Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə38/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   79

Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
103 
4.1.3. Şişönü xəstəliklər 
 
Bədxassəli  şişlərin 12№-li Beynəlxalq histoloji təsnifatına görə  dərinin 
xərçəngönü xəstəliklərinə aşağıdakılar aid edilir: 
A.  Aktinik keratoz (qocalıq keratozu) 
B.  Radiasion dermatoz 
C.  Bouen xəstəliyi 
D.  Keyr eritroplaziyası 
E.  Piqmentli kseroderma 
F.  Digərləri 
Qocalıq keratozu (kerato-
sis senilis) yaşı 50-dən yuxarı 
olan nazik və quru dərili  şəxs-
lərdə rast gəlinir. Xəstəlik kliniki 
olaraq özünü üz, ovuc və kürək 
nahiyələrinin dərisində dairəvi və 
oval formalı, sarımtıl rəngli  buy-
nuzlaşan ləkələr və ya dəri sət-
hindən qalxan kələ-kötür səthə 
malik tünd-qəhvəyi lövhəciklər 
şəklində göstərir [şəkil 4.2]. On-
ları qopartdıqda nöqtəvari qana-
yan səth aşkar olunur. 
Müalicəsi günəş  şüaların-
dan qorunma, keratolitik vasitə-
lərdən (1-5%-li salisil məlhəmi) 
istifadə  və azotla krioterapiya 
yolu ilə aparılır. 
Dəri buynuzu (cornu cuta-
neum) və ya qocalıq buynuzu 
(cornu senilis) – qocalıq kerato-
zunun növ müxtəlifliyi olub
özünü dəri səthindən 1-2 sm və 
daha çox qalxan sarımtıl və ya 
boz rəngli, hamar və ya kələ-kö-
tür səthli, konik və ya silindrik 
formalı artmalar şəklində göstərir 
[şəkil 4.3]. Dəri buynuzu epider-
maldaxili xərçəngin inkişafına 
təkan verə bilər. 
Müalicəsi cərrahi yolladır. 
Şəkil 4.2. Sol yanaq nahiyəsi dərisinin  
qocalıq keratozu 
Şəkil 4.3. Yanag nahiyəsinin  
dəri buynuzu 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
104 
Radiasion dermatoz (radiodermatosis) radioaktiv şüalanma nəticəsində 
əmələ  gələn dərinin  şişönü prosesidir [şəkil 4.4]. Radiasion dermatoz özünü 
erkən və gec rentgen dermatiti kimi göstərir. Dəri xərçəngi, adətən, gec rentgen 
dermatiti fonunda əmələ  gəlir. O, adətən, rentgen şüalanmasından çox illər 
sonra,  əsasən, başın dərisində əmələ  gəlir. Kliniki olaraq özünü uzun müddət 
sağalmayan trofiki xora və çapıq toxuması fonunda məhduz hiperkeratoz, hiper 
və depiqmentasiya ocaqları  şəklində göstərir.  İonizəedici  şüalanmaya cavab 
olaraq dəri xərçəngi 20-25 il sonra inkişaf edir. 
Bouen xəstəliyi daha çox yaşlı kişilərdə rast gəlinir [şəkil 4.5]. Kliniki 
formaları ekzemayabənzər, ziyilli və hiperkeratotik olmaqla 3 yerə bölünür. Lo-
kalizasiyasına görə xəstəliyin 2 tipi ayırd edilir: Birinci tip bədənin insolyasiyaya 
məruz qalan nahiyələrində, ikinci tip isə dərinin örtülü nahiyələrində rast gəlinir. 
Xəstəlik üzəri seroz-hemorragik közlərlə örtülmüş tək və ya çoxsaylı, qeyri də-
qiq konturlu, boz-qırmızı rəngli yastı ocaqlarla xarakterizə olunur. Bouen xəstə-
liyi üçün eroziv sahələrin, səthi atrofik və hiperkeratotik ocaqların bir-birini 
əvəzləməsi xarakterikdir. Proses yastıhüceyrəli xərçəngə transformasiya etdikdə 
bərk konsistensiyalı düyünlər əmələ gəlir və sonradan xoralaşır. 
Piqmentli kseroderma autosom-resessiv tiplə ötürülən genetik ailəvi xəs-
təlik olub patogenezinin əsasında dərinin ultrabənövşəyi şüalara hiperhəssaslığı 
dayanır. Rastgəlmə tezliyi əhalinin hər milyon nəfərinə 0,5-1 xəstələnmə ha-
disəsi təşkil edir. Xəstəlik özünü erkən uşaqlıq dövründə göstərir.  Əvvəlcə  bə-
dənin açıq yerlərində qırmızı ləkələr əmələ gəlir və tədricən onlar piqmentasiya 
ocaqlarına çevrilirlər. Daha sonra teleangioektaziya ocaqları  və ziyilli artmalar 
əmələ gəlir ki, onların da fonunda xərçəng inkişaf edir [şəkil 4.6]. 
Dərinin digər şişönü xəstəliklərindən qırmızı qurd eşənəyini qeyd etmək 
olar [şəkil 4.7]. 
 
4.1.4. Beynəlxalq histoloji təsnifat  
(№12, WHO – 2006 ) 
 
I. Epitelial şişlər 
Bazalhüceyrəli karsinoma 
Yastıhüceyrəli karsinoma 
−  səthi  
−  düyünlü (solid) 
−  mikrodüyünlü  
−  infiltrativ 
−  fibroepitelial 
−  bazal-yastıhüceyrəli 
−  akantolitik 
−  iyəbənzər hüceyrəli 
−  verrukoz 
−  psevdodamarlı 
−  adeno-yastıhüceyrəli 


Fəsil 4. 
BAŞ-BOYUN DƏRİSİNİN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
105 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.4. Başın dərisinin  
radiasion dermatozu 
Şəkil 4.5. Sol qulaqarxası nahiyənin  
dərisinin Bouen xəstəliyi 
Şəkil 4.6. Üzün pigmentli  
kseroderması 
Şəkil 4.7. Gırmızı gurd eşənəyinin 
fonunda qulaq dərisinin xərçəngi 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
106 
 
II. Dəri artımlarının şişləri 
Ekkrin və apokrin şişlər 
• Xoşxassəli 
• Bədxassəli 
− hidrositoma 
− sirinqoma 
− poroma 
− sirinqofibroadenoma 
− hidroadenoma 
− spiroadenoma 
− silindroma 
− tubulyar adenoma 
− tubulyar-papillyar adenoma 
− məməcikli sirinqosistoadenoma 
− məməcikli hidroadenoma 
− qarışıq şiş (xondroid sirinqoma) 
− tubullyar karsinoma 
− mikrosistoz karsinoma 
− porokarsinoma 
− spiroadenokarsinoma 
− bədxassəli qarışıq şiş 
− hidroadenokarsinoma 
− musinoz karsinoma 
− papillyar  karsinoma 
− adenosistoz karsinoma 
− apokrin karsinoma 
− Pedcet xəstəliyi 
• Follikulyar diferensiasiyalı şişlər 
− pilomatrikal karsinoma 
− proliferasiyaedici trixolemmal şiş 
− trixoblastoma 
− pilomatriksoma 
− çoxsaylı trixolemmomalar 
• Piy diferensiasiyalı şişlər 
− piy karsinoması 
− piy adenoması 
− sebosistoma 
− sistoz piy şişi 
 
III. Dərinin limfomaları (WHO-2005) 
• Yetkin T və NK hüceyrəli limfoma 
• Yetkin B-hüceyrəli limfoma 
• Qeyri-yetkin hemapoetik şişlər  
   (leykozlar və limfomalar) 
 
IV. Yumşaq toxuma şişləri 
• Damar şişləri 
– hemangiomalar 
– dəri angiosarkoması 
• Limfatik şişlər 
– limfangioma 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə