Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə49/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   79

Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ 
143 
Müalicəsi cərrahi yolladır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dəri buynuzu dodaq səthindən qalxan konik formalı törəmə olub xarici 
görünüşünə görə heyvan buynuzunu xatırladır. Dəri buynuzu bərk konsisten-
siyalı, ağrısız, tünd qəhvəyi rəngdə olub ölçüləri bir neçə santimetrə çata bilər 
[şəkil 5.4]. 
Müalicəsi cərrahi yolladır. 
Papilloma özünü qırmızı haşiyədə yerləşən ayaqcıqlı və geniş əsaslı tö-
rəmə  şəklində göstərir. Buynuzlaşan papilloma sarımtıl-ağ  rəngdə olur, buy-
nuzlaşmayan papilloma isə öz rənginə görə qırmızı haşiyədən seçilmir. Papillo-
matoz çoxsaylı papilloma düyünlərinin birləşməsidr. 
Müalicəsi cərrahi yolladır. 
Qırmızı qurd eşənəyi və qırmızı yastı dəmrovun eroziv-xoralı forma-
sında epitelizasiyaya meyilli olmayan və hiperperatozla müşayiət olunan ero-
ziya və xoralar müşahidə olunur. Onların hiperkeratotik forması isə, adətən, 
məhdud eritematoz ləkə fonunda qırmızı haşiyə səthindən qalxan hiperkeratoz-
Şəkil 5.4. Alt dodağın dəri 
buynuzu
Şəkil 5.3. Üst dodağın  
keratoakantoması 
 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
144 
la səciyyələnir. 
Müalicəsində sintetik malyariya əleyhinə preparatlardan (delaqil, xinqa-
min), kortikosteroidlərdən, B qrupu vitaminlərindən, nikotin turşusundan isti-
fadə olunur. 
Xeylitlər – dodaqların iltihabı prosesi olub, xüsusi və simptomatik xey-
litlər olmaqla iki qrupa bölünür. İkinci qrup orqanizmin hər hansı bir xəstə-
liyinin simptomu olub xərçəngönü patologiyalara aid edilmir. Xüsusi xeylitlərə 
aktinik (günəş  şüalarına allergik reaksiya) qlandulyar (ağız suyu vəzilərinin 
hiperplaziyası, hiperfunksiyası  nəticəsində) meteoroloji (yüksək rütubət, toz, 
külək, yüksək və  aşağı  hərarət nəticəsində)  şüa (baş-boyun nahiyəsinin bəd-
xassəli şişlərinin şüa müalicəsi nəticəsində) və digərləri aid edilir. 
Müalicəsi konservativ yolladır. 
 
5.4. Beynəlxalq histoloji təsnifat 
(№4, WHO – 2005) 
 
I. Epitelial şişlər 
Xoşxassəli şişlər 
    Bədxassəli şişlər 
• Papilloma 
– yastıhüceyrəli papilloma 
– kondiloma 
– epitelial hiperplaziya 
• Keratoakantoma 
• Digərləri 
 
• Yastıhüceyrəli karsinoma 
verrukoz karsinoma 
– bazal yastıhüceyrəli karsinoma 
– papillyar yastıhüceyrəli karsinoma 
– adenoid yastıhüceyrəli karsinoma 
digərləri 
• Limfoepitelial karsinoma (Şminke 
şişi) 
 
II. Vəzili epitel şişləri (ağız suyu vəzilərinin şişləri) 
• Adenomalar 
– pleomorf adenoma 
– mioepitelioma 
– bazalhüceyrəli adenoma 
– sistadenoma 
– digərləri 
 
• Adenokarsinomalar 
– asinoz hüceyrəli karsinoma 
– mukoepidermoid karsinoma 
– adenosistoz karsinoma 
– polimorf adenokarsinoma 
– bazalhüceyrəli karsinoma 
– musinoz adenokarsinoma 
– onkosit adenokarsinoma 
– digərləri 
 
III. Yumşaq toxuma şişləri 
• Kapoşi sarkoması 
• Limfangioma 


Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ 
145 
• Xondromiksoid şiş 
• Dənəvər hüceyrəli epulid 
 
IV. Limfoid və qanyaradıcı toxumaların şişləri 
• B hüceyrəli limfoma 
• T hüceyrəli limfoma 
• Berkitt limfoması 
• Plazmositoma 
• Histiositoma 
• Mieloid sarkoma 
• Digərləri 
 
V. Melanogen şişlər 
VI. İkincili şişlər 
 
Xərçəng əksər hallarda alt dodağı zədələyir. Şiş qırmızı haşiyədə, əsasən, 
orta xəttdən yan tərəfdə, nadir hallarda isə ağız bucağında yerləşir. Alt dodaq 
dərisi və ağız dəhlizinin selikli qişası prosesə ikincili qoşulur. 
Alt dodaq xərçəngi çox qatlı yastı epiteldən inkişaf edib histoloji quru-
luşuna görə yastıhüceyrəli xərçəngdir.  Əksər hallarda yastıhüceyrəli buynuz-
laşan xərçəng (90-95%), az hallarda isə (5-10%) buynuzlaşmayan xərçəng 
müşahidə olunur. Yastıhüceyrəli buynuzlaşan xərçəng tədricən böyüyür, doda-
ğın səthi boyu yayılır, metastazlar az və gec rast gəlinir. Yastıhüceyrəli buy-
nuzlaşayan xərçəng isə infiltrativ böyüməsi, tez xoralaşması, regionar limfa dü-
yünlərinə erkən metastazverməsi ilə xarakterizə olunur. 
Alt dodaq xərçəngi az hallarda (5-10%) və əsasən, limfogen yolla metas-
tazlar verir. Metastazlar ilk növbədə (60-65%) çənəaltı və buxaqalti limfa dü-
yünlərini zədələyir, xəstələrin 20-25%-də ikitərəfli boyun metastazları müşa-
hidə olunur. Hematogen metastazlara 1-2% hallarda rast gəlinir və əsasən, ağ-
ciyərdə müşahidə olunur. 
 
5.5. TNM kliniki təsnifatı  
(AYCC=2002) 
 
T – birincili şiş 
T
x
 – birincili şişin qiymətləndirilməsi üçün lazımi məlumatlar yoxdur. 
T
0
 – birincili şiş müəyyən edilmir. 
T
is 

 
qeyri-invaziv karsinoma (carcinoma in situ) 
T
1
 – ölçüsü 2 sm-ə qədər olan şiş 
T
2
 – ölçüsü 2,1-4 sm olan şiş 
T
3
 – ölçüsü 4 sm-dən böyük olan şiş 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə