinə görə pleomorf 
adenomanı xatırladır. Onu plemorf adenomadan fərqləndirən  əsas  əlamətlər 
şişin hərəkətliliyiinin məhdudluğu, üzərindəki dərinin ödemli infiltrasiyası, 
şişin dəqiq konturunun olmaması  və  ağrılı olmasıdır. Mukoepdermod 
karsinomanın kliniki gedişi, əsasən, şişin diferensiasiya dərəcəsindən asılı olur. 
Yüksək və orta diferensiasiyalı  şişlər daha çox rast gəlinir və uzun müddətli 
kliniki gedişə malik olurlar. Şiş prosesinin bədxassəli gedişi xəstələrin 30%-ə 
qədərində müşahidə olunur. Regionar metastazların rastgəlmə tezliyi 25% 
təşkil edib istənilən diferensiasiyalı şişlərdə rast gəlinir. Aşağı diferensiasiyalı 
Şəkil 6.3. Sağ çənəalti ağız 
suyu vəzisinin adenoması 
Şəkil 6.4. Sağ qulaqətrafı ağız 
suyu vəzisinin xərçəngi


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə