Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə30/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   26   27   28   29   30   31   32   33   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
117 
                                          
Sintaksis və onun vahidləri.  
Mövzu № 4                            Sintaktik    əlaqələr 
                                                   Söz birləşmələri 
 
 
Mövzunun planı: 
 
1.
  Sintaksis şöbəsi və onun tədqiqat obyekti haqqında 
məlumat 
2.
  Sözlər arasında məna və qrammatik əlaqələr. Məna 
əlaqələri 
3.
  Tabesizlik əlaqəsi 
4.
  Tabelilik əlaqələri 
5.
  Söz birləşmələri, onların xarakterik xüsusiyyətləri, 
təsnifi 
6.
  Əsas tərəfin ifadə vasitəsinə görə söz 
birləşmələrinin növləri 
 
 
Sintaksis şöbəsi və onun tədqiqat 
 obyekti haqqında məlumat 
 
 Sintaksis  mənşəyinə görə yunan sözü olub, mənası 
birləşmə, qurulma, tərtibat deməkdir. Bu sözdən dilçilik 
termini kimi istifadə olunur. Dilçilikdə bu termin 2 mənada 
işlənir:  dilin  sintaksisi,  yəni dilin sintaktik quruluşu, bir də 
qrammatikanın  şöbəsi  mənasında. Qrammatikanın bir şöbəsi 
kimi sintaksis sözlərin söz birləşmələri və  cümlələr  şəklində 
birləşməsi qaydasından  bəhs edir. Sintaksis dilin qrammatik 
quruluşu haqqında elm olmaq etibarilə sintaktik vahidlər 
sistemini (yəni,  söz birləşmələri, cümlələr, mürəkkəb sintaktik 
bütövlər) sintaktik vahidlərin qurulmasını  və bağlanma 
vasitələrini öyrənir. 
Gülarə  Abdullayeva 
 
 
118
Sintaksis  əsasən 2 böyük bəhsdən ibarətdir:  söz 
birləşmələri və cümlələr
Söz birləşmələri  əşyalar arasında,  əşyalarla  əlamətlər, 
hərəkətlər arasında  əlaqələri ifadə edir. Söz birləşmələrini 
əmələ  gətirən sözlər  əvvəlki mənalarını itirmir. Əgər dil 
vahidlərini  ən kiçikdən başlayıb sıralasaq, belə bir mənzərə 
yaranar: səs, söz, söz birləşməsi, cümlə. Göründüyü kimi, söz 
birləşməsi bir tərəfdən söz, digər tərəfdən isə cümlə ilə 
həmsərhəddir.  Bu da söz birləşməsinin həmsərhəd olduğu  hər 
iki dil vahidi ilə oxşar cəhətlərə malik olması ilə şərtlənir.  
Söz birləşmələrinin mahiyyətini, onların tiplərini və 
əmələgəlmə yollarını, birləşmədə  iştirak edən tərəflərin 
qrammatik əlamətlərini öyrənmək, söz birləşməsi ilə mürəkkəb 
sözün, cümlənin oxşar və  fərqli cəhətlərini aşkar etmək 
sintaksisin ən zəruri məsələlərindəndir. 
Söz birləşmələri sözlərin sintaktik əlaqələr vasitəsilə 
birləşməsi sayəsində  əmələ  gəlib,  sözlə  aşağıdakı oxşar 
xüsusiyyətlərə malikdir: söz birləşmələri də nominativlik 
funksiyasını yerinə  yetirir,    müəyyən suala cavab verir, cümlə 
üzvü yerində  işlənir, başlanğıc forması olur, müəyyən  şəkilçi 
qəbul edərək dəyişir. Lakin bu oxşarlıqlarla yanaşı, söz 
birləşmələrinin sözlərdən fərqli bir sıra cəhətləri vardır:  
 1.  Hər  şeydən  əvvəl, söz leksik, söz birləşməsi isə 
sintaktik vahiddir.  
 2. Söz birləşmələrinin ifadə etdiyi mənada, sözdən 
fərqli olaraq, bir konkretlik, dəqiqlik, müəyyənlik olur.  
3. Söz birləşməsi sözlərdən  əmələ  gəlir və onun 
yaranmasında müəyyən sintaktik əlaqələrdən istifadə olunur.  
4. Söz birləşməsi cümlənin mürəkkəb üzvü kimi çıxış 
edir.    
Tərəflərinin ifadə etdiyi  leksik-semantik əlaqə, bu 
əlaqənin xüsusiyyəti və xarakteri söz birləşmələrinin 
müəyyənləşməsində mühüm rol oynayır. Bu cəhətdən söz 
birləşmələri sərbəst və sabit birləşmələr adı ilə 2 böyük qrupa 


Müasir  Azərbaycan  dili 
 
 
119 
ayrılır. Söz birləşməsinin bu iki növünün hər birinin 
özünəməxsus xüsusiyyətləri vardır. 
Əsl qrammatik birləşmələr dedikdə  sərbəst birləşmələr 
başa düşülür. Bu birləşmələri  əmələ  gətirən sözlər öz əsl 
mənalarını, leksik  müstəqilliyini saxlayır və birləşmənin  
leksik-semantik deyil,  leksik-qrammatik ünsürləri olur. Belə 
birləşmələri hissələrinə ayırmaq, təhlil etmək olur və bu təhlil 
onların ümumi ruhunu pozmur, birləşmənin əsas mənasına təsir 
etmir. Sərbəst birləşmələrə  dadlı meyvə, ağlayan uşaq, şəhərin 
mərkəzi, kitab oxumaq və s. kimi birləşmələr misal ola bilər. 
Sərbəst birləşmələr tabelilik əlaqəsi əsasında yaranır və 
iki tərəfdən: birinci və ikinci tərəfdən ibarət olur. Tərəflərdən 
biri digərini  məna və qrammatik cəhətdən özündən asılı 
vəziyyətə salır və tabeedən tərəf və ya əsas tərəf adlanır. Söz 
birləşmələrində ikinci tərəf  əsas tərəf olur. Digər tərəf, yəni 
birinci tərəf isə tabeolan və ya asılı  tərəf adlanır. Söz 
birləşmələri  adətən iki, bəzən də ikidən çox  müstəqil sözün  
məna və qrammatik cəhətdən birləşməsi nəticəsində yaranır. 
Ona görə  də iki sözlü birləşmələr sadə birləşmələr hesab 
olunur. Məsələn,  faydalı  məsləhət, tələbə  həyatı, evin qapısı     
və s. İkidən artıq müstəqil sözdən  əmələ  gəlmiş birləşmələr 
mürəkkəb birləşmələr hesab olunur. Məsələn, söylənilmiş 
faydalı  məsləhət,      evin  açıq qapısı  və  s.    Söz  birləşməsinin 
mürəkkəb olması üçün ən azı üç müstəqil mənalı sözün iştirakı 
vacibdir. Əgər həmin sözlərdən biri köməkçi nitq hissəsi olarsa, 
birləşmə quruluşca yenə sadə olaraq qalır. Məsələn,  xəstə üçün  
məsləhət,  sənin kimi tələbə və s. Əsas tərəfin ifadə vasitəsinə 
görə    söz  birləşmələri üç  növə ayrılır: ismi birləşmələr, feli 
birləşmələr və zərf birləşmələri. 
İsmi birləşmələr adı altında  əsas sözü adlarla və ya 
substantivləşmiş  hər hansı bir sözlə ifadə olunan birləşmələr 
nəzərdə tutulur.  
İsmi birləşmələr iki böyük qrupa ayrılır:  
1. Təyini söz birləşmələri.   
Gülarə  Abdullayeva 
 
 
120
2. Qeyri- təyini ismi birləşmələr.  
Təyini söz birləşmələri atributiv münasibətlər  əsasında 
yaranır, yəni təyinlə təyin olunanın birləşməsindən əmələ gəlir. 
Təyini söz birləşmələrinin üç növü vardır:  
a) birinci növ təyini söz birləşmələri; 
 b) ikinci növ təyini söz birləşmələri;  
c) üçüncü növ təyini söz birləşmələri. 
Qeyri-təyini ismi birləşmələr də  əmələgəlmə yollarına,  
tərəflərin ifadə vasitələrinə görə müxtəlif növlərə ayrılır.  
Prof. Q. Ş. Kazımov Azərbaycan dilçiliyinə dair 
yazılmış kitablardakı bu ənənəvi bölgüdən fərqli olaraq, ismi 
birləşmələri onları  əmələ  gətirən sintaktik əlaqələri nəzərə 
almaqla qruplaşdırmışdır. (4, səh.63) 
Əsas tərəfi, yəni tabeedici sözü fellərdən ibarət olan 
birləşmələrə feli birləşmələr deyilir. Məsələn, onları çağırmaq, 
paltarı görəndə, orada görünən və s.  
Qoşmalı feli birləşmələr qoşmaların köməyi ilə yaranır 
və belə bir formaya əsaslanır: müstəqil mənalı söz + qoşma + 
fel. Qoşma ilə onun əlavə olunduğu söz birləşmənin  birinci 
komponentini, fel isə ikinci əsas komponentini təşkil edir. 
Məsələn, kitaba sarı baxmaq, məktəbə tərəf getmək, onun kimi 
oxumaq və s.  
Zərf birləşmələrinin  əsas sözü zərfdən ibarət olur. Bu 
birləşmələrin ikinci tərəfi,  əsasən yer, zaman və  tərzi-hərəkət 
zərfləri ilə ifadə olunur. Məsələn, evdən yuxarı, işıqdan tez, çox 
yavaş, quş kimi tez və s.  
Sintaksisin  əsas vahidlərindən biri də cümlədir. Cümlə 
ünsiyyətin ilk və  əsas vahididir. Cümlə  vasitəsi ilə fikir 
formalaşır, ifadə olunur, başqasına ötürülür. Struktur, semantik 
və kommunikativ cəhətlər, cümlədə bir-birilə qarşılıqlı əlaqə və 
münasibətdə olur. Cümlənin strukturunda kommunikativ cəhət 
çox mühüm yer tutur və  məhz kommunikasiya ehtiyacı 
cümlənin  semantikasını və quruluşunu müəyyənləşdirir. Buna 
görə də cümlə problemi sintaksisin  əsas məsələlərindəndir. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə