Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə40/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
110 
 
 
 
 
 
Şəkil 4.10. Sağ gözün daxili 
bucağının bazalhüceyrəli 
xərcəngi, nodulyar (xoralı) 
forma 
Şəkil 4.9. Sol gözaltı 
nahiyənin dərisinin 
bazalhüceyrəli xərçəngi
nodulyar (kistoz) forma
Şəkil 4.8. Gicgah nahiyəsi 
dərisinin  bazalhüceyrəli  
xərçəngi, nodulyar  
(konglobat) forma 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
111 
forma).  Şiş  prosesinin  gecikmiş  dövründə törəmənin mərkəzi hissəsi xora-
laşır  (xoralı forma)  və  əmələ gələn  xoranın səthi közlə örtülür.  Xora və onun  
ətrafındakı  bərklik həm yanlara, həm də  dərinliyə doğru böyüyərək krate-
rəbənzər  şəkil alır. Xoranın dibi nahamar olub kənarları  qığırdaq bərkliyinə  
malik  olur (infiltrativ forma) Proses aylarla davam edir və  xəstələr, adətən, 
düyün  əmələ  gələndən 1 il və daha çox sonra həkimə müraciət edirlər.  Şiş 
sonrakı inkişafında ətraf orqan və toxumalara sirayət edərək onları dağıdır. 
Bazalhüceyrəli xərçəngin  səthi formasının rastgəlmə tezliyi 10-12% 
təşkil edib az aqressiv kliniki gedişə malik olması ilə xarakteriə olunur. Bazal-
hüceyrəli xərçəngin bu forması özünü diametri 1 sm və daha çox olan tək və ya 
çoxsaylı, çəhrayı  rəngli lövhəci-
yəbənzər zədələnmə ocaqları  və 
onların səthində əmələ gələn ero-
ziv sahəli hipo və hiperpiqmen-
tasiya ocaqları ilə göstərir [şəkil 
4.11-4.13]. Bazalhüceyrəli xər-
çəngin səthi forması zamanı  zə-
dələnmə ocağının görünüşü  şiş 
və onu əhatə edən toxumalarda 
piqment hüceyrələrinin çoxluğu 
səbəbindən qəhvəyi rəngdə ola 
bilər (piqmentli forma). Bir sıra 
hallarda zədələnmə ocağının 
mərkəzi hissəsi eroziv səthlərin 
özbaşına çapıqlaşması hesabına 
çapıq atrofiyasına uğrayır, peri-
feriyaya doğru isə yeni eroziv 
səthlər  əmələ  gəlir (özüçapıq-
laşan forma). 
Bazalhüceyrəli xərçəngin 
sklerodermal formasının rast-
gəlmə tezliyi 2-5% təşkil edib 
aqressiv gedişə malik olur. Əksər 
hallarda üzün dərisində rast gəli-
nir. Xəstəlik ilkin olaraq özünü 
sklerodermiyanı xatırladan sa-
rımtıl mumabənzər və teleangio-
ektaziyalara malik bərk infiltrativ 
pulcuqlarla göstərir [şəkil 4.14]. 
Bazalhüceyrəli xərçəngin bu nö-
vü endofit böyümə ilə xarakte-
rizə olunaraq, dəri səthindən cüzi 
Şəkil 4.11. Gicgah nahiyəsinin bazalhüceyrəli 
xərcəngi, səthi forma 
Şəkil 4.12. Qulaqarxası nahiyənin dərisinin 
bazalhüceyrəli xərcəngi, səthi forma 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
112 
qalxan kobud çapığabənzər «çö-
kəklik»  əmələ  gətirir.  Şişin  ətraf 
toxumalara invaziya etməsi ilə 
əlaqədar, sərhədləri qeyri dəqiq 
olur.  
Dərinin yastıhüceyrəli xər-
çənginin kliniki gedişi bazalhü-
ceyrəli xərçəngə nisbətən daha sü-
rətlidir. Xəstəliyin kliniki gedişi 
xərçəndin kliniki formasından asılı 
olaraq müxtəlifdir. 
Dərinin yastıhüceyrəli xər-
çənginin aşağıdakı kliniki forma-
ları ayırd edilir: 
•  Səthi 
•  İnfiltrativ (dərin) 
•  Papillyar (funqoz) 
Dəri xərçənginin səthi for-
ması daha çox (70-75%) rast gə-
linir. Xəstəlik başlanğıc mər-
hələdə özünü dəridə sarımtıl – 
boz ləkələrin və ya parlaq lövhə-
ciklərin əmələ gəlməsi ilə göstə-
rir. Tezliklə onların səthində ero-
ziya və sulanma əmələ  gəlir və 
közlə örtülür. Proses ləng inkişaf 
edir və sonraki inkişaf mərhələ-
sində ətrafında və əsasında yastı-
ğabənzər bərkləşmələr olan xora 
əmələ gəlir. 
Dəri xərçənginin  infiltrativ 
formasının  rastgəlmə tezliyi 10-
15% təşkil edib, sürətlə inkişaf 
edir. Xərçəngin bu forması özünü 
iki növ müxtəlifliyi ilə göstərir. 
Birinci variantda, əvvəlcə  dəridə 
bərk və hərəkətli düyün əmələ gə-
lir. Düyün böyüyərək  ətraf toxu-
maları infiltrasiyalaşdırır, daha 
sonra xoralaşaraq «kraterəbənzər» 
forma alır. Dərinin yastıhüceyrəli 
xərçənginin bu formasında regio-
Şəkil 4.13. Burun dərisinin bazalhüceyrəli 
xərçəngi, səthi forma 
Şəkil 4.14. Burun dərisinin bazalhuceyrəli 
xərcəngi, sklerodermal forma 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
113 
nar limfa düyünlərində metastazlar daha çox müşahidə olunur. İnfiltrativ dəri 
xərçənginin digər variantı özünü kəskin və qeyri düzgün kənarlı dərin xora forma-
sında göstərir. Xoranın mərkəzi nekrotik kütlələrlə örtülür. Şiş prosesinin gecikmiş 
mərhələsində xoradan xarakterik pis qoxu gəlir [şəkil 4.15-4.17]. 
Dərinin yastıhüceyrəli xərçənginin  papillyar forması  az hallarda (5-
10%) rast gəlinir. Dəri xərçənginin bu forması geniş əsaslı və ya ayaqcıqlı mas-
siv düyünün olması ilə xarakterizə olunur. Xarici görünüşünə görə göbələyə 
oxşadığına görə onu dəri xərçənginin funqoz forması da adlandırırlar. Bəzən 
şiş gül kələmi formasını alıb iri ölçülərə çatır. Xərçəngin bu forması sürətli 
böyümə və yüksək metastazvermə riski ilə xarakterizə olunur [şəkil 4.18-4.20]. 
 
4.1.7. Diaqnostika 
 
Dərinin xərçənginin diaqnostikasında aşağıdakı müayinə metodlarından 
istifadə olunur: 
•  Kliniki müayinə 
•  Morfoloji müayinə 
•  USM 
•  Rentgenoloji müayinə (KT) 
Dəri xərçənginin kliniki diaqnostikası  əksər hallarda çətinlik törətmir, 
lakin bir sıra hallarda dərinin digər xəstəliklərinə (göbələk zədələnmələri, 
dermatit, ekzema və s.) münasibətdə müəyyən çətinliklər ola bilər. Bu zaman 
yadda saxlamaq lazımdır ki, dəri xərçənginin ən çox rast gəlinən kliniki əla-
məti  dəri səthindən qalxan və yastığabənzər bərkliklə  əhatə olunan dərinin 
eroziyası və ya xorasıdır. 
Diaqnozun dəqiqləşdirilməsi üçün morfoloji müayinə metodlarından isti-
fadə olunur. Sitoloji müayinə üçün şişin kliniki formasından asılı olaraq qaşın-
tıdan, yaxma-izdən və ya punksiyadan istifadə olunur. Adekvat sitoloji müa-
yinə 85-90% hallarda düzgün diaqnozun qoyulmasına imkan verir. 
Dəri xərçənginə  şübhə olan bütün hallarda şişdən götürülən bioptatın  
histoloji müayinəsindən (insizion biopsiya) istifadə olunmalıdır. Histoloji mü-
ayinə diaqnostik səhvlərin azalmasına,  şişin histoloji quruluşunun dəqiqləş-
dirilməsinə və adekvat müalicə metodunun seçilməsinə kömək edir.  
USM  dəri xərçəngi zamanı regionar metastazların diaqnostikasında 
istifadə olunur. Böyümüş limfa düyünləri aşkar edildiyi təqdirdə sitoloji mü-
ayinə üçün onlardan punktat götürülür. 
KT göstəriş yerli yayılmış və residiv dəri xərçəngidir. KT şiş prosesinin 
ətraf orqan və toxumalara yayılma dərəcəsini, həyati vacib strukturlara (baş 
beyin, beyin əsası, magistral damarlar) münasibətini öyrənməyə, boyun me-
tastazlarının vəziyyətini qiymətləndirməyə  və  nəticədə  şişin rezektabellik də-
rəcəsini müəyyən etməyə imkan verir. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə