Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə31/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

 

 

 



— 123 — 

həbbət dastanlarının mahir ifaçısı kimi tanınmış sənətkar «pam-

bıq mövzusunu» çox ustalıqla klassik dastan süjetinə «keçirmiş» 

və bununla da ilk baxışda «ideoloji-təbliğati» təsir bağışlayan bu 

mətni sənət  əsərinə çevirə bilmişdir. Sovet əmək quruculuğu 

mövzusunda dastan yaratmağa sadəcə «məhkum olan» aşıq yol 

verilmiş ideoloji çərçivə daxilində sənətin müqəddəs ənənələrinə 

sadiq qalmış və bununla dastançılıq ənənəsini yaşatmağa müvəf-

fəq olmuşdur. Onun digər dastanları (xüsusilə «Aşıq Bilal» das-

tanı) göstərir ki, belə ideoloji mövzulu dastanlar aşığa daha dərin 

sənətkarlıq xüsusiyyətlərinə malik olan dastanlar yaratmaq üçün, 

bir növ, vasitə rolunu oynamışdır. 

2. Aşıq  Əhməd «Şirvan və  Fərqanə» dastanınada klassik 

dastançılıq ənənələrinin bir sıra parametrlərindən yaradıcı şəkil-

də istifadə etmişdir. Bu, ilk növbədə özünü dastanın süjet quru-

luşunda göstərir. 

Dastanın süjet quruluşu klassik məhəbbət dastanlarında ol-

duğu kimi, mürəkkəb struktura malik deyil. Şirvan səkkizinci 

sinfi bitirib texnikuma daxil olur. Doğma kolxozlarında  əmək 

fəaliyyətinə başlayıb yarışların qalibinə çevrilir. Özbəkistanda 

təcrübə mübadiləsində olarkən Fərqanə adlı özbək qızını sevir 

və onlar evlənirlər. 

Dastanın süjeti bütün sadəliyi ilə klassik məhəbbət dastan-

larının süjet quruluşunun  əsas parametrlərindən qırağa çıxmır. 

Süjetdə  əmək «motivinin» zahiri qatı  təşkil etdiyi açıq-aydın 

görünür.  Əsas diqqət gənclərin sevgisinə verilir. Şirvanla Fər-

qanənin bir-birlərinə klassik dastanlarda olduğu kimi, «bir kö-

nüldən min könülə  aşiq olmaları», öz sevgilərini izhar etmə 

üsulları  və  nəhayət, bu sevginin məhəbbət dastanlarının süjet 

sonluğuna uyğun olaraq toyla qurtarması Aşıq Əhmədin sənət-

kar kamilliyi ilə yanaşı, klassik dastançılıq ənənələrinə sadiqli-

yini də göstərir. 

 

 

 



— 124 —

3. «Şirvan və Fərqanə» dastanının formal-poetik quruluşun-

da dastançılıq ənənəsinin həmişəyaşar elementlərindən lazımın-

ca istifadə edilmişdir. Buraya, xüsusilə, dastanın kompozisiya-

sının bir sıra davamlı elementləri aiddir: «Şirvan və  Fərqanə» 

klassik məhəbbət dastanlarında olduğu kimi, üç ustadnamə ilə 

başlayır və duvaqqapma ilə bitir. Təkcə  məhəbbət dastanları 

üçün deyil, ümumiyyətlə, dastanların, demək olar ki, hamısı 

üçün səciyyəvi olan deyişmə motivindən də istifadə edilmişdir. 

Şirvan və Fərqanə öz məhəbbətlərini şeirlə bildirirlər. Qarşılıqlı 

şəkildə şeirləşmə sevginin ifadə vasitəsi kimi dastanın kompo-

zisiyasına onun mühüm ünsürü kimi daxil olur. 

4. Dastanın dili klassik dastançılıq  ənənəsinin üslub siste-

mini özündə  əks etdirir. Buraya, xüsusilə  qəlib-ifadələr aiddir. 

Bu baxımdan, dastanda «Gəzək diyarbadiyar, dolanaq elbəel, 

sizə xəbər verək...», «Görür bülbüllər fəqan eyləyir...», «Söhbət 

təmamə yetəndən sonra...», «Ata-ana da sevindiklərindən quşlar-

dan qanad, şimşəklərdən sürət alıb...» kimi ifadələrdən geniş isti-

fadə olunmuşdur. Bu, o deməkdir ki, dastanın süjet təhkiyəsində 

klassik dastançılıq ənənələrinin bədii təsvir və ifadə vasitələrinin 

sabit, dəyişməz sistemi öz işləkliyini saxlamışdır. 

5. Dastan qəhrəmanlarının adları Azərbaycan dastançılığı-

nın çox qədim bir ənənəsindən soraq verir. Dastanlarda adver-

mə xüsusi motivdir. Qəhrəmanlara ad verilməsi onun sosial-

mənəvi statusunun göstəricisi kimi çıxış edir. Məhəbbət dastan-

larında sevgililərin adları təsəvvüfi semantika daşıyır. Azərbay-

can folklorşünaslığında son illərdə aparılmış tədqiqatlardan, xü-

susilə filologiya elmləri doktoru H.İsmayılovun sistemli və ar-

dıcıl  şəkildə apardığı araşdırmalardan (83; 86; 87; 88; 89; 90; 

91; 92 və s.) məlum olduğu kimi, klassik məhəbbət dastanları-

nın poetik məna sistemi bütövlükdə  təsəvvüflə bağlıdır. Folk-

lorşünas M.Cəfərli məhəbbət dastanlarında advermənin addə-

yişmə şəkillərini də aşkarlamışdır (52, 91-98). 



 

 

 



— 125 — 

Biz «Şirvan və Fərqanə» dastanında klassik dastanlarda ol-

duğu kimi, advermə, yaxud addəyişmə ilə rastlaşmasaq da, əvə-

zində qəhrəmanların adlarında ifadə olunmuş çox qədim ənənə 

ilə üzləşirik. 

Dastandan məlum olduğu kimi, Şirvan – azərbaycanlı, Fər-

qanə – özbəkdir. Eyni zamanda, Şirvan və Fərqanə uyğun ola-

raq Azərbaycanda və Özbəkistanda məşhur bölgələrin adlarıdır. 

Bu, ilk baxışdan adi simvollaşdırma təsiri bağışlayır. 

Tədqiqat göstərir ki, Aşıq Əhmədin öz qəhrəmanlarının yer 

adları ilə adlandırması qan-gen yaddaşından gələn çox qədim 

ənənə, əski epik düşüncə ilə bağlıdır. Babalarımız oğuz türklə-

rinin ulu babası – əcdadı olan Oğuz kağanın adı, eyni zamanda, 

onun xalqının adıdır. Yəni Oğuz adı  həm ulu əcdadı, həm də 

xalqı ifadə edir. Eləcə  də, «Kitabi-Dədə Qorqud» dastanında 

Bayandır xanın, Salur Qazanın və s. adlarını xatırlayaq. Bayan-

dır xanın adı, eyni zamanda onun mənsub olduğu tayfanın adı-

dır. Salur Qazanın adındakı «Salur» ad-təyini, həm də  Oğuz 

tayfası olan salurların adıdır. Bu baxımdan, epik qəhrəmanın 

adında onun mənsub olduğu xalqın (bütöv etnosun, yaxud ayrı-

ayrı tayfaların) adının ifadə olunması  qədim etnik-mədəni dü-

şüncə ilə bağlıdır. Arxaik dastançılıqda epik qəhrəman etnosu 

təmsil edir və onun epikləşmiş simvolu kimi çıxış edir. Bu ba-

xımdan belə bir qənaətə  gəlmək olur ki, Aşıq  Əhmədin Azər-

baycan və Özbək millətindən olan qəhrəmanları yer adı ilə ad-

landırması bir təsadüf olmayıb, aşığın yaradıcılığında təzahür 

edən  əski dastançılıq  ənənəsidir. Aşığın dastanlarının ümumi 

şəkildə nəzərdən keçirilməsi göstərir ki, onun öz qəhrəmanları-

nın əski dastançılıq ənənəsindən gəlməklə yer adları ilə adlan-

dırması sistemli səciyyə daşıyır. Belə ki, biz bunu Aşıq Əhmə-

din «Yasər Xəzri və Səhər Təbrizi» dastanının qəhrəmanlarının 

adlarında da eynilə müşahidə edirik. 

 

 

 



— 126 —

Aşıq Əhməd həm məzmun, həm də forma baxımından çox 

mükəmməl olan bu dastanda xalqımızın milli taleyi ilə bağlı 

çox mühüm bir məsələyə toxunmuş, Azərbaycanın milli birli-

yini əsərin mövzusuna çevirmişdir. İkiyə bölünmüş vətən, par-

çalanmış Azərbaycan torpaqları millətinə bütün qanı, canı  və 

sənəti ilə bağlı olan Aşıq Əhmədi həmişə düşündürmüş və aşıq 

adını  çəkdiyimiz dastanı «cənub» mövzusuna həsr etmişdir. 

Burada ilk öncə  qəhrəmanların adları diqqəti cəlb edir. Yasər 

Xəzri Azərbaycanın qüzeyindən, Səhər Təbrizi isə güneyindən-

dir. Aşıq Əhmədin «Şirvan və Fərqanə» dastanının qəhrəman-

ları azərbaycanlı və özbəkdirsə, «Yasər Xəzri və Səhər Təbrizi» 

dastanında qəhrəmanların hər ikisi azərbaycanlıdır. Bu iki das-

tanda adla bağlı epik səhnəni müqayisəli şəkildə təhlil etdikdə 

Aşıq  Əhmədin dastan yaradıcılığının səciyyəvi cəhətləri ilə 

bağlı bu qənaətlərə gəlmək mümkün olur: 

1. «Yasər Xəzri və  Səhər Təbrizi», «Şirvan və  Fərqanə» 

dastanlarında baş  qəhrəmanların milli baxımdan  əhəmiyyətli, 

dəyərli olan sözlərlə adlanması bunun Aşıq Əhməd dastançılığı 

üçün səciyyəvi epik-poetik üslub olduğunu göstərir. 

2. Dastanlarda baş  qəhrəmanların adlarında milli varlığın 

işarələnməsi Aşıq Əhmədin öz xalqına, milli mədəniyyətə, mil-

lətin tarixi taleyinə bağlı sənətkar olmasının təzahürüdür. 

3. Aşıq Əhmədin «Yasər Xəzri və Səhər Təbrizi», «Şirvan 

və  Fərqanə» kimi dastanlarında baş  qəhrəmanların adlarının 

milli varlığa birbaşa işarə etməsi açıq və gizli mənalara malik-

dir: 

– «Yasər Xəzri və Səhər Təbrizi» dastanında adlarda ifadə 



olunmuş simvolika açıq məna daşıyır. Yasərlə  Səhərin bir-bi-

rinə qovuşmasında ikiyə bölünmüş Azərbaycanın birləşəcəyinə, 

bütövləşəcəyinə olan inam bədiiləşmiş, epik-lirik monumental-

lıq kəsb etmişdir. 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə