_______________ Milli Kitabxana______________
11
nəsildən-nəslə keçirilərək saxlanılan, gündəlik həyat təcrübəsi
ilə möhkəmləndirilən davranış normalarını xarakterizə edərkən
işlədilir. Məs., etnik stereotip, mədəni stereotip və s..
Etnoqrafiyada elmi maddi və mənəvi mədəniyyət
elementlərinə görə insan kollektivlərinin keçmiş tarixini bərpa
edərkən mərasim, ayin, adət, qalıq, ənənə kimi anlayışlardan
da geniş istifadə edir.
12. Adət – müəyyən etnik birlik daxilində qəbul edilmiş
davranış qaydalarıdır.
13. Mərasim – etnosun müəyyən sosial, ailə və mənəvi
həyatı ilə bağlı olan reqlamentli hadisələrdir. Bunları bir-
birindən fərqləndirmək üçün onlar aşağıdakı söz birləşmələri
şəklində işlədilir: dəfn mərasimi, toy mərasimi, qonqpərvərlik
adəti, oğulluğa götürmə adəti və s.
14. Qalıq – ictimaivə mənəvi həyatın müasir vəziyyətinə
yabançı olan, keçmiş mədəni mərhələlərdən bu günə qədər
gəlib çatan və etnik birliyin üzvləri tərəfindən bir vərdiş kimi
icra edilən mədəni amildir. Bunlar qədim mərasim və adətlərin
qalığı kimi yaşaya bilir.
15. Ənənə - (latınca “traditsiya”- ötürülən, keçirilən
deməkdir) etnosun həyatını qoruyub saxlamaq üçün maddi və
mənəvi mədəniyyətin, ailə və ictimai həyatın elə bir amilidir ki,
cəmiyyətin üzvləri onu nəsildən-nəslə keçirirlər. Bəzən
insanların məqsədyönlü fəaliyyəti nəticəsində maddi və mənəvi
mədəniyyətin yeni formaları meydana çıxır ki, bunlara yenilik,
innovasiya deyilir. Tədricən bunlar ənənəyə çevrilir.
İCTİMAİ HƏYAT TERMİNLƏRİ
Nəsil- Sosial həyatın ən mühüm anlayışlarında biridir . O,
sinfi cəmiyyətəqədərki dövrün əsas ictimai-iqtisadi
hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən
qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə
“gens” anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat
terminlərindən də istifadə olunur.
www.behruzmelikov.com
_______________ Milli Kitabxana______________
12
Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının
ittifaqıdır.
Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının
ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında “klan” termini ata nəsli
termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli
quruluşu klan quruluşu kimi xarakterizə olunur.
Matriarxat – (latınca “mater”-ana, yunanca “arxe”-
hakimiyyət) hərfi mənada ananın hakimiyyəti deməkdir.
Ananın hökmüranlığı bəşəriyyət tarixinin o dövrünə aiddir ki,
bu vaxt qadınlar sosial quruluşun yüksək pilləsində dururdular
və bir qayda olaraq rəhbərlər onların içərisindən seçilirdi.
Müasir etnoqrafiyada matriarxat dedikdə qadınların
hökmüranlığının o dövrü başa düşülür ki, insanların ictimai
mövqeyi və hüquqları ana xətti ilə cərəyan edən qan
qohumluğu ilə müəyyən olunurdu. Nəsli hakimiyyətin
icraçıları isə çox vaxt hakimiyyəti ana xətti ilə keçən kişilərdən
ibarət olurdu.
Patriarxat – (yunanca “patriarxe”-nəslin başçısı)
kişilərin hakimiyyəti mənasında işlədilir. Etnoqrafiyada bu
quruluş sinifsiz cəmiyyətdən sinifli cəmiyyətə keçid dövrü
kimi xarakterizə olunur. Burada qohumluq ata xətti ilə
müəyyənləşdirilir. Bununla belə ana nəsli qalıqları güclü olur.
Xronoloji baxımdan patriarxatın təşəkkülü dünyanın bir çox
xalqlarında müşahidə olunan ilk tunc dövrünə, yəni maldarlığın
əkinçilikdən ayrılması dövrünə təsadüf edir. İnsanların
təsərrüfat fəaliyyətinin müxtəlifliyindən asılı olaraq demək
lazımdır ki, patriarxatın yaranması ana nəslindən ata nəslinə
keçilməsini zəruri edən iqtisadi təlabatın yaranması dövründən
başlanmışdır. Patriarxat sinifsiz cəmiyyətin son pilləsi, sinifli
cəmiyyətin ilk pilləsi hesab olunur.
Ekzoqamiya (yunanca “ekzo”-xarici, “qamos”-nigah) –
hərfi mənada kənardan nikah olmaqla nəslin mühüm əlaməti
sayılır. Ekzoqamiya prinsipinə əməl edilməsi nəslin üzvlərinin
təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı.
www.behruzmelikov.com
_______________ Milli Kitabxana______________
13
Endoqamiya (yunanca “endoi”-daxili, “qamos”-nikah) –
hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, nəinki bir
etnik birlik kimi, habelə sinifsiz cəmiyyətin sosial təşkilatının
yüksək forması kimi qəbilənin çox mühüm əlaməti olmuşdur.
Qəbilə etnik və təsərrüfat baxımından nəsil kimi
mikrostrukturanı endoqamiya yolu ilə özündə birləşdirən ali
makrostruktura idi.
Fratriya – qarşılıqlı nikah əlaqəsində olan bir neçə
nəsilləri birləşdirən qəbilə bölgüsü idi. Bunlar çox vaxt bir
nəslin sonrakı inkişafı nəticəsində yaranmışdı. Qəbilənin ən
ilkin başlanğıcı azı iki nəslin mövcud birliyi şəklində
olmuşdur. Nəslin və ya qəbilənin təsərrüfat fəaliyyəti ümumi
təsərrüfat formasına – icmaya əsaslandığı üçün bunu həm də
nəsli icma və ya arxaik icma adlandırırlar. Məlum olduğu kimi
bütün ibtidai icma dövründə, yəni sinifsiz cəmiyyətdə əmək
alətləri və istehsal vasitələri üzərində icma mülkiyyəti mövcud
olmuşdur. Bu cür icmalar bir qayda olaraq qohumluq
münasibətlərinə əsaslanırdı.
Əmlak bərabərsizliyinin yaranması, qan qohumluğu
əlaqələrinin sarsılması və ərazi əlaqələrinin yaranması
nəticəsində nəsli icmalar kənd icmalarına və ya əkinçilik
icmalarına çevrilirdi. Bu da öz dualizmi ilə seçilirdi. Belə ki,
torpaq, otlaq və biçənəklər üzərində icma-kollektiv mülkiyyət
saxlanılır, istehsal vasitələri üzərində isə ayrı-ayrı ailələrin
xüsusi mülkiyyəti təşəkkül tapırdı. Deməli ailələrin istifadə
etdiyi əkin sahələri və otlaqlar icmaya məxsus idi. Oradan
götürülən gəlir isə fərdi xarakter daşıyırdı. Sinifsiz cəmiyyət
dövründə yaranan bu qayda son günlərə qədər davam etmişdir.
Patronimiya – sinifsiz cəmiyyətin son dövründə,
patriarxal ailələrin dağılması zamanı daha yaxın qohumluq
telləri ilə bir-birinə bağlı olan ailələr vahid birlik təşkil
edirdilər ki, bu cür ailə qrupları patronimiya adlanırdı.
Patronimiyanı 1931-ci ildə M.O.Kosven kəşf etmişdir.
Kosvenə görə patronimiya da nəsil kimi ekzoqam olmuşdur.
www.behruzmelikov.com
Dostları ilə paylaş: |