Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə32/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
84 
Qamma-bıçaq aparatı İsveç neyrocərrahi Lars Leksel (Lars Leksell) tərəfindən 
layihələşdirilmiş  və 1968-ci ildə istehsala buraxılmışdır. Aparatın müasir 
versiyasında  şüalanma mənbəyi kimi qamma şüalanma verən radioaktiv 
kobaltdan (Co
60
) istifadə edilir. Müalicə günü xəstənin başı stereotaksik rama 
ilə fiksə edilir. Sonra baş beyindəki şişin dəqiq lokalizasiyasının müəyyən edil-
məsi üçün MRT müayinəsi aparılır və şiş-hədəfin koordinatları Qamma-bıçaq 
aparatına ötürülür Radioaktiv kobaltın şüa mənbəyi xəstənin başının ətrafında 
yerləşir, onun buraxdığı 201 qamma-şüa dəsti izomərkəzdə birləşərək şiş üzə-
rində onun məhv olmasına kifayət edən yüksək summar ocaq dozası yaradır. 
Şüalanmanın şişə yönəlmə dəqiqliyi 0,5 mm təşkil edir ki, bu da ətraf sağlam 
toxumaların  şüalanması ehtimalını yoxa endirir. Müalicə seansı  ağrısız olub 
xəstə həmin gün evə buraxılır. 
Kiber-bıçaq aparatında şüalanma mənbəyi kimi rentgen şüaları (X-rays) 
buraxan xətti gücləndiricilərdən istifadə olunur. Digər tərəfdən onun istifadəsi 
zamanı stereotaksik ramaya ehtiyac olmur və şüalanma şiş-hədəfə xüsusi – ro-
botlaşdırılmış sistemlərlə çatdırılır.  
Qeyd etmək lazımdır ki, stereotaksik cərrahiyyə zamanı  şiş bir anda 
məhv olmur, müalicəvi effekt proseduradan bir neçə ay və daha gec realizə 
olunur. Ona görə də sürətlə böyüyən baş-beyin şişlərində, güclü beyin odemi 
və beyindaxili təzyiqin artması ilə müşahidə olunan kliniki situasiyalar ra-
diocərrahi müalicə metodlarının istfiadəsinə əks göstəricidir. Belə ki, xəstə sa-
dəcə olaraq müalicəvi effektin alınması vaxtına qədər yaşaya bilmir. Bu 
səbəbdən stereotaksik cərrahiyyədən ölçüsü 3 sm-dən böyük olmayan şişlərin 
müalicəsində istifadə olunur. 
Şəkil 3.11. Kiber-bıçaq sisteminin  guruluşu: 
 1 - rentgen mənbələri, 2 - kamera, 3 – xətti gücləndirici,  
4 - robot-manipulyator, 5 – təsvir detektorları 


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
85 
 
3.4. Dərman müalicəsi 
 
Dərman müalicəsi bədxassəli  şişlərin kombinəolunmuş  və kompleks 
müalicəsinin vacib və perspektiv komponenti olub, son onilliklərdə geniş isti-
fadə olunur. 
Dərman müalicəsi təsir mexanizminə görə fərqlənən 3 qrupa bölünür. 
•  Kimyəvi müalicə 
•  Hormonal müalicə 
•  Bioterapiya 
 
3.4.1.
 
Kimyəvi müalicə
 
 
Kimyəvi müalicənin  təsir mexanizminin əsasını  şiş hüceyrələrinin kim-
yəvi preparatlara seçici həssaslığı təşkil edir. Sitostatiklər şiş hüceyrələrinin bö-
yümə və bölünməsinin bioloji mexanizmlərini, ayrı-ayrı RNT və DNT halqa-
larının mübadilə proseslərini, nuklein turşularının sintezini, zülal mübadiləsini 
pozur, xromosom dəyişiklikləri törədir və hüceyrələrin məhvinə səbəb olur. 
Kimyəvi preparatların təsnifatı 2 əsas prinsip əsasında aparılır: 
•  Kimyəvi tərkibinə görə 
•  Hüceyrə siklinin fazalarına sitotoksik təsirinə görə 
Kimyəvi tərkibinə görə kimyəvi preparatlar aşağıdakı kimi təsnif edilir 
(cədvəl 3.1). 
 
Cədvəl 3.1. 
Kimyəvi preparatların tərkibinə görə təsnifatı 
 
Preparatın  
kimyəvi tərkibi 
Preparatın adı 
1. Alkiləedicilər Siklofosfan, 
ifosfamid 
BCNU (karmustin) 
CCNU (lomustin) 
Aranoza 
Dakarbazin (DTİK) 
Mielosan 
Sisplatin 
Karboplatin 
2. Antimetabolitlər 5 
Ftorurasil 
Ftorafur 
Sitozar 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
86 
Qemzar 
Metotreksat 
Hidrea 
3. Alkoloidlər Kseloda 
Vinblastin 
Vinkristin 
Taksol 
Taksoter 
Vepezid 
Mitoksantron 
4. Antibiotiklər Doksorubisin 
Farmorubisin 
Rubomisin 
Bleomisin 
Olivomisin 
Doksolen 
 
Hüceyrə sikli bir-birini ardıcıl əvəz edən 4 fazadan ibarətdir – G
1
 (pre-
sintez və ya postmitoz), S (sintez) G
2
 (postsintez və ya premitoz) və M (mitoz). 
Ana hüceyrənin əvvəlki mitozundan sonra əmələ gələn qız şiş hüceyrəsi öz sik-
lini G
1
 fazasından başlayır. Bu fazada sitoplazma, hüceyrə substansiyaları əmə-
lə gəlir və ən aktiv S fazasına hazırlıq gedir. S fazası purin və pirimidin əsasla-
rının sintez olunması, nukleoidlərin  əmələ  gəlməsi, DNT-nin yeni strukturla-
rının formalaşması ilə xarakterizə olunur. Ondan sonra gələn G
2
 fazasında 
sitoplazmatik və membran strukturlarının formalaşması qurtarır. G
2
 fazasından 
sonra M fazası başlayır. M fazasında yeni əmələ gələn qız hüceyrə həmin sikli 
yenidən başlayır [şəkil 3.12] 
 
 
                                                           
 
 
 
     
 
 
              
 
 
 
 
Şəkil 3.12.  
Hüceyrə siklinin fazaları 


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
87 
Şiş  əleyhinə kimyəvi preparatlar hüceyrə siklinin fazalarma sitotoksik 
təsirinə görə şərti olaraq aşağıdakı iki qrupa bölünür 
−  hüceyrə siklinin müəyyən fazasma təsir edənlər: alkoloidlər, anti-
metabolitlər; 
−    hüceyrə siklinin müxtəlif fazalarma eyni zamanda təsir edənlər: al-
kiləedici preparatlar, şiş əleyhinə antibiotiklər 
Kimyəvi müalicənin növləri. Kimyəvi müalicə metodlarının təsnifatı 
aşağıdakı əsas prinsiplər əsasında aparılır: 
•  İstifadə olunan preparatların sayına görə 
•  Orqanizmə yeridilməsi yollarına görə 
•  Məqsədinə görə 
İstifadə olunan preparatların sayına görə bir kimyəvi preparatdan 
istifadə etməklə aparılan monoximioterapiya, bir neçə preparatın istifadəsindən 
ibarət olan poliximioterapiya ayırd edilir. 
Monoximioterapiyadan az hallarda, əsasən, zəifləmiş xəstələrdə, həm-
çinin az intensivlikli dəstəkləyici kimyəvi müalicə planında istifadə olunur. 
Hal-hazırda 2-4 kimyəvi preparatla aparılan polikimyəvi müalicə daha geniş 
tətbiq edilir. Bu zaman poliximioterapiya sxeminə şiş əleyhinə oxşar aktivlik 
spektrinə, lakin şiş hüceyrəsinə  fərqli təsir mexanizminə malik preparatlar 
daxil edilir. Poliximioterapiya sxeminin seçilməsinin  əsas prinsipləri aşa-
ğıdakılardır: 
−  toksikoloji prinsip: poliximioterapiya sxeminə müxtəlif toksikliyə 
malik kimyəvi preparatlar daxil edilir ki, bu zaman onların  şiş 
əleyhinə effektivliyi güclənir, yanaşı toksik təsirləri isə cəmlənir; 
−  biokimyəvi prinsip:  poliximioterapiya sxeminə müxtəlif biokimyəvi 
təsirli preparatlar daxil edilir; 
−  sitogenetik prinsip: müalicə sxemində hüceyrə siklinin müxtəlif 
fazalarına təsir edən kimyəvi preparatlardan istifadə olunur. 
Orqanizmə yeridilmə yollarına görə kimyəvi müalicənin 3 növü ayırd 
edilir. 
−  sistem kimyəvi müalicə sitostatiklərin orqanizmə ümumi təsir 
yolları (per os, dəri altına, əzələ daxilinə, vena daxilinə) vasitəsi ilə 
yeridilməsini nəzərdə tutur. 
−  regionar kimyəvi müalicə zamanı kimyəvi preparatın yüksək dozası 
şişə ya tam (perfuziya), ya da hissəvi (arteriya daxili infuziya) təcrid 
olunmuş qan cərəyanı vasitəsi ilə  və ya limfatik yollarla (endo-
limfatik terapiya) çatdırılır. 
−  lokal kimyəvi müalicəyə kimyəvi preparatların müxtəlif dərman 
formalarında (məlhəm, məhlul) bilavasitə  şiş üzərinə applikasiya-
ları, həmçinin onların intraplevral (plevra boşluğuna), intrape-
ritoneal (periton boşluğuna), intratekal (onurğa beyni boşluğuna), 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə