Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə37/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
100 
 
 
 
F
F
ə
ə
s
s
i
i
l
l
 
 
4
4
 
 
 
BAŞ-BOYUN  DƏRİSİNİN  
BƏDXASSƏLİ ŞİŞLƏRİ
 
 
 
Baş-boyun nahiyəsi dərisinin bədxassəli  şişləri müasir kliniki onkologi-
yanın ən aktual problemlərindən biridir. Bu nahiyənin dərisinin bədxassəli şiş-
ləri müxtəlif genezə malik olub, melanoma və  dəri xərçəngi olmaqla iki əsas 
qrupa bölünür. Dəri xərçəngi özündə yastıhüceyrəli və bazalhüceyrəli xərçəngi 
birləşdirir. 
 
4.1. Dəri xərçəngi 
 
Dəri xərçəngi bədxassəli şişlərdən ölümün səbəbləri arasında axırıncı ye-
ri tutur. Bu, dəri xərçənginin erkən aşkar oluna bilməsi və nisbi xoşxassəli ge-
dişi ilə izah olunur. 
Eyni zamanda qeyd etmək lazımdır ki, vizual lokalizasiyalı şiş olmasına 
baxmayaraq dəri xərçəngi olan xəstələrin 15-30%-i ixtisaslaşmış klinikaya şiş 
prosesinin III-IV mərhələrində müraciət edirlər. 
Dəri xərçənginin müalicəsinə dair geniş  ədəbiyyat məlumatlarının  əsas 
çatışmayan cəhəti bazalhüceyrəli və yastıhüceyrəli xərçəng arasında fərgin qo-
yulmamasıdır. Digər tərəfdən dəri xərçənginin müalicə taktikasında ayrı-ayrı 
müalicə metodlarının rolu tam aydınlaşdırılmamışdır. Belə ki, adətən, dəri xər-
çəngi olan xəstələrin müalicə taktikası onun müraciət etdiyi klinikanın bu və ya 
digər müalicə metoduna üstünlük verməsi ilə müəyyən edilir. 
 
4.1.1. Epidemiologiya 
 
Dəri xərçəngi bədxassəli  şişlərin ümumi strukturunda, kişilərdə  ağciyər 
və mədə xərçəngindən sonra üçüncü, qadınlarda süd vəzisi xərçəngindən sonra 
ikinci yeri tutub, rastgəlmə tezliyi 10-15 % təşkil edir. 
Dəri xərçəngi ilə yüksək xəstələnmə göstəriciləri Avstraliyada, ABŞ-da, 
Braziliyada, Argentinada qeyd olunur (əhalinin hər 100 000 nəfərinə 35-60 
xəstələnmə hadisəsi). MDB ölkələri arasında dəri xərçəngi ilə yüksək xəstələn-


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
101 
mə göstəriciləri Belorusda və Rusiyada (müvafiq olaraq əhalinin hər 100 000 
nəfərinə 37 və 28 xəstələnmə hadisəsi) aşağı xəstələnmə göstəriciləri isə Azər-
baycan, Özbəkistan və Türkmənistanda (əhalinin hər 100 000 nəfərinə 4-5 xəs-
tələnmə hadisəsi) müşahidə olunur. Xəstəlik, əsasən, 50-70 yaşlarda, daha çox 
kişilərdə rast gəlinir. Son illərdə dünyanın  əksər ölkələrində  dəri xərçəngi ilə 
xəstələnmə səviyyəsi artır. 
Dəri xərçəngi 85-90% hallarda baş-boyun nahiyəsində rast gəlinir. Baş-
boyun nahiyəsi dərisinin xərçəngi daha çox burun (30%) göz qapaqları (20%) 
və yanaq (15%) dərisində müşahidə olunur və 10%-ə qədər hallarda birincili- 
çoxlu xarakterə malik olur. 
 
4.1.2. Risk amilləri 
 
Dəri xərçənginin əmələ gəlməsinə səbəb olan əsas amillərə aşağıdakılar 
aiddir: 
•  Ultrabənövşəyi şüalar və ionizəedici radiasiya 
•  Peşə zərərləri 
•  Dəridə müxtəlif mənşəli çapıq toxuması 
•  İmmunosupressiya 
 
Dəri xərçənginin  əmələ  gəlməsində  əsas rol ultrabənövşəyi  şüalara 
məxsusdur. Müəyyən olunmuşdur ki, dəri xərçənginin  əmələgəlmə tezliyi ul-
trabənövşəyi  şüaların intensivliyi və  təsir müddətindən asılıdır. Dəri xərçən-
ginin  əksərən baş-boyun nahiyəsinin dərisində rast gəlməsinin səbəbi həmin 
nahiyələrin açıq olması və ultrabənövşəyi şüaların təsirinə daha intensiv məruz 
qalmasıdır. 
Ultrabənövşəyi şuaların dəriyə təsiri onun piqmentasiya dərəcəsindən ası-
lıdır. Dəri xərçənginə daha çox melanin piqmenti az olan ağ dərili insanlarda 
rast gəlinir. Melanınin dəri xərçənginin  əmələ  gəlməsindəki müdafiəedici 
rolunun  əyani subutu Tanzaniyada zənci-albinoslarda dəri xərçəngi ilə 
xəstələnmədir. Belə ki, bu qrup insanlarda dəri xərçəngi ilə  xəstələnmə riski 
ümumi populyasiyadan 1000 dəfə çoxdur. Eyni zamanda müəyyən edilmişdir 
ki, ultrabənövşəyi  şüaların dərinin yastıhüceyrəli xərçənginin  əmələ 
gəlməsindəki rolu bazalhüceyrəli xərçəngə nisbətən azdır. 
Dəri xərçəngi ilə xəstələnmənin artmasını həmçinin atmosferin ozon tə-
bəqəsinin nazikləşməsi ilə  əlaqələndirirlər. Ehtimal olunur ki, stratosfer ozo-
nunun səviyəsinin 1-3 % azalması dəri xərçəngi ilə xəstələnmə səviyyəsini 5-
10% artırır. 
Peşə zərərləri ilə əlaqədar dəri xərçəngi əksər hallarda dərinin yanar qa-
zıntılar (neft, daş kömür), termiki işlənmə məhsulları (qətran) ilə kontaktı za-
manı əmələ gəlir. Dəri xərçənginə həmçinin mis filizi sənayəsində çalışan mə-


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
102 
dən fəhlələrində  də rast gəlinir (mis filizinin tərkibində olan civənin təsiri ilə 
əlaqədar). Hal-hazırkı dövrdə kimya sənayesinin modernizasiyası  nəticəsində 
dərinin peşə xərçənginin səviyyəsi xeyli azalmışdır. 
Dəri xərçəngi müxtəlif travmalar və xroniki iltihabi xəstəliklərdən sonra 
əmələ gələn çapıq toxuması fonunda inkişaf edə bilər. Dəri xərçəngi aşağıdakı 
mənşəli çapıq toxumaları fonunda əmələ gələ bilər: 
−  müxtəlif travmalardan (termiki, mexaniki, kimyəvi,  şüa enerjisi) 
sonrakı çapıq toxuması 
−  müxtəlif xəstəliklərdən (cüzam, seboreyalı keratoz, qırmızı qurd 
eşənəyi və  qırmızı yastı  dəmrov, leyşmanioz, furunkul, karbunkul
qanqrena və s.) sonrakı çapıq toxuması 
İmmunosupressiya  dəri xərçənginin  əmələ  gəlməsinə meyillik yaradır. 
Belə ki, orqan transplantasiyası fonunda aparılan immunosupressiv müalicələr-
dən, həmçinin qlukokortikosteroidlərin və sitostatiklərin istifadəsindən sonra 
dəri xərçənginin əmələ gəlməsi haqqında məlumatlar var.  
Dəri xərçənginin  əmələ  gəlməsindən sonra həmin səxslərdə  təkrari dəri 
şişlərinin rast gəlməsi riski ümumi populyasiyaya nisbətən 10 dəfədən çox ar-
tır. Birincili – çoxlu dəri xərçəngi daha çox ilkin şiş gövdə  dərisində loka-
lizasiya olunduqda,60 yaşdan yuxarı şəxslərdə və xəstəliyin səthi kliniki forma-
larında müşahidə olunur [şəkil 4.1]. 
Şəkil 4.1. Baş və üz nahiyəsi dərisinin birincili-coxlu xərçəngi 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə