Müasir Azərbaycan dili
109
xəbəri yox idi. (Elçin) Tənəklər yaşa dolanda onların
məhsulunu yığıb-yığışdırmaq olmazmış.(M.İbrahimov)
Şərt ədatı. Buraya
isə köməkçi sözü və onun
şəkilçiləşmiş forması olan (-
sa, -sə) daxil olub, özündən əvvəlki
sözə şərt çaları əlavə edir. Bir vaxt anasının ürəyi necə
vururdusa, Məryəmin də bütün bədəni eləcə vurur. (Elçin)
Ədatların məna bölgüsü şərti xarakter daşıyır. Bir ədat
müxtəlif məna növlərinə xidmət edir.
Modal sözlər,
onun mənaca növləri
Danışanın söylədiyi fikrə, obyektiv reallığa
münasibətini bildirən sözlərə modal sözlər deyilir.
Modallıq məntiqi və qrammatik kateqoriyadır. Danışan
şəxs hər hansı bir fikri ifadə edərkən həmin fikrin obyektiv
reallığa məxsus olub-olmadığını nəzərə çatdırmaq üçün
müəyyən dil elementlərindən istifadə edir. Cümlədə ifadə
olunan fikrin gerçəkliyə uyğunluğunun doğruluğunu, hökmün
gerçəkliyini
təsdiq edir, öz subyektiv münasibətini bildirir.
Modallığın dildə ifadə vasitələri çoxdur. İntonasiya, söz
sırası, felin şəkilləri, ədatlar bu məqsədə xidmət edə bilər.
Lakin dilimizdə bu vəzifənin birbaşa ifadəçiləri olan sözlər
vardır ki, onlar modal sözlər adlanır. Cümlə üçün xarakterik
əlamətlərdən olan modallığın təmin olunmasında bu söz
qrupunun böyük əhəmiyyəti vardır. Modal sözlər leksik
mənadan məhrum olub, ümumiləşmiş qrammatik məna daşıyır.
Modal sözlər əsas nitq hissələrindən törəyib, yarandığı nitq
hissəsinin məna izini saxlamaqla ona yaxınlaşır, lakin leksik
mənaya malik olmadığından cümlə üzvü olmur, sintaktik sual
tələb etmir, şəkilçi qəbul edərək dəyişə bilmir,
sintaksisdə ara
sözlər adı ilə öyrənilir. Lakin modal sözlə ara sözü
Gülarə Abdullayeva
110
eyniləşdirmək olmaz. Ara sözlərin tutumu daha genişdir. Bütün
modal sözlər ara söz olduğu halda, ara sözlər təkcə modal
sözlərdən ibarət deyil.
Modal sözlər əsas nitq hissələri içərisində zərflərə daha
yaxındır. Lakin zərflər hərəkətin əlamətini bildirdiyi halda,
modal sözlər cümlədə ifadə olunan fikrə münasibət bildirir.
Zərf cümlədə sintaktik vəzifə daşıyır, sintaktik suala cavab
verir, digər sözlərlə məna və qrammatik cəhətdən əlaqələnir,
modal sözlər isə cümlənin üzvləri ilə məna cəhətdən əlaqələnə
bilmir, yalnız qrammatik əlaqədə olur.
Müasir vəziyyətinə görə modal sözləri iki qrupa
ayırmaq olar:
1.Qeyri-sabit
modal sözlər, yəni yerinə görə həm əsas
nitq hissəsi, həm
də modal söz kimi işlənənlər;
2. Sabitləşmiş modal sözlər, yəni yalnız modal söz kimi
işlənənlər. Birinci qrupa aşağıdakı sözlər daxildir:
görünür,
görəsən, deyəsən, demək, deməli, şübhəsiz, olsun ki,
müxtəsər, demə və s. Məsələn,
Müxtəsər cümlə yalnız baş
üzvlərdən ibarət olur. Gərək mənin sözlərimi ona olduğu kimi
deyəsən.
Amma insafa qalsa, dediklərinin hamısı
düzdür.(İ.Şıxlı) – cümlələrində
müxtəsər, deyəsən, düzdür
sözləri müstəqil mənaya malik olub, sintaktik vəzifə daşıyaraq
əsas nitq hissəsi kimi çıxış etdiyi halda, aşağıdakı nümunələrdə
həmin sözlər modal söz kimi işlənərək ifadə olunan fikrə
münasibət bildirmişdir:
Deyəsən'> Deyəsən, uzaqdan qaraltılar görünür.
(M. S. Ordubadi) Müxtəsər, hər cür geriliyə son qoyulmalıdır.
Düzdür, Leyla əvvəlcə məktubu uca səslə oxudu, ancaq ilk
sətirdəcə səsini dayandırıb düşüncəyə daldı.(M.Cəlal)
Aşağıdakı sözlər isə dilimizdə sabitləşmiş, yalnız modal
söz kimi işlənməkdədir:
sanki, guya, əlbəttə, bəlkə, beləliklə,
ümumiyyətlə, nəhayət və s. Məsələn
, Bəlkə, bizim iki nəfər
inanılmış yoldaşımızı sən aparıb düşmən əlinə veribsən?
(F.Kərimzadə) Yəqin ki, qonşu otaqlardan söhbətə qulaq
asmağa gələnlərdi. Guya ki, biz heç bir vaxt olmamışıq və bu
Müasir Azərbaycan dili
111
gün də yoxuq. (V.Babanlı) Zənnimcə, siz təqsirkarsınız.
(İ.Şıxlı) və s.
Modal sözləri təcrid olunduğu nitq hissələrinə görə iki
qrupa ayırmaq olar:
1.
Adlardan əmələ gələn modal sözlər,
2.
Fellərdən əmələ gələn modal sözlər.
Adlardan əmələ gələn modal sözlərin özünü də nitq
hissələri üzrə aşağıdakı kimi qruplaşdırmaq olar:
a)
isimlərdən əmələ gələnlər:
qərəz, xülasə, nəhayət,
güman;
b)
sifətlərdən əmələ gələnlər:
şəksiz, şübhəsiz, sözsüz,
yaxşı, müxtəsər, məlum;
c)
saylardan əmələ gələnələr:
əvvələn,birincisi, ikincisi
və s.;
d)
əvəzliklərdən əmələ gələnlər
: məncə, səncə, bizcə,
sizcə və s.;
e)
zərflərdən əmələ gələnlər
: həqiqətən, beləliklə,
ümumiyyətlə, adətən və s.
Fellərdən əmələ gələn modal sözlərə
görünür, demə,
demək, deməli, elə bil ki, sanki, olsun ki, tutaq ki, və s.
daxildir.
Məsələn, Görünür ki, iki cəbhənin qəhrəmanı olmaq
fikrindəsən.(M. Hüseyn)
Modal
sözlərin mənaca növləri. Azərbaycan dilində
modal sözlər rəngarəng modallıq ifadə etməsi ilə diqqəti cəlb
edir. Bu cəhət nəzərə alınaraq modal sözlər aşağıdakı məna
növləri üzrə qruplaşdırılır:
1.Yəqinlik bildirənlər:
əlbəttə, şübhəsiz, doğrudan da,
həqiqətən, təbii, təbii ki və s.
Məsələn
, Dövlətliyik, əlbəttə,
şərafət də bizimdir.(M.Ə.Sabir)
2.Güman, ehtimal, şübhə bildirənlər:
bəlkə, bəlkə də,
yəqin, yəqin ki, ehtimal ki, güman ki, deyəsən və s. Məsələn,
Bəlkə, o atın kişmişindən gətirib bizə də bir ovuc
verəsən.(C.Əlibəyov) Deyəsən, onlar bədənimin bu qədər
davamlı olacağına əsəbiləşirlər. (M.İbrahimov)
Gülarə Abdullayeva
112
3.Nəticə, sıra, ümumiləşdirmə bildirənlər:
ümumiyyətlə,
beləliklə, xülasə, deməli, nəhayət və s. Məsələn,
Nəhayət,
gözlədiyimiz gün gəlib çatdı.
4.Mənbə və istinad bildirənlər:
məncə, səncə, deyilənə
görə, fikrimcə və s.
Məncə, cavanlarla yan-yana oturmağın
ləzzəti ayrıdır. (İ.Şıxlı)
5.Bənzətmə, müqayisə bildirənlər:
elə bil, elə bil ki,
sanki, guya ki, deyəsən və s
. Məsələn
, Yavər elə fərəhlənirdi,
deyirdin bəs, dünyanın ən bəxtəvər adamıdır. (İ.Məlikzadə)
Modal sözlərin məna növlərinin təsnifində bir şərtilik
var. Bir modal söz müxtəlif mənalarda işlənə bilər. Buna görə
də məna növlərinin sayını artırmaq da olar.
Modal sözlərin cümlədə işlənmə yeri sərbəstdir, onlar
cümlənin əvvəlində, ortasında, sonunda işlənə bilər.
İşlənmə
yerinə uyğun olaraq, özündən sonra,
hər iki tərəfində və ya
özündən əvvəldə vergül qoyularaq digər cümlə üzvləri ilə
sərhədlənir.
Nida, onu köməkçi nitq hissələrindən
fərqləndirən cəhətlər və mənaca növləri
Cümlədə qrammatik vəzifə daşımayan nitq
hissələrindən biri də nidadır.
“İnsanın duyğularını, coşqunluq və həyəcanını
bilavasitə ifadə edən sözlərə nida deyilir”. (2, səh.387)
Nidalar hissləri ifadə edən söz olub, dilin lüğət tərkibinin zəruri
hissəsi, xüsusi söz qrupudur. Nidalar leksik mənanın olmaması,
suala cavab verməməsi, cümlədə sintaktik vəzifəyə malik
olmamasına görə əsas nitq hissələrindən fərqləndiyi kimi,
cümlədə heç bir qrammatik vəzifə icra etməməsinə görə də
köməkçi nitq hissələrindən fərqlənir. Elə bu xüsusiyyətinə görə
də nidalar xüsusi nitq hissəsi kimi qeyd olunur.
Əsas nitq
hissələrindən fərqli olaraq, nidalar əşya adı, əlamət, keyfiyyət,