Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə32/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

 

 

 



— 127 — 

– «Şirvan və Fərqanə» dastanında azərbaycanlı Şirvanla öz-

bək Fərqanənin bir-birinə qovuşmasında Aşıq Əhmədin dili bir 

(Azərbaycan və özbək türkcələri), qanı bir (ümumtürk kökü), 

dini bir (islam dini) olan iki türk-müsəlman xalqının gələcək 

milli-mənəvi birliyinə olan inamı gizli məna qatı şəklində ifadə 

olunmuşdur. 

4. Aşıq Əhməd repressiyalar dövrünün canlı şahidi olan sə-

nətkar kimi xalqımızın başına gətirilmiş milli müsibətlərdən 

yaxşı xəbərdar idi. Ona görə də onun bir sıra dastanlarında baş 

qəhrəmanların simasında milliliyi qabartması bir təsadüf olma-

yıb, aşığın milli faciələrə, milli taleyin acı hadisələrinə olan 

münasibətidir. Bunu «Yasər Xəzri və Səhər Təbrizi» dastanının 

təhlili bütün dolğunluğu ilə ortaya qoyur. Dastandan aşığın 

Azərbaycanın tarixi taleyinə münasibəti, milli düşüncələri ay-

dın şəkildə görünür. 

«Yasər Xəzri və Səhər Təbrizi» dastanı mahiyyət etibarı ilə 

məhəbbət dastanı olsa da iki gəncin timsalında böyük bir xalqın 

bölünməsi, ayrılığa məhkum edilməsi, parçalanması, xalqının 

mənəviyyatının tapdalanması kimi ictimai siyasi motivlərlə 

zəngindir. 

Ustad sənətkar Yasər və Səhər surəti ilə əsrlərlə iki yerə ay-

rılmış bir xalqın taleyinə acıyır, ağrıyır, xalqı ikiyə bölənlərə öz 

qəzəb və nifrətini ifadə edir. O, Kövsərin dili ilə Yasər və Səhə-

rin qovuşmasını arzulayır. Bu qovuşma əslində o taylı bu taylı 

Azərbaycan xalqının qovuşmasının rəmzidir. 

 

Yeri, göyü, ərşi, kürsü yaradan,  

Haqqı-haqdan, şəri-şərdən ayırma!  

Ağıllı fikri, xoş əməlləri,  

Yaratdığın heç bəşərdən ayırma! 

 

Çəkilsin səmadan tüstü, çən, duman,  

 

 



 

— 128 —


Yer üzündə nə zülm olsun, nə də qan!  

Günəşi gündüzdən, ayı axşamdan,  

Dan ulduzun üfüqlərdən ayırma! 

 

Yarəbb, bu alqışı eşit Kövsərdən, 

Zəfərlə gəlsin oğlum səfərdən! 

Xan Arazı Kürdən, Kürü Xəzərdən

Yasəri də o Səhərdən ayırma! 

 

Səhər dastanda dərin mənəvi keyfiyyətlərə malik surət kimi 



yaradılmış qaynanasının xeyir-duasını oxuyub qəlbi fərəhlə do-

lur. Gözlərini yumub şirin xəyala dalır: guya Təbrizdən Bakıya 

gəlin köçür. Bakı-Təbriz arasındakı  sərhəd, çal-çəpər sökülüb, 

şimali, cənubi Azərbaycan yenə də əzəlki kimi doğmalaşıb, bir-

ləşib... (19) 

Bu dastan Aşıq  Əhməd sənətkarlığının daha bir keyfiyyə-

tini ortaya qoyur. Belə ki, dastanda sənətkar müdrikliyinin epik 

yaddaş tarixi müasirləşmişdir. Sovet dönəmində yaradılmış 

əsərdə milli arzunun romantik təcəssümü xəyal, fantaziya kimi 

yaradılmamışdır. Azərbaycan müstəqillik  əldə etdikdən sonra 

necə-necə  qızlarımız Təbrizdən Bakıya, Bakıdan isə  Təbrizə 

gəlin köçmüşdür. Demək, aşığın bədii idealı həyat gerçəkliyinə 

dönmüşdür. Ancaq buna təkcə dastan bədiiliyində ifadə olun-

muş epik romantizmin təzahürü kimi yanaşmaq olmaz. Bu, ilk 

növbədə Aşıq Əhmədin sənətkar şəxsiyyətində təcəssüm etmiş 

xalq müdrikliyidir. 

Aşıq  Əhməd saç-saqqalını el məclislərində, xalq arasında 

ağartmış  sənətkar idi. Heç vaxt unutmaq olmaz ki, aşıqlar öz 

ustadlarından təkcə sənətin sirlərini öyrənmirdilər, həm də mi-

nillərə sığmayan əxlaq dərsi, müdriklik təcrübəsi əxz edirdilər. 

Aşıq Əhməd də çox qədim əxlaqi-mənəvi ənənələrə malik Şir-

van aşıq mühitində yetişmiş sənətkar kimi öz ustadlarından ulu 




 

 

 



— 129 — 

müdriklik əxz etmişdi. Məhz bu, ona zorla ayrı salınmış, parça-

parça edilmiş Azərbaycan xalqının birləşəcəyinə, öz əzəli və 

əbədi birliyinə qovuşacağına inam yaratmışdır. Əslində, aşığın 

«Yasər Xəzri və Səhər Təbrizi» dastanında ifadə olunmuş milli 

vəhdət ideyası  aşığın qan-gen yaddaşında minillərlə yaşı olan 

etnik-mənəvi bütövlüyün boy verməsi, epik-poetik təcəssü-

münü tapmasıdır. 

Aşıq  Əhməd yarım  əsrdən çox müddətdə öz hafizəsində 

iyirmidən çox dastanı, o cümlədən Azərbaycan dastanlarının 

Şirvan aşıq mühitinə xas olan çoxlu variantlarını qoruyub sax-

lamaqla öz deyimində bir qədər də təkmilləşdirmiş, şirinləşdir-

miş, təravətləndirmişdi. Daha çox sevdiyi, söyləməkdən doy-

madığı dastanlar isə «Tufarqanlı Abbas», «Zəncanlı Qurbani», 

«Koroğlunun Bağdad səfəri», «Koroğlunun Tovqat səfəri» 

olub. 


Şirvan sakinlərinin söyləmələrinə görə, əvvəllər iki-üç gün 

toy gedər, camaat da yerindən tərpənmədən, yorulmadan Aşıq 

Əhmədin söylədiyi dastanlara qulaq asarmış. Aşıq toyxanada 

Koroğludan deyəndə Koroğluya, Kərəmdən danışanda eşq 

oduna yanan aşiqə, Əslidən, Leylidən deyəndə incə, lətif bir qa-

dın obrazına girərmiş. Keçəl Həmzəni oynayanda o qədər gü-

lərmişlər ki, barmaqlarını kəssən xəbərləri olmazmış. Keşişi oy-

nayanda isə obrazı o qədər qəddarlıqla, əzazilliklə oynayarmış 

ki, camaat yerbəyerdən ona qarğış, nifrət yağdırarmış. Hətta, 

deyirlər ki, hər dəfə dastana bir ayrı bəzək, bir ayrı çalar, rəng 

vurarmış, bəzən çalanlar da əllərini saxlayıb, heyran-heyran, 

yeni dastan dinləyirmiş kimi ona qulaq asarmışlar. 

Aşıq dilində meydangirlik, ədəbi dildə  səhnə  mədəniyyəti 

adlanan bu xüsusiyyət Aşıq Əhmədin zənginliyindən, natiqlik, 

aktyorluq, rəqqaslıq qabiliyyətindən, onun dərin hafizəsi, hazır-

cavablığı, fıtri istedadından irəli gəlirdi. Bütün bunlar onun ya-

ratdığı dastanlara da eynilə xasdır. 

 

 



 

— 130 —


Aşıq Əhmədin bir kəlməsi var: «Həkim insan əzasının mü-

həndisi, aşıq isə insan qəlbinin dilmancıdır. Aşıq yüzlərlə tama-

şaçısının dilini tapdığı, ürəyini oxuduğu üçün sevilir, alqışla-

nır». Bu mənada, o, yaratdığı dastanlarında da dinləyəcilərinin 

«qəlbinə yol tapmaq», «ürəyini oxumaq» məqsədini bir an ol-

sun belə unutmamış, bu cəhətləri öz dastan yaradıcılığının baş-

lıca bədii-estetik meyarına çevirmişdi. 

Aşıq  Əhmədin dastan yaradıcılığının səciyyəvi keyfıyyətlə-

rindən biri onun öz qəhrəmanlarının lirik portretlərinin yaradıl-

masına xüsusi fıkir verməsində təzahür edir. O, yaratdığı dastan-

ların forma-məzmun vəhdətinə qarşı diqqətli olmuş və bu baxım-

dan, dastanların nəsr (yurd) hissəsi ilə  nəzm hissəsinin poetik 

məna, formal-poetik gözəllik ahəngini təyin edə bilmişdir. Aşıq 

Əhməd dastançılığının bu cəhətinə diqqət verilməsi aşığın das-

tançılıq texnikasının özünəməxsusluğunu aşkarlayır. 

Aşıq dastan qəhrəmanlarının dili ilə verdiyi şeirlərdə təkcə 

məna və forma gözəlliyinə qarşı həssas olmamış, eyni zamanda 

dastanın nəsr-süjet hissəsinin şeirlərin poetik məzmunu ilə bağ-

lanmasına çalışmışdır. Elə buna görə də, biz qəhrəmanları mə-

nəvi xarakterlərinin ifadəsi baxımından heç vaxt bir-biri ilə 

uyuşmayan, həmahənglik təşkil etməyən iki fərqli planda gör-

mürük. Epik qəhrəman nəsr hissəsində öz hərəkətləri ilə qaba-

rıq göründüyü kimi, nəzm hissəsində də qəlb dünyası ilə parlaq 

formada ifadə olunur. 

«Rəhniyə və Fərmail» dastanında Fərmailin dilindən deyil-

miş gözəlləmə-qoşmaya nəzər salaq: 

 

Xaliq nə xoş gündə xəlq edib sizi

Yenə nə çıxmısız seyrana, qızlar?! 

Sizə gözəlliyi bəxş edən özü 

Qalıb öz işinə heyran, a qızlar! 

 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə