Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə39/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   79

Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
107 
• Saya və skelet əzələlərinin şişləri 
– leyomioma 
– dəri leyomiosarkoması 
• Fibroz, fibrohistiositar və histiositar şişlər 
– dermatofibroma 
– miofibromatoz 
– sklerotik fibroma 
– pleomorf fibroma 
– nəhənghüceyrəli fibroblastoma 
– dermatofibrosarkoma 
– fibroz histiositoma  
 
V. Neyral şişlər 
– primitiv neyroendokrin şiş (PNET) 
– Yuinq sarkoması 
– sinir qişalarının miksoması (neyrotekoma) 
– Merkel hüceyrələrinin karsinoması 
dənəvərhüceyrəli şiş 
 
Dərinin bədxassəli şişləri əksərən epitelial mənşəli olub onların arasında 
bazalhüceyrəli xərçəng 60-80%, yastıhüceyrəli xərçəng 20-25% hallarda rast 
gəlinir. Dərinin bədxassəli şişlərinin digər formaları isə daha az təsadüf edir ki, 
onların arasında dəri artımlarından, tər və piy vəzilərindən əmələ gələn şişləri 
qeyd etmək lazımdır. Əksər hallarda bu şişlər vəzili xərçəng (adenokarsinoma) 
quruluşuna malik olur və çox aqressiv bədxassəli gedişi ilə xarakterizə olunur-
lar. 
Bazalhüceyrəli xərçəngə daha çox üzdə, daha dəqiqi üz büküşlərinin 
embrional birləşmə  xəttləri nahiyələrində: burun qanadlarında, burun-dodaq 
büküşü boyu, gözün daxili bucağında, göz qapaqlarında rast gəlinir. Bazalhü-
ceyrəli xərçəngin üç histoloji variantı ayırd edilir: səthi-multisentrik, skle-
rodermal və fibroz-epitelial. Xərçəngin bu növü ləng və yerli destruksiyasedici 
böyüməsi ilə xarakterizə olunur. Vaxtında aparılan adekvat müalicədən sonra 
residivlər nadir hallarda rast gəlinir, lakin bu yalnız şişin erkən mərhələlərində 
müşahidə edilir. Residiv və  ətraf toxumaların invaziyası  və destruksiyası ilə 
müşahidə olunan bazalhüceyrəli xərçəng metastaz vermək qabiliyyətinə malik-
dir. Bazalhüceyrəli xərçəngin metastazları müəyyən edildiyi hallarda birincili 
şiş onun geniş yayılması ucbatından, adətən, qeyri rezektabel olur. Dərinin ba-
zalhüceyrəli xərçənginin metastazverici formalarının ayırd edilməsi  şişin 
metatipik formalarının olması ilə əlaqədardır (bu zaman morfoloji müayinədə 
bazalhüceyrəli komponentilə yanaşı yastıhüceyrəli xərçəng sahələri də mü-
əyyən edilir). Bəzi müəlliflər metatipik dəri xərçəngini bazalhüceyrəli xərçən-
gin növ müxtəlifliyi kimi qəbul edirlər. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
108 
Yastıhüceyrəli xərçəngə 85-90% hallarda baş-boyun nahiyəsinin dəri-
sində rast gəlinir və daha çox burun yəhəri və onun qanadlarında (25-30%), qu-
laq seyvanında (14-15%), almacıq nahiyəsində və başın tüklü hissəsində (10-
12%) müşahidə olunur 
Bazalhüceyrəli xərçəngdən fərqli olaraq yastıhüceyrəli xərçəng və  dəri 
artımlarından inkişaf edən xərçəng zamanı metastazlar, hətta kiçik ölçülü şiş-
lərdə  də  əmələ  gələ bilər, lakin onlar daha çox xərçəngin yayılmış  və residiv 
formalarında müşahidə olunur. Metastazların tezliyi xəstəliyin erkən mərhə-
lələrində 1-3%, infiltrativ və residiv şişlərdə 15-20%, prosesin gecikmiş mərhə-
ləsində isə 40%-ə qədər təşkil edir. Metastazlar, adətən, regionar limfa düyün-
lərində (qulaqətrafı, boyun) lokalizasiya olunur. Dəri xərçənginin uzaq orqan-
larda (ağciyər, sümük, qaraciyər) metastazları nadir hallarda rast gəlinib dəri 
artımlarının xərçəngi və bazalhüceyrəli xərçəng zamanı müşahidə olunur. 
 
4.1.5. TNM kliniki təsnifatı 
(AJCC – 2002) 
 
T – birincili şiş 
T
x
 – birincili şişin qiymətləndirilməsi mümkün deyildir. 
T
0
 

 
birincili şiş müəyyən edilmir 
T
is
 – preinvaziv xərçəng (carcinoma in situ) 
T
1-
 – ölçüsü 2 sm-ə qədər olan şiş 
T
2
 – ölçüsü 2,1-5 sm olan şiş 
T
3
 – ölçüsü 5 sm-dən böyük olan şiş 
T
4
 – ətraf strukturlara (əzələ, qığırdaq, sümük) sirayət edən şiş 
Qeyd: birincili-çoxlu sinxron şişlər zamanı T-nin ən yüksək kateqo-
riyası göstərilir, şişlərin sayı isə mötərizədə qeyd edilir, məsələn T
3
(5) 
N – regionar limfa düyünləri (homolateral qulaqətrafı, çənəaltı, boyun 
və körpücüküstü limfa düyünləri) 
N
x
 

 
regionar limfa düyünlərinin vəziyyətini qiymətləndirmək mümkün 
deyildir. 
N
0
 – regionar limfa düyünlərində metastazlar yoxdur 
N
1
 – regionar limfa düyünlərində metastazlar var 
M – uzaq metastazlar 
M
x
 – uzaq metastazların olmasını təyin etmək mümkün deyildir 
M
0
 – uzaq metastazlar yoxdur 
M – uzaq metastazlar var 
pTNM – patomorfoloji təsnifatı 
pT, pN, pM – kateqoriyaları T, N, M kateqoriyalarına müvafiqdir. 
Histoloji diferensiasiya (G) 
G
x
 – şişin diferensiasiya dərəcəsini müəyyən etmək mümkün deyildir 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
109 
G
1
 – yüksək diferensiasiya dərəcəsi 
G
2
 – orta diferensiasiya dərəcəsi 
G
3
 – aşağı diferensiasiya dərəcəsi 
G
4
 – diferensiasiya olunmayan şiş 
 
Mərhələlərə görə qruplaşdırma 
 
Mərhələ T 


0 mərhələ 
T
is 
N
0
 
M
0
 
I mərhələ 
T
1
 
N
0
 
M
0
 
II mərhələ 
T
2
 
T
3
 
N

N
0
 
M

M
0
 
III mərhələ 
T
4
 
İstənilən 4 
N

N
1
 
M

M
0
 
IV mərhələ 
İstənilən T 
İstənilən N 
M
1
 
 
4.1.6. Klinika 
 
Dəri xərçənginin kliniki gedişi rəngarəng olub şişin histoloji quruluşun-
dan, lokalizasiyasından və kliniki formasından asılıdır. 
Bazalhüceyrəli xərçəngin əsas kliniki formalarına aşağıdakılar aid edilir: 
•  Nodulyar 
– mikrodüyünlü   
 
– konqlobat  
 
 
– xoralı 
kistoz 
– infiltrativ 
•  Səthi 
– piqmentli   
 
 
– özüçapıqlaşan 
•  Sklerodermal 
  
 
– 
çapıq atrofik    
 
  
 
– 
xoralı 
Bazalhüceyrəli xərçəngin nodulyar forması onun ən geniş yayılmış for-
ması olub 75-80% hallarda rast gəlinir [şəkil 4.8-4.10]. Bazalhüceyrəli 
nodulyar xərçəngin başlanğıc dövründə dəridə bir və ya bir neçə kiçik ölçülü 
(2-5 mm), bərk konsistensiyalı, dəqiq konturlu boz və ya çəhrayı rəngli dairəvi 
düyünlər əmələ gəlir (mikrodüyünlü forma), düyün üzərindəki dəri tədricən na-
zikləşir və tutqun çalar alır. Xəstəliyin inkişaf dövründə bir neçə düyünün bir-
ləşməsi nəticəsində yastıqvari kənarlara malik şiş ocağı əmələ gəlir (konqlobat 
forma). Bəzən törəmə kələ-kötür, şarabənzər artmalardan ibarət olur (kistoz  


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə