Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə27/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

 

 

 



— 107 — 

miz «Şirvan və  Fərqanə» dastanının süjeti ilk baxışda klassik 

məhəbbət dastanlarımızın struktur sxemi ilə «eyniyyət» təşkil 

etmir. Ancaq irəlidə dastanın süjetini ətraflı şəkildə təhlil edər-

kən görəcəyik ki, XX əsr Azərbaycan və özbək gəncliyinin, 

əməkçi insanlarının səciyyəvi nümayəndələri olan bu gənclərin 

arasında olan məhəbbət bütün «müasirliyinə» baxmayaraq, 

Aşıq  Əhməd tərəfindən çox böyük ustalıqla klassik məhəbbət 

dastanlarının struktur sxeminə tabe edilmişdir. 

Azərbaycan epik ənənəsində möcüzəvi doğuluş sakral qüv-

vəyə malik olanların (ağsaqqalın, dərvişin, «qurbanı olduqlarımı-

zın», pirin və b.) duası (alqışı) və ya verdiyi sehrli vasitənin kö-

məyi ilə gerçəkləşir. Azərbaycan epik ənənəsinə görə qəhrəman 

doğularkən onun qəhrəman tipini müəyyən edən atributlar da 

peyda olur. Rövşən hələ Koroğlu statusuna keçməmiş epos onun 

adı və qılıncını «təqdim edir». Şah İsmayıla eyni vaxtda onun adı 

Qəmərnişan (eyni səbəbdən – dərvişin sehrli olmasından) doğu-

lur. Dastanlarda bir-çox halda qəhrəmanla sevgilisi eyni vaxtda 

və eyni səbəbə bağlı doğulurlar: 

«Günlərin bir günündə Əhməd vəzir yenə oturub övlad dər-

di çəkirdi, bu zaman bir nurani dərviş daxil olub, salam verdi. 

Əhməd vəzir salamın cavabını verəndən sonra qalxıb dərvişin 

torbasını aldı, içinə bir çəngə pul qoyub ona qaytardı. Dərviş 

qoltuğundan bir alma çıxarıb Əhməd vəzirə verib dedi: 

– Al, muradın hasil olar, – deyə çıxıb getdi... 

Əhməd vəzir axşama kimi almaya tamaşa elədi. Axşam rəxt-

xalə girib yatdı. Gecənin bir aləmində gördü ki, evin bir tərəfindən 

divar yarıldı. Həmin alma verən nurani dərviş içəri girdi. Dərviş 

üzünü Əhməd vəzirə tutub dedi: 

– Ay Əhməd vəzir, dünən sənə verdiyim almanı götürüb ge-

dərsən Hatəm Soltanın hüzuruna. Almanı tən ortasından iki yerə 

bölərsən. Bir parçasını sən yeyərsən öz arvadın ilə, bir parçasını 

da Hatəm Soltan öz arvadı ilə yeyər. İnşallah, hər ikinizin övladı 

 

 



 

— 108 —


olar» (35, 102-103). 

Azərbaycan epik ənənəsində  dərviş obrazı bir neçə funk-

siya daşıyır: 

Qəhrəmanın doğulması onun sehri ilə baş verir

Qəhrəmana buta verir; 

Qəhrəmanı xəbərdar edir; 

Qəhrəmana sehrli vasitə verir və s. 

Azərbaycan epik ənənəsindəki dərviş Tanrı missiyasını ye-

rinə yetirir. 

«Oğuz Kağan», «Kitabi-Dədə Qorqud»da və «Oğuznamə»-

də adətən, belə funksiyaları müdrik insanlar, şaman və ya tayfa 

ağsaqqalları olan Ulu Türk, Dədə Qorqud, İrkıl Qoca icra edir. 

F.Bayata görə «dastandan gələn məsləhətçi, müdrik qoca obra-

zının invariantı ilk şaman və ya şaman hamisidir (47, 58-59). 

«Koroğlu»da həmin funksiyanı Aşıq Cünun yerinə yetirir. Bəzi 

dastan və nağıllarda həmin statusda Xızır və ya Həzrət Əli ob-

razı çıxış edir.  

Dərviş obrazının epik ənənədəki semantikasından özünün 

«Azərbaycan məhəbbət dastanlarının poetikası» əsərində geniş 

bəhs edən M.Cəfərli yazır: «Məhəbbət dastanlarında Məşuqə 

ilahi gözəlliyin daşıyıcısı,  İlahinin təcəllasıdır. Bu baxımdan 

dərviş – Xızır, Həzrət  Əli Aşiqlə  Məşuq arasında,  əslində bu 

dünya ilə o dünya, insanlar dünyası ilə İlahi Dünya arasında va-

sitəçilik edirlər. Bu vasitəçilik dastanda həm birbaşa vasitəçilik-

dir (bu yolla qəhrəmanlar dünyaya gəlirlər, bir-biri ilə buta yolu 

ilə nişanlanırlar), vasitəçilik həm də xilaskarlıq şəklində təzahür 

edir: mediator bütün qəhrəmanı xilas edir. İşə qarışmalı olur. 

Orasını da yada salaq ki, onun bütün xilaskarlıqları möcüzəli 

olur. Döyüşən qəhrəmanın könlünə söz doldurur, ona verilmiş 

müəmmaların cavabını sirli şəkildə  qəhrəmana «pıçıldayır». 

Aşiq qəhrəman bütün hallarda öz hamisinin köməyi ilə qələbə 

qazanır» (52, 166-167). 




 

 

 



— 109 — 

Oğlanla qızın biri-birilərinə  aşiq olması Azərbaycan mə-

həbbət dastanlarının  əksəriyyətində yuxuda «buta verilməklə» 

gerçəkləşir. Qəhrəmanın bir statusdan digərinə keçidini şərtlən-

dirən butavermə prosesi onu (qəhrəmanı) aşığa çevirir, oxumaq, 

söz qoşmaq qabiliyyəti verir: 

Buta verilməsi çox hallarda qəhrəmanın yuxuda dərvişin 

(Xızırın, Həzrət Əlinin, pirin) sirli «eşq şərabını» içməklə real-

laşır. «Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində behişt 

misallı bir bağdadır, bunun başının üstündə ceyran misallı gözəl 

bir qız, qaş kaman, gözlər piyalə, burun hind fındığı, sinə Sə-

mərqənd kağızı, məmələr  şamama kimi yumurlanıb ipək köy-

nəkdən baş vermişdir, baxanın  əqlini aparır. Bu qızın yanında 

bir dərviş var. Dərviş qızın əlini Rəsula uzadıb: 

– Rəsul, bu qız Tiflisli Sənanın qızı  Şahsənəmdir, bunu 

sənə buta verirəm, çox çəkməz bir-birinizə çatarsınız, – deyib 

çəkildi. 

Rəsul  Şahsənəmin gözəlliyini görcək  əqli başından çıxdı, 

dəlicəsinə ayılıb gördü ki, qəbiristanlıqdadır, amma yanında 

heç kimsə yoxdur. Vahimə içində qalıb, bədəninə qorxu düşdü. 

Ağzı köpüklənə-köpüklənə bir baş evlərinə tərəf qaçmağa baş-

ladı. Anası Badamxanım oğlunu bu halda görən kimi xəbər al-

dı: 

– Oğul, bu nə gündür düşübsən, sənin üst-başını kim cır-



mışdır? Rəsul anasının sualına cavab verməyib hönkür-hönkür 

ağlamağa başladı. 

Rəsulun səsinə  ətrafdakı qonşular yığılıb xəbər aldılar ki, 

nə var, nə olmuşdur? 

Rəsul dedi: 

Mən dərdimi dil ilə desəm, dilim alışıb-yanar. Mənə bir 

saz verin, dərdimi sazla deyəcəyəm» (29, 170). 

Tərki-vətən olub diyar-diyar gəzməyi özünün missiyası he-

sab edən aşıq bir ənənə olaraq öz qəhrəmanını  səfərə göndərir. 

 

 



 

— 110 —


Qəhrəmanın macərası (qürbətə getmə) məhəbbət dastanlarının ən 

uzun hissəsini təşkil edir. «Tahir və Zöhrə», «Miskin Abdal və 

Sənubər», «Qul Mahmud», «Şah İsmayıl», «Qurbani» kimi on-

larla xalq romanlarında qəhrəman buta aldıqdan sonra səfərə yol-

lanır. 

Qəhrəmanlıq dastanlarımızın süjet quruluşu (semantik 



struktur) məhəbbət dastanlarının strukturu ilə  əsasən eyniyyət 

təşkil etsə də, birincilərdəki səfərin motivlənməsini şərtləndirən 

qəhrəmanlıq, ikincilərdə yerini «məhəbbətin gücünə» buraxır. 

Qəhrəmanlıq dastanlarında igid özünütəsdiqi «kafərlə» döyüşdə 

gerçəkləşdirdiyi kimi, məhəbbət dastanının qəhrəmanı  məhəb-

bətə  sədaqətini və öz eşqinin haqq vergisi olduğunu deyişmə 

məclislərində isbata yetirir. Qəhrəmanlıq eposu ənənəsinə görə 

«qəhrəmanlıqla evlənmənin»  şərti olan mübarizə ilə, zorla 

özünə həyat yoldaşı qaçırma motivi məhəbbət dastanlarımızda 

yer almır. Lakin aşiqin qürbətə yollanması «Koroğlu» qolların-

dakı kimi qəhrəmanlıq məzmunundan nə  qədər kənar olsa da, 

ənənənin inersiyası ilə, hətta müasir dastanlarımızda belə bəzən 

dastanların və aşıq rəvayətlərinin adında əski motivlərini qoru-

maqdadır. Məsələn: «Aşıq Alının Türkiyə səfəri», «Aşıq Ələs-

gərin Qaraqoyunlu səfəri», «Aşıq  Ələsgərin Qarabağ  səfəri», 

«Növrəs İmanın Tiflis səfəri» və s. 

Dastanlarımızda qəhrəmanın səfərə yollanması («evdən ay-

rılması»), əsasən aşağıdakı «səbəblərə» bağlanır: 

I. Qəhrəman ziyankar düşməni məğlub etmək üçün evdən 

ayrılır; 

II. Qəhrəman ov və ya qənimət əldə etmək üçün evdən ay-

rılır; 


III. Qəhrəman özünə  həyat yoldaşı qazanmaq üçün evdən 

ayrılr. Birinci hal yalnız qəhrəmanlıq dastanları üçün spesifik-

dir. «Oğuz Kağan», «Kitabi-Dədə Qorqud»un bir çox boyların-

da, «Koroğlu» dastanının bəzi qollarında rastlanılır. Nağıllarda 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə