Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə51/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   79

Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ 
149 
Şəkil 5.8. Alt dodağın yerli 
yayılmış xərçəngi. 
Papillyar forma
Şəkil 5.9. Alt dodağın yerli 
yayılmış  xərçəngi.  
İnfiltrativ-xoralı forma 
Şəkil 5.10. Alt dodağın 
yerli yayılmış xərçəngi. 
Ziyilli (fungoz) forma


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
150 
 
5.7. Diaqnostika 
 
Alt dodaq xərçənginin diaqnostikasında aşağıdaki müayinə metodla-
rından istifadə edilir: 
•  Sorğu və anamnez 
•  Baxış və palpasiya  
•  Xeyloskopiya 
•  Boynun USM 
•  Radioloji müayinə 
•  Morfoloji müayinə 
Sorğu zamanı dodaqda olan dəyişikliyin hansı  şəraitdə  əmələ  gəlməsi 
aydınlaşdırılır, xəstəliyin başlanğıcı və gedişi dəqiqləşdirilir. Sağlam və ya də-
yişilmiş dodaqda əmələ gələn bərk konsistensiyalı şişin tədricən böyüməsi və 
xoralaşması xəstədə alt dodaq xərçənginin olması ehtimalına əsas verir.  
Sonrakı mərhələdə xəstəliyin əmələ gəlməsinə səbəb olan amillər müəy-
yən edilir. Bu zaman xəstənin iş fəaliyyəti, günəş şüaları altında keçirdiyi vaxt
peşə  zərərləri ilə kontaktda olması aydınlaşdırılır, xəstənin zərərli adətləri 
(siqaretçəkmə və s.) haqqında məlumatlar toplanılır. 
Baxış zamanı dodağın konfiqurasiyasına, xarici görünüşünə, səthinin xa-
rakterinə və zədələnmiş sahənin kənarlarına diqqət yetirilir. Palpasiya vasitə-
silə şişin konsistensiyası, ölçüləri, xora və infiltratın yayılma dərəcəsi, ağrılığı 
və ətraf toxumalarla əlaqəsi müəyyən edilir. Əgər zədələnmiş sahə  közlə örtül-
müşsə, həmin köz ehtiyatla götürülür və xoranın dibinə, dərinliyinə və kənarla-
rının xarakterinə fikir verilir. Karioz dişlərin, metal diş qapaqlarının və protez-
lərin, iltihabi proseslərin olub-olmamasını aşkar etmək üçün ağız boşluğu mü-
ayinə olunur. Çənəaltı, boyun limfa düyünləri palpasiya edilir, onların ölçüləri, 
konsistensiyası və hərəkətliliyi müəyyən edilir. 
Xeyloskopiya – alt dodaq xərçənginin diaqnostikasında və onun xərçən-
gönü, həmçinin iltihabi proseslərlə diferensial diaqnostikasında mühüm rol 
oynayır. Təəssüf ki, bu müayinə metodundan kliniki praktikada az istifadə 
edilir. Xeyloskopiya – alt dodağın zədələnmiş nahiyəsinin 10-15 dəfə bö-
yütmək qabiliyyətinə malik cihazlarla müayinəsindən ibarətdir. Alt dodaq xər-
çənginin erkən mərhələsinin xeyloskopik şəkli xoranın və ya şişin yastığa-
bənzər kənarlı, qansızmalı, kobud relyefli olması, həmin nahiyədə olan damar-
ların damardaraldıcı preparatlara reaksiya verməməsi ilə xarakterizə olunur. 
Boynun USM boyun limfa düyünlərində palpasiya olunmayan metastaz-
ların aşkar edilməsi və böyümüş limfa düyünlərinin sayı və ölçüləri haqqında 
əlavə məlumatların alınması üçün aparılır. Böyümüş limfa düyünlərinin xarak-
terinin müəyyən edilməsi məqsədilə onlar punksiyası edilir və punktat sitoloji 
müayinəyə göndərilir. 


Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ 
151 
Radioloji müayinə metodları (ortopantomoqrafiya və KT) alt dodaq xər-
çənginin yayılmış  mərhələlərində istifadə olunub şişin  ətraf toxumalara inva-
ziyasını və onun dərəcəsini müəyyən etmək üçün istifadə olunur. 
Mofroloji müayinə  məqsədilə sitoloji və histoloji metodlardan istifadə 
edilir. 
Sitoloji müayinə üçün material müxtəlif üsullarlarla alınır. Dodaqda xora 
olarsa, onun üstündəki köz ehtiyatla götürüldükdən və qanaxma saxlanıldıqdan 
sonra əşya şüşəsində yaxma hazırlanır. Törəmədən ifrazat az olduqda xoranın 
səthindən qaşıntı götürülür. Şiş ekzofit formalı olduqda punksiya edilir. 
Histoloji müayinə sitoloji nəticə mənfi və ya şübhəli olduqda aparılır. Bi-
opsiya zamanı  şişdən 5-8 mm ölçüdə tikə götürülür və histoloji müayinəyə 
göndərilir. 
 
5.8. Diferensial diaqnostika 
 
Alt dodaq xərçəngi xəstəliyin erkən mərhələsində ilk növbədə birincili si-
filitik sklerozla (bərk şankr), herpetik xeylitlə, gecikmiş mərhələdə isə sifilitik 
qumma, vərəm mənşəli xora ilə diferensiasiya edilməlidir (cədvəl 5.1.). 
 
Cədvəl 5.1. 
Alt dodaq xərçənginin diferensial diaqnostikası 
 
Uyğun əlamətlər Fərqli əlamətlər 
1. Bərk şankr 
Əsası və kənarları ətrafında iltihab 
əlamətləri olmayan ağırsız xoranın, 
çənəaltı və buxaqaltı nahiyələrdə 
böyümüş və ağrısız limfa düyün-
lərinin olması 
- xərçəng xorası ləng böyüyür, üzərini 
örtən köz qopardıldıqda qanayır.  
- sifilis xorasının üzəri boz közlə 
örtülü olur və onu qopartdıqda hamar 
xora səthi qanamır. İfraz olunan seroz 
möhnəviyyat xora səthinə parlaqlıq 
verir, xoranın mərkəzində boz-sarı 
ərplər müşahidə olunur.  
2. Herpetik xeylit 
Xora səthinin közlə örtülü olması 
və onu qopartdıqda qanamanın 
müşahidə olunması,  periferik 
limfa düyünlərinin böyüməsi 
- dodaq xərçəngi patoloji dəyişilmiş 
toxumaların fonunda inkişaf edir.  
- xeyli zaman dodaqda çəhrayı ləkə, 
sonra köpükcüklər, onların açılmasın-
dan sonra isə hiperemik haşiyəli erozi-
ya əmələ gəlir. Proses qaşınma ilə 
müşayiət olunur. Limfa düyünləri 
yumşaq konsistensiyalı və ağrısız olur. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
152 
3. Sifilitik qumma 
Xoranın dibi bərk, kənarları 
infiltrasiyalı olur 
Sifilitik qummanın dağılma fazasında 
dibi sarı ərplə örtülü dərin xora əmələ 
gəlir. 
 
5.9. Müalicə 
 
Alt dodaq xərçənginin müalicə taktikası şişin yayılma dərəcəsi, histoloji 
variantı və böyümə formasından asılıdır. 
Xəstəliyin I-II mərhələsində  aşağıdakı  əsas müalicə metodlarından 
istifadə edilir: 
•  Şüa müalicəsi 
•  Cərrahi müalicə 
•  Kriodestruksiya 
•  Fotodinamik terapiya 
Şüa müalicəsində yaxınməsafəli rentgenoterapiyadan (SOD 60-65 Qr), 
toxumadaxili  şüa terapiyasından (SOD 50-70 Qr) və elektron terapiyadan 
(SOD 50-70 Qr) istifadə olunur.  Ədəbiyyat məlumatlarına görə  xəstəliyin I 
mərhələsində  şüa müalicəsi metodlarından istifadə etməklə 100% sağalma 
mümkündür. Alt dodaq xərçənginin II mərhələsində  şiş  ağız bucağına yaxın 
yerləşdikdə toxumadaxili şüa terapiyasından, orta xəttə yaxın yerləşdikdə isə 
yaxınməsafəli rentgenoterapiyadan istfiadə olunur. 
Cərrahi müalicə metodunda şişin dodaqda olan lokalizasiyasından və 
ölçülərindən asılı olaraq alt dodağın üçbudaq, kvadrat və ya trapesəbənzər rezek-
siyaları aparılır və  əmələ  gələn defektin bərpası üçün müxtəlif rekonstruktiv 
plastika metodlarından istifadə olunur [şəkil 5.11-5.17]. 
Kriodestruksiya alt dodağın, əsasən, kiçik ölçülü birincili xərçəngində, 
həmçinin digər müalicə metodlarından (şüa, cərrahi, kombinəolunmuş) sonrakı 
residiv və qalıq  şişlərdə istifadə olunur. Bu metoddan, əsasən, yaşlı  və  ağır 
yanaşı patologiyası olan xəstələrdə istifadə edilir. 
FDT alt dodaq xərçənginin müasir effektiv müalicə metodudur. FDT 
zamanı lazer şüalanmasının ilk senansı fotosensibilizatorun venadaxili yeridil-
məsindən 24 saat sonra, təkrari seanslar 48-72 saat intervalı ilə aparılır. Seans-
ların ümumi sayı 3-5 arasında tərəddüd edir. FDT yüksək funksional və kosme-
tik effekti ilə xarakterizə olunur. Metod həm sərbəst, həm də digər müalicə 
metodları ilə kombinasiyada istfiadə oluna bilər.  
Alt dodaq xərçənginin I–II mərhələlərində profilaktik boyun disseksiyası 
(yuxarı selektiv boyun diseksiyası) xəstəliyin proqnozu pis olan variantlarında 
(gənc yaşlı kişilər, buynuzlaşmayan yastıhüceyrəli xərçəng,  şişin infiltrativ 
böyümə forması) aparılır. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə