Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə27/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   79

Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
67 
 
 
 
F
F
ə
ə
s
s
i
i
l
l
 
 
3
3
 
 
 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN 
ÜMUMİ PRİNSİPLƏRİ 
 
 
Bədxassəli  şişlərin müalicə taktikasına təsir edən amillərə  aşağıdakılar 
aiddir: 
•  Şişlə əlaqədar amillər 
•  Xəstə ilə əlaqədar amillər 
•  Həkim və müalicə müəssisəsi ilə əlaqədar amillər 
Müalicə taktikasına təsir edən  şişlə  əlaqədar amillər aşağıdakılardan 
ibarətdir: 
−  şişin lokalizasiyası  
−  şişin yayılma dərəcəsi (birincili şişin ölçüsü, regionar və uzaq me-
tastazların statusu) 
−  əvvəllər aparılmış müalicələr (cərrahi, şüa, dərman müalicəsi) 
−  şişin morfoloji xarakteristikası (histoloji quruluşu, bədxassəlilik və 
diferensiasiya dərəcəsi) 
Xəstə ilə əlaqədar əsas amillər aşağıdakılardır: 
−  xəstənin yaşı 
−  somatik vəziyyəti 
−  peşəsi 
−  müalicə taktikasına münasibəti 
Həkim və müalicə müəssisəsi ilə əlaqədar olan amillərə aiddir: 
−  xəstənin müalicə olunduğu klinikanın texniki təchizatı 
−  klinikada işləyən həkimin təcrübəsi və bacarığı 
Bədxassəli şişlərin müalicəsində aşağıdakı metodlardan istifadə olunur: 
•  Cərrahi 
•  Şüa 
•  Dərman 
•  Kombinəolunmuş 
•  Kompleks 
Kombinəolunmuş müalicə cərrahi və şüa müalicə metodlarının istənilən 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
68 
ardıcıllıqla istifadəsidir. 
Kompleks müalicə metodu dedikdə  cərrahi və/və ya şüa metodlarının 
dərman müalicəsi ilə birgə istifadəsi nəzərdə tutulur. 
 
3.1. Cərrahi müalicə metodu 
 
Cərrahi metod bədxassəli şişlərin müalicəsində ən qədim müalicə meto-
dudur. Xərçəngin cərrahiyyəsinin əsasını iki prinsip təşkil edir: 
• Ablastika 
• Antiblastika 
Ablastika – şişin sağlam toxumalar sərhəddində  çıxarılmasını  nəzərdə 
tutur. Müasir dövrdə ablastik cərrahi əməliyyat 100% halda ancaq epiteldaxili 
xərçəngdə (cancinoma in situ), 80%-ə qədər halda isə I-II mərhələli bədxassəli 
şişlərdə mümkündür. III-IV mərhələli şiş proseslərində bu ehtimal azalır. 
Bədxassəli şişlərin cərrahi müalicəsi zamanı ablastika anatomik zonalılıq 
və futlyarlıq prinsiplərinə  əsaslanır. Onkoloji nöqteyi nəzərdən  anatomik 
zonalılıq  şişin sağlam toxumalar sərhəddində regionar limfatik  toxumalarla 
(limfatik düyünlər və limfatik damarlar) birgə  çıxarılmasıdır.  Anatomik 
futlyarlıq prinsipi cərrahi  əməliyyatın  şişin yayılmasını  məhdudlaşdıran 
anatomik futlyar (fassial, piy, seroz) sərhədində aparılmasını nəzərdə tutur. Bu 
nöqteyi nəzərdən cərrahın şişlə zədələnmiş hər bir konkret orqan və ya sahənin 
regionar limfa cərəyanı yollarını aydın təsəvvür etməsi, müəyyən futlyar 
zonaların quruluşunu (məsələn, boyun fassiyaları) bilməsi vacibdir. Anatomik 
futlyarların sərhədlərinin pozulması  cərrahi müdaxilənin effektivliyini azaldır 
və şişin residiv verməsinə gətirib çıxarır. 
Antiblastika – cərrahi əməliyyat sahəsində qalmış bədxassəli şiş hücey-
rələrinin məhv edilməsinə yönəldilmiş  tədbirlərdən ibarətdir. Bədxassəli  şişi 
olan xəstələrdə limfatik və venoz damarlarda, birincili şiş ocağı  və metastaz-
ların ətrafındakı toxumalarda xərçəng hüceyrələrinin qalması ehtimalı mövcud-
dur. Bununla əlaqədar olaraq ablastika tədbirlərindən əlavə antiblastik tədbirlər 
də  həyata keçirilməli, yəni  şiş hüceyrələrinin yara sahəsində  səpələnməsinin 
qarşısı alınmalı, onlar məhv edilməlidir. Bu məqsədlə  aşağıdakı  tədbirlərdən 
istifadə edilir:  
−  əməliyyat sahəsinin, cərrahın əllərinin və tibbi alətlərin kimyəvi va-
sitələrlə (xlorheksidin, etil spirti, yosept, aktoderm və s.) işlənməsi 
−  elektrobıçaq və elektrokoaqulyatorlardan istifadə 
−  əməliyyatönü və əməliyyatdaxili şüa müalicəsi, ximioterapiya  
Bədxassəli şişlərə görə aparılan cərrahi əməliyyatlar iki qrupa bölünür: 
1. Ablastika və antiblastika prinsiplərinə cavab verən radikal cərrahi 
əməliyyatlar 
2. Ablastika və antiblastika prinsiplərinə cavab verməyən palliativ və 


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
69 
simptomatik cərrahi əməliyyatlar 
Radikal cərrahi əməliyyatlar 3 qrupa bölünür: 
•  Tipik və ya standart 
•  Kombinəolunmuş 
•  Genişləndirilmiş 
Tipik və ya standart  cərrahı  əməliyyatlar zamanı birincili şiş ocağı  və 
onun regionar metastazvermə zonaları bir blok (en bloc) halında çıxarılır (mə-
sələn, qırtlaq xərçəngi zamanı larinqektomiya, qalxanabənzər vəzi xərçəngi za-
manı tireoidektomiya, dil xərçəngi zamanı hemiglossektomiya, qulaqətrafı ağız 
suyu vəzisinin xərçəngi zamanı parotidektomiya boyun diseksiyaları ilə birgə). 
Əgər cərrahi əməliyyatın həcmi şişə bilavasitə yaxın olmayan əlavə qrup limfa 
düyünlərinin çıxarılması hesabına artırsa, bu, genişləndirilmiş cərrahi əməliy-
yat adlanır (baş-boynun bədxassəli  şişləri zamanı boyun limfa düyünlərindən 
əlavə körpücüküstü, paratraxeal, yuxarı divararalığı limfa düyünlərinin çıxarıl-
ması). Əgər tək şişlə zədələnmiş orqan deyil, həm də şişin sirayət etdiyi digər 
orqan və ya onun bir hissəsi də  çıxarılırsa, (qırtlaq xərçəngi zamanı larin-
qektomiya və udlağın sirkulyar rezeksiyası, dilin xərçəngi zamanı dilin subtotal 
rezeksiyası  və  ağız dibinin və  çənənin rezeksiyası) buna kombinəolunmuş 
əməliyyat deyilir. 
Palliativ cərrahi əməliyyatlar şişin qeyri-rezektabel regionar metastazları 
və/və ya uzaq metastazları olan xəstələrdə aparılan palliativ rezeksiyalardır. 
Palliativ cərrahi  əməliyyatlar iki tip olur. Birinci tip palliativ əməliyyatlara 
göstəriş şüa və/və ya kimyəvi müalicəyə həssas şişlərdir. Bu zaman birincili şiş 
və imkan olarsa onun metastazlarının tam və ya mümkün maksimal kütləsi 
çıxarılır ki, bu da qalıq  şişə  və ya qeyri-rezektabel metastazlara konservativ 
müalicə metodlarının təsir effekti şansını artırır. Belə ki, qalıq şişin həcmi nə 
qədər kiçik olarsa, onun radio və kimyəvi həssaslığı da bir o qədər çox olar. Bu 
tip palliativ əməliyyatlar  sitoreduktiv  əməliyyatlar adlanır və kompleks 
müalicənin komponenti kimi qəbul edilir. Sitoreduktiv əməliyyatlardan qalxa-
nabənzər vəzin və yumurtalıqların xərçəngində, xayanın seminomasında, süd 
vəzisinin xərçəngində, yumşaq toxumaların sarkomalarında və s. istifadə olu-
nur. Palliativ cərrahi  əməliyyatların ikinci tipi bədxassəli  şişi olan xəstələrdə 
şişin proqressiyası ilə  əlaqədar  əmələ  gəlmiş  həyati vacib ağırlaşmaların (qa-
naxma, keçməməzlik, stenoz və s.) müalicəsi və daha çox profilaktikası məq-
sədi ilə istifadə olunur. Belə ki, fərdi  əsaslandırılmış situasiyalarda qeyri re-
zektabel regionar metastazlar və uzaq metastazlar olduqda müəyyən lokaliza-
siyalı  bədxassəli  şişlərdə (mədə, ağciyər, yoğun bağırsaq və s.) palliativ re-
zeksiyalar simptomatik əməliyyatlara nisbətən özünü daha çox doğruldur. 
Simptomatik  cərrahi  əməliyyatlar zamanı  şişə bilavasitə  təsir edilmir. 
Bu əməliyyatlar yayılmış şiş prosesinin xəstənin həyat üçün verdiyi hər hansı 
bir ağırlaşmanın (simptom və ya sindrom) aradan qaldırılmasına yönəldilmişdir 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə