Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə30/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   79

Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
77 
Distansion şüa müalicəsinin aşa-
ğıdakı növləri vardır: 
−  qammaterapiya 
−  elektron terapiyası 
−  neytron terapiyası 
−  proton terapiyası 
−  modul intensivlikli terapiya 
Distansion, elektron  və  qamma-
terapiyada rentgen və qamma-terapev-
tik qurğulardan, elektronların xətti 
gücləndiricilərdən,  neytron  və proton 
terapiyada isə siklotron və sinxrotron-
lardan istifadə olunur [şəkil 3.6-3.7]. 
Yüksək dəyərinə baxmayaraq, proton 
terapiyası yaxın gələcəyin  ən prioritet 
müalicə metodudur. Belə ki, bu müa-
licə metodu digər metodlar arasında 
həm  ən effektiv olması, həm də  ətraf 
toxumalara daha az zədələyici təsiri ilə 
fərqlənir. 
 
 
Şəkil 3.6. Gamma-terapevtik  
aparat 
Şəkil 3.7. Xətti gücləndirici 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
78 
Modul intensivlikli şüa müalicəsi (IMRT – Intensity-modulated radiation 
therapy) və ya üç ölçülü komform şüa müalicəsi distansion qammaterapiyanın 
ən yeni və dəqiq növüdür. Metodun mahiyyətini sərbəst idarə olunan müxtəlif 
intensivlikli mikroşüaların vasitəsilə  şişin, onun ölçüləri və konfiqurasiya-
sından asılı olaraq, qeyri-bərabər intensivlikli şüalanması  təşkil edir. Başqa 
sözlə,  şiş virtual olaraq çoxlu sahələrə bölünür və  hər bir sahəyə müxtəlif 
dozalı şüa müalicəsi  aparılır. 
IMRT zamanı maqnit rezonans sistemi (MRI) vizualizasiya metodundan 
və  şişin üç ölçülü (3D) təsvirinin alınmasına imkan verən kömpüter qurğu-
larından istfiadə olunur ki, bu da şişin lokalizasiyasının daha dəqiq təyin edil-
məsinə,  şüalanma sahəsinin həcminin azaldılmasına və  ətraf sağlam toxuma-
ların mənfi şüa təsirindən qorunmasına  imkan verir. IMRT-nin daha bir üstün 
cəhəti  şişin müxtəlif bədxassəlilik dərəcəsi olan ayrı-ayrı sahələrinə müxtəlif 
şüalanma dozalarının verilməsinin mümkünlüyüdür [şəkil 3.8]. 
Braxiterapiya zamanı (bracry – qısa) şüalanma mənbəyi (Ra-226, Ir-192, 
Co-60)  şişlə  zədələnmiş orqanlarla ya yaxın təmasda, ya da onun daxilində 
(implantat) olur [şəkil 3.9]. İmplantat qismində nazik məftillərdən, plastik löv-
həcik və borulardan və ya kapsullardan istifadə olunur. İmplantat  şişlə  zədə-
lənmiş orqanda bir muddət (dəqiqə, saat və ya gün) və ya həmişəlik qala bilər. 
Metodun mahiyyəti şüalanmanın maksimal dozasının bilavasitə şiş ocağına çat-
dırılmasından və ətraf orqanlara minimal şüa təsirinin təmin edilməsindən iba-
rətdir.  
Braxiterapiyanın aşağıdakı növləri ayird edilir: 
−  yaxınməsafəli rentgenoterapiya 
−  applikasion 
−  toxumadaxili 
−  boşluqdaxili 
Braxiterapiyadan dəri (yaxın məsafəli rentgenoterapiya), uşaqlıq boynu 
(applikasion), dil və dodaq (toxumadaxili), burun-udlaq, sidik kisəsi xərçən-
Şəkil 3.8. Haymor cibinin xərçəngi zamanı  
Modul intensivlikli  radioterapiya (IMRT) 


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
79 
gində (boşluq daxili) istifadə olunur.
 
 
Bir  şiş ocağının müalicəsində 
həm distansion, həm də kontakt şüa 
müalicəsindən istfiadə olunarsa, bu 
müştərək  şüa müalicəsi adlanır. Mə-
sələn, dilin və ya alt dodağın xərçəngi 
olan xəstədə müalicəyə distansion 
qammaterapiya ilə başlanır, müalicə-
nin davamı isə qalıq şişə radioaktiv iy-
nələrin yeridilməsi ilə davam etdirilir. 
Daxili  şüalanma metodları za-
manı radiaktiv maddə orqanizmə (per 
os və ya venadaxili) yeridilir, toxuma-
larla bilavasitə təmasda olur və xəstə-
nin maddələr mübadiləsində  iştirak 
edir. 
Daxili (sistem) şüalanma metod-
larına aşağıdakılar aiddir: 
•  Radioaktiv maddənin, or-
qanizmə yeridilmə forma-
sından asılı olmayaraq, öz kimyəvi tərkibi ilə əlaqədar həmişə və ya 
əksərən müəyyən orqan və toxumalarda toplanmasına  əsaslanan 
metod. Bu müalicə metoduna qalxanabənzər vəzin papillyar və fol-
likulyar xərçənginin  İ
131
 ilə radiaktiv yod terapiyasını, radioaktiv 
P
32
  və Sr
92
 istifadə etməklə sümük metastazlarının və böyüklərdə 
qeyri-Xockin limfomalarının müalicəsini aid etmək olar; 
•  Neytron tutucu terapiya (Neytron Capture Therapy). Metodun ma-
hiyyəti radiofarmokoloji preparatın şişdə toplanmasından, sonra isə 
şişin neytronlarla şüalandırılmasından ibarətdir.  Şüalanma zamanı 
nüvə reaksiyası nəticəsində hüceyrədə böyük enerji ayrılır ki, bu da 
onun məhvinə  səbəb olur. Onkoloji praktikada RFP kimi bordan 
(Bor
10
 stabil izotopu) istifadəyə  əsaslanan neytron tutucu terapiya 
kliniki praktikada artıq tətbiq olunur, digər RFP (litium, kadmium) 
istifadəsi isə eksperimental fazadadır. Bu müalicə metodu hələlik 
ancaq baş-beyin şişlərinin müalicəsində istfiadə olunur 
Şüa müalicəsi metodu həm sərbəst, həm də cərrahi və dərman müalicəsi 
ilə kombinasiyada geniş istifadə edilir. Sərbəst metod kimi şüa müalicəsi iki 
məqsədlə istifadə olunur: 
•  Radikal 
•  Palliativ 
Radikal  şüa müalicəsi ionlaşdırıcı  şüaların köməyi ilə  bədxassəli  şiş 
Şəkil 3.9. Braxiterapevtik kompleks 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
80 
hüceyrələrini tam məhv etmək məqsədini daşıyır. Bir sıra lokalizasiyalı şişlərin 
(dəri, dodaq, ağız boşluğu, udlaq, qırtlaq) erkən mərhələlərində  şüa müalicə-
sinin köməyi ilə tam sağalmaya nail olmaq mümkündür. 
Palliativ şüa müalicəsi şişin inkişafının ləngiməsi, ölçülərinin kiçilməsi
yanaşı simptomların aradan qaldırılması üçün istifadə edilir. 
Sərbəst  şüa müalicəsinin summar ocaq dozası (SOD) 60-70 Qr təşkil 
edir. 
Kombinəolunmuş müalicənin komponenti kimi aparılan şüa müalicəsi üç 
variantda istifadə olunur: 
•  Əməliyyatönü (neoadyuvant) 
•  Əməliyyatdaxili (intraoperasion) 
•  Əməliyyatdan sonrakı (adyuvant) 
Əməliyyatönü şüa müalicəsi aşağıdakı məqsədlərlə aparılır: 
−  rezektabel şişlərdə residiv və metastazların profilaktikası üçün 
−  qeyri rezektabel şişləri rezektabel vəziyyətə gətirmək üçün 
−  orqansaxlayıcı əməliyyatların yerinə yetirilməsi üçün 
Əməliyyatönü şüa müalicəsi zamanı: 
−  şiş hüceyrələrinin letal zədələnməsi hesabına şişin ölçüləri kiçilir 
−  şiş hüceyrələrinin subletal zədələnməsi nəticəsində sağ qalmış  şiş 
hüceyrələrinin həyat qabiliyyəti azalır 
−  şiş toxumasında və onun ətrafında iltihabı əlamətlər aradan qalxır 
−  kiçik damarların obliterasiyası nəticəsində şişin stromal vaskulyari-
zasiyası azalır 
Nəticədə: 
−  şişin rezektabelliliyi artır və ya şiş qeyri rezektabel vəziyyətdən re-
zektabel vəziyyətə keçir 
−  cərrahi əməliyyatın ablastikliyi və antiblastikliyi artır 
−  residiv və metastazların əmələgəlmə tezliyi azalır. 
Əməliyyatönü şüa müalicəsinin SOD 40-45 Qr təşkil edir. 
Əməliyyatdan sonrakı şüa müalicəsi aşağıdakı məqsədlərlə aparılır: 
−  əməliyyat sahəsinin cərrahi əməliyyat zamanı «səpələnmiş» şiş hü-
ceyrələrindən «sterilizasiyası» 
−  şişin və metastazların tam çıxarılmadığı  təqdirdə qalıq  şişin məhv 
edilməsi. 
Əməliyyatdan sonrakı şüa müalicəsinin mənfi xüsusiyyətlərinə aiddir: 
−  cərrahi  əməliyyat aparılmış zonada iltihabi dəyişikliklər, qan və 
limfa dövranının pozulması şiş hüceyrələrinə oksigenin daxil olma-
sını  ləngidir, onların radiorezistentliyi artır və  nəticədə «radio-
terapevtik interval» azalır 
−  cərrahi əməliyyatdan sonrakı yaranın sağalması prosesi pozulduqda 
(nekroz, yaranın irinləməsi, fistullar) şüa müalicəsinə vaxtında 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə