Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə13/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
63
Artur söyləyərdi bu fikirləri
Reqina yadına salırdı bir-bir. 
Çoxu öz gözündə görmür tirləri, 
Özgə baxışında kiçik çöp gəzir. 
Əsası olmasa, söz demir Artur, 
Qibtə eləyirdi ona çoxları. 
Heç bir filosofa bənzəmir Artur, 
İncidən bu idi filosofları. 
Axşam növbəsinə tapşırıb qızı, 
Reqina getməyə hazırlaşırdı. 
Katrinin yarımçıq qalmışdı sözü, 
Ürəyi sevgidən aşıb-daşırdı. 
Bu səhər paraşüt, filan deyirdi, 
Deyəsən, ağlını itirib Katrin. 
Həyat yazılmamış lirik şeirdi,  
Rəssamlıq sinfini bitirib Katrin. 
Sualı o qədər aydın qoyur ki, 
Sual cavab olur neçə suala. 
Reqina Katrini elə duyur ki
Ürəkdən acıyır onda bu hala. 
Kütlə şüuruna din təsir etmir, 
İnsanlar acımır biri-birinə. 
Dindarlıq ehkami qəbulla bitmir, 
Vaqif olmaq gərək hər bir sirrinə. 
Arturun gözünə yuxu getməsə, 
Reqina duyurdu bunu gizlicə. 
Qəlbini ağlına təslim etməsə, 
Yata bilməyəcək sevənlər gecə. 
Müdrik ola bilmir təşəxxüs satan, 
Dahinin zirvədə görünür yeri. 
Həmfikir olsa da Kantla Platon, 
Eyni mövzu deyil, bəhs etdikləri. 


Эюйярчин 
 
 
64
Əsas qanununa tabe olandan 
Biz ayrı idraka malik deyilik.  
Sonu başlanğıcdan ayırır zaman, 
Zaman bu mənada bir sürəklilik. 
Zaman daxilində hər bir hadisə  
Həm mövcud, həm də ki, deyildir mövcud. 
İdrakı yaradan iradə isə, 
Başa xidmət etmir, daşıyır vücud. 
Bütün təzahür və hadisələrin, 
Yeganə mənbəyi “özündə şey”dir. 
İradə cəmidir “özündə”lərin, 
İdeyanın dərki xalis seyrdir. 
Biliyə, ağıla və dərrakəyə 
Tabe olmayınca iradə məğlub. 
Həyat əzabına üstün gəlməyə,  
Əsil qələbəyə səbəb bu olub. 
Dahilik, dəlilik aralarında 
Zəif olsa belə təmasdadırlar. 
Söz yox, bir həqiqət gizlənib bunda, 
Popun bu məzmunda hətta şeiri var: 
“Böyük ruh, dəlilik – qohumdur iki, 
Nazik bir divarla ayrılır onlar”. 
Demokrit, Platon təsdiq edir ki,  
Ən böyük şairdə dəlilik də var. 
İşıq simvoludur xeyirxahlığın, 
Mənası əbədi xilasdır dində. 
Rənglər tərkibidir, deyirlər, ağın, 
Zəka qavramasa, doğa bilməz də... 
Biz tələb edirik, məntiqi sübut, 
Əyani sübutla nəticələnsin. 
Evklid  əksinə eləyir isbat, 
Məntiqi sübutla başlayır işin. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
65
A priyor olanı görmür elə bil, 
Açıq-aşkar elmə qarşı gedilir. 
Həqiqət arxa bir qapıdan girib 
Kənar vəziyyətdən aşkar edilir. 
Müəyyən növünə xas dərketmənin 
Sübut və aşkarlıq xarakterini 
İnkar eləməklə Evklid həmin 
Parlaq bir təhrifdə tutmuş yerini. 
Bunları Arturdan oxuyur gecə, 
Sətirlər dağıdır həyəcanını.  
Sanki torpaq kimi qoyulur dincə
Yuxu yavaş-yavaş aparır onu: 
– Vallah, dahi imiş Arturum mənim, 
Onun hər mənada öz mövqeyi var. 
Bilmir, yaxşı deyil, durumum mənim, 
Yoxsa, harda olam, axtarıb tapar. 
O vaxt ki sevgini hicran artırır, 
Məhəbbət qeydinə qalmır bədənin. 
Arturdan vaxt almaq, məndən Arturu, 
İkisi mənaca eynidir yəqin. 
“Qadın dahi olmaz” söyləyir Artur, 
Onun bu fikriylə razıyam mən də. 
Qadınla kişini bərabər tutur
Onlar bərabərmi cəmiyyətlərdə? 
Mövzu axtarışı, real təcrübə, 
Özünü doğrultmur onda həmişə. 
Müqəddəs mənada, düz məqsəddə də, 
Qadın ləyaqəti yaramır işə. 
Katrinin fikriylə gedir yuxuya, 
Amma yuxusunda paraşüt uçmur. 
Kişi təbiətli olur yuxu da, 


Эюйярчин 
 
 
66
Özü istəməsə, qoynunu açmır. 
Kişi eqoizmi, qadın sevgisi, 
Bitir birincinin qələbəsiylə. 
Hər kəsdə eynidir xəyanət hissi, 
Əvvəldən sonadək izahı hiylə. 
Bəzən unudulur xatirələr də
Məhəbbət daş üstə yazı deyil ki... 
Bəzən də səslənir xartirələrdə, 
İlk dəfə oxunan son nəğmə kimi. 
                    -=*=- 
Çəkdiyim ağrılar durur üzümə, 
İxtiyarım gedir, baxmır sözümə, 
Baxışım dolanır divanələr tək, 
Ürəyim alışır pərvanələr tək, 
Səni soruşur... 
 
Qara libasını soyunur gecə, 
Ayın ziyasında yuyunur gecə, 
Görüb əhvalımı uyumur gecə, 
Səni soruşur. 
 
Saçını daramaq istəyir əlim, 
Elə istəyir ki, titrəyir əlim
Toxunub boşluğa büdrəyir əlim  
Səni soruşur. 
 
Dərd məni haqlayıb üstümdən keçir, 
Şübhə toxumları qanımı içir, 
Torpaq sinəsində cəsəd bitirir, 
Yadlar qəbrim üstə çiçək gətirir, 
Səni soruşur... 
 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
67
                   *** 
... Ya əbədi olsun ya müvəqqəti, 
Həyatın mənbəyi iradədir.  
Kim iradəsini öldürsə qəti, 
Ondan ötrü bütün dünya heç nədir. 
 
 
    Alp dağlarında 
 
Uca zirvəsində Alp dağlarının, 
Bir səyyah dünyanı seyr eləyirdi. 
Qarı xəzəl kimi ayaqlarının 
Altında yol boyu əzikləyirdi. 
Baxdıqca zirvədən dərəyə sarı, 
Yerdə qəribə bir xaos görürdü. 
Amma seyr etdikcə yuxarıları, 
Aydın bir gözəllik hökm sürürdü. 
Təbiət önündə açılır onun, 
Sanki təbiətə dönürdü özü. 
Dayaq nöqtəsini tapıb dünyanın, 
Dağdan izləyirdi hər iki üzü. 
Bir çay uzanırdı başıaşağı, 
Güllər sədd qurmuşdu suyu daşmasın. 
Qönçəyə hicabdır yaşıl yaşmağı, 
Onu qoruyur ki, vaxtsız açmasın. 
Günəş kainatı işıqlandırır, 
Talaya, ormana salırdı nəzər. 
Təbiət sirrini ona andırır, 
Fikirdən vərəqə köçürdü sözlər. 
Çayın üstə düşür dağın kölgəsi, 
Qəhvəyi rəng alır bu dəmdə sular. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə