Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə35/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
94 
 
Cədvəl 3.2. 
«Target» preparatlar 
 
Beynəlxalq 
adı 
Preparatın 
adı 
Təsir nöqtəsi 
Setuksimab Erbituks 
 
Epidermal böyümə faktoru reseptoru 
(Epidermal growth factor receptor – [EGFR]) 
Bevasizumab  Avastin  
Damar endotelinin böyümə faktoru (Vascular 
endotelial growth factor – [VEGF]) 
Erlotinib Tarseva İnsan epidermal böyümə faktoru reseptoru 
(Human epidermal receptor – [HER1]) 
Trastuzumab Herseptin 
 
İnsan epidermal böyümə faktoru reseptoru 
(Human epidermal receptor – [HER2 new]) 
Imatinib Qlivek 
 
Tirozinkinaza 
 
Adoptiv immunoterapiya xəstənin oqranizminə «in vitro» aktivləşdiril-
miş autogen (xəstənin üzünə  məxsus) immunokomponent hüceyrələrin yeri-
dilməsinə (qaytarılmasına)  əsaslanan bioterapiya növüdür. Bioterapiyanın bu 
metoduna limfokin aktiv killerlərlə (LAK) terapiya aid edilir. 
LAK terapiya  insan orqanizminin şiş  əleyhinə müdafiəsində natural 
killerlər (NK) adlanan müəyyən qrup limfositlərdən istifadəni nəzərdə tutur. 
NK digər limfositlərdən fərgli olaraq şiş hüceyrələrini daha effektiv lizis (məhv 
etmək) qabliyyətinə malikdirlər. Lakin onlar qanın bütün limfositlərinin 10-
15%-ni təşkil edirlər ki, bu da NK şiş kütləsinin məhvinin öhdəsindən gəlmə-
sinə imkan vermir. NK sayının artırılması üçün xəstənin adi limfositləri çı-
xarılır və onlara «in vitro» gen-mühəndislik texnologiyası yolu ilə bioloji aktiv 
maddələr – limfokinlərlə (interleykinlər [İL]) təsir edilərək LAK əldə edilir. 
Əldə edilən LAK xəstənin orqanizminə yeridilərək  şiş  əleyhinə  təsir göstərir. 
LAK terapiya, əsasən, adyuvant rejimdə  cərrahi, kimyəvi və ya kimyəvi-şüa 
müalicəsindən sonra istifadə olunur. 
Sitokinoterapiya.  Sitokinlər endotel və immun sistem heceyrələri tərə-
findən istehsal olunan peptid təbiətli bioloji aktiv maddələr olub orqanizmdə 
bir sıra vacıb proseslərin (hemopoez, neoangiogenez, apoptoz, hemotaksis) tən-
zimlənməsində  iştirak edir ki, həmin proseslər də  bədxassəli  şişlərin inkişa-
fında vacıb rol oynayır. Bu səbəbdən sitokinlər və onların antaqonistləri bəd-
xassəli  şişlərin müalicəsində istifadə oluna bilər. Sitokinoterapiyada istifadə 
olunan preparatları aşağıdakı qruplara bölmək olar: 
−  interferonlar (intron, roferon A, reoferon) 
−  interleykinlər (aldezleykin, proleykin) 
−  şişin nekroz amili (alnorin) 


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
95 
−  koloniya stimuləedici amillər (neypogen, leykomast, rekorman) 
İnterferonlar sekretor qlikoproteidlər olub immunomodulyator, antivirus, 
antiproliferativ təsirə malikdirlər. Onlar həmçinin angiogenezi zəiflədir, apop-
tozu stimulyasiya edir, sitostatiklərin təsirini gucləndirirlər. 
İnterleykinlər T limfositlər tərəfindən istehsal olunur və immun tənzim-
ləmədə, ilk növbədə T limfositlərin stimulyasiyasında əsas rol oynayırlar. On-
ların istifədəsi limfoid proliferasiyaya və immunodefisit vəziyyətin zəiflə-
məsinə səbəb olur. İnterleykinlər həmçinin adoptiv immunoterapiyanın kompo-
nenti kimi istifadə olunur. 
Şişin nekroz faktoru (Tumor necrosis factor [TNF]) sitokinlər arasında 
mühüm yer tutur. Sitokinlərin bu qrupu bir sıra eksperimental şişlərdə hemor-
ragik nekroz törətmək qabiliyyətinə görə belə adlandırılmışdır. 
Koloniya stimuledici faktorlar (Colonys stimulatino factor [CSF]) hemo-
poezin stimulyasiya amilləridir. Onlar sümük iliyində hüceyrə koloniyalarını 
əmələ gətirmək qabiliyyətinə malikdirlər. CSF istifadəsi sitostatiklərlə müalicə 
zamanı neytro və trombositopeniya müddətinin və infeksion ağırlaşmaların 
azalmasına səbəb olur. 
 
3.5. Baş-boyun xərçənginin  
kompleks müalicəsi 
 
Baş-boyun nahiyəsinin bədxassəli  şişlərinin 90%-ə  qədərini yastıhü-
ceyrəli xərçəng təşkil edir. Təəssüflə qeyd etmək lazımdır ki, vizual lokali-
zasiyalı olmasına baxmayaraq, bu nahiyənin xərçəngi olan xəstələrin 60-70%-i 
istisaslaşmış klinikaya şiş  prosesinin    III-IV  mərhələlərində müraciət edirlər. 
Muasir standartlara görə bu qrup xəstələrin müalicəsi cərrahi,  şüa və  dərman 
müalicələrindən birgə istifadəyə əsaslanan kompleks xarakter daşımalıdır. Baş-
boyun nahiyəsinin yastıhüceyrəli xərçənginin müalicəsində kimyəvi terapiya 
uzun müddət qeyri-rezektabel, residiv və metastatik şişlərdə palliativ məqsədlə 
istifadə olunurdu. Lakin son illər kimyəvi terapiya cərrahi və şüa müalicəsi ilə 
birgə bu kateqoriyalı  xəstələrin müalicəsinin tamhüquqlu komponentinə çev-
rilmişdir. 
Baş-boyun nahiyəsinin yastıhüceyrəli xərçənginin müalicəsində kimyəvi 
terapiyanın geniş istifadəsi iki mühüm problemi ortaya çıxardı. Birinci problem 
toksikliyin artırılmaması  şərti ilə müalicənin effektivliyinin artırılmasıdır. 
Təəssüf ki, kimyəvi-şüa müalicəsinin uğurları həm müalicə, həm də ondan son-
rakı dövrdə çoxsaylı ciddi ağırlaşmalar hesabına  əldə edilir ki, bu da xəstə-
likdən sağalmış insanların həyat keyfiyyətini xeyli aşağı salır. İkinci problem 
baş-boyun nahiyəsinin qeyri-rezektabel xərçəngi olan xəstələrin müalicəsi ilə 
əlaqədardır. Belə ki, residiv və metastazverici yastıhüceyrəli baş-boyun xərçən-
gi zamanı istifadə olunan bütün müasir polikimyəvi müalicə sxemləri çoxdan 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
96 
məlum olan və mono rejimdə istifadə olunan kimyəvi preparatlarla müqayisədə 
xəstələrin yaşama müddətini artırmır. 
Hal hazırda baş-boyun nahiyəsinin yerli yayılmış birincili və residiv yas-
tıhüceyrəli xərçənginin aşağıdakı  kompleks müalicə variantlarından istifadə 
olunur: 
−  induksion kimyəvi müalicə (sonrakı  şüa və/və ya cərrahi müalicə 
ilə) 
−  eynivaxtlı (sinxron) kimyəvi-şüa müalicəsi (sərbəst müalicə metodu 
və adyuvant və ya neoadyuvant müalicə planında) 
−  «target» terapiyası (kimyəvi və/və ya şüa müalicəsi ilə birgə) 
İnduksion kimyəvi müalicə 2-4 kurs poliximioterapiyanın aparılmasını 
və müalicənin  şüa terapiyası ilə davam etdirilməsini nəzərdə tutur. İnduksion 
kimyəvi müalicə bir sıra üstünlüklərə malikdir. Bura pozulmamış qan təchizatı 
şəraitində kimyəvi preparatın  şiş toxumasında daha bərabər paylanmasını, 
mikrometastazlara erkən təsiri, müalicənin xəstələr tərəfindən daha asan 
keçirilməsini aid etmək olar. Digər tərəfdən induksion kimyəvi müalicə  şişin 
kimyəvi müalicəyə həssaslığını müəyyən etməyə və sonrakı müalicə taktikasını 
(şüa və ya cərrahi) seçməyə imkan verir. Son illərə  qədər baş-boyun 
nahiyəsinin yastıhüceyrəli xərçənginin induksion kimyəvi müalicəsinin stan-
dart sxemi PF (sisplatin – 100 mq/m
2
 – I gün, 5-ftorurasil – 1000 mq/m
2
 – I-V 
günlər) hesab olunurdu. 2007-ci ildən başlayaraq PF rejimi induksion poli-
ximioterapiya üçün optimal sxem hesab olunmur. Son illərin çoxsaylı kliniki 
tədqiqatları PPF (paklitaksel+PF) və xüsusən TPF (dosetaksel+PF) sxemlərinin 
daha effektiv olmasını göstərmişdir. 
Eynivaxtlı (sinxron) kimyəvi-şüa müalicəsi hal-hazırda baş-boyun nahi-
yəsinin yerli yayılmış yastıhüceyrəli xərçənginin standart müalicə metodikası 
hesab olunur. Son illərin çoxsaylı kliniki tədqiqatlarının analizi göstərir ki, 
sinxron kimyəvi-şüa müalicəsi residivlərin sayını azaldır və xəstələrin yaşama 
göstəricilərini artırır. Lakin bu metodika kəskin toksikliyi və güclü yanaşı 
ağırlaşmaları (ilk növbədə, mukozitlər) ilə  səciyyələnir. Hal-hazırda sinxron 
kimyəvi-şüa müalicəsinin standart sxemi aşağıdakıdır: sisplatin – 100 mq/m
2
 
şüa müalicəsinin 1, 22 və 43-cü günləri. 
Kimyəvi və şüa müalicəsinin öz effektivliyinin pik nöqtəsinə çatmasına 
baxmayaraq, baş-boyun nahiyəsinin yerli yayılmış yastıhüceyrəli xərçəngi olan 
xəstələrin böyük bir qismində residiv və metastazlar əmələ  gəlir.  Target 
preparatların sintezi bu qrup xəstələrin müalicəsində yeni imkanlar açdı. 
Müəyyən olundu ki, baş-boynun yastıhüceyrəli xərçəngində, demək olar ki
100% halda şişin epidermal böyümə faktoru reseptoru (EGFR) ekspressiya 
olunur. EGFR xəstəliyin gedişinə neqativ təsir göstərir, residivsiz və ümumi 
yaşama göstəricilərini azaldır. Ona görə də boş-boyun nahiyəsinin yerli yayıl-
mış yastıhüceyrəli xərçənginin müasir müalicə taktikasının  əsasını EGFR və 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə