Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə47/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   79

Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
137 
ehtiyac yoxdur. Az istisnalar olmaqla demək olar ki, bütün hallarda şişin kə-
silib götürülməsi dərinliyi 1 sm ətrafında yetərlidir. 
Melanomanın kənarı ilə aparılan cərrahi kəsik arasındakı məsafə birincili 
şişin təxmin edilən qalınlığından asılı olur. ABŞ melanoma beynəlxalq qrupu 
çoxillik tədqiqatlarının nəticəsi olaraq aşağıdakı tövsiyələri verir (cədvəl 4.2). 
 
Cədvəl 4.2. 
Melanomanın cərrahi müalicəsi zamanı dəri kəsiyinin  
şişin kənarından horizontal istiqamətə aparılma məsafəsi 
 
Təxmin olunan pT 
Dəri kəsiyin sərhədi 
Tin situ 
0,5-1,0 
T
1
 1 
sm 
T
2
 1-2 
T
3
 2 
T
4
 >2 
 
T
4
 simvoluna uyğun şişlərdə xoralaşma və qanaxma əlamətləri müşahidə 
olunarsa şişin kənarı ilə cərrahi kəsik arasındakı məsafəni 3 sm-ə qədər artır-
maq olar. 
Şişin qeyri radikal kəsilib götürülməsi təqdirində onun invaziya səviyyə-
si, cərrahi kəsik məsafəsi haqqında məlumat yoxdursa və melanomanın histo-
loji təsdiqi varsa çapıq toxumasının T4 kimi təkrari kəsilib götürülməsi 
məsləhət görülür. Əmələ  gələn defektlərin bərpası üçün rekonstruktiv-plastik 
əməliyyatlardan istifadə edilir. Melanomanın cərrahi müalicəsinin ikinci 
komponenti regionar metastazların müalicəsi – boyun diseksiyalarıdır
Melanomanın limfogen metastazvermə tezliyi şişin invaziya səviyyəsi ilə 
korrelyasiya olunur. Belə ki, regionar metastazların rastgəlmə tezliyi II inva-
ziya səviyyəsində 0-4%, III, IV və V invaziya səviyyələrində isə müvafiq ola-
raq 15-20%, 40-50% və 70-75% təşkil edir. ÜST-nin melanoma proqramı üzrə 
birləşmiş qrupunun çoxillik tədqiqatlarının nəticələri göstərir ki, melanoma 
zamanı boyun limfa düyünlərində metastazlar olmadıqda profilaktik boyun 
diseksiyasına ehtiyac yoxdur. Boyun diseksiyasına göstərişlər kliniki müəyyən 
edilən regionar metastazlar və ya böyümüş limfa düyünlərində metastazlara 
olan şübhədir. Regionar limfa düyünlərində metastazlara şübhə olduqda selek-
tiv boyun diseksiyası, kliniki müəyyən edilmiş metastazlar olduqda isə funk-
sional və ya radikal boyun diseksiyaları aparılır. 
Dəri melanoması  şüa müalicəsinə rezistent olan şişlər qrupuna aiddir. 
Dəri melanomasının sümüklərə metastazları zamanı şüa müalicəsi yüksək do-
zalı qeyri-steroid iltihab əleyhinə preparatlarla birgə istifadə edilə bilər. Baş 
beynin metastatik zədələnmələrində  də palliativ şüa müalicəsindən istifadə 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
138 
edilməsi haqqında məlumatlar vardır. 
Son illər baş beyindəki metastaik şiş ocağının  stereotaksik  şüa terapi-
yasından (qamma-bıçaq, kiber bıçaq) istifadə edilməyə başlanmışdır. 
Dəri melanoması zamanı  şüa müalicəsi, adətən,  kombinəolunmuş mü-
alicə metodunun komponenti kimi istifadə olunur. Şüalanma mənbəyi kimi 
birincili şiş ocağında yaxınməsafəli rentgenoterapiya, regionar metastazvermə 
zonalarında isə distansion qammaterapiya aparılır. Kombinəolunmuş müalicə-
yə göstərişlər pT
4
N
0
M
0
, pT
1-4
 N
1-2
M
0
 şişlərdir. 
Melanomanın kombinəolunmuş müalicəsinin daha geniş yayılmış 
metodikası əməliyyatönü şüa müalicəsidir. Şüa müalicəsinin SOD birincili şiş 
ocağına 80-100 Qr, regionar metastazvermə zonalarına 40-45 Qr təşkil edir. 
Cərrahi müalicə  dəridə  şüa reaksiyası azaldıqdan,  şüa reaksiyasının olmadığı 
tədqirdə isə  şüa müalicəsindən dərhal sonra icra edilir. Əməliyyatönü  şüa 
müalicəsinin məqsədi şişin bioloji potensialının azaldılmasından, subklinik şiş 
ocaqlarının məhv edilməsindən, törəmənin həcminin kiçildilməsindən, perifo-
kal iltihabın aradan qaldırılmasından ibarətdir. 
Dəri melanoması zamanı dərman müalicəsi (kimyəvi, hormonal, immu-
noloji) kompleks müalicənin komponenti kimi istifadə olunur. 
Melanomanın kimyəvi müalicəsində  dakarbazin  ən effektiv preparat 
olub ondan həm monokimyəvi həm də  daktinomisin, vinkristin, bleomisetin, 
sisplatin ilə müxtəlif kombinasiyalarda polikimyəvi müalicə planında istifadə 
olunur. Poliximoterapiyanın bilavasitə effektivliyi 50%-ə çatsa da, xəstələrin 
uzaq yaşama göstəricilərinə mühüm təsir göstərmir. Son 10-20 ildə  dəri 
melanoması üçün ən effektiv preparatlar fotemustin (mustoforan)  və  temo-
zolomiddir. Axırıncı preparat dakarbazinin tablet formasının analoqu olub, he-
matoensefalitik baryeri keçmək qabiliyyətinə malikdir. Fotemustin isə yüksək 
lipofillik və  şiş hüceyrələrinə daxil olmaq qabiliyyətinə malik olub birincili 
melanomalarda və beyin metastazlarında effektlidir. Aparılan tədqiqatlar onun 
dakarbazinə nisbətən daha yüksək effektivliyə malik olmasını göstərmişdir. 
Dəri melanomasının  immunoloji müalicəsində interferonlardan geniş 
istifadə olunur. ABŞ-da  interferon alfa–2a-nın yüksək dozalarından istifadə 
etməklə aparılan tədqiqat işlərinin nəticələri onun həm residiv və metastazların 
profilaktikasında, həm də yaşama müddətinin artırılmasında əhəmiyyətli rolunu 
göstərmişdir.  İnterferonla müalicədə,  əsasən, onun kiçik dozalarından (3 mln 
vahid) uzun müddətli (həftədə 3 dəfə, 24-36 ay) istifadə olunur. 
Son illər dəri melanomasının generaziəolunmuş formalarının müali-
cəsində kombinəolunmuş konservativ müalicə sxemlərindən (kimyəvi müalicə 
+ immunoterapiya) yəni bio-kimyəvi terapiyadan geniş istifadə olunur. Aparı-
lan kliniki tədqiqatlar bio-kimyəvi terapiyanın (poliximioterapiya + interferon 
alfa-2α 
±
 interleykin) yüksək effektivliyini göstərmişdir. Hal-hazırda generali-
zə olunmuş  dəri melanomasının müalicəsinin effektivliyinin artırılması üçün 
müalicə sxeminə target preparatları da (sorafenib) daxil edilmişdir. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə