Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə34/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

 

 

 



— 135 — 

Aşıq Əhmədin digər dastanlarında deyişmə motivinin fərqli 

şəkildə  mənalandırılmasına rast gəlirik. Məsələn, «Kosmosda 

Qiyafət dastanı» sovet quruculuğu mövzusuna həsr olunmuş 

əsərdir. Burada diqqəti cəlb edən odur ki, sənətkar ideoloji 

mövzulu bir dastanda əski dastançılıq ənənəsinin elementlərin-

dən üzvi şəkildə istifadə edə bilmişdir. Bu, dastançılıq ənənəsi-

nin deyişmə motivinə də aiddir. Bu baxımdan, Qiyafətlə qızın 

deyişməsi səciyyəvidir: 

 

QİYAFƏT 



 

Başına döndüyüm, a göylər qızı, 

Hansı məlakənin balasısan sən? 

Camalın günəştək göz qamaşdırır, 

Ellik ulduzların  ulduzusan  sən.   

 

 

 

QIZ 

Cavan oğlan, canın-başın var olsun, 

Sən elə bilmə ki, özgəsiyəm mən. 

Sovet pasportum var, göydür məkanım, 

Sən gələn torpağın müjdəsiyəm mən.  

 

 

QİYAFƏT 

Qiyafətəm, bir sualım var sənə, 

Əslin yer qızısa, cavab ver mənə. 

Atan kimdir, peşən nədir, adın nə? 

Hər zaman burdamı qalasısan sən?  

 

QIZ 

Tanıyır əslimi oğlan da, qız da, 

Dunay da, Volqa da, Kür də, Araz da, 

Özüm kosmonavtam, adım Zvezda, 

 

 



 

— 136 —


Bax bu Qaqarinin nəvəsiyəm mən (22) 

 

İdeoloji baxımdan öz dövrünü yaşamış bu dastan tarixçilik 



baxımından bir neçə cəhətdən diqqəti cəlb edir: 

Birincisi, Aşıq Əhməd bu əsərlə dastançılıq ənənəsini qoru-

mağa çalışmış,  əski epik ənənələri yeni mövzulara müncər et-

məklə dastan yaradıcılığını yaşatmağa səy göstərmişdir. 

İkincisi, dastanda, o cümlədən onun poetik quruluş elemen-

ti olan deyişmədə Azərbaycanın milli varlığı sovet mədəniyyə-

tinin üstün hadisəsi kimi tərənnüm olunmuşdur. Dunay, Volqa, 

Kür, Araz sıralanmasında Azərbaycan Respublikası Kür və 

Araz obrazlarının simasında eyni məna səviyyəsi kimi simvol-

laşdırılmışdır. Bu, Aşıq Əhmədin milli varlığa verdiyi dəyərin 

müasir mövzu ilə əski epik ənənənin qovuşdurulmasında hasilə 

gələn təzahürüdür. 

Üçüncüsü, Qiyafətlə qızın bir-birini sorğu-suala tutması öz 

poetik qaynaqları baxımından əski dastançılıq ənənəsi ilə bütün 

hallarda bağlıdır. Yada salaq ki, klassik dastanlarda deyişən sə-

nətkarlar, sevgililər, yaxud rəqiblər bir-birini həm də sorğu-sua-

la tuturlar. Bu sorğu-sualla dastanın daşıdığı  əsas ideya- məz-

mun öz ifadəsini tapır. Bu baxımdan, Qiyafətlə qızın bir-birini 

sorğu-suala tutmasının poetik qəlibi, heç şübhəsiz, əski dastan-

çılıq ənənəsi ilə  bağlıdır. 

Aşıq  Əhməd dastançılığının bir səciyyəvi cəhəti də onun 

bir sənətkar kimi yumora, əski xalq gülüşünə meylliliyində 

ifadə olunur. O, uzun illər məclislərdə olmuş, ağır-ağır el şən-

liklərini idarə etmişdir. Bu baxımdan, aşığın dastan repertuarın-

da özünün yaratdığı yumoristik məzmunlu «Canbaxış və Qüd-

yal» dastanı da özünəməxsus yer tutur. 

«Canbaxış  və Qüdyal» dastanında Canbaxışın Qüdyala 

olan sevgisinin fonunda sosial bərabərsizliyə, onun ictimai psi-

xologiyadakı eybəcərliklərinə gülüşlə münasibət bildirilmişdir. 



 

 

 



— 137 — 

Canbaxışın ata-anası elçi gedirlər. Qızın adamları o qədər baş-

lıq tələb edirlər ki, bunu düzəltmək sadəcə mümkünsüz bir iş 

olur. Başlıqda tələb olunan şeylərin yumoristik məzmunlu şeir-

lərlə  təsvir olunması sağlam gülüşə xidmət edir. Onu da qeyd 

edək ki, Aşıq  Əhmədin repertuarında özünə möhkəm yer tut-

muş bu kiçik dastanı o, toylarda tez-tez danışar və dinləyicilərin 

ovaqatını qaldırardı. 

Dastanda Canbaxışın dilindən anasına deyilmiş bir gəraylı 

nümunəsi, fikrimizcə, gülüşün altında ifadə olunmuş ciddi 

sosial məsələlərin ifadəsi baxımından səciyyəvidir: 

 

Ana, elə bilmə ki, mən 



Qara-quradan qorxuram. 

Dinlə, deyim birər-birər, 

Hansı yaradan qorxuram. 

 

Yeri, göyü tutsa boran,  

 

 

 

Çiskin olsa dağla aran

Nə istidən, nə soyuqdan,  

Nə sır-sıradan qorxuram. 

 

Ana, Canbaxışdan nahaq 

Küsüb olursan bidamaq. 

Toydan sonrakı şaqqa-şaq, 

Dəf, nağaradan qorxuram (23). 

 

Aşıq Əhmədin dastanlarının bir səciyyəvi keyfiyyəti də on-



ların hansı mövzuya həsr olunmasından asılı olmayaraq, çox 

dərin məzmuna malik şeirlərlə qurulmasında ifadə olunur. Bu 

şeirlər sevən aşiqlərin qəlb dünyasının iztirab və həyəcanlarını, 

sevgi titrəntilərini, aşiqanə hiss və duyğularını çox incə şəkildə 

 

 

 



— 138 —

ifadə edən  əsl sənət örnəkləridir. Məsələn, «Elşən və Gülşən» 

dastanında Gülşənin dilindən deyilmiş qoşmaya diqqət verək: 

 

Kor olub gözlərim, lal olub dilim, 



Söz eşidib cavab verə bilmirəm.  

Rəqib tənəsindən, çuğul şərindən

Hansı qəfəsdəyəm, görə bilmirəm. 

 

Əllərin qurusun, mənə bəxt yazan!  

Baharım qış oldu, güllərim xəzan.  

 

 

Nabələd tüccaram, naşı bəzirgan, 

Özüm öz köçümü sürə bilmirəm. 

 

Gülşən deyir, güldürmədi bəxt məni, 

Tərk hökmüylə məhkum etdi vaxt məni, 

Canımdan bezmişəm, apar at məni  

Araza bilmirəm, Kürə bilmirəm (24). 

 

Bu şeir parçası Aşıq Əhməd dastançılığının lirik keyfiyyəti-



nin poetik ifadəsi kimi bir neçə baxımdan əlamətdardır: 

Birincisi, qoşmanın lirik ovqatı onun qəhrəmanlarının lirik 

ovqatını parlaq şəkildə ifadə edir: bir-birlərini dərin məhəbbətlə 

sevən iki gənc sevgilinin hər birinin dilində, o cümlədən bu 

qoşmada Gülşənin dilində bütün psixoloji gərginliyi ilə poetik-

ləşməsi Azərbaycan məhəbbət dastanlarına xas ənənə hadisəsi-

dir. Məhəbbət dastanlarında sevən aşiqlərin simasında ilahi mə-

həbbət, haqq aşiqliyi, Allahdan gələn sevgi simvollaşmışdır. 

Biz belə simvollaşmanı incə  şəkildə  Aşıq  Əhmədin romantik 

qəhrəmanlarının lirik portretində müşahidə edə bilirik. 

Gülşənin Elşənə olan məhəbbətinin  şeirdə ifadə olunmuş 

psixoloji gərginliyi onun sevgilisini (məşuq obrazını) Azərbay-




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə