— 103 —
Söyləyici, artıq deyildiyi kimi, öz hekayətini ənənəyə sadiq
olaraq anladır. Buna görə də Azərbaycan epik örnəklərinin di-
lində, o cümlədən Aşıq Əhmədin yaradıcılığında müəyyən mə-
qamlarda «Bunlar burada qalsın, indi görək...», «Aldı görək nə
dedi», «Sazını sinəsinə basıb», «Söz təmamə yetdi», «Az getdi,
çox getdi», «Sizə hardan danışım, kimdən xəbər verim» «Sizə
kimnən danışım, kimnən xəbər verim», «Günlərin birində» və
başqa bu kimi keçid formullara müraciət bir qayda təşkil edir.
Azərbaycan epikasında ənənəvi say-formullar 3, 7, 40-dır:
«qırx incə belli qız», «qırx igid», «qırx quldur», «qırxıncı otaq»,
«qırx gün, qırx gecə», «qırxlar piri», «üç gün, üç gecə», «üç telli
saz», «üç bacı», «üç qardaş», «üç gün möhlət», «üç alma», «yeddi
gün, yeddi gecə», «yeddi qardaş», «yeddi başlı əjdaha», «yeddi
qat» və s. Bu rəqəm-formullar Aşıq Əhməd yaradıcılığı üçün də
xarakterikdir.
Epik ənənənin çoxsaylı komponentləri sırasına, folklor
praqmatikasını öyrənən alimlərin qeyd etdiyi kimi, epik janrlar
kompleksi, müxtəlif ənənəvi ifa məktəbləri, epik auditoriya və
s. də daxil olur (153, 4).
Azərbaycan lokal epik ifaçılıq sənəti, sözsüz ki, aşıq sənə-
tində daha aydın ifadəsini tapır. Aşıq sənətinin ustad-şagird
ənənəsinə söykənməsi, davamlı və qırılmaz olması, epik ənənə-
dəki çeşidli süjet, motiv, kompozisiya, forma və digər element-
lərin daha geniş miqyasda əsrlərdən-əsrlərə daşınmasına imkan
vermişdir.
Aşıq sənəti vahid oğuz etnik-mədəni çevrəsindən diferen-
siallaşmış Azərbaycan türk mədəniyyətinin hadisəsi olduğun-
dan aşıqların dastan yaradıcılığı Azərbaycan epik təfəkkürünün
inkişaf göstəricisi sayıla bilər.
Prof. A.Nəbiyev yazır: «Ozan yaradıcılığında müəyyən
müddət milli eposdan qəhrəmanlıq tarixinin tərənnümü üçün is-
tifadə edilməsi son nəticədə Oğuz qəhrəmanlıq eposunun ya-
— 104 —
ranmasına gətirib çıxardı. Bu süjetlər uzun tarixi dövr ərzində
ozan repertuarında cilalanmışdır. Oğuz qəhrəmanlıq eposunun
mühüm hissəsi olan Azərbaycan qəhrəmanlıq eposunun forma-
laşması prosesi də məhz bu yaradıcılıq şəraitində getmişdir...
Aşıq sənəti ənənələri əsasında improvizasiya yolu ilə yaradılan
orta əsr dastanları da bunun kimi milli təfəkkürün gücü və əzə-
məti ilə mükəmməlləşdirilmiş və cilalanmışdır» (158, 26).
Qeyd edilməlidir ki, bütün mühitlərdə hər hansı aşığın sənət-
kar kimi qiyməti ilk öncə hansı ustaddan dərs alması və nə qədər
dastan bilməsi ilə ölçülürdü. Bu da aşığın ənənəvi janrlara, süjet-
lərə və mövzulara daimi müraciətini labüd edirdi. Əvvəldə göstə-
rildiyi kimi, Aşıq Əhməd də ustad-şagird münasibətlərinin sabit
və kristal ənənələrə malik məktəbini keçmiş və dastançılıq ənənə-
sinin bütün əsas keyfıyyətlərini bu «məktəbdə» mənimsəmişdir.
Məlumdur ki, Azərbaycanda xalq arasında dastançı aşıqlar
xüsusi nüfuza malik olmuşlar. Aşıq ədəbiyyatını tədqiq edən
birsıra alimlər hətta epik ifaçılıq və epik yaradıcılıq qabiliyyəti,
məharəti olan bu aşıqları («dastançı aşıqlar») aşıqların ənənəvi
klassifikasiyasında (ustad aşıqlar, ifaçı aşıqlar, el şairləri) fərq-
ləndirməyin vacibliyini də vurğulamışlar (153, 19).
Dastanlar Azərbaycan epik xalq yaradıcılığının ən mükəm-
məl örnəkləridir və onun əsas tiplərini qəhrəmanlıq və məhəb-
bət dastanları təşkil edir. M.H.Təhmasibin təsnifatında üçüncü
qrup dastanlar olan (131, l 12) ailə-əxlaq dastanları az intişar
tapmışdır.
Məlum həqiqətdir ki, Azərbaycan məhəbbət dastanları qəhrə-
manlıq dastanları ilə müqayisədə daha sonrakı tarixi dövrlərdə in-
tişar tapmışdır və məhəbbət motivləri son dövr dastan yaradıcılığı-
nadək aparıcı mövqeyini saxlamışdır. XIX əsrin sonu – XX əsrin
əvvəllərində yaranmış çoxsaylı qəhrəmanlıq dastanları («Qaçaq
Kərəm», «Qaçaq Nəbi», «Səttarxan» və s.) belə həmin axarın isti-
qamətini dəyişə bilməmişdir. Azərbaycan məhəbbət dastanları
— 105 —
M.Allahmanlının iddia etdiyi kimi, qəhrəmanlıq dastanlarından
fərqli olaraq bütöv, təsiredici epizodlara malik olmur: «Dastanlar
bir növ söyləyənlərin topluluğunda yaranıb bütövləşir. Məhəbbət
dastanlarında hadisələrin rəngarəngliyi yaxın məsafəlidir və onun
bədii düşüncədə təsirediciliyi fərqlidir. Bunu son dövün dastan
ənənəsi də göstərir. Burada, eyni zamanda epizodların bütövlüyü
elə də təsirediciliklə görünmür. Daha doğrusu, dastan özü bütöv
olur. Qəhrəmanlıq dastanlarında isə epizodların fərqliliyi və bü-
tövlüyü var. Özlüyündə onlar hadisə kimi hər birisi müxtəlif təsi-
redicilikdə görünmür. Ona görə də bu nümunələrə sırf dastan ənə-
nəsinin xarakterik xüsusiyyətləri prizmasından baxmaq lazımdır»
(12, 81).
Azərbaycan qəhrəmanlıq dastanları üçün təkqəhrəmanlılığa
meyl xarakterikdir. Professor N.Cəfərov türk epik ənənəsində
tək (bir) qəhrəman obrazını Tanrı ideyasının (təkallahlığın for-
malaşması ilə əlaqələndirərək yazmışdır: «Mükəmməl epos tə-
fəkkürü üçün tək bir Allah (tək bir hökmdar, tək bir qəhrəman)
lazım idi. Ona görə də qədim türk eposunun (müxtəlif mənbə-
lərdə bu və ya digər şəkildə mühafizə olunmuş dastanların) əsas
qəhrəmanları «Tanrı» obrazının transformları olan hökmdar –
qəhrəmanlardır ki, onların iradəsi həmin dastanı yaradan epos
təfəkkürünün (xalqın, etnosun, etnik-mədəni sistemin və s.) bi-
lavasitə iradəsidir (56, 14).
N.Cəfərov həmçinin Koroğlunun övladsızlığının (tənhalığı-
nın) genetik səbəbini də buna bağlayır: Koroğlunun ilahi mən-
şəyi, Tanrı obrazının özünəməxsus transformu olması onun (Ko-
roğlunun) tənhalığının (övladsızlığının) genetik səbəbidir, ancaq
həmin səbəb XVII-XVIII əsrlərdə tamamilə arxaikləşmiş, funk-
sional (cari) məntiqini, poetik semantikasını itirmişdir (56, 145).
Tənha qəhrəmanın arxetipi mifoloji (arxaik) epos qəhrəma-
nına dayanır. Türk eposunun arxaik elementlərini daha çox saxla-
mış tənha qəhrəmanlar, bir qayda olaraq, Tanrı oğullarıdır. Yakut
— 106 —
eposunun məşhur qəhrəmanı Er Soqotoxun adı da həmin məkanı
verir: «Tənha Ər».
Epik təfəkkürün inkişafında Tənha qəhrəman motivi uzun
əsrlik yol keçərək tarixin və sosial proseslərin təsiri altında «qə-
rib qəhrəmanadək» transformasiya olunmuşdur. Bu prosesdə
sufı təriqətlə bağlı aşıq yaradıcılığının rolu xüsusi vurğulanma-
lıdır. Azərbaycan məhəbbət dastanları nominal olaraq «iki qəh-
rəmanlı» olsa da, əslində həmin dastanlarda süjet boyu funksio-
nal olan yalnız aşiqdir. M.H.Təhmasibin qeyd etdiyi kimi,
Azərbaycan «məhəbbət dastanları»nın demək olar ki, hamısı-
nın, «Kitabi-Dədə Qorqud» və «Koroğlu» kimi qəhrəmanlıq
dastanlarının bir sıra boy və qollarının əsas məzmunu, yəni sü-
jeti qəhrəmanın öz butasına çatmaq uğrunda apardığı mübarizə-
nin təsvirindən ibarətdir (131, 65).
Azərbaycan məhəbbət dastanlarının quruluşu da, alimlərin
qeyd etdiyi kimi, ilk öncə ənənə hadisəsidir. Azərbaycan das-
tanları ənənəvi sintaktik struktura malikdir. Hələ vaxtilə Otto
Spits türk xalq romanları üzərində araşdırma apararkən dastan-
ların strukturunu dörd hissəyə bölmüşdü:
Qəhrəmanın möcüzəli doğuluşu;
Oğlanla qız arasında məhəbbət yaranması;
İki sevgilinin bir-birlərinə qovuşmaq istəyi və qarşılaşdığı
maneələr;
Murada yetmək və yaxud yetməmək (143, 12).
Məhəbbət dastanları süjetinin bu prinsipinə əsaslanan böl-
güsü Azərbaycan folklorşünaslığında M.H.Təhmasib, M.Cəfərli
və digərləri tərəfındən də cüzi dəyişiklərlə təqdir olunmuşdur
(131, 65; 52, 25-64).
Səciyyəvidir ki, Aşıq Əhmədin dastan yaradıcılığı Azər-
baycan dastanlarının struktur sxemini özündə bütün hallarda
əks etdirir. Düzdür, bunu ilk baxışda müşahidə etmək bir qədər
çətinlik yaradır. Məsələn, haqqında bir qədər əvvəl bəhs etdiyi-