Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə36/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   79

Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
97 
nəticədə şişin inkişafına əks-təsir təşkil edir. 
Setuksimab (Erbituks) baş-boyun nahiyəsinin yastıhüceyrəli xərçəngi 
zamanı istifadə edilən target preparatı olub, şişin epidermal böyümə faktoruna 
qarşı monoklonal antetel qismində onun təsirini blokadaya alır. Bunun nəti-
cəsində şiş hüceyrəsinin proliferasiyası və angiogenez zəifləyir, şişin invaziya 
və metastazvermə potensialı azalır. Eyni zamanda apoptozun stimulyasiyası 
baş verir, şiş hüceyrələrinin kimyəvi və şüa müalicəsinə həssaslığı artır. Son il-
lərin tədqiqatlarının nəticələri göstərmişdir ki, setuksimabın polikimyəvi (PF 
sxemi) və  şüa müalicəsi ilə birgə istifadəsi baş-boyun nahiyəsinin yerli-ya-
yılmış yastıhüceyrəli xərçənginin həm birincili, həm də residiv və metastatik 
formalarında yaşama göstəricilərini 1,5-2 dəfə artırır. Son müalicə protokol-
larına görə baş-boynun yastıhüceyrəli xərçənginin target terapiyası kimyəvi və 
şüa müalicəsi ilə aşağıdakı rejimlərdə aparılır: 
•  Setuksimab – birinci doza 400 mq/m
2
, sonrakı doza 250 mq/m
2
 
həftədə bir dəfə + PF polikimyəvi müalicə sxemi – üç həftəlik sikl 
(maksimum 6 sikl); 
•  Setuksimab – birinci doza 400 mq/m
2
  şüa müalicəsinin başlanma-
sından 1 həftə əvvəl – sonrakı dozalar 250 mq/m
2
  həftədə bir dəfə 
şüa müalicəsi fonunda. 
 
3.6. Bədxassəli şişlərin patomorfozu  
 
Patomorfoz anlayışı altında təbii evolyusiya və ya müalicə  nəticəsində 
(kimyəvi və/və ya şüa) bədxassəli  şişn klinikasında və patomorfologiyasında 
davamlı və standart dəyişikliklər nəzərdə tutulur. Şüa və dərman patomorfozu 
həmin müalicələrin təsiri nəticəsində  bədxassəli  şişlərdə baş verən morfoloji 
dəyişikliklərdir. Şüa və dərman patomorfozu müxtəlif müalicə sxemlərinin ef-
fektivliyinin müqayisəli qiymətləndirilməsində ən vacib meyarlardan biri hesab 
olunur. 
Müalicəvi patomorfozun morfoloji əlamətləri  əsas və yardımçı olmaqla 
iki yerə bölünür. 
Əsas morfoloji əlamətlərə  şişin ümumi strukturunda olan dəyışıkiıkiər 
(şişin stroma və parenximasının nisbəti, struktur atipiya), yardımçı əlamətlərə 
isə hüceyrələrin distrofiya dərəcəsı  və polimorfızmi, mitotik aktivliyi aiddir. 
Bu meyarları  nəzər almaqla patomorfozun (şişin zədələnməsinin) 4 dərəcəsi 
ayırd edilir: 
−  I dərəcəli zədələnmədə şişin strukturu dəyişilməyib ancaq şişə xa-
rakterik olmayan polimorfızm və hüceyrə distrofiyası, mitotik ak-
tivliyin zəifləməsi müşahidə olunur. 
−  II dərəcəli zədələnmə zamanı şişin parenximasının əsas kütləsi sax-
lanılır, lakin hüceyrələrdə aydın nəzərə çarpan distrofık dəyişiklik-


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
98 
lər aşkar edilir. 
−  III dərəcəli zədələnmə şişin geniş sahəli nekrozu və ya fibroz toxu-
ma ilə əvəz olunması hesabına onun strukturunun kəskin pozulması 
ilə xarakterizə olunur. Şişin qalıqları özünü səpələnmiş  və  kəskin 
distrofik dəyişiklikli parenximatoz hüceyrə qrupları  şəklində 
göstərir. 
−  IV dərəcəli zədələnmə zamanı  şişin parenximatoz elementləri tam 
yox olur və qranulema, nekroz ocaqları  şəklində keçmiş  şişin 
«izləri» müşahidə olunur. 
Şişin zədələnmə  dərəcəsi nə  qədər yüksəkdirsə, xəstəliyin residivinin 
əmələ gəlməsi ehtimalı bir o qədər az, residivsiz müddət və yaşama göstəricisi 
isə bir o qədər çox olur. 
Qeyd etmək lazımdır ki, bədxassəli  şişlərdə patomorfozun, yəni müali-
cəvi təsir nəticəsində baş verən morfoloji dəyişikliklərin xarakterinin, dərəcə-
sinin və dinamikasının öyrənilməsi, kombinəolunmuş və kompleks müalicənin 
yeni metodlarının işlənib hazırlanması, kimyəvi preparatların optimal doza və 
sxemlərinin və  əməliyyatönü  şüa müalicəsinin müxtəlif metodikalarının se-
çilməsi, cərrahi əməliyyatın aparılması vaxtının və operasiyadan sonra bu və ya 
digər müalicə metodunun məqsədəuyğunluğunun müəyyən edilməsi baxımın-
dan mühüm əhəmiyyət kəsb edir. 
 
3.7. Reabilitasiya 
 
Onkologiyada reabilitasiyanın  əsas məqsədi xəstədə  şişlə  zədələnmiş 
orqanın anatomiyasını və funksiyasını maksimal saxlamağa imkan verən ən ef-
fektiv cərrahi, şüa, dərman, kombinəolunmuş və ya kompleks müalicə metod-
larından isifadə edilməsindən, optimal müalicəvi effektin və xəstənin həyat fə-
aliyyətinin tez bərpa edilməsi üçün vacib müalicəvi-bərpaedici tədbirlərin mü-
əyyən edilməsindən ibarətdir. 
Reabilitasiya bədxassəli şişlərin inkişafının qarşısını alan profilaktik təd-
birlərdən başlamalı, aparılan müalicədən sonra xəstənin bütün həyatı boyu da-
vam etdirilməlidir. Bərpaedici müalicə yalnız xəstənin  şiş prosesi nəticəsində 
orqan və sistemlərinin itirilmiş funksiyalarının bərpasına deyil, həm də onun 
şəxsiyyətinin, sosial aktivliyinin və sosial vəziyyətinin bərpasına, başqa sözlə, 
həyat keyfiyyətinin artırılmasına xidmət etməlidir. 
ÜST ekspert komitəsi reabilitasiyanın aşağıdakı növlərini müəyyən et-
mişdir: 
•  Tibbi reabilitasiyanın mahiyyətini xəstənin itirilmiş və ya zəifləmiş 
funksiyalarının, cərrahi və/və ya konservativ müalicə vasitəsi ilə 
bərpası təşkil edir. 
•  Peşə reabilitasiyası iş qabiliyyətini itirmiş xəstənin hazırkı sağlam-


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
99 
lıq dərəcəsinə imkan verən yeni peşələrə vərdiş etdirmək məqsədini 
güdür. 
•  Sosial reabilitasiya xəstənin cəmiyyətə reinteqrasiyasına xidmət 
edir. Bu mənada xəstəni  əhatə edən insanların və psixoloqun kö-
məyi, digər xəstələrlə real və virtual (internet) münasibət mühüm 
rol oynayır. 
Onkoloji xəstələrin reabilitasiyasının 4 dövrü ayırd edilir. 
−  I dövr ambulator şəraitdə başlayıb müayinə və diaqnozun qoyulma-
sını, xəstənin psixoloji durumunun tənzimlənməsini, xəstənin sta-
sionar müalicəyə hazırlanmasını nəzərdə tutur. 
−  II dövr stasionarda müalicədir. Bura operasiyaya hazırlıq, aktiv 
ümumi möhkəmləndirici tədbirlər və yanaşı xəstəliklərin müalicəsi 
aiddir. 
−  III dövr radikal müalicə dövrüdür. Bu dövrdə xəstəyə cərrahi, şüa, 
kombinəolunmuş və ya kompleks müalicə aparılır. 
−  IV dövr radikal müalicədən sonrakı ilk aylardır. Bu dövrdə cərrahi 
əməliyyatdan, şüa və dərman müalicəsindən sonrakı ağırlaşmaların, 
residiv və metastazların əmələ gəlməsinin qarşısını alan bütün təd-
birlərdən istifadə edilir. 
Onkoloji xəstəlikdən radikal müalicə almış xəstələr dispanser qeydiyya-
tında olmalı, onlar üzərində dövri baxışlar və müayinələr, müntəzəm ambulator 
və sanator-kurort müalicələri aparılmalıdır. Bütün bunlar xəstənin fıziki 
gücünün bərpasına və onun tezliklə ictimai faydalı əməyə qayıtmasına kömək 
edir. 
Onkoloji xəstələrin əmək qabiliyyətinin müəyyən edilməsi zamanı onun 
yaşı, radikal müalicədən keçən müddət (xəstələrin 70-80%-də şişin residiv və 
metastazları müalicədən sonrakı birinci iki ildə əmələ gəlir) şişin lokalizasiyası 
və histoloji forması, xəstənin peşəsi və məişət şəraiti nəzərə alınmalıdır. 
Bədxassəli  şişi olan bir çox xəstələr üçün iş özünü təsdiqin və  ətraf 
aləmlə əlaqənin yeganə vasitəsidir. Xəstənin əməyə və aktiv həyata qayıtması 
onlarda tam sağalmağa inamı artırır. İş fəaliyyətinin şişin inkişafına, residiv və 
metastazların əmələ gəlməsinə  mənfi təsiri haqqında heç bir məlumatlar yox-
dur. Əksinə belə güman edilir ki, sosial tənhalıq, depressiya nəinki həyat key-
fıyyətinə, həm də residiv və metastazvermə riskinə mənfi təsir edir. 
 
 
 
 
 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə