Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə43/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   79

Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
121 
−  proliferativ düyünlü tip (mürəkkəb nevus) 
•  Dermal melanositar zədələnmələr 
−  Monqol ləkəsi 
−  Ota nevusu (naevus Ota) 
−  İto nevusu (naevus Ito) 
•  Mavi nevus 
−  dərin penetrasiyaedici nevus 
−  hüceyrəvi mavi nevus 
•  Kombinəolunmuş nevus 
•  Melanositar ləkə, sadə lentiqo və lentiginoz nevus 
•  Displastik nevus 
•  Spesifik lokalizasiyalı nevus 
−  akral (ovuc – daban) 
−  genital 
−  Meyerson nevusu (Meyerson naevus) 
•  Residivverici nevus (psevdomelanoma) 
•  Şpis nevusu (Spitz naevus) 
•  piqmentli iyəbənzərhüceyrəli nevus – Rid nevusu (Reed naevus) 
•  Halo-nevus (Setton naevus) 
B. Melanomalar 
•  Səthi yayılan 
•  Düyünlü 
•  Lentiqo melanoma 
•  Akral-lentiginoz 
•  Desmoplastik 
•  Mavi nevusdan inkişaf edən melanoma 
•  Nəhəng anadangəlmə nevusdan inkişaf edən melanoma 
•  Uşaqların melanoması 
•  Nevoid melanoma 
•  Residivverici melanoma 
 
4.2.4. Melanositar (piqmentli) nevuslar 
 
Melanositar nevuslar epidermal və dermal melanositlərin inkişaf qüsuru 
olan xoşxassəli dəri zədələnmələridir. Melanositlər – öz melanosomlarında 
melanin piqmenti sintez etmək qabiliyyəti olan hüceyrələrdir. Dəyişilməmiş 
dəridə melanositlər epidermisin bazal qatında, bazal epidermositlər arasında 
diffuz səpələnmiş  vəziyyətdə olur və orqanizmi həddən artıq ultrabənövşəyi 
şüalanmadan qoruyur. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
122 
Piqmentli nevuslar insanların 30-50%-də rast gəlinir. Onlar 65-70% 
hallarda baş-boyun nahiyəsində, 15-20% hallarda yuxarı və aşağı ətraflarda, 5-
10% təsadüfdə isə gövdədə müşahidə olunur. 
Nevuslar anadangəlmə və qazanılma olmaqla iki yerə bölünür. Onlar er-
kən uşaq yaşlarında əmələ gəlir, orqanizmin inkişafı ilə əlaqədar böyüyür və, 
adətən, cinsi yetişkənlik dövründən sonra öz inkişaflarını dayandırırlar. Yaş 
artdıqca nevuslar, adətən, depiqmentasiyaya uğrayır və fibrozlaşırlar. 
Yer kürəsində  hər bir insanda 15-ə  qədər bu və ya digər növ nevusun 
olması  təxmin edilir, lakin melanomanın rastgəlmə tezliyi isə xeyli aşağıdır. 
Müxtəlif müəlliflərə görə nevusun fonunda melanomanın əmələgəlmə ehtimalı 
10-80% arasında dəyişir. Buna baxmayaraq kliniki təcrübə göstərir ki, mela-
nomalar əksər hallarda nevusların maliqnizasiyası nəticəsində əmələ gəlir. 
Melanomaya keçməsi ehtimalı yüksək olan (melanoma təhlükəli) nevus-
lara aşağıdakılar aid edilir [şəkil 4.21-4.26]: 
•  Dübrey melanozu (Hatçinson ləkəsi) 
•  Displastik nevus  
•  Sərhədi nevus 
•  Mavi nevus 
•  Anadangəlmə nəhəng piqmentli nevus 
•  Halo nevus 
Bunlardan Dubrey melanozu və displastik nevus obliqat melanomaönü 
proseslərə aid edilirlər.  
Dübrey (Dubreuilh) melanozu (Hatçinson [Hutchinson] ləkəsi), əsasən, 
yaşlı insanlarda müşahidə olunub, xarakterik kliniki şəklə malikdir. Xəstəlik 
kiçik ölçülü piqmentli ləkənin əmələ gəlməsi ilə başlayır. Prosesin periferiyaya 
doğru inkişaf etməsi nəticəsində ləkənin ölçüləri 5-6 sm-ə qədər çatır. Dübrey 
melanozunun xarakterik xüsusiyyəti ləkənin açıq qəhvəyi rəngdən tutmuş tünd 
qəhvəyi və ya göyümtül-qara rəngə  qədər olan müxtəlif çalarlara malik ol-
masıdır. Dübrey melanozundan melanomanin əmələ gəlməsi dövrü 5-20 il təş-
kil edir. Əksər müəlliflərin fikrincə Dübrey melanozu fonunda əmələ  gələn 
melanoma nevogen mənşəli melanomalara nisbətən daha aqressiv gedişə malik 
olurlar. Ona görə də onlara qarşı aparılan müalicə taktikası piqmentli nevuslara 
nisbətən daha aktiv olmalıdır. 
Displastik nevus irsi (anadangəldmə displastik sindrom) və sporadik 
(cinsi yetişkənlik dövründə) olmaqla iki qrupa bölünür. Kliniki olaraq özünü 
ölçüləri 5 mm-dən böyük olan, çoxsaylı boz-qəhvəyi, çəhrayı-qırmızı  rəngli 
piqmentasiyalar şəklində göstərir. İrsi formalarının melanomaya keçmək ehti-
malı daha yüksəkdir. 
Qeyd etmək lazımdır ki, melanoma təhlükəli nevuslar ümumi nevuslar 
qrupunda azlıq təşkil edir. Digər tərəfdən melanomalar əksər (70%) hallarda 
anadangəlmə nevusların fonunda əmələ gəlir. 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
123 
             
 
 
 
Şəkil 4.21. Başın dərisinin 
Dubrey melanozu
Şəkil 4.22. Boynun dərisinin 
displastik nevusu 
Şəkil 4.23. Alt göz qapağı 
dərisini sərhədi nevusu 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
124 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.24. Başın tüklü 
hissəsinin mavi nevusu 
Şəkil 4.25. Boynun arxa 
nahiyəsinin anadangəlmə 
nəhəng piqmentli nevusu 
Şəkil 4.26. Yanaq dərisinin 
halo-nevusu (Setton  nevusu) 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
125 
Maliqnizasiya qabiliyyəti olan istənilən nevus üçün melanomaya qədərki 
dövr vacibdir. Bu dövrün ən xarakterik kliniki əlamətlərinə aiddir: 
•  Piqmentli nevusun və ya piqment ləkəsinin kəskin və homogen piq-
mentasiyası 
•  Nevus və ya piqmentli ləkə nahiyəsində dəri şəklinin saxlanılması 
•  Nevusun dəri səthindən kəskin məhdudlaşan düzgün oval və ellip-
toid forması 
•  Nevusun və ya piqmentli ləkənin «parıltılı» səthi 
•  Diametri 0,5 sm-dən böyük olan nevus 
•  Nevus və ya piqmentli ləkənin  əsasında nekroz ocaqlı papillo-
mamoz düyünlərin olmaması 
•  Nevus və ya piqmentli ləkə nahiyəsində sürətli böyümənin, qaşın-
manın, sancı hissinin və gərginliyin olmaması 
Piqmentli nevusu olan xəstələrin həkimə müraciətinin əsas səbəbi onlar-
da baş verən aşağıdakı dəyişikliklərdir: 
−  nevusun ölçülərinin böyüməsi 
−  rənginin dəyişilməsi (piqmentasiyanın artması və ya azalması)  
−  nevusun ağrı, dərinin hiperemiyası, qaşınma ilə müşayiət olunan 
iltihablaşması 
−  nevusun səthindəki tüklərin tökülməsi 
−  səthinin xoralaşması 
−  qanaması 
Yuxarıda göstərilən  əlamətlərin bir və ya bir neçəsinin olduğu təqdirdə 
piqmentli nevusları melanomadan diferensiasiya etmək çox çətin olur. Təsadüfi 
deyildir ki, bu zaman müşahidə olunan diaqnostik səhvlərin tezliyi 50-70% 
təşkil edir. Nevusların aktivasiya əlamətlərinin müşahidə olunduğu hallarda 
bütün mümkün üsullardan istifadə edilməsinə baxmayaraq prosesin həqiqi xa-
rakterini (iltihabla ağırlaşmış nevus və ya artıq maliqnizasiyaya uğramış nevus 
– melanoma) müəyyən etmək mümkün olmur. 
Ona görə  də yuxarıda göstərilən dəyişikliklərə  uğramış nevuslara mü-
nasibətdə aktiv cərrahi taktika məsləhət görülür. Bəzi müəlliflər piqmentli 
nevusların cərrahi müalicəsini məsləhət görmürlər və bunu onunla izah etməyə 
çalışırlar ki, travma nevusların maliqnizasiyasına təkan verir. Lakin bu fikir-
lərlə qəti razılaşmaq olmaz. Belə ki, bu müşahidələr nadirdir və yəqin ki, artıq 
əmələ gəlmiş melanomalara aiddir. Qeyd etmək lazımdır ki, piqmentli nevusu 
olan xəstənin müraciəti artıq həkimi ehtiyatlandırmalıdır, çünki bu müraciət, 
adətən, nevusun sakit gedişi fonunda əmələ  gələn dəyişikliklər səbəbindən 
olur. Bütün bu hallarda törəmə  cərrahi  əməliyyat yolu ilə  kəsilib götürülmə-
lidir. Baş-boyun nahiyəsində yerləşən nevuslarda cərrahi  əməliyyatın həcmi 
vacib  şərtdir, belə ki, xəstə üçün müalicənin kosmetik aspekti mühüm əhə-
miyyət kəsb edir. Piqmentli nevuslar, adətən, törəmənin kənarından bir neçə 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə