Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə52/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   79

Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ 
153 
Şəkil 5.12. Abbe-Estlander üsulu ilə alt və üst dodağın rekonstruksiyası 
Şəkil 5.11. Alt dodağın total defektinin  
N. Bloxin üsulu ilə plastikası 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
154 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5.13. Bernard Burrow üsulu ilə xeyloplastika 
Şəkil 5.14. Gilles-Karapandzik üsulu ilə xeyloplastika 
Şəkil 5.15. Alt dodaq xərçənginə görə N.Bloxin üsulu ilə total xeyloplastika 


Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ 
155 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5.17.
 
Alt dodağın xərçəngi. Abbe-Estlander üsulu ilə xeyloplastika 
Şəkil 5.18. Alt dodağın total sis defektinin böyük döş əzələsi üzərində dəri-əzələ 
parçası ilə plastikası (Baserer N., 2003) 
Şəkil 5.16. Alt dodağın ağız bucağına keçən xərçəngi.  
Abbe-Estlander üsulu ilə xeyloplastika


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
156 
Alt dodaq xərçənginin III mərhələsində istifadə olunan müalicə metodları 
aşağıdakılardır: 
•  Müştərək şüa müalicəsi (distansion qammaterapiya+ toxumadaxili 
şüa müalicəsi) 
•  Kombinəolunmuş metod (cərrahi əməliyyat əməliyyatönü [SOD 40-
45 Qr] və ya əməliyyatdan sonrakı [SOD 40-45 Qr] şüa müalicəsi 
ilə) 
Regionar metastazvermə zonalarında N
0
 təqdirində yuxarı selektiv boyun 
diseksiyası (birincili şiş alt dodağın orta xətti boyu yerləşdikdə iki tərəfli di-
seksiya), regionar metastazlar olduqda isə (N
+
) funksional və ya radikal boyun 
diseksiyası aparılır. 
Alt dodaq xərçənginin IV mərhələsinin müalicəsi çox çətin olub, aşağı-
daki müalicə taktikalarından istifadə olunur: 
•  Müəyyən qrup xəstələrdə kombinəolunmuş  və kompleks müalicə 
fonunda genişləndirilmiş cərrahi əməliyyat və dodağın, çənənin və 
yanagın rekonstruktiv plastikası [şəkil 5.18] 
•  Palliativ kimyəvi, şüa və ya kimyəvi-şüa müalicəsi. Alt dodaq xər-
çənginin kimyəvi müalicəsində sisplatin, 5–ftorurasil, bleomisin və 
taksolun müxtəlif kombinasiyalarından istifadə olunur. 
 
5.10. Proqnoz 
 
Alt dodaq xərçənginin proqnozu şişin yayılma dərəcəsindən, kliniki-ana-
tomik formasından, histoloji quruluşundan asılıdır. 
Hal hazırda I-II mərhələli alt dodaq xərçənginin 5 illik yaşama göstəricisi 
95-100% təşkil edir. Xəstəliyin III mərhələsində bu göstərici 65-80%, IV mər-
hələsində və yayılmış residivlərdə isə 40-55% arasında tərəddüd edir. 
 
 
 
 


Fəsil 6. AĞIZ SUYU VƏZİLƏRİNİN ŞİŞLƏRİ 
157 
 
 
 
 
F
F
ə
ə
s
s
i
i
l
l
 
 
6
6
 
 
 
AĞIZ SUYU VƏZİLƏRİNİN  
ŞİŞLƏRİ 
 
 
Ağız suyu vəzilərinin şişləri kliniki onkologiyanın tam həllini tapmamış 
problemlərindən biridir. Nə qədər təəccüblü olsa da ağız suyu vəzilərinin pato-
logiyası geniş  həkim auditoriyasına az məlumdur. Son onilliklər  ərzində  ağız 
suyu vəziləri şişlərinin morfogenezi, klinikası, diaqnostikası və müalicəsi sahə-
sində müəyyən irəliləyişlər əldə edilmişdir. Bu şişlərin histogenezi dəqiq öyrə-
nilmiş, beynəlxalq təsnifatı işlənib hazırlanmış, ayrı-ayrı növlərinin kompleks 
kliniki-morfoloji qiymətləndirilməsi aparılmışdır. 
 
6.1. Epidemiologiya 
 
Ağız suyu vəzilərinin  şişləri bütün bədxassəli  şişlərin 0,5-1%-ni, baş-
boyun nahiyəsinin bədxassəli  şişlərinin isə 4-7%-ni təşkil edir. Ağız suyu 
vəzilərinin bədxassəli şişlərinin rastgəlmə tezliyi 100 000 əhaliyə 0,4-2,6 xəstə-
lənmə hadisəsi arasında tərəddüd edir. ABŞ-da ağız suyu vəzilərinin xərçəngi 
baş-boyun nahiyəsinin bədxassəli  şişlərinin 6 %-ni, bütün bədxassəli  şişlərin 
isə 3% -ni təşkil edil. Son onilliklər ərzində xəstələnmə səviyyəsi stabil olaraq 
qalır və azalmağa meyilli deyildir. Ağız suyu vəzilərinin  şişləri müxtəlif 
yaşlarda rast gəlinə bilər. Yenidoğulmuş  uşaqlarda qulaqətrafı  ağız suyu 
vəzisinin hemangioması  və sarkoması haqqında məlumatlar vardır. Xəstəlik
əsasən, 30-60 yaşlı şəxslərdə təsadüf edir, xəstələnmənin orta yaş həddi isə 55-
60 yaşlar arasındadır. Xəstəliyə kişilərdə qadınlara nisbətən bir qədər çox rast 
gəlinir. 
 
6.2. Risk amilləri 
 
Ağız suyu vəzilərinin xərçənginin əsas risk amillərinə aşağıdakilar aid edilir: 
•  Ətraf mühit amilləri 
•  Siqaretçəkmə 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
158 
•  Peşə amili 
•  Qida amili  
•  Viruslar 
 
Ətraf mühit amillərinə ionizəedici radiasiya, tez- tez təkrar olunan rent-
gen müayinələri, radioaktiv yodla müalicə, ultrabənövşəyi şüalanma aid edilir. 
İonizəedici radiasiyanın  ağız suyu vəzisi xərçənginin  əmələ  gəlməsinə  təsiri 
Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində atom partlayışından 15-25 il 
sonra öyrənilmişdir. Müəyyən edilmişdir ki, atom şüalarına məruz qalmış xəs-
tələrdə ağız suyu vəzilərinin xoş və bədxassəli şişlərinin rastgəlmə tezliyi art-
mışdır. Eyni zamanda baş-boyun nahiyəsinin bədxassəli şişlərinə görə şüa mü-
alicəsi almış, hipertireoza görə  radioaktiv yod müalicəsi aparılmış  şəxslərdə 
ağız suyu vəzilərinin  şişlərinin rastgəlmə riski yüksəkdir. Bir sıra müəlliflər 
ağız suyu vəzilərinin  şişləri üçün ultrabənövşəyi  şüalanmanı potensial risk 
amili hesab edirlər. Ağız suyu vəzilərinin şişlərinin əmələ gəlməsində baş-bo-
yun nahiyəsinin tez-tez təkrarlanan rentgenoloji müayinələrinin rolu haqqında 
da məlumatlar vardır. 
Siqaretçəkmənin  ağız suyu vəzilərinin xoşxassəli  şişlərinin  əmələ  gəl-
məsinə  təsiri bir sıra müəlliflər tərəflindən təsdiq edilir. İtalyan və amerikan 
tədqiqatçıları qeyd edirlər ki, adenolimfoması olan xəstələrin 90%-i,pleomorf 
adenoması olan xəstələrin isə 35%-i uzun müddət və intensiv siqaret çəkənlər-
dir. Eyni zamanda siqaretçəkmə ağız suyu vəzilərinin bədxassəli şişləri üçün də 
mümkün risk amili hesab olunur. 
Bəzi peşələrin ağız suyu vəzilərinin şişlərinin rastgəlmə tezliyi ilə əlaqə-
si müəyyən edilmişdir. Bura ilk növbədə rezin, metallurgiya, ağac, avtomobil 
sənayesində, kimya laboratoriyalarında, gözəllik salonlarında və  bərbərxana-
larda işləyən şəxslər aiddir. Həmin şəxslər istehsalat prosesində xrom, asbest, 
sement tozu, qurğuşun və silisiumun təsirinə məruz qalırlar. 
Qida amillərinə qıdanın hazırlanması zamanı kerosindən istifadə, qidada 
xolestrolun çox, vitaminlərin az olması aid edilir. Tərəvəzlərdən, meyvələrdən 
və bitki mənşəli qidalardan az istifadə ağız suyu vəzilərinə zərərli təsir edir. 
Ağız suyu vəzilərinin bədxassəli  şişlərinin  əmələ  gəlməsində  Epşteyn-
Barr virusunun rolu müəyyən edilmişdir. Bu ilk növbədə diferensiasiya olun-
mayan xərçəngə aiddir. Xərçəngin bu formasının eskimos və cənubi çinlilərdə 
həmçinin Qafqaz etnosundan olan şəxslərdə daha çox rast gəlinməsi Epşteyn-
Barr virusunun onkogen patologenliyinin yüksək olması ilə  əlaqələndirilir. 
Eyni zamanda sitomeqalovirusun və herpes virusun ağız suyu vəzilərinin şişlə-
rinin əmələ gəlməsindəki rolu haqqında bəzi məlumatlar var. Ağız suyu vəzilə-
rinin xoş xassəli şişlərində Epşteyn-Barr virusunun rolu təsdiq edilməmişdir. 
Son illərdə  ağız suyu vəzilərinin  şişlərinin  əmələ  gəlməsində hormonal 
və genetik amillərin rolu haqqında da məlumatlar vardır. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə