Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə50/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
146 
T
4
 – şiş çənə sümüyünün kompakt maddəsinə daxil olur, aşağı alveolyar 
sinirə, ağız boşluğunun dibinə, üzün (burun və ya buxaqaltı nahiyələrin) 
dərisinə sirayət edir.  
N – regionar limfa düyünləri 
N
x
 – regionar limfa düyünlərinin qiymətləndirilməsi üçün lazımi məlu-
matlar yoxdur. 
N
0
 – regionar limfa düyünlərində metastaz əlamətləri yoxdur 
N
1
 – şiş olan tərəfin bir limfa düyünündə ölçüsü 3 sm-ə qədər olan me-
tastaz 
N
2
 – bir və ya bir neçə ipsilateral limfa düyünündə və ya boynun hər iki 
tərəfinin limfa düyünlərində  və ya şişə  əks tərəfin boyun limfa düyünlərində 
ölçüləri 6 sm-ə qədər olan metastazlar 
N
2a
 – bir ipsilateral limfa düyünündə diametri 3,1-6 sm arasında olan 
metastaz 
N
2b
 – bir neçə ipsilateral limfa düyünündə diametri 6 sm-ə  qədər olan 
metastazlar 
N
2c
 – bir neçə bilateral və ya kontrlateral limfa düyünlərində diametri 6 
sm-ə qədər olan metastazlar 
N
3
 – regionar limfa düyünlərində ölçüləri 6 sm-dən böyük olan metas-
tazlar 
M – uzaq metastazlar 
M
x
 – uzaq metastazların olmasını təyin etmək mümkün deyildir. 
M
0
 – uzaq metastazlar yoxdur. 
M
1
 – uzaq metastazlar var. 
 
Mərhələlərə görə qruplaşdırma 
 
Mərhələ T 


0 mərhələ 
T
is
 
N
0
 
M
0
 
I mərhələ 
T
1
 
N
0
 
M
0
 
II mərhələ 
T
2
 
N
0
 
M
0
 
III mərhələ 
T

T

T

T

N

N

N

N
1
 
M

M

M

M
0
 
IV mərhələ 
T

T
4
 
istənilən T 
istənilən T 
istənilən T 
N

N
1
 
N

N
3
 
istənilən N 
M

M
0
 
M

M
0
 
M
1
 
 


Fəsil 5. ALT DODAQ XƏRÇƏNGİ 
147 
 
5.6. Klinika 
 
Alt dodaq xərçənginin klinik gedişi rəngarəng olub, şişin kliniki forma-
sından asılıdır. 
Xərçəngin erkən formaları, adətən, simptomsuz keçir və gedişi, onu 
qabaqlayan  şişönü xəstəliklərlə müəyyən edilir. Xərçəng çox az hallarda 
sağlam dodaqda əmələ gəlir. Adətən, zədələnmiş dodağın ön səthində nahamar 
səthli bərkləşmə əmələ gəlir və tədricən böyüyür. Şişin sonrakı inkişafı iki for-
mada – xalı və ya ziyili xatırladan düyün və ya dodaq çatı şəklində baş verir. 
Müəyyən hallarda bədxassəli şiş çox ləng böyüyür və infiltrativ xüsusiyyətlərə 
malik olmur. Digər hallarda infiltrasiya tez bir zamanda əvvəl dodağın bir ya-
rısına, sonra isə bütün dodağa yayılır. Demək olar ki, həmişə şişi dağılma pro-
sesi və ikincili infeksiya müşayiət edir. Əgər müalicə aparılmazsa, şiş infiltra-
siyası  dəriyə, çənəyə, yanağa yayılır və  nəticədə, dodaq dağılır, dişlər 
çılpaqlaşır. Birincili şişin böyüməsi ilə  bərabər çənəaltı limfa düyünlərində 
metastazlar əmələ gəlir. 
Alt dodaq xərçəngi kliniki formasına görə ekzofit və endofit  olmaqla iki 
qrupa bölünür [şəkil 5.5-5.7]. 
Ekzofit xərçəng papillyar və ziyilli (funqoz) formada olur. 
Papillyar forma çox vaxt papillomadan inkişaf edir. Əvvəl papillomanın 
səthində xoralaşma başlayır, onun əsası infiltrasiyalı, bərk və ağrısız olur. Son-
ra papilloma tədricən yumşalır və qopub düşür, prosesin sonrakı mərhələsində 
dodağın infiltrasiyası böyüyür və xora əmələ gəlir. 
Ziyilli (funqoz) forma diffuz produktiv diskeratoz fonunda inkişaf edir 
və dodaqda çoxsaylı kiçik fırların  əmələ  gəlməsi ilə xarakterizə olunur. Son-
radan onlar bir-biri ilə birləşərək gül kələmini xatırladır və bütün dodağı zədə-
ləyir. Proses uzun müddət davam edir, tədricən ətraf toxumaların infiltrasiyası 
artır və şiş dağılaraq xoraya çevrilir. 
Dodağın endofit xərçəngi daha bədxassəli gedişə malik olur. Endofit xər-
çəngin xoralı və xoralı – infiltrativ formaları ayırd edilir.  
Alt dodağın endofit xərçənginin  xoralı  forması  ən çox eritroplagiya və 
destruktiv diskeratoz fonunda inkişaf edir. Bu zaman əmələ gələn xora dərin-
ləşir və kələ-kötür dibi olan nahamar forma alır. Xoranın kənarı yastıgabənzər 
formada və infiltrasiyalı olur. Proses iltihablaşdıqda ağrı əmələ gəlir.  
Alt dodaq xərçənginin xoralı–infiltrativ formasında proliferasiya prosesi 
destruksiya prosesindən daha güclü nəzərə çarpır. 
Xəstəliyin gecikmiş mərhələlərində şişin ekzofit forması ayırd edilmir və 
o, infiltrativ böyümə xarakterinə malik olur. Bu mərhələdə şiş bütün dodağı və 
ya onun əksər hissəsini tutaraq alt dodağın dərisinə, yanağa, ağız dibinə, çənə 
sümüyünə yayılır [şəkil 5.8-5.10]. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
148 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5.5. Alt dodağın ekzofit 
xərçəngi 
Şəkil 5.6. Alt dodağın endofit 
xərçəngi
Şəkil 5.7.  Alt dodağın endofit 
xərçəngi 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə