Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə48/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   79

Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
139 
Melanomanın müalicəsində vaksionoterapiyadan və fotodinamik terapi-
yadan istifadə haqqında da məlumatlar var. Lakin bu tədqiqatlar eksperimental 
və ya ilkin kliniki tədqiqatlar fazasındadır və yekun qərar vermək mümkün 
deyildir. 
 
4.2.10. Proqnoz 
 
Dəri melanomasının proqnozuna təsir edən əsas amillərə aiddir: 
•  şişin qalınlığı  və invaziya dərəcəsi – dəri melanomasının radikal 
müalicəsinin 5 illik yaşama göstəriciləri Klarka görə I-II invaziya 
səviyyəsində 80-85%, III invaziya səviyyəsində 70-75%, IV in-
vaziya səviyyəsində 55-60%, V invaziya səviyyəsində isə 25-30% 
təşkil edir. 
•  piqmentasiya – piqmentsiz melanomalar piqmentlilərə nibətən daha 
pis proqnoza malikdirlər (5 illik yaşama göstəriciləri müvafiq olaraq 
50-55% və 70-75%). 
•  şişin böyümə istiqaməti – şişin vertikal böyüməsi  əlverişsiz proq-
nostik amil hesab olunur. 
•  xəstənin cinsi – proqnoz qadınlarda kişilərə nisbətən daha yaxşıdır. 
Digər tərəfdən qadınlarda melanoma daha tez xoralaşır. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
140 
 
 
 
F
F
ə
ə
s
s
i
i
l
l
 
 
5
5
 
 
 
ALT DODAQ XƏRÇƏNGİ 
 
 
Dodaq xərçəngi alt və ya üst dodağın qırmızı haşiyəsinin çoxqatlı yastı 
epitelindən  əmələ  gələn bədxassəli  şişdir. Dodaqətrafı  dəridən inkişaf edən 
bədxassəli  şişlər bu qrupa aid deyil, onların histogenezi və gedişi təmamilə 
fərqlidir. 
Vizual lokalizasiyalı  şiş olmasına baxmayaraq hələ  də dodaq xərçəngi 
olan xəstələrin müəyyən qismi ixtisaslaşmış klinikaya şiş prosesinin yayılmış 
mərhələlərində müraciət edirlər. Vaxtında qoyulmuş diaqnoz əksər xəstələrin 
müalicə edilib sağalmasına imkan verir. Qarşıda duran əsas problem şişin bu 
lokalizasiyasının gecikmiş formalarının aradan qaldırılmasından ibarətdir. 
 
 
5.1. Epidemiologiya 
 
Dodaq xərçəngi bütün bədxassəli şişlərin 1,0-1,5%-ni, orofaringeal zona-
nın xərçənginin 15%-ə qədərini təşkil edir, onkolojı xəstəliklərin ümumi struk-
turunda 10-11-ci yeri tutur. 
Xərçənglə 96-97% hallarda alt dodaq, cəmi 3-4% hallarda isə üst dodaq 
zədələnir. Bu alt dodağın selikaltı qişasında piy toxumasının cüzi olması hesa-
bına onun təbii yağlanmasının üst dodağa nisbətən daha az olması və nəticədə 
kanserogen amillərin təsirinə daha həssas olması ilə  əlaqədardır. Hazırkı baş-
lıqda alt dodaq xərçəngi haqqında məlumat verilir. 
Alt dodaq xərçəngi kişilərdə qadınlara nisbətən 7-8 dəfə çox rast gəlinir. 
Xəstəliyə kənd əhalisi arasında şəhərdə yaşayanlara nisbətən 2 dəfə çox təsadüf 
edilir. Alt dodaq xərçəngi əksərən yaşlı xəstələrdə rast gəlinir, ən yüksək xəs-
tələnmə göstəricisi isə 60-70 yaşlarda müşahidə olunur. 
 
5.2. Risk amilləri 
 
Epidemoloji tədqiqatlar göstərmişdir ki, alt dodaq xərçənginin  əmələ 
gəlməsinin əsas səbəbi buynuzlaşma prosesinin pozulmasıdır. Buna səbəb olan 
amillər aşağıdakılardır: 


Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ 
141 
•  Meteoroloji amillər (günəşin ultrabənövşəvi şüaları, ionizəedici ra-
diasiya, külək, hava, hərarətin kəskin dəyişilməsi) 
•  Zərərli adətlər (siqaretçəkmə, alkoqol, nas və betel kimi çeynəyici 
qarışıqlar) 
•  Travmalar 
•  Mexaniki amillər (karies dişlər, diş daşları, keyfiyyətsiz protezlər) 
•  Kimyəvi amillər (kəskin, qaynar, ədviyyatlı qidalar) 
•  Peşə amilləri (neft, daş kömür, gön-dəri, toxuculuq, asbest sənayesi 
məhsulları) 
•  Anadangəlmə paraqmatizm (alt dodağın bir hissəsinin üst dodaqla 
örtülməmiş qalması) 
•  Virus infeksiyaları (herpes zoster) 
•  Alt dodağın iltihabi və göbələk xəstəlikləri 
 
5.3. Şişönü xəstəlikləri 
 
Alt dodağın xərçəngönü xəstəliklərinin təsnifatı aşağıdakı kimidir. 
 
A. Obliqat xərçəngönü xəstəliklər  B. Fakultativ xərçəngönü xəstəliklər 
−  Bouen xəstəliyi    
 
– leykoplagiyalar 
−  Manqanotti xeyliti  
 
– keratoakantoma 
dəri buynuzu 
– papilloma 
– qırmızı qurd eşənəyinin və qırmızı  
yastı dəmrovun eroziv və  
hiperperatotik formaları 
– xeylitlər 
 
Bouen xəstəliyi özünü alt dodağın qırmızı haşiyəsində tədricən böyüyən 
ləkəli-düyünlü zədələnmə ocaqları  şəklində göstərir. Ocaqlar bir biri ilə bir-
ləşərək hiperemiyalı, hamar və  qızılı  səthli polisiklik pulcuqlar əmələ  gətirir. 
Uzun müddət mövcud olduqda atrofiya əlamətləri, eroziv səthlər  əmələ  gəlir. 
Müasir təsəvvürlərə görə Bouen diskeratozu epiteldaxili xərçəngə (carcinoma 
in situ) aid edilir. 
Müalicəsi cərrahi və ya yaxınməsafəli rentgenoterapiya ilədir. 
Manqanotti xeyliti kliniki olaraq qeyri düzgün və ya oval formalı «parıl-
dayan» hamar səthli, əsasında bərklik olan eroziya şəklində təzahür edir. Ero-
ziya bəzən seroz və qanlı közlə örtülü olur, ətrafında cüzi iltihabi infiltrasiya 
müşahidə olunur [şəkil 5.1]. Manqanotti xeylitinin maliqnizasiya müddəti fərdi 
olub, 4-6 ay ilə 5-7 il arasında tərəddüd edir. 
 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
142 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müalicəsi vitaminlərin (A və  D
2
) yağlı  məhlulları ilə applikasiya, sol-
koseril, metilurasil məlhəmləri ilədir. Konservativ müalicə effekt vermədikdə 
cərrahi əməliyyat icra olunur. 
Leykoplagiya alt dodağın qırmızı haşiyəsinin buynuzlaşmasıdır. Leyko-
plagiyanın səthi, verrukoz, düyünlü, eroziv və xorali formaları ayırd edilir. On-
ların arasında düyünlü, eroziv və xorali leykoplagiyaların xərçəngə keçmək eh-
timalı daha çox olub 20-25% təşkil edir [şəkil 5.2]. 
Müalicəsində A vitamininin applikasiyası  və kortikosteroid məlhəmlər-
dən istifadə edilir. Düyünlü, eroziv və xorali leykoplagiya ocaqlarının müalicə-
sində cərrahi əməliyyatdan və kriogestruksiyadan istifadə olunur. 
Keratoakantoma kliniki olaraq özünü 1,0-1,5 sm diametrli, sarımtıl-
qırmızı  rəngli, kənarları bərk, mərkəzi çalayabənzər dərinləşən bəzəkli düyün 
şəklində göstərir. Onun mərkəzi hissəsi asanlıqla xaric edilən buynuz kütlə ilə 
dolu olur [şəkil 5.3]. 
Şəkil 5.1. Manganotti xeyliti
Şəkil 5.2. Alt dodağın 
leykoplagiyası 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə