Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə44/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
126 
millimetr aralanmaqla kəsilib götürülür. Diaqnozun çətinliyi təqdirində və me-
lanomaya şübhə olduqda törəmə daha geniş (2-3 sm) kəsilib götürülür və əmələ 
gələn toxuma defekti rekonstuktiv plastik əməliyyatlar vasitəsi ilə bərpa edilir. 
 
4.2.5. TNM kliniki təsnifatı 
(AJCC-2002) 
 
T – birincili şiş cərrahi əməliyyatdan sonrakı histoloji müayinə vasitəsi 
ilə qiymətləndirilir. Melanomanın qalınlığı Breslou metodu ilə təyin edilir və T 
kateqoriyasının yarımqruplarının müəyyən olunmasında istifadə olunur. Şişin 
invaziya dərinliyi Klark metoduna görə qiymətləndirilir və T
1
 kateqoriyasının 
yarımqruplarının ayırd edilməsində istifadə edilir. 
T
x
 – birincili şişin qiymətləndirilməsi mümkün deyildir. 
T
0
 – birincili şiş müəyyən edilmir. 
T
is
 – melanoma in situ, Klark təsnifatına görə I invaziya səviyyəsi 
T
1
 – qalınlığı 1,0 mm və ondan az olan, xoralaşması olan və ya olmayan 
melanoma 
T
1a
 – qalınlığı 1 mm-dən az olan, Klark təsnifatına görə II-III invaziya 
səviyyəli, xoralaşması olmayan melanoma 
T
1b
 – qalınlığı 1 mm-dən az olan, Klark təsnifatına görə IV-V invaziya 
səviyyəli və ya xoralaşan melanoma 
T
2
 – qalınlığı 1,01-2 mm olan, xoralaşması olan və ya olmayan mela-
noma 
T
2a
 – qalınlığı 1,01-2 mm olan, xoralaşması olmayan melanoma 
T
2b
 – qalınlığı 1,01-2 mm olan, xoralaşmış melanoma 
T
3
 – qalınlığı 2,01-4 mm olan, xoralaşması olan və ya olmayan mela-
noma 
T
3a
 – qalınlığı 2,01-4 mm olan, xoralaşması olmayan melanoma 
T
3b
 – qalınlığı 2,01-4 mm olan, xoralaşmış melanoma 
T
4
 – qalınlığı 4 mm-dən çox olan, xoralaşması olan və ya olmayan mela-
noma 
T
4a
 – qalınlığı 4 mm-dən çox olan, xoralaşması olmayan melanoma 
T
4b
 – qalınlığı 4 mm-dən çox olan, xoralaşmış melanoma 
N – regionar limfa düyünləri. Regionar metastazlara limfa düyünlə-
rindən əlavə satellit (birincili şişin ətrafında yerləşən) və tranzit (birincili şiş ilə 
regionar limfa düyünləri arasında yerləşən) metastazlar aid edilir. 
N
x
 – regionar limfa düyünlərinin vəziyyətini qiymətləndirmək mümkün 
deyildir. 
N
0
 –  regionar limfa düyünlərində metastazlar yoxdur. 
N
1
 – bir limfa düyünündə olan metastaz 
N
1a
 – mikrometastazlar («gözətçi» limfa düyününün biopsiyası  və ya 
profilaktik boyun diseksiyası nəticəsində aşkar olunur) 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
127 
N
1b
 – makrometastazlar (kliniki aşkar olunur və histoloji təsdiq edilir) 
N
2
 – iki-üç limfa düyünlərində metastazların olması, həmçinin satellit və 
ya  tranzit metastazlar 
N
2a
 –  mikrometastazlar 
N
2b
 – makrometastazlar 
N
2c
 – regionar metastazlar olmadan satellit və ya tranzit metastazlar 
N
3
 – dörd və daha çox limfa düyünlərində metastazlar, konqlemerat 
metastazlar, regionar metastazlarla birgə satellit və/və ya tranzit metastazlar 
M – uzaq metastazlar. Uzaq metastazların təsnifatı üçün ilk növbədə 
zədələnmiş orqan, həmçinin qan zərdabında laktatdehidrogenazanın (LDG) 
səviyyəsi nəzərə alınır. 
M
x
 – uzaq metastazların müəyyən edilməsi mümkün deyildir. 
M
0
 – uzaq metastazlar yoxdur 
M
1
 – uzaq metastazlar var 
M
1a
 – dəridə, dərialtı piy toxumasında və ya uzaq limfa düyünlərində 
olan metastazlar 
M
1b
 – ağciyərdə olan metastazlar 
M
1c
 – qan zərdabında laktatdehidrogenazanın səviyysinin artması ilə mü-
şayiət olunan istənilən lokalizasiyalı uzaq metastaz 
 
Mərhələlərə görə qruplaşdırma 
 
Mərhələ 
pT 


0 mərhələ 
T
is
 
N
0
 
M
0
 
Ia mərhələ 
pT
1a
 
N
0
 
M
0
 
Ib mərhələ pT
1b 
pT
2a
 
N

N
0
 
M

M
0
 
IIa mərhələ 
pT
2b  
pT
3a 
N

N
0
 
M
0
 
IIb mərhələ pT
3b 
pT
4a
 
N

N
0
 
M

M
0
 
IIc mərhələ 
pT
4b
 
N
0
 
M
0
 
IIIa mərhələ pT
1a
-T
4a
 
N
1a
, N
2a
 
M
0
 
III b mərhələ 
pT
1a
-T
4a 
pT
1b
-T
4b
 
N
1b
, N
2b
, N
2c 
N
1a
, N
2a
, N
2c
 
M

M
0
 
IIIc mərhələ pT
1b
-T
4b 
istənilən pT 
N
1b
, N
2b 
N
3
 
M

M
0
 
IV mərhələ 
istənilən pT 
istənilən N 
M
1
 
 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
128 
A.Breslou (A.Breslow, 1970) şkalası üzrə melanoma 4 qalınlıq dərəcəsi-
nə bölünür: 
I dərəcə – qalınlığı 1 mm-ə qədər olan şiş 
II dərəcə – qalınlığı 1,01-2 mm olan şiş 
III dərəcə – qalınlığı 2,01-4 mm olan şiş 
IV dərəcə – qalınlığı 4 mm-dən çox olan şiş 
Melanomanın invaziya dərinliyinin müəyyən edilməsi üçün V.Klark 
(W.Clark, 1969) təsnifatından istifadə olunur. Klarka görə 5 invaziya səviyyəsi 
müəyyən edilir: 
I səviyyə – şiş epidermisin daxilində yerləşir (melanoma in situ) 
II səviyyə – şiş bazal membranı dağıdır və dermanın məməcikvari qatına 
yayılır 
III səviyyə – şiş dermanın torlu qatına qədər yayılır 
IV səviyyə – şiş dermanın retikullyar qatını invaziya edir 
V səviyyə – şiş dərmanın piy qatını invaziya edir. 
 
4.2.6. Klinika 
 
Melanomanın inkişafında iki: horizontal və vertikal faza müəyyən edilir. 
Horizontal faza şişin dəri müstəvisi boyu epidermisdaxili böyüməsi və 
nəticədə epidermisin orada melanoblastların yığılması hesabına 2-4 dəfə qalın-
laşması ilə xarakterizə olunur. Vertikal faza üçün isə şişin bazal membrandan 
keçərək, dermanı və dərialtı piy təbəqəsini invaziya etməsi səciyyəvidir. Mela-
nomanın inkişafının horizontal fazası ləng, vertikal inkişaf fazası isə daha sü-
rətli olur. 
Melanomanın 4 kliniki-anatomik forması ayırd edilir: 
•  Səthi yayılan forma 
•  Düyünlü forma 
•  Bədxassəli lentiqo melanoma 
•  Akral lentiginoz forma 
Melanomanın  səthi yayılan formasının rastgəlmə tezliyi 60%-ə  qədər 
təşkil edir [şəkil 4.27-4.29]. Hər iki cinsin nümayəndələrində eyni tezlikdə rast 
gəlinir. Kişilərdə daha çox baş-boyun və  bədənin yuxarı yarısının dərisində, 
qadınlarda isə  əksər hallarda aşağı ətrafların dərisində rast gəlinir. Horizontal 
və vertikal inkişaf fazasına malikdir. Kliniki olaraq özünü ləng böyüyən (5-6 
ilə qədər) yastı və ya dəri səthindən azacıq qalxan, dəqiq konturlu, bərk konsis-
tensiyalı, qara və ya qəhvəyi rəngli piqmentli ləkə şəklində göstərir (horizontal 
faza).  Şişin sonrakı inkişafı  ləkənin fonunda tez boyüyən tünd düyüncüklərin 
və ya ağ və mavi sahələrin əmələ gəlməsi ilə xarakterizə olunur (veritikal faza). 
Bəzi məlumatlara görə melanomanın bu formasında ölüm göstəriciləri 30%-ə 
çatır. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə