_______________ Milli Kitabxana______________
23
əlaqəyə girmiş və yeni xalqların təşəkkülü üçün imkan
yaratmışdılar. Bu vaxtlar müstəmləkə ölkələrində aborigenlərin
çoxu məhv edilmiş və ya təcrid olunmuşdular. Bu mənada yeni
xalqların formalaşması birinci növbədə Mərkəzi və Cənubi
Amerikaya aiddir. Buradakı etnik inkişafın ikinci mərhələsi
Kanada, ABŞ, Argentina, Avstraliya və Okeaniya xalqları üçün
xarakterikdir. Afrikanın cənubunda eyni yolla müasir
hollandların əcdadlarından (burlardan) xüsusi bir etnos-afrikan
xalqı yaranmışdır. Onların dili holland dilinə yaxın olsa da, bir
çox xüsusiyyətinə görə onlardan fərqlənir. Karib dənizi
adalarında, Venesuela, Braziliya və Qananın etnik tarixində
Avropalı mühacirlərin, habelə hindularla yanaşı Afrika mənşəli
zəncilərin böyük rolu olmuşdur.
b) Mədəni-təsərrüfat tiplərinə görə təsnifat
Yaratdıqları təsərrüfat-mədəni tiplərin müxtəlifliyinə görə
dünya xalqları aşağıdakı kimi qruplaşdırılır. Təsərrüfat-
mədəni tip dedikdə, bir-birinə yaxın ictimai-iqtisadi inkişaf
səviyyəsində olan, oxşar təbii-coğrafi şəraitdə yaşayan,
müxtəlif xalqlarda tarixən meydana gələn təsərrüfat və
mədəniyyətin müəyyən kompleks xüsusiyyəti başa düşülür. Bu
tiplər hər bir cəmiyyətin istehsal üsulu ilə əlaqədardır. Müxtəlif
tarixi dövrlərdə, insanların onları əhatə edən təbiətə
münasibətini yalnız istehsal üsulu müəyyən edir. Müxtəlif
ictimai-iqtisadi şəraitdə eyni mədəni-təsərrüfat tipləribir-birilə
əlaqəsi olmayan, bir-birindən çox uzaqlarda yaşayan xalqlarda
da meydana gələ bilər. Təsərrüfat-mədəni tiplər arasındakı fərq
əhalinin təsərrüfat fəaliyyətində, habelə maddi və mənəvi
mədəniyyət elementlərində özünü göstərir. Müxtəlif xalqların
ictimai quruluşu, həmin xalqların öz mədəni-təsərrüfat tipləri
ilə müəyyən edilir. Eyni zamanda həmin tiplər cəmiyyətin
məhsuldar qüvvələrinin səviyyəsini əks etdirir. Təsərrüfat-
mədəni tiplər tarixi kateqoriyadır. Bunlardan bəziləri hələ
ibtidai insanların təşəkkülü dövründə, bəziləri isə ibtidai icma
www.behruzmelikov.com
_______________ Milli Kitabxana______________
24
quruluşunun dağılması və ilkin sinfi cəmiyyətlərdə meydana
gəlmişdir. Kapitalizmə qədər ki, dövrdə yaranan bu mədəni
təsərrüfat tipləri, məhsuldar qüvvələri səviyyəsinə görə üç
qrupa bölünür. Birinci qrupa – böyük iqtisadi əhəmiyyətə
malik olan ovçuluq, yığıcılıq və qismən balıqçılıq; İkinvi qrupa
– toxa əkinçiliyi və maldarlıq; Üçüncü qrupa – isə təsərrüfat
işləri zamanı heyvanların gücündən dartı qüvvəsi kimi istifadə
edilən kotan əkinçiliyi daxildir. Müxtəlif ictimai-iqtisadi
inkişaf səviyəsində olan müasir xalqlarda mədəni-təsərrüfat
tiplərinin hər üç qrupuna rast gəlmək mümkündür. Bununla
belə nəzərə almaq lazımdır ki, bu tiplər bir halda iqtisadiyyat
və məişətdə həlledici rol oynayırsa da, başqa hallarda keçmişin
qalıığı kimi özünü göstərir. Birinci qrupun tipləri üçün
xarakterik cəhətlər – insanların yaşayıb qidalanması üçün
yeganə mənbə sayılan yabanı bitkilərin və vəhşi heyvanların
olmasıdır. Bunlar da söz yox ki, qida üçün yararlə hala
salınmalıdır. Bu mərhələdə iqtisadiyyatda sadə istehsal
vasitələrinin, ilk növbədə ovçuluq, yığıcılıq və balıqçılıq
alətlərin istehsalı əsas yer tutur.
-
Birinci qrup tiplərinin məhsuldar qüvvələri inkişafın
səviyyəsi baxımından məhduddur.burada əmək məhsuldarlığı
nisbətən aşağıdır. Eyni zamanda izafi məhsul tamamilə yoxdur.
Ona görə də bu mərhələdə hələ kifayət qədər əmlak
bərabərsizliyi və siniflərin meydana gəlməsi üçün iqtisadi əsas
yoxdur. İzafi məhsul təkcə oturaq balıqçılarda və dəniz
ovçuluğu ilə məşğul olan qrupların bəzilərində özünü
göstərməyə başlayır. Bununla əlaqədar olaraq ictimai differen-
siasiya üçün, xüsusən ev qulçuluğunun yaranması üçün şərait
meydana çıxır. Ovçuluq, yığıcılıq və balıqçılıq bazası üzərində
heç bir vaxt heç bir yerdə sinfi cəmiyyət yaranmamışdır. Nə
qədər ki, təsərrüfatın bu sahələri yeganə əsas idi, bəşəriyyət
ibtidai icma quruluşu çərçivəsindən kənara çıxa bilmirdi.
Birinci qrupa daxil olan mədəni-təsərrüfat tipləri hələ paleolit
və mezolitdə meydana gəlmişdi.
www.behruzmelikov.com
_______________ Milli Kitabxana______________
25
-
İkinci qrup mədəni-təsərrüfat tipləri toxa əkinçiliyi və
maldarlıqdır. Bu qrupun tipləri birinciyə nisbətən irəliyə doğru
atılmış böyük bir addımdır. Bu qrupda yaşayıb qidalanmaq
üçün əsas mənbə mədəni bitkilərin becərilməsi və ev
heyvanlarıdır. İqtisadiyyat birinci qrupdakına nisbətən
möhkəmdir, əmək məhsuldarlığı yüksəkdir. Burada izafi
məhsul yaranıb daimi xarakter kəsb edir və yığım üçün şərait
yaradır. Əmlak bərabərsizliyi özünü qabarıq şəkildə göstərir.
İstismar müxtəlif formalarda təzahür edir. İnkişaf etmiş toxa
əkinçiliyi və heyvandarlıq bazası üzərində, bu xalqlarda ilkin
sinfi münasibətlər, xüsusən quldarlıq və feodalizm
münasibətləri meydana çıxır. Bu qrupa daxil olan xalqlarda
artıq sənətkarlıq kənd təsərrüfatından ayrılmış və yüksək
inkişaf yoluna düşmüşdür.
- Üçüncü qrup mədəni – təsərrüfat tipinə əkinçiliklə
maldarlığın sintezi nəticəsində təsərrüfat və mədəniyyətin
nisbətən yüksək tipi olan kotan əkinçiliyi daxildir. Torpağın
şumlanmasında əl əməyinin nisbətən asanlaşdırılması, şum
işində yeni alətlərə keçilməsi, heyvanların gücündən dartı
qüvvəsi kimi istsfadə olunması – bütün bunlar məhsuldar
qüvvələrin inkişafında böyük sıçrayış idi. Kotan əkinçiliyinin
ilk dəfə Cənub-Qərbi Asiyada, Mesopotamiyada, sonra isə
Misirdə (e.ə. IV-III minillik) meydana gəldiyi ehtimal olunur.
Cənub və Şərqi Asiyaya, Şimali Afrika və Avropaya kotan
əkinçiliyi bu ərazidən yayılmışdır. Yer kürəsinin başqa
ərazilərinə − Böyük Səhradan cənubda – Afrikaya, Amerikaya,
Avstraliya və Okeaniyaya kotan əkinçiliyi Avropa
müstəmləkəçiliyi başlanana qədər keçə bilməmişdi. Kotan
əkinçiliyi qədim dövrdə, habelə feodalizm və kapitalizm
dövründə yüksək mədəniyyətin inkişafı üçün əsas olmuşdur. O,
sinfi təbəqələşməni, şəhərin kənddən, sənətkarlıq və sənayenin
kənd təsərrüfatından ayrılmasını sürətləndirdi, mürəkkəb və
rəngarəng mədəniyyətə malik möhkəm dövlət birləşmələri
www.behruzmelikov.com
Dostları ilə paylaş: |