Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə34/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   79

Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
91 
digər şişlərin müalicəsində əhəmiyyət kəsb edir. 
Baş-boyun nahiyəsinin bədxassəli  şişləri arasında hormonal müalicə 
qalxanabənzər vəzi xərçəngi zamanı əməliyyatdan sonrakı dövrdə əvəzedici və 
supressor terapiya məqsədi ilə aparılır. Bu zaman ən çox L-tiroksindən istifadə 
olunur.  
 
3.4.3. Bioterapiya 
 
Son onilliklər ərzində molekulyar biologiya sahəsindəki nailiyyətlər on-
koloji xəstəliklərin müalicəsində yeni bir istiqamətin – bioterapiyanın  əsasını 
qoydu. 
Müasir təsəvvürlərə görə (Rosenberg S.A. 1995) bioterapiya bədxassəli 
şişi olan xəstələrin, orqanizmin təbii müdafiə sistemlərinin aktivləşdirilməsi və 
ya təbii polimer molekulların yeridilməsi yolu ilə müalicəsidir. Başqa sözlə, 
bioterapiya orqanizmin şiş əleyhinə immun müdafiəsini, həmçinin angiogenezi 
və apoptozu tənzimləyən faktor və mexanizmlərə təsiri nəzərdə tutur. Biotera-
piya kliniki onkologiyanın istiqaməti kimi uzun müddət elmi tədqiqatlar çərçi-
vəsində qalmış, son onilliklər  ərzində isə kliniki praktikada tətbiq edilməyə 
başlamışdır. Molekulyar biologiyanın hazırki inkişaf səviyyəsində bioterapiya 
metodlarını aşağıdaki kimi təsnif etmək olar: 
1.  Aktiv immunoterapiya 
2.  Passiv immunoterapiya 
3.  Adoptiv immunoterapiya 
4.  Sitokinoterapiya 
Qeyd etmək lazımdır ki, bu təsnifat şərtidir. Belə ki, bəzi müalicə növləri, 
məsələn sitokinoterapiya həm aktiv, hən də passiv immunoterapiyaya aid edilə 
bilər. Digər tərəfdən bioterapiyanın bəzi növləri müştərək istifadə oluna bilər. 
Bura vaksinoterapiya (aktiv spesifik immunoterapiya) ilə immunomodulya-
torların (aktiv qeyri spesifik immunoterapiya), həmçinin sitokinoterapiya ilə 
(aktiv və ya passiv immunoterapiya) autogen immunokomponent hüceyrələrin 
(adoptiv immunoterapiya) birgə istifadəsini aid etmək olar. 
Aktiv immunoterapiya – şiş  əleyhinə immunitetin aktivləşdirilməsi 
metodudur. Onun aşağıdaki növləri vardır: 
•  Qeyri spesifik immunoterapiya (immunomodulyatorlar) 
•  Spesifik immunoterapiya (vaksinoterapiya) 
•  Gen terapiyası 
Aktiv qeyri spesifik immunoterapiya  zamanı,  əsasən, aşağıdaki təbii və 
sintetik immunomodulyatorlardan istifadə edilir: 
−  bakterial (corynebacterium parvum) və virus (BCG [Bacillus Cal-
metta-Guerin], suçiçəyi, antirabik, göy öskürək, polimielit əleyhinə) 
vaksinləri 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
92 
−  kimyəvi birləşmələr (levamizol, timogen, likopid) 
−  bioloji aktiv maddələr (interferon, T – aktivin) 
Aktiv spesifik immunoterapiya (vaksinoterapiya) tərkibində immunogen 
antigen olan vaksinlərin köməyi ilə orqanizmdə aktiv spesifik immunitetin 
yaradılmasını  nəzərdə tutur. Şiş  əleyhinə vaksinasiyanın  əsas məqsədi immu-
norezistent  şiş hüceyrələrinin aşkar və  məhv edilməsinə yönəldilmiş davamlı 
immun cavabın dəstəklənməsidir.  Şiş  əleyhinə vaksinlər antigenin alınması 
metodlarından asılı olaraq aşağıdaki qruplara bölünür: 
•  Autogen vaksinlər – xəstənin özünün şiş hüceyrələrində olan anti-
genlərdən alınır 
•  Allogen vaksinlər – digər xəstənin şiş hüceyrələrində olan antigen-
lərdən əldə edilir 
•  Rekombinant və ya sintetik vaksinlər  şiş  və ya bakterial (E.Coli) 
hüceyrələr tərəfindən biotexnoloji (in vitro) yolla sintez edilmiş şiş 
antigenlərindən alınır. 
Qeyd etmək lazımdır ki, hal-hazırki dövrə qədər vaksinlərin alınmasının 
optimal variantı müəyyən edilməmişdir, belə ki, hər üç metodun üstün və ça-
tışmayan cəhətləri vardır. Dünyanın müxtəlif laboratoriyalarında aparılan çox-
saylı  tədqiqatlar hələlik, vaksinoterapiyanın effektivliyinin istənilən dərəcədə 
olmadığını göstərir. Bunun əsas səbəbləri aşağıdakilardır: 
−  şiş antigenlərinin lazımi immunogenliyinin olmaması 
−  birincili şişin klonal tərkibinə görə heterogen olması 
−  birincili şişin və onun metastazlarının klonal tərkibinin fərgli olması 
Vaksinoterapiyanın effektivliyin artırılması üçün vacıb olan əsas  şərtlər 
aşağıdakilardır: 
−  şiş kütləsinin həcminin maksimal azaldılması (sitoreduktiv əməliy-
yatlar) 
−  xəstənin orqanizminin lazımı immun vəziyyəti 
−  xarici immunosupressiv təsirlərin olmaması 
−  aktiv qeyri spesifik immunoterapiya ilə eyni vaxtda aparılması 
Qeyd etmək lazımdır ki, son illər bədxassəli  şişlərin vaksinoterapiyası 
güclü inkişaf dövrünü yaşayır. Hal hazırda şiş əleyhinə vaksinlərin kliniki təd-
qiqatları başa çatır və onların kliniki praktikaya geniş tətbiqi gözlənilir. 
Gen terapiyası bioterapiyanın ən sürətlə inkişaf edən və perspektiv isti-
qamətidir. Xərçəng genomun qeyri stabilliyi xəstəliyi hesab olunur. Genote-
rapiya – biotexnolojı (gen mühəndisliyi) və tibbi metodların vəhdəti olub 
insanın somatik hüceyrələrinin genetik aparatında dəyişikliklər yolu ilə xəstə-
liyin müalicəsini nəzərdə tutur. Onun əsas məqsədi mutasiya nəticəsində DNT 
strukturunda baş verən defektlərin aradan qaldırılması və ya hüceyrələrə yeni 
funksiyaların aşılanmasıdır. 


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
93 
Gen terapiyası zamanı müalicəvi effekt aşağıdaki vasitələrlə əldə edilir: 
−  defekt genin düzəldilməsi və ya dəyişdirilməsi 
−  daxil edilmiş terapevtik genin ekstra xromosom ekspressiyası 
−  «xəstə» və ya superaktiv genin funksiyasının zəiflədilməsi (antisens 
terapiya) 
Genetik konstruksiyaların orqanizmə yeridilməsi yoluna görə gen tera-
piyası sistem (venadaxili, əzələdaxili) və lokal (orqan, şiş daxili) ola bilər. 
Onkologiyada gen terapiyasının əsas istiqamətləri aşağıdakilardır: 
−  şiş hüceyrələrinin genetik aparatının onların immunogenliyinin 
artırılması məqsədlə modifikasiyası 
−  immun effektor hüceyrələrin onların şiş hüceyrələrini tanıması və li-
zisi məqsədi ilə modifikasiyası 
−  şiş hüceyrələrinin genetik aparatının sitostatiklərə  həssaslığının 
artırılması məqsədi ilə modifikasiyası 
−  sağlam hüceyrələrin genetik aparatının onların sitostatiklərə re-
zistentliyinin artırılması məqsədi ilə modifikasiyası 
İlk iki istiqamət sərbəst aktiv immunoterapiyaya aid olunub, digər iki 
istiqamət kombinəolunmuş kimyəvi və gen terapiyalarını nəzərdə tutur. 
Gen terapiyası hələlik özünün, əsasən, eksperimental dövrünü yaşasa da 
ilkin kliniki nəticələr də vardır. Nəzərə çatdırmaq kifayətdir ki, XXI əsrin 
başlanğıcına dünyada 380 gen terapiyası protokolu qeydə alınmış  və 3173 
xəstənin geninin modifikasiyası aparılmışdır. Onlardan 240 protokol (63%) 
onkologiyada tətbiq edilmiş və 2166 xəstə (ümumi sayın 68%-i) müalicə olun-
muşdur. 
Passiv immunoterapiya – onkoloji xəstənin orqanizminə  şiş  əleyhinə 
antitellərin yeridilməsini nəzərdə tutur. Bioterapiyanın bu növündə monoklonal 
antitellərdən istifadə olunur. 
Monoklonal antitellər (MKA) B-limfositlər tərəfindən  şiş antigenlərinə 
cavab olaraq istehsal olunan, bu və ya digər antigenlərə qarşı selektiv isti-
qamətlənən  γ-qlobulin tərkibli zülallardır. MKA məqsədyönlü təsirli pre-
paratlar olub ancaq onlara reseptorları olan hüceyrələrlə qarşiliqlı  əlaqəyə 
girirlər.  Şiş hüceyrələrində olan, lakin sağlam hüceyrələrdə rast gəlinməyən 
reseptorlara MKA yaradılması şişə seçici təsiri təmin edir. Bu nöqtəyi nəzərdən 
MKA müalicəyə «target» terapiya da deyilir. İngilis sözü «target» – «hədəf» 
mənasını verir. Ona görə  də  hədəfə yönəlmiş müalicə «target» terapiyası ad-
lanır. Müalicə immunoloji prinsipə – «hədəfə» yəni  şişin böyüməsi və proq-
ressiyasını stimulyasiya edən hər hansı genə və ya onun zülal ekspressiyalarına 
qarşı antitellərin alınmasına əsaslanır. 
Hal hazırda kliniki praktikada ən çox aşağıdaki MKA («target» prepa-
ratlar) istifadə olunur (cədvəl 3.2). 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə