Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə46/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
134 
Sidikdə melanuriyanın (Yakşa reaksiyası) mahiyyətini dərinin mela-
noması olan xəstələrin sidiyində şişin spesifik metabolitlərinin – melanogenlə-
rin təyini təşkil edir. Sidiyə oksidləşdiricilərin (məsələn, 5%-li dəmir xloridin) 
əlavə edilməsi melanogenlərin melaninə çevrilməsinə  səbəb olur və sidik xa-
rakterik tünd boz, qəhvəyi və ya qara rəngə boyanır. Melanuriya əksərən dəri 
melanomasının generalizə olunmuş formaları üçün xarakterik olub, xəstəliyin 
erkən dövrlərində nadir hallarda müşahidə olunur.  
Son illər dəri melanomasının diaqnostikasında daha effektiv müayinə 
metodlarından istfiadə olunmağa başlanmışdır ki, bunların da ən perspektivlisi 
dermatoskopiyadır. Bu müayinə metodu son 10 il ərzində ABŞ, Qərbi Avropa 
və Avtsraliyada kliniki praktikada geniş tətbiq olunmağa başlamışdır. 
Dermatoskopiyanın mahiyyətini piqmentli törəmənin səthinə mineral 
yağın çəkilməsi və onun 40 dəfə böyütmə qabiliyyətinə malik dermatoskoplar-
la müayinəsi təşkil edir [şəkil 4.34]. Mineral yağ işığın dərinin səthi qatların-
dan  əks olunmasını aradan qaldırır və onun dərinin daha dərin qatlarına çat-
masını  təmin edir. Dermatoskopiya yüksək dəqiqliklə melanositar nevuslarla 
dərinin digər piqmentli törəmələrinin (seboreyalı keratoz, hemangioma, derma-
tofibroma, bazalhüceyrəli xərçəng) arasında diferensial diaqnostika aparmağa 
imkan verir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.34. Dermatoskop 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
135 
Son illər dermatoskopiyanın effektivliyinin artırılması üçün kompüter 
texnologiyalarından istifadə haqqında məlumatlar vardır. İlkin məlumatlara gö-
rə  kompüter texnikası  və  rəqəmli fotoqrafiyadan istifadə etməklə aparılan 
avtomatik dermoskopiyanın dəri melanomasının diaqnostikasında həssaslığı 
90-100%, spesifikliyi 90-95% təşkil edir. Lakin qeyd etmək lazımdır ki, dəri 
melanomasının kompüter diaqnostikası özünün erkən klinik dövrünü yaşayır və 
hələ ki, kliniki praktikada geniş tətbiq edilməmişdir.  
Melanomanın uzaq orqanlara metastazlarının diaqnostikasında KT, MRT, 
PET istifadə olunur. 
Melanomanın  morfoloji diaqnostikası üçün sitoloji müayinə metodun-
dan istifadə olunur. Bu müayinə üçün material incə iynə ilə punksiya vasitəsilə 
xoralı törəmələrdə isə yaxma – iz vasitəsi ilə əldə edilir. Dərinin piqmentli tö-
rəmələrinin diaqnostikasında insizion biopsiyadan istifadə edilmir. Bu melano-
ma olduğu təqdirdə  şiş prosesinin sürətli generalizasiyası, melanin təhlükəli 
piqmentli nevus olduqda isə onun maliqnizasiyasının artması təhlükəsi ilə izah 
olunur.  Şübhəli vəziyyətlərdə diaqnostikanın sonuncu etapı kimi şişin sağlam 
toxumalar sərhəddində  kəsilib götürülməsindən və  əməliyyat stolunda təcili 
histoloji müayinədən istifadə olunur. 
 
4.2.8. Diferensial diaqnostika 
 
Melanoma və dərinin digər şişlərinin diferensial diaqnostikası kifayət qə-
dər çətindir və müəyyən hallarda ancaq morfoloji müayinə  xəstəliyin həqiqi 
xarakterini müəyyən etməyə imkan verir. Melanomanı  ən çox aşağıdakı  xəs-
təliklərlə diferensiasiya etmək lazımdır (cədvəl 4.1). 
 
Cədvəl 4.1. 
Melanomanın diferensial diaqnostikası 
 
Nevuslar 
Dərinin inkişaf qüsurları 
Hemangioma 
Dərinin xoşxassəli şişləri 
Papilloma, keratoakantoma, dermato və 
neyrofibromalar, adenoma və 
sistadenomalar 
Dərinin şişönü xəstəlikləri 
 
Seboreyalı keratoz və Bouen xəstəliyi 
Dərinin bədxassəli şişləri 
 
Yastı və bazalhüceyrəli xərçəng,  
dermarofibrosarkoma, dəri artımlarının 
adenokarsinoması, dərinin limfoması 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
136 
Bədxassəli şişlərin dəriyə 
metastazları 
Ağ ciyərin xərçəngi, süd vəzisinin 
xərçəngi, böyrəyin xərçəngi, mədəaltı 
vəzin xərçəngi, yumurtalıqların xərçəngi 
Dermato-veneroloji 
xəstəliklər 
Dırnaqların göbələk zədələnməsi, bərk 
şankrın dəri forması 
 
4.2.9. Müalicə 
 
Melanomanın müalicəsi aşağıdakı metodlardan istifadə etməklə aparılır. 
•  Cərrahi 
•  Şüa 
•  Kombinəolunmuş və kompleks 
•  Kimyəvi müalicə 
•  İmmunoterapiya 
Cərrahi müalicə melanomanın müalicəsinin  əsas metodudur. Cərrahi 
əməliyyat həm sərbəst, həm də kombinəolunmuş  və kompleks müalicənin 
aparıcı komponenti kimi istifadə edilir. Cərrahi müalicə birinci şiş ocağının və 
müəyyən göstərişlər daxilində regionar metastazvermə zonalarının müalicəsin-
dən ibarətdir. 
Birincili şiş ocağında cərrahi əməliyyatın həcmi törəmənin ölçülərindən, 
böyümə xarakterindən və lokalizasiyasından asılı olur. Əməliyyatın ümumi 
qaydası şişin önu əhatə edən dəri, dərialtı piy təbəqəsi, fassiya və ya aponev-
rozla birgə geniş cərrahi və ya elektrocərrahi kəsilib götürülməsindən ibarətdir. 
Dəri kəsiyi, adətən, gövdə  və  ətrafların dərisinin melanoması zamanı  şişin 
kənarından 3-5 sm və daha çox olmaqla aparılır, baş-boyun nahiyəsinin mela-
nomasında isə kəsiyin şişin kənarından 2-3 sm aralanmaqla aparılması kifayət 
edir. 
Son onilliklərə  qədər dəri melanomasının birincili ocağının cərrahi mü-
alicəsində istifadə olunan geniş  əməliyyatlar tədricən ekonom operasiyalarla 
əvəz olunur. Melanomanın cərrahi müalicəsinə olan yeni yanaşmalar iki amillə 
izah olunur. Birincisi, müəyyən olunmuşdur ki, dəri melanoması üçün yerli 
residivvermə, o qədər də xarakterik deyildir və  xəstəliyin müalicəsinin  əsas 
problemi regionar və uzaq metastazlarla bağlıdır. İkincisi, aparılan geniş kliniki 
tədqiqatlar adekvat göstərişlər daxilində  dəri melanomasının ekonom cərra-
hiyyə metodlarının kliniki praktikada tətbiqinin mümkünlüyünü göstərmişdir. 
Melanomanın cərrahi müalicəsində şiş onun xarici kənarından həm hori-
zontal həm də vertikal istiqamətdə geniş kəsilib götürüməlidir. Dərialtı piy tə-
bəqəsinin zəif inkişaf etdiyi nahiyələrdə radikalizmi artırmaq məqsədi ilə 
fassiyanı, həmçinin onun altında yerləşən əzələ və sümük toxumasını kəsməyə 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə