Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə45/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   79

Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
129 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.27. Qulaq dərisinin 
melanoması, səthi forma
Şəkil 4.29. Üst dodaq 
dərisinin melanoması, səthi 
forma
Şəkil 4.28.  Sol göz gaşı 
dərisinin melanoması, səthi 
forma 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
130 
Düyünlü forma 15-20% hallarda rast gəlinir [şəkil 4.30-4.32]. Daha çox 
orta yaşlı kişilərdə baş–boyun, kürək nahiyyəsi dərisində müşahidə olunur. Me-
lanomanın bu forması üçün vertikal inkişaf fazası xarakterikdir. Kliniki olaraq 
özünü qara və ya göy-qırmızı  rəngli düyün və ya polip şəklində göstərir. 
Törəmə tez bir zamanda xoralaşır və qanayır. Törəmənin kənarları yastı  və 
qeyri-düzgün olur. Melanomanın bu formasında letallıq 60%-ə çatır. 
Bədxassəli  lentiqo melanomanın rastgəlmə tezliyi 10-15% təşkil edir 
[şəkil 4.33]. Melanomanın bu forması özünü kliniki olaraq Dübrey melanozu 
və Hatçinson ləkəsi ilə göstərir edir. Əksərən 70 yaşından yuxarı qadınlarda 
rast gəlinir. Adətən, baş-boyun nahiyəsinin və  ətrafların arxa səthlərinin 
dərisində təsadüf edir. Horizontal (10-20 ilə qədər) və vertikal inkişaf fazasına 
malikdir. Kliniki olaraq elastik konsistensiyalı, qəhvəyi və ya qara rəngli, qey-
ri-dəqiq konturlu yastı  ləkənin  əmələ  gəlməsi ilə xarakterizə olunur. Adətən, 
ləng inkişafla səciyyələnir, lakin vertikal inkişaf fazasında ləkənin səthində 
sürətlə böyüyən  şiş düyünləri  əmələ  gəlir və metastazvermə baş verir. Me-
lanomanın bu formasında letallıq 10% təşkil edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Akral lentiginoz forma bütün melanomaların 8%-ə qədərini təşkil edir. 
Əsasən, qara dərili (neqroid, Asiya irqi) insanlarda əlin ovuc səthində, dabanın 
alt səthində rast gəlinir. Melanomanın bu forması üçün sürətli böyümə (2-2,5 
il) xarakterik olub kliniki olaraq lentiqo melanomaya oxşayır, lakin ondan fərq-
li olaraq tez xoralaşmaya və daha sürətli metastazverməyə meyillidir. 
Melanoma limfogen yolla dəriyə və limfa düyünlərinə, hematogen yolla 
qara ciyərə, ağ ciyərə, baş beynə, sümüklərə, böyrəklərə və böyrəküstü vəzilərə 
metastazlar verir. 
Şəkil 4.30. Çənə nahiyəsi dərisinin melanoması, 
düyünlü forma 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
131 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.33. Sol yanaq dərisinin 
lentigo melanoması
Şəkil 4.31. Sağ qulaqaltı 
nahiyə dərisinin melanoması, 
düyünlü forma
Şəkil 4.32. Üz dərisinin 
melanoması, düyünlü forma 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
132 
  
4.2.7. Diaqnostika 
 
Kliniki və bioloji xüsusiyyətlərinin özünəməxsusluğu, həmçinin gedişi-
nin rəngarəngliyi səbəbindən melanomanın erkən diaqnostikası çox böyük 
çətinliklərlə bağlıdır. 
Melanomanın əsas bioloji və morfoloji xüsusiyyətlərinə aşağıdakılar aid-
dir: 
−  subklinik metastazverməyə yüksək meyillik 
−  melanoblastların seqregasiya fenomeni (melanoblastlar arasında 
əlaqənin zəif olması) 
−  permeasiya fenomeni (hüceyrə elementlərinin damar mənfəzinə 
asan invaziyası) 
−  «universal» orqanotropluğu (çoxsaylı orqanlara metastazvermə xü-
susiyyəti) 
Melanomanın diaqnostikası aşağıdakı müayinə metodları vasitəsi ilə apa-
rılır. 
•  Kliniki müayinə 
•  Radionuklid müayinə 
•  Termoqrafiya və termometriya 
•  Ultrasəs müayinəsi  
•  Sidikdə melanuriyanın təyini (Yakşa reaksiyası) 
•  Dermatoskopiya 
•  Radioloji müayinə 
•  Morfoloji müayinə 
Melanomanın diaqnostikasında  əsas yeri həkimin  şəxsi təcrübəsi  və 
kliniki simptomların düzgün qiymətləndirilməsi tutur. İlk növbədə dəridə olan 
törəmənin əmələgəlmə vaxtı və onda baş verən dəyişiklklərin dinamikası qiy-
mətləndirilməlidir. Piqmentli törəmənin müayinəsi diqqətlə, yaxşı  işıqlanma 
şəraitində və optik böyüdücülərdən istifadə etməklə aparılmalıdır. 
Dəri melanomasının kliniki diaqnostikasında iki test sistemindən istifadə 
olunur: 
•  ABCDE tets sistemi 
•  Glazgow test sistemi 
ABCDE test sistemi ABŞ-da işlənib hazırlanmışdır. Bu sistem melano-
manın invaziv böyümə fazasını xarakterizə edir. İkinci test sistemi Şotlandi-
yanın Qlazqo şəhərinin universitet klinikasında işlənib hazırlanmışdır. Bu sis-
tem üç əsas və dörd əlavə simptoma malikdir və əvvəlki sistemdən fərqli olaraq 
erkən – qeyri-invaziv melanomanın müəyyən edilməsinə yönəlmişdir. Bu test 
sistemlərinin açılışları aşağıdakı kimidir. 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
133 
 
ABCDE test sistemi 
 
A = Assymmetry – yenitörəmənin asimmetriyası 
B = Boundary – sərhədlərinin (konturlarının) qeyri-düzgün olması 
C = Colour – tünd qara rəngli parlaq səth 
D = Dimention – maksimal horizontal ölçüsünün 
>6mm olması 
E = Elevation – törəmənin dəri səthindən qalxması 
 
Glazgow test sistemi 
 
1.  Törəmənin ölçülərinin böyüməsi 
2.  Konturlarının dəqiqliyinin itməsi 
3.  Rənginin dəyişməsi 
4.  İltihablaşması 
5.  Sulanan və qanayan səthin olması 
6.  Törəmə nahiyəsində hissiyyatın əmələ gəlməsi 
7.  Törəmənin diamterinin 
>7mm olması 
 
Dəri melanomasının diaqnostikasında  radionuklid müayinə XX əsrin 
axırlarına qədər mühüm yer tuturdu. Radioizotop müayinə metodunun mela-
nomanın diaqnostikasındakı  həssaslığı 70-75%, spesifikliyi isə 75-80% təşkil 
edir. Qeyd etmək lazımdır ki, piqmentli dəri törəməsinin qalınlığı nə qədər çox 
və invaziya dərəcəsi nə qədər dərin olarsa, radioaktiv fosforun (P
32
) şiş toxu-
masında toplanması və müvafiq olaraq müayinənin diaqnostik qabiliyyəti daha 
yüksək olur. Hal-hazırda dəri melanomasının diaqnostikasında radioizotop 
müayinə nisbətən az hallarda, digər müayinə metodları ilə kompleks planda 
istifadə olunur. 
Termoqrafiya  və  termometriya  dəri melanomasının diaqnostikasında 
istfiadə olunan köməkçi müayinə metodlarıdır. Dəri melanoması nahiyəsində 
olan lokal temperatura artımı termoqrafiya zamanı teplovizorlar (temperatur 
portretlərinin alınması), termometriya zamanı isə distansion infraqırmızı şüala-
rın qeydiyyatı vasitəsilə həyata keçirilir. Əksər tədqiqatçıların nəticələrinə gö-
rə, dəri melanoması ilə sağlam toxumada olan temperatura fərqi 2-5
0
C təşkil 
edir. Dəri melanomasının diaqnostikasında termoqrafik müayinə metodunun 
həssaslığı 85-90%, spesifikliyi 75-80% təşkil edir. 
Dəri melanomasının diaqnostikasında USM həm şişin yerli yayılma dərə-
cəsinin (qalınlığının) müəyyən edilməsində, həm də regionar metastazvermə 
zonalarının vəziyyətinin qiymətləndirilməsində geniş informativliyə malikdir. 
Ədəbiyyat məlumatlarına görə şişin qalınlığının təyin edilməsində USM və his-
toloji müayinələrin nəticələrinin uyğunluğu 90-95% təşkil edir.  


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə