Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə42/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
118 
ticələrinin tədqiqi göstərir ki, şişin tam reqressiyası xəstələrin 80-85%-də mü-
şahidə olunur. FDT əsas çatışmayan cəhəti isə  dərinin günəş  şüasına 
həssaslığının uzun müddətli artmasıdır. Orqanizmə yeridilən fotosensibilizato-
run miqdarının azaldılması və müalicədən sonrakı 1-2 ay müddətində antioksi-
dantlardan isifadə bu ağırlaşmanın tezliyini xeyli azaldır. 
Kimyəvi müalicə.  Dəri xərçənginin dərman müalicəsinə bazalhüceyrəli 
xərçəng zamanı şiş əleyhinə bitki mənşəli alkaloid tərkibli kolxamin məlhəmi-
nin (0,5-1%-li omain məlhəmi) istifadəsi ilə başlanmışdır. Kolxamin məlhəmi 
ilə müalicənin əsas çatışmayan cəhətlərinə preparatın yerli (güclü iltihabi reak-
siya) və ümumi (hipertermiya, intoksikasiya) xarakterli yanaşı  təsirləri, həm-
çinin müalicənin uzunmüddətli olması (12-15 applikasiya) aiddir. Son onil-
liklər ərzində dəri xərçənginin müalicəsində sisplatin, 5-ftorurasil, bleomisetin 
kimi kimyəvi preparatların müxtəlif kombinasiyalarından istifadə olunur. Lakin 
dəri xərçənginin kimyəvi müalicəsi hal hazırda, əsasən, palliativ və kompleks 
müalicə metodunun komponenti kimi istifadə olunur. 
Baş-boyun nahiyəsi dərisinin residivlərinin əsas müalicə metodu cərrahi 
əməliyyatdır. Bu zaman aparılan cərrahi əməliyyatlar əksər hallarda kombinə-
olunmuş xarakterdə olur, əmələ gələn defektlərin bərpası üçün isə müxtəlif növ 
plastik materiallardan istifadə olunur. Rekonstruktiv-plastik cərrahiyyədən isti-
fadə  xəstəliyin müalicəsinin nəticələrini yaxşılaşdırır, xəstələrin həyat key-
fiyyətini yüksəldir. Bu tip əməliyyatlardan sonra 5 illik yaşama göstəricisi 65-
80 % təşkil edir. 
 
4.1.9. Proqnoz 
 
Dəri xərçəngi insan orqanizmində  ən yaxşı proqnoza malik şişdir. Xəs-
təliyin proqnozuna təsir edən  əsas amillər  şişin histoloji quruluşu və yayılma 
dərəcəsidir. Xəstəliyin I-II mərhələsində aparılan müalicənin 5 illik yaşama 
göstəriciləri 85-98% təşkil edir, xəstələiyin III-IV mərhələsində  və yayılmış 
residivlərdə isə 40-60% arasında tərəddüd edir.  
 
4.2. Dəri melanoması 
 
Melanoma (sinonimləri: bədxassəli melanoma, melanoblastoma, melano-
karsinoma) neyroektodermal mənşəli bədxassəli  şiş olub melanin piqmenti 
əmələ gətirən hüceyrələrdən (melanoblastlardan) inkişaf edir.  
Melanomanın dəri və  dəridən kənar formaları  fərqləndirilir. Xəstəliyin 
dəri forması 90% hallarda rast gəlinir. Xəstəliyin dəridən kənar formalarına 
10%-ə qədər hallarda təsadüf edir ki, onun da 6-7%-ni göz forması (əsasən, gö-
zün damarlı qişası, az hallarda göz konyuktivası), 1-3%-ni isə selikli qişa for-
ması  (əsasən, ağız boşluğu, düz bağırsaq və cinsiyyət orqanları) təşkil edir. 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
119 
Melanomaya çox nadir hallarda baş və onurğa beyində də rast gəlinə bilər. 
Vizual lokalizasiyalı şiş olmasına baxmayaraq melonomaya görə müalicə 
müəssisələrinə gec müraciət edən xəstələrin sayı hələ də çoxdur. 
Dərinin melanoması özünəməxsusluğu ilə seçilir. Belə ki, melanoma 
histogenezinə, əmələ gəlməsinin və inkiaşfının bioloji xüsusiyyətlərinə, kliniki 
gedişinin ağırlığına və  bəzən gözlənilməz nəticələrə  gətirib çıxarmasına görə 
digər  şişlərdən fərqlənir. Bununla əlaqədar son illər təbabətin müxtəlif sahə-
lərinin tədqiqatçılarının onkologiyanın bu sahəsinə marağı artmışdır. 
 
4.2.1. Epidemiologiya 
 
Dəri melanoması bütün onkoloji xəstəliklərin 1-4% təşkil edir. Dərinin 
bədxassəli  şişlərinin ümumi strukturunun cəmi 10%-ə  qədərini melanomanın 
təşkil etməsinə baxmayaraq bu patologiyadan ölümün səbəblərinin 80% onun 
payına düşür. Bəzi müəlliflərin məlumatlarına görə bir sıra ölkələrdə  dəri 
melanomasından xəstələnmə  və ölüm digər bədxassəli  şişlərdən (ağ ciyər 
xərçəngi istisna olmaqla) daha sürətlə artır. Dəri melanoması ilə xəstələnmənin 
ən yüksək səviyyəsi ABŞ  və Avstraliyada qeyd olunur (əhalinin hər 100000 
nəfərinə 20-40 xəstələnmə hadisəsi). ABŞ-da hər il həyatında ilk dəfə mela-
noma diaqnozu qoyulmuş 32000 xəstə qeydə alınır. Avropada melanoma ilə 
xəstələnmə göstəricisi  əhalinin hər 100000 nəfərinə 5-7 xəstələnmə hadisəsi 
təşkil edir. MDB ölkələrində  həyatında ilk dəfə melanoma diaqnozu qoyulan 
xəstələrin sayı ildə 10000 nəfərə çatır.  Əksər müəlliflərin fikrincə  hər 10 il 
müddətinə melanoma ilə xəstələnmə 2 dəfəyə qədər artır. 
Dəri melanoması müxtəlif müəlliflərə görə 25-40% hallarda baş-boyun 
nahiyəsində müşahidə olunur və rastgəlmə tezliyinə görə ətrafların dərisinin me-
lanomasından sonra ikinci yeri tutur. Dəri melanoması əksər hallarda 40-50 yaşlı 
şəxslərdə  təsadüf edir. Avropada melanoma ilə qadınlar daha çox xəstələnir, 
Avstraliya və ABŞ-da isə qadınlar və kişilərdə onun rastgəlmə tezliyi eynidir. 
 
4.2.2. Risk amilləri 
 
Melanomanın risk amilləri ekzogen və endogen olmaqla iki qrupa bölü-
nür: 
 
• Ekzogen amillər 
• Endogen amillər 
−  ultrabənövşəyi şüalar 
−  genetik amillər 
−  nevusların mexaniki travmaları 
−  irsiyyət 
−  ionizəedici radiasiya 
−  endokrin pozğunluqlar 
−  kimyəvi kanserogenlər 
−  immunoloji pozğunluqlar 
 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
120 
Ekzogen amillər arasında  əsas yeri ultrabənövşəyi  şüalar  tutur. Son 
onilliklər ərzində ultrabənövşəyi şüaların insan orqanizminə summar təsir müd-
dətinin artması müşahidə olunur. Bu ilk növbədə il ərzində bir neçə dəfə dəniz 
sahilində dincəlmək dəbinin formalaşması ilə  əlaqədardır. Həmçinin dərini 
qaraltmaq üçün indi dəbdə olan solyarilərin rolunu da qeyd etmək lazımdır. 
Belə ki, tez effekt alınması arzusu dərinin günəş yanıqlarına gətirib çıxara bilər 
ki, bu da ultrabənövşəyi şüaların zədələyici təsirini artırır. 
Risk amilləri arasında nevusların kimyəvi, termiki və ya mexaniki trav-
maları, onların özbaşına müalicəsi və qeyri-radikal aparılan kosmetik əməliy-
yatlar mühüm əhəmiyyət kəsb edir. 
Kimyəvi kanserogenlərin (o cümlədən sağ boyaqlarının), ionizəedici ra-
diasiyanın və elektromaqnit şüalarının melanomanın  əmələ  gəlməsindəki rolu 
müəyyən edilmişdir. Bu amillər, əsasən, insanın peşəsi ilə əlaqədardır. 
Dəri melanomasının endogen risk amillərinə ilk növbədə genetik amillər 
(irq, endogen konstitusional xüsusiyyətlər, piqmentasiyanın xarakteri) aiddir. 
Bu amillər özünü dərinin, saçların və gözlərin rəngi, saçların rənginin dəyişil-
məsi, üzdə  və  əldə çillərin olması, bədənin müxtəlif nahiyələrində olan ne-
vusların sayı, ölçüləri və forması, dərinin ultrabənövşəyi şüalara həssaslığı ilə 
göstərir. Belə ki, melanoma sarışın və kürən adamlarda daha çox rast gəlinir və 
daha aqressiv gedişə malik olur. Amerika tədqiqatçılarının məlumatlarına görə 
qara dərili əhali arasında melanomaya nadir hallarda rast gəlinir və, adətən, əl 
və ayaq barmaqlarının, ovuc və ayaqaltı nahiyənin dərisində təsadüf edir. 
Melanomanın əmələ gəlməsində irsiyyətin də rolu vardır. Bəzi ailələrin 
üzvlərinin  əksəriyyətində displastik nevuslar olur. Belə ailələrin üzvləri me-
lanomanın yüksək əmələgəlmə risk qrupuna aid edilirlər və hər 3-5 aydan bir 
müayinədən keçməlidirlər. Bu risk amili qrupuna həmçinin  əvvəllər melano-
maya görə radikal müalicə almış şəxslər və onların qohumları aid edilir. 
Melanomanın kanserogenezində  endokrin sistemin  vəziyyti vacib rol 
oynayır. Cinsi yetkinlik, hamiləlik, klimakterik dəyişikliklər kritik dövrlər olub 
piqmentli nevusların aktivasiyası və maliqnizasiyası üçün risk fazası kimi qiy-
mətləndirilir. Hər hansı bir səbəbə görə kastrasiya olunmuş kişi və ya qadın-
larda melanoma müşahidə olunmur. 
Anadangəlmə və qazanılma immunçatışmazlığı olan insanların dəri me-
lanoması ilə xəstələnmə riski daha yüksəkdir. 
 
4.2.3. Beynəlxalq histoloji təsnifat  
(№12, WHO – 2006) 
 
A. Xoşxassəli melanositar şişlər (nevuslar) 
•  Anadangəlmə nevus 
−  səthi tip (sərhədi nevus) 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə